Azərbaycanı Eurovision 2012-də Səbinə Babayeva təmsil edəcək
Səbinə Babayeva Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi seçilib.
Heydər Əliyev Sarayında 20.30-da başlayan və 3 saatdan artıq davam edən Milli Final gecəsinin sonunda münsiflər heyəti 5 ifaçı-Orxan Kərimli, Arzu İsmayılova, Fəqan Səfərov, Elton İbrahimov və Səbinə Babayevanın çıxışlarını dəyərləndirib.
Münsiflər heyətinə İsmayıl Ömərov (İctimai Teleradionun Baş direktoru), Tünzalə Ağayeva (müğənni), Zümrüd Dadaşzadə (müsiqişunas), Zülfiyyə Xanbabayeva (müğənni), Mənzər Nurəliyeva (Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi), Faiq Sücəddinov (bəstəkar), Rauf Babayev (bəstəkar) daxildir.
Səsvermənin nəticələrini Azərbaycanın Eurovision Mahnı Müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova açıqlayıb və təmsilçimizə uğurlar arzulayıb.
“Odlar Yurdu”nun musiqiçiləri finalçılarımıza dəstək olub
Milli final gecəsi aparıcıların maraqlı rəqs kompozisiyası ilə açılıb. Milli rəqqaslarımız qaval rəqsi, xanəndələrimiz “Qarabağ şikəstəsi”, Azərbaycanın Eurovision 2010 təmsilçisi Safura, Eurovision 2011-in qalibləri Eldar və Nigar öz ifaları ilə finalçılarımıza dəstək olub.
“Sevirəm səni, Azərbaycan”
Milli Final gecəsində Türkiyənin Eurovision 2012 təmsilçisi Can Bonomo və Maltanın Eurovision 2012-dəki ifaçısı Kurt Kalleya (Kurt Calleja) da çıxış edib.
Gözəl ifası, ritmik mahnısı ilə zalda alqışlarla qarşılanan Can Bonomo Eurovision 2012 mahnısının tezliklə hazır olacağını bildirib.
Maltanın Eurovision 2012 təmsilçisi Kurt Kalleya (Kurt Calleja) müsabiqədəki “This is the night” mahnısı ilə yanaşı, “Over and Over” mahnısını da ifa edib və “Odlar Yurdu”na “Sevirəm səni, Azərbaycan” deyərək səslənib.
Final şousu Eldar Qasımov, Nigar Camal, Can Bonomo, Kurt Kalleya və digər ifaçıların təqdimatında “Running Scared” mahnısı ilə başa çatıb.
Beləliklə, 2011-ci il noyabrın 28-də başlayan Milli Seçimlərdəki həyəcan bitdi. Qarşıda isə may ayında keçiriləcək Eurovision 2012 həyəcanı var.
May ayında məşəlini Azərbaycanda bizimlə birlikdə alovlandır!
[
Re: Azərbaycanı Eurovision 2012-də Səbinə Babayeva təmsil edəcək
Re: Azərbaycanı Eurovision 2012-də Səbinə Babayeva təmsil edəcək
[youtube:3tyqjqvo]www.youtube.com/watch?v=Au7hWnepO4U[/youtube:3tyqjqvo]
[youtube:3tyqjqvo]www.youtube.com/watch?v=ILvPLXL5WfY[/youtube:3tyqjqvo]
Re: Azərbaycanı Eurovision 2012-də Səbinə Babayeva təmsil edəcək
Deyəsən daha həvəsimiz sönüb :D Niyəsə bu qızdan xoşum gəlmədi :cool:
Re: Azərbaycanı Eurovision 2012-də Səbinə Babayeva təmsil edəcək
Merhaba...
Forum Azeri'ye dün üye oldum. Azeri Türkçe'sini iyi anlıyorum. Umarım siz kardeşlerimiz de Türkiye Türkçe'sini anlıyorsunuzdur.
Bizim Eurovision adayımız Can BONOMO, ama henüz şarkısını bilmiyoruz. Ben hem Türkiye'yi hem de Azerbaycanı tüm kalbimle destekliyorum...
Türkiye'den Sevgiler...
Re: Azərbaycanı Eurovision 2012-də Səbinə Babayeva təmsil edəcək
Sami Yusuf azeri sarki soyleyor
[ ... salam.html
:alqis: :alqis: :alqis: :alqis: :alqis: :alqis: :alqis:
Re: Azərbaycanı Eurovision 2012-də Səbinə Babayeva təmsil edəcək