-
Sabah Manananın toyudur
O, jurnalistləri məclisə çağırmayıb.
Artıq 9 ildir yaradıcılığını Azərbaycanda davam etdirən müğənni Manana Çaparidze “Sarı gəlin” şadlıq sarayında bizim adət-ənənəyə uyğun olaraq özünə toy çaldıracaq.
“Toyumuz adi el şənliklərinə bənzəməyəcək”- deyən Manana sevgilisinin kimliyini nədənsə hamıdan gizli saxlayır. Toy gününə kimi Georgi ilə birgə görünmək istəməyən Manana media mənsublarını toyuna dəvət etməyəcək: “Toya bir sıra estrada ulduzlarını dəvət edəcəyik, həm Azərbaycan, həm də gürcü müğənniləri gələcək. Avstriyalı bəstəkar Albert Koler də qonaqların arasında olacaq”.
Toyundan sonra bal ayına çıxmağı qərarlaşdıran Manana yaradıcılıq işlərini də unutmur. Hətta o, toyundan bir müddət sonra solo konsert verməyi planlaşdırır.
-
Allah xosbext elesin :alqis: :alqis: :alqis:
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.