[
“Eurovision-2010” mahnı müsabiqəsi ilə bağlı Rusiya mətbuatında yayılan bukmeyker hesablaması maraqlı nəticə ortaya çıxarıb.
Builki müsabiqənin favoriti sayılan Azərbaycana ən ciddi rəqib ölkə Ermənistan hesab olunur.
Hesablamalara görə, Azərbaycan 23.5%-lik səsvermə ilə birinci yeri tutur. Ermənistan isə 20.5% səsvermə ilə güclü rəqib kimi ikinci yerdədir.
Üçüncü güclü rəqib Ukrayna sayılır. Onun ardınca Türkiyə, sonra Rusiya gəlir.
Ev sahibi Norveç isə bu il favoritlər siyahısına daxil ola bilməyib.
Qeyd edək ki, bu il “Eurovision-2010”da 39 ölkə mübarizə aparacaq.
Müsabiqəsevərlərin fikrincə, bu ilin ən ümidsiz ölkələri Xorvatiya, Sloveniya və Makedoniya hesab olunur.
Eurovision-2010
Printable View
-
04-08-2010, 11:12 PMPOWER_RANGERSEurovision-2010
-
04-09-2010, 12:51 PMcanbellRe: Eurovision-2010
inshallah biz birinci olarig,ermeniler ise ozleri biler.kef elesinler 3 4 5 ci yerlerde. :D Azerbaycan ireliiiii ::aze::
-
04-20-2010, 02:25 AMPOWER_RANGERSRe: Eurovision-2010
Səfurə Əlizadə klip çəkilişi zamanı hovuzda boğulurmuş
Gələn ay Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə ifa edəcəyi “Drip drop” mahnısının klip çəkilişləri zamanı ölüm təhlükəsi ilə üzləşib. APA-nın təmsilçinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, klipin müəyyən səhnələrinin çəkilişi ötən həftə sonu Kiyevdə beş ulduzlu oteldə baş tutub.
Ancaq bu çəkilişlər Səfurə Əlizadəyə baha başa gəlib. Müğənni hovuzda aparılan çəkilişlər zamanı boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Hadisəni şərh edən Səfurə Əlizadə üzə bilmədiyini deyib: “Amma klipdə yer alacaq bir neçə səhnənin çəkilişi üçün hovuzda səkkiz saat qalmalı oldum və qəflətən boğulmaq təhlükəsi ilə rastlaşdım. Bu anı heç zaman unuda bilməyəcəyəm. Şoka düşmüşdüm. Məni təhlükədən qurtardığına görə, bütün yaradıcı heyətimizə minnətdarlıq bildirirəm. Yoxsa həyatımı itirə bilərdim”. Klipin rejissoru Rupert Ueynrayt bu hadisədən sonra Səfurə Əlizadənin ilk sözünün “mən hazıram, bu səhnəni bir daha çəkək” olduğunu bildirib: “Mən çox təəccübləndim, inana bilmirdim ki, Səfurə bu şokdan dərhal sonra çəkilişlərə davam etməyi istədi. Çoxsaylı sənətçilər bu təhlükədən sonra çəkilişdən imtina edərdi, ancaq Səfurə davam etmək istədiyini dedi. Səfurə hələ gəncdir, ancaq güclüdür. Onun uğur qazanacağına əminik”. -
04-24-2010, 11:36 PMPOWER_RANGERSRe: Eurovision-2010
“Eurovision-2010” müsabiqəsinin iştirakçı siyahısı
1. Azərbaycan – Səfurə Əlizadə
[
2. Almaniya – Lena (Lena Meyer-Landrut)
[
3. İsrail – Xarel Skaat
[
4. Rusiya – Pyotr Naliç
[
5. Moldova – Olya Tira və “SunStroke Project” qrupu
[
6. Estoniya – “Malcolm Linkoln” qrupu
[
7. Slovakiya – Kristina Pelakova
[
8. Finlandiya – “Kuunkuiskaajat” qrupu – Yohanna və Syuzan
[
9. Latviya – Aişa
[
10. Serbiya – Milan Stankoviç
[
11. Bosniya və Hersoqovina – Vukaşina Brayiç
[
12. Polşa – Marçin Mroçek
[
13. Belçika – Tom Days
[
ARDI VAR... -
04-24-2010, 11:59 PMPOWER_RANGERSRe: Eurovision-2010
14. Malta – Tea Qarret
[
15. Albaniya – Yuliana Paşa
[
16. Yunanıstan – “Yorqos Alkeos və dostları”
[
17. Portuqaliya – Filipa Azevedo
[
18. Makedoniya - Qjoko Taneşki
[
19. Belarus – “Üç üstəgəl bir” qrupu
[
21. Litva – “InCulto” qrupu
[
22. Ermənistan – Yeva Rivas
:bandash:
23. Danimarka – Şani vəç Neverqrin dueti
[
26. Ukrayna – Alyoşa (Olyona Kuçer)
[
27. Hollandiya – Seyneke
[
28. Rumıniya – Pol Selinq və Ovi dueti
[
29. Sloveniya – “Ansambel Roka Zlindra & Kalamari” qrupu
[
31. Bolqarıstan – Miroslav Kostadinov
[
32. Kipr – Con Liliqrin və “The Islanders” qrupu
[
33. Xorvatiya – “Feminnem” qrupu
[
34. Gürcüstan – Sofiya Nicaradze
[
35. Türkiyə – “MaNga” qrupu
[
36. Fransa – Cessi Matador
[
37. Norveç – Didrik Solli-Tanqen
[
39. Böyük Britaniya – Coş Dübovi.
[
Bəzi iştirakçıların şəkli yoxdur. -
04-25-2010, 02:50 PM_SoMMeT_Re: Eurovision-2010
tsk
-
05-13-2010, 09:34 PMPOWER_RANGERSRe: Eurovision-2010
Hazırda Avropa turnesində olan “Eurovision-2010” təmsilçimiz Safura Əlizadə hər olduğu ölkədə zooparkları ziyarət etməyə çalışır.
Müğənninin şəxsi saytına istinadən verilən məlumatına görə, bu dəfə o, Berlin zooparkını ziyarət edib.
Təmsilçimiz Avropanın ən məşhur zooparkı olan “Zoologischer Garten Berlin” də olub, heyvanları əzizləyib.
Qeyd edək ki, zoopark 1844-ci ildə açılıb, 35 hektar ərazisi var. Burada 1500-ə yaxın fərqli heyvan saxlanılır. Onların ümumi sayı 16 minə çatır.
[ -
05-13-2010, 10:44 PMAgLaYaN_BuLuDRe: Eurovision-2010
yənə yanımızda çevrəmizdə sürünürlər şərəfsiz milleti
-
05-15-2010, 02:28 AMPOWER_RANGERSRe: Eurovision-2010
İki həftədən sonra Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci “Eurovision-2010" mahnı müsabiqəsinin Azərbaycan üzrə rəsmi fan-klubu olan “Ogae Azerbajian”nın rəsmi saytı fəaliyyətə başlayıb.
Fan-klubun internet ünvanı [ -dır.
Hal-hazırda yalnız inglis dilində fəaliyyətə başlayan rəsmi sayt yaxın günlərdə Azərbaycan və rus dilində işini davam etdirəcək.
Məlumat üçün bilidirək ki, sayt yüksək səviyyədə hazırlanıb və gözəl üslubda tərtib olunub. Saytın səhifələrində Azərbaycanın tarixi haqqında məlumatları və “Eurovision-2010” xəbərlərini öyrənmək olar. Burada həmçinin təmsilçi Səfurə Əlizadənin mahnılarını dinləmək və fotosessiyasını izləmək mümkündür. -
05-15-2010, 02:55 PMAgLaYaN_BuLuDRe: Eurovision-2010
uğurlar
-
05-15-2010, 09:07 PM_SoMMeT_Re: Eurovision-2010
::aze:: Sefureni beyendim insallah 1 ci olar ugurlar Azerbaycan ireli ::aze::
-
05-15-2010, 09:55 PMTutu20Re: Eurovision-2010
::yerivar:: Melumata gore cox ag ol ele mende deqiq melumat axtarirdim,Sefurani cox beyenirem ona ugurlar daha dogrusu Azerbaycanimiza ::aze:: ::aze::
-
05-16-2010, 01:23 AMAgLaYaN_BuLuDRe: Eurovision-2010
ən azı 3 cü yer bizimdir
-
05-16-2010, 01:31 AMfidan494Re: Eurovision-2010
yaxshi bu musabiqe ne vaxtdir bele ? yarimfinal ve final merhelesi, keçen il bu gunku gun artiq final keçirilmishdi :) bu il hele ses-semir yoxdu.
Azerbayacana 40 points yollayacam :alqis: , xarici dostlara tapshirmisham ki, Azerbaycana ses versinler :mad: -
05-16-2010, 01:34 AMPOWER_RANGERSRe: Eurovision-2010Mən bilən may ayının 28 olmalıdıAlıntı:
fidan494 Nickli Üyeden Alıntı
-
05-16-2010, 01:50 AMfidan494Re: Eurovision-2010teshekkurler.Alıntı:
POWER_RANGERS Nickli Üyeden Alıntı
-
05-19-2010, 02:01 AMPOWER_RANGERSRe: Eurovision-2010
Səfurə Əlizadə “Telenor Arena”da ilk rəsmi məşqini edib
[
[ -
05-20-2010, 12:49 AMPOWER_RANGERSRe: Eurovision-2010
“Eurovision-2010” təmsilçimiz Səfurə Əlizadə mayın 18-də Oslo şəhərində yarışmanın keçiriləcəyi “Telenor Arena” stadionunda ilk dəfə məşq edib.
[
[
[
[
[
[
[ -
05-20-2010, 01:04 AMAgLaYaN_BuLuDRe: Eurovision-2010
::yerivar:: İlk üclükdəyik sonra demədi demə
-
05-25-2010, 02:37 PMPOWER_RANGERSRe: Eurovision-2010
“Eurovision” həyəcanı başlayır
Bu gün mahnı müsabiqəsinin birinci yarımfinal günüdür
Bu gün “Eurovision-2010” Mahnı Müsabiqəsinin birinci yarımfinal günüdür.Müsabiqənin ikinci yarımfinalı - mayın 27-də, final mərhələsi isə mayın 29-da keçiriləcək.
Mayın 25-də keçiriləcək birinci yarımfinalda Rusiya, Moldova, Bosniya və Hersoqovina, Estoniya, Finlandiya, Latviya, Serbiya, Slovakiya, Belarus, Albaniya, Belçika, Yunanıstan, İslandiya, Makedoniya, Malta, Polşa, Portuqaliya, mayın 27-də keçiriləcək II yarımfinalda isə Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya finala vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
Böyük dördlük - Fransa, Almaniya, İspaniya, Böyük Britaniya, eləcə də “Eurovision-2009” müsabiqəsində qalib ölkə olan Norveç birbaşa mayın 29-da keçiriləcək final mərhələsində çıxış hüququna malikdir.
“Eurovision-2010” Mahnı Müsabiqəsi Norveçin paxtaxtı Oslonun “Telenor Arena” stadionunda baş tutacaq. 55-ci dəfə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində ümumilikdə 39 ölkə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, ötən il Moskvada keçirilən “Eurovision-2009” mahnı müsabiqəsində Norveç təmsilçisi Aleksandr Rıbak birincilik qazanıb. Azərbaycanı ötənilki müsabiqədə təmsil edən Aysel Teymurzadə və Araş dueti isə ölkəmizə üçüncülük qazandırıb. Bu il isə ölkəmizi 17 yaşlı Səfurə Əlizadə təmsil edir.
Xaricdə yaşayan Azərbaycanlılar dəstəyinizi gözləyirik.... ::aze:: -
05-25-2010, 08:56 PMPOWER_RANGERSRe: Eurovision-2010
Avropa Yaımları Birliyinin Azərbaycanda yeganə tam hüquqlu üzvü olan İctimai Teleradio öz ənənəsinə sadiq qalaraq “Eurovision-2010”un həm yarımfinallarını, həm də final konsertini canlı olaraq yayımlayacaq. Beləliklə, bu axşam saat 23:15-dən etibarən İctimai Teleradionun efirində bu möhtəşəm musqi müsabiqəsinə baxa bilərsiniz.
::aze:: -
05-25-2010, 08:58 PMAgLaYaN_BuLuDRe: Eurovision-2010
çox sağ ol dəyərli məlumata görə
-
05-25-2010, 10:14 PMfidan494Re: Eurovision-2010
Eurovision yarimfinalini Avropa Azerbaycanlilari olaraq Strasburq sheherinde 27 si axsham [canli izleyeceyik kutlevi shekilde AZERBAYCANA ses vereceyik !Seninleyik Veten ! ::aze:: ::aze::
-
05-25-2010, 10:15 PMPOWER_RANGERSRe: Eurovision-2010:alqis: ::aze::Alıntı:
fidan494 Nickli Üyeden Alıntı
-
05-25-2010, 10:35 PMAgLaYaN_BuLuDRe: Eurovision-2010
::aze:: ::aze:: ::aze::
-
05-26-2010, 02:01 AMPOWER_RANGERSRe: Eurovision-2010
Bu gün Norveçin paytaxtı Osloda “Eurovision-2010” Mahnı Müsabiqəsinin birinci yarımfinalı baş tutub.Bu ildən etibarən şounun əvvəlində səsvermə başlayıb.
Birinci yarımfinalda 17 ölkənin təmsilçisi çıxış edib. Birinci yarımfinalda Rusiya, Moldova, Bosniya və Hersoqovina, Estoniya, Finlandiya, Latviya, Serbiya, Slovakiya, Belarus, Albaniya, Belçika, Yunanıstan, İslandiya, Makedoniya, Malta, Polşa, Portuqaliya çıxış edib. Mayın 27-də keçiriləcək II yarımfinalda isə Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya finala vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.
Səhnəyə ilk Moldova iştirakçısı “Sun Stroke Project & Olia Tira” qrupu “Run away” mahnısı ilə çıxıb.
İkinci iştirakçı kimi rusiyalı Pyotr Naliç və onun musiqi kollektivi “Lost & Forgotten” mahnısı ilə çıxıb. Rus ifaçı kifayət qədər həyəcanlı və pis ifa nümayiş etdirib.
Estoniyalı Malcolm Lincolnun oxuduğu romantik “Siren” mahnısı rus ifaçını əməlli-başlı kölgədə qoyub.
Geyindiyi bahalı geyim Slovakiyalı iştirakçı xanım Kristinaya yaxşı ruh verə bilməyib. İştirakçının ölkəsinin gözəlliyindən bəhs etdiyi “Horehronie” mahnısı canlı ifada fonoqramdan xeyli fərqli səslənib.
Sonra səhnəni Finlandiyalı dinamik qızlar - “Kuunkuiskaajat” qrupu “Tyolki ellaa” adlı mahnı ilə ələ almağa çalışıb.
Növbəni bu il iştirakı sual altında olan və sonradan naməlum sponsor hesabına müsabiqəyə qatılan Latviya iştirakçısı Aisha “What for?” davam etdirib.
Birinci yarımfinalın ən güclü iştirakçılarından olan Serbiyalı Milan Stankovic “Ovo je Balkan” mahnısı ilə müsabiqədə iştirak edib.
Çıxışları, ola bilsin, bu il “Eurovision” tarixində sonuncu dəfə iştirak edəcək Bosniya və Hersoqovina davam etdirib. Səbəb sözügedən ölkənin Avropa Yayım Birliyinə borclu olmasıdır. Görünür, bu səbəbdən də Vukasin Brajic pop-rok üslubunda oxuduğu “Munja i grom” mahnısını ürəklə ifa edib.
Polşalı Marçin Mrozinski birinci yarımfinalın 9-cu iştirakçısı olub. İfaçı “Legenda” adlı maraqlı mahnı ifa edib.
10-cu iştirakçı ölkə Belçika və təmsilçi Tom Dice “Me and My Guitar” adlı romantik ballada ifa edib.
Yarasa geyimli Malta ifaçısı Tea Qarrett və “My dream” mahnısı yarışmanın ən iddialı və yadda qalan nümayişi olub.
Birinci yarımfinalın yeganə müsəlman ifaçısı albaniyalı Juliana Pasha “Nuk mundem pa ty” adlı yüksək templi mahnı ilə səsini duyurub.
Daha bir dinamik mahnı Yunanıstanlı Giorgos Alkaios və dostlarından gəlib. İfaçılar “Opa!” oxuyublar.
Portuqaliyalı ağ geyimli xanım Filipa Azevedo lirik mahnısı “Ha dias assim” ilə tamaşaçılarını həzin dəqiqələr yaşadıb. O, səhnədə sərbəstliyi və gözəl ifası ilə həyəcanlı həmkarlarından seçilib.
Makedoniyalı Gjoko Taneski, Billy Zver & Pejcinnin “Jas Ja Imam Silata” mahnısı da marağa səbəb olub.
Sonra bu həftə üzvlərindən iksi nişanlanan Belarusun “3+2” qrupu “Butterflies”, yəni “Kəpənəklər” mahnısı və mahnıya uyğun orijinal geyimlə səhnəyə çıxıblar.
İslandiyalı və artıq “Eurovision” mahnı müsabiqəsi təcrübəsi görən Hera Bjork “Je Ne Sais Quoi” mahnısı, ecazkar ifası ilə müsabiqənin ən yaxşı ifaları siyahısına adını yazdıra bilib.
İfalardan sonra ən həyəcanlı dəqiqələrə sıra çatıb.
Daha sonra yarımfinaldan finala keçid alan iştirakçı ölkələrin adları açıqlanıb: Bosniya və Hersoqovina, Moldova, Rusiya, Yunanıstan, Portuqaliya, Belarus, Serbiya, Estoniya ,Albaniya və İslandiya seçilib.
Qeyd edək ki, böyük dördlük - Fransa, Almaniya, İspaniya, Böyük Britaniya, eləcə də “Eurovision-2009” müsabiqəsində qalib ölkə olan Norveç birbaşa mayın 29-da keçiriləcək final mərhələsində çıxış hüququna malikdir.
“Eurovision-2010” Mahnı Müsabiqəsi Norveçin paytaxtı Oslonun “Telenor Arena” stadionunda keçirilir. 55-ci “Eurovision” mahnı müsabiqəsində ümumilikdə 39 ölkə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, ötən il Moskvada keçirilən “Eurovision-2009” mahnı müsabiqəsində Norveç təmsilçisi Aleksandr Rıbak birincilik qazanıb. Azərbaycanı ötən ilki müsabiqədə təmsil edən Aysel Teymurzadə və Araş dueti isə ölkəmizə üçüncülük qazandırıb. Bu il isə ölkəmizi 17 yaşlı Səfurə Əlizadə təmsil edir.
Müsabiqənin ikinci yarımfinalı - mayın 27-də, final mərhələsi isə mayın 29-da keçiriləcək. -
05-26-2010, 02:04 AMAgLaYaN_BuLuDRe: Eurovision-2010
::aze:: ::aze:: ::aze::
-
05-26-2010, 03:41 PMNiluferRe: Eurovision-2010
Sad xeber esitmeyi cox isterdim: )
-
05-26-2010, 04:55 PMPOWER_RANGERSRe: Eurovision-2010İnşallah eşidəciyik...bu arada xoş gəlmisiniz foruma :salam:Alıntı:
Nilufer Nickli Üyeden Alıntı
-
05-26-2010, 05:06 PMNiluferRe: Eurovision-2010
İnşallah eşidəciyik...bu arada xoş gəlmisiniz foruma :salam: [/quote]
Tesekkurler:)) .. -
05-27-2010, 12:17 AMPOWER_RANGERSRe: Eurovision-2010
Drip Drop mahnısının Azərbaycan dilinə tərcüməsi
Sən mənim tək yarımsan,
Bir parçamsan, yarımsan,
De mənə nə baş verir?!
Qara buludlar mənə nə isə xəbər verir.
Sanırsan ki, bilmirəm?!
Yox bilirəm hər şeyi,
Tanıyıram yalanla dolu baxan gözləri,
Bilirəm nə zaman dayandıracaqsan sən o sözləri.
Bu son üç həftə gəlib-keçdi göz qırpımında,
Və açıqca danışdıq biz nəhhayət, sonunda
Ürəyimi qırdığın, qəlbimi sındırdığın mənə məlumdur, canım
Qəlbində mənimçün yer yoxdurmu de, ay zalım?!
Sevə bilərəmmi səni, beləcə, həmişə?
İnanımmı de sənə, ya, hacət var təşvişə?
Dayndıra bilmirəm axan göz yaşlarımı,
Yanağımdan süzülən kədər göz yaşlarımı,
Göz yaşımı silən yox, bir təsəlli verən yox
De çoxmu şey istəmişdim səndən, çox şeymi çox?!
De harda olmusan sən? De niyə gec gəlmisən?
Yenə dodaq boyası qoxuyursan, yenidən
Haydı, bir cavab söylə, sualıma cavab ver!
Bu tühaf hərəkətin səbəbi nədir, nədir?
Birimi var ağlında, birimi var qəlbində?
Son vermək istımirəm sevgimizə, əslində.
Ağlamaq istəmirəm, yetər çəkdiyim acı,
Həyatımın mənası, ürəyim, başım tacı.
İstəmirəm Eşitmək, artıq, sənin ismini,
İstəmirəm hiss etmək, artıq, sənin istini.
Yox, qaçmaq istəmirəm, artıq, mən öz-özümdən,
Tərk et artıq könlümü, get, çıx get qəlb evimdə -
05-27-2010, 01:38 AMAgLaYaN_BuLuDRe: Eurovision-2010
::aze:: ::aze:: ::aze::
-
05-27-2010, 10:15 AMSari_GelinRe: Eurovision-2010
heee
-
05-27-2010, 01:58 PMPOWER_RANGERSRe: Eurovision-2010
Norveçin paytaxtı Oslo şəhərində təşkil olunan 55-ci "Eurovision" müsabiqəsində bu gün ikinci yarımfinal keçiriləcək. Bu il müsabiqədə Azərbaycanı təmsil edən Səfurə Əlizadə finala çıxmaq uğrunda mübarizə aparacaq. Hazırda ölkə xaricində olan "Neftçi"nin üzvləri Səfurə Əlizadəyə dəstək olmaq üçün xüsusi kampaniya hazırlayıblar.
Millinin oyunlarını izləmək məqsədilə Avstriyada olan “Neftçi”nin baş məşqçisi Arif Əsədovla Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu, həmçinin İtaliyanın Arpino şəhərində olan icraçı direktor Mübariz Xudiyev Səfurə Əlizadəyə səs göndərəcəklər.
İtaliyada "Ciociaria World Cup-4" turnirində iştirak edən "Neftçi"nin 17 yaşlılardan ibarət komandasının üzvlərinin də "Eurovision"dakı təmsilçimizə səs göndərmələri nəzərdə tutulub. -
05-27-2010, 10:32 PMPOWER_RANGERSRe: Eurovision-2010
Ötən il Norveçi “Eurovision-2009” Mahnı Müsabiqəsində təmsil edən müğənni Aleksandr Rıbak “Eurovision-2010” mahnı müsabiqəsinin qalibinə veriləcək hədiyyəni nümayiş etdirib.
Aleksandr Rıbak bu il hədiyyənin ötən ildəkindən daha yaxşı olacağını etiraf edib.
“Eurovision-2010” Mahnı Müsabiqəsinin rəsmi simvolu və mükafatı İsveçrənin məşhur büllur zavodlarının birində dizayner Kel Enqman tərəfindən hazırlanan büllur mikrofondur.
[ -
05-28-2010, 12:25 AMAgLaYaN_BuLuDRe: Eurovision-2010
6 dəqiqə qaldı görək finaldayıq
-
05-28-2010, 12:40 AMPOWER_RANGERSRe: Eurovision-2010
Emin sənin öhdənə buraxıram şad xəbəri :cool:
-
05-28-2010, 12:52 AMAgLaYaN_BuLuDRe: Eurovision-2010
Safura FİNALDA ilk 5 likdə görürəm Safuranı ::aze:: ::aze:: ::aze:: ::aze:: ::aze:: ::aze:: ::aze::
-
05-28-2010, 12:59 AMPOWER_RANGERSRe: Eurovision-2010
Təbriklər ::aze:: 1 ci yer bizimdi :alqis:
-
05-28-2010, 02:35 AMAgLaYaN_BuLuDRe: Eurovision-2010birnci biz cıxış edəcəyik Tam dəsdəkAlıntı:
POWER_RANGERS Nickli Üyeden Alıntı
