Müğənni Manaf Ağayev ikinci oğlu Müşviqi evləndirir.

Bu barədə sənətçi Manaf Ağayev ARB TV-də yayımlanan “Hüseynova bacıları” axşam şousunda qonaq olarkən bildirib:

“Artıq nişan olub. Toya da hazırlaşmışdıq, amma karantinə görə qaldı. Oğlum yarını özü seçib, mən də razılıq verdim. Böyük oğlum ayrı yaşayır. Müşfiqin də öz evi var. O da bizdən ayrı qalacaq”.

Qeyd edək ki, Manaf Ağayevin iki oğul, bir qız övladı var. Sənətçi böyük oğlu Elçini iki il öncə evləndirib. Bu toy mərasimi mediaya qapalı şəkildə keçib.

Rəşad Əliyev