Hadisə yaponların səfiri oldu
Görəsən, bu dəfə müğənni yaponları çinlilərə satmayacaq ki?
Gələn il Türkiyədə Yaponiya ili keçiriləcək. Türk və yapon hökumətləri iki ölkə arasında əlaqələrin qurulmasını isə müğənni Hadisəyə həvalə edib. Hadisə iki ölkənin təşkilatlarını bir araya gətirib, onların Türkiyədə hansı tədbirlər keçirmələrini təmin etməlidir.
Qeyd edilir ki, ilk mətbuat konfransı dekabrın 25-də keçiriləcək. Həmin toplantıda Hadisə fəaliyyət planı ilə bağlı açıqlama verəcək. «Mən və heyətim məsələ ilə bağlı çalışmalara başlamışıq. Mənim səfir təyin edilməyim olduqca qürurvericidir. Bu türk və yapon qardaşlarımız üçün böyük önəm daşıyacaq».
Qeyd edək ki, Hadisə Azərbaycanda da geniş şəkildə təbliğ olunmaqla yanaşı, həm də dəstəklənirdi. Bakıda verdiyi konsertdən sonra Türkiyədə ermənilərlə iş birliyinə girməsindən sonra bu nüfuz xeyli aşağı düşüb. Həmin vaxt Hadisə bildirmişdi ki, Ermənistana gedib, orada konsert verməyə hazırdır. Görəsən, yaponlarla çinlilər arasındakı ixtilafdan xəbərdar olan müğənni axırda yaponları çinlilərin ayağına verməyəcək ki? Hər halda bu onda artıq xarakter şəklinə alıb.
Re: Hadisə yaponların səfiri oldu
Getsinde ermenistana onsuz d,cici baci olublar turklerle :mad: