Ərəb Şahzadəsinin xanımı üsyan etdi: “21 milyard pulum, 300 maşınım var, amma sürmək qadağandır”
Başı açıq müsahibə verən Səudiyyə Şahzadəsi islam qaydalarına etirazını bildirib
Səudiyyə Ərəbistanının Kralı Abdullahın qardaşı oğlu, dünyanın ən zəngin 13-cü adamı sayılan Şahzadə Əl Vəlid Bin Təlalın həyat yoldaşı Şahzadə Əmirə əl-Təlal ölkəsində qadınlara avtomobil sürməyin qadağan olunmasına üsyan etdi. Lent.az-ın məlumatına görə, “Əl Vətən” qəzetinə danışan və hicabsız şəklinin çəkilməsinə izn verən Şahzadə deyib ki, dünyanın hər yerində avtomobil sürməyə imkan verən sürücülük vəsiqəsi olsa da, öz ölkəsində bu imkandan yararlana bilmir. “Qadağa götürülərsə, sükan arxasına keçməyə hazıram”, - deyə Əmirə əl-Təlal bildirib.
Ərinin 21 milyard dollar sərvətlə dünyanın ən varlı adamları arasında yer aldığını deyən Şahzadə, sahib olduğu 300 avtomobildən heç birini ölkəsinde sürə bilmədiyini söyləyib.
21 milyard pulu, 300 maşını var, amma sürmək qadağandır
Printable View
-
11-23-2009, 03:43 AMAzerbaycanli21 milyard pulu, 300 maşını var, amma sürmək qadağandır
-
11-23-2009, 10:38 AMDamla1Re: 21 milyard pulu, 300 maşını var, amma sürmək qadağandır
Bezi ölkelerde dinden istifade ederekifrat derecede yalan yalniş qerarlar vardir . Avtomobil sürmekde olardan biri mence.Götürülse yaxşıdı.Maşın sürmek neden günah olsun ki? :cool: Qedim de deve at sürermişler onda günah idimi? Maşın da ele :cool:
