Nuricka hardasan gel cixda qizlar seni sorusur..Birazda gec gelsen dagidacaqlar buralri gel gozumuzun isigi
28 sonuçtan 21 ile 28 arası
-
08-08-2009, 07:43 PM #21Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 701
Re: NuriyeV-den xanımlara özel
kombat80 Nickli Üyeden Alıntı
duz deyirsen ay nuriyev bu ne movzudu?
[
-
08-09-2009, 01:31 PM #22
Re: NuriyeV-den xanımlara özel
[
-
08-09-2009, 02:25 PM #23
Re: NuriyeV-den xanımlara özel
eta ya paçtalyon peçkin prinyot mektuf uuuuuşaqlar size arvaddardan eee çaşdım qızlardan xeber var kim kimi sevir kim kimden nifret edir hamsı mende
vahşi çekiciliyim ehhh ne yapayın lanet olsun
-
08-09-2009, 02:40 PM #24
Re: NuriyeV-den xanımlara özel
Qizlar hamisi ureyini sene acir danis danis ne melumatlar var
[
-
08-09-2009, 02:47 PM #25Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 701
Re: NuriyeV-den xanımlara özel
]
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
[
-
08-09-2009, 07:37 PM #26
Re: NuriyeV-den xanımlara özel
Sexan bu mövzuda düşmen deyilemde yeni hem ne bilirsen men neler öyrenmişem
kombat80 Nickli Üyeden Alıntı
-
01-11-2010, 10:41 AM #27
Re: NuriyeV-den xanımlara özel
bu mövzu uzun zaman idi ehtiyyatda qalmışdı dedim yeniden canlandırım XANIMLARA ÖZEL
Ben Skervin - aparıcı stilistlərdən biri - baş dərisi üçün massaj üsulunu hazırlayıb. Bunun nəticəsində saçlar daha parlaq və sağlam olur. Həmin massajı sizə təqdim edirik.
Massajı yaş və quru saçlara etmək mümkündür. Lakin yeni yuyulmuş və dəsmalla bir qədər qurudulmuş saçlarda effekt daha yaxşı büruzə verir. Çünki saç yumanın nəticəsində baş dərisində qan dövranı yaxşılaşır. İndi isə əsas etaplarla tanış olaq.
1. Əllərinizi yuyun. Bu massaj barmaqların ucu ilə edilir. Əllərinizi başınıza qoyun. Baş barmaqlar qulağın arxasında, çeçələ barmaqlar isə təpə nayihəsində yerləşməlidir.
2. Barmaqların ucu ilə baş dərisinə yüngül təzyiq göstərin və incə, dairəvi hərəkətlərlə massaja başlayın. Bu zaman bir neçə dəfə dərindən nəfəs alın. Bu stressi aradan götürmək üçün faydalıdır.
3. İndi isə şəhadət, orta və adsız barmaqları ənsəyə (boyunun arxa hissəsi) qoyun və dairəvi hərəkətlərlə başa doğru hərəkət edin. Alın nayihəyə qədər massajı davam etdirin. Bunu 3-4 dəfə təkrar edin və çalışın hər dəfə daha geniş nayihəni əhatə edəsiniz.
4. Daha sonra yağış damcılarını xatırladan hərəkətə başlayın. Barmaqların ucu ilə zərif şəkildə başa təzyiq göstərin sanki yağış damcılayır (baraban şəklində). Bu qan dövranını yaxşılaşdırır, baş dərisini oksigenlə qidalandırır və hüceyrələrin yenilənmə prosesini sürətləndirir.
5. Massajın sonunda başa azca toxunaraq hər iki ovcunuzu alnınıza qoyun və saçların kənarlarına doğru hərəkət edin. Barmaqlarınızla ənsəyə doğru yönəlin. Bu sadəcə 30 saniyə vaxt aparacaq.
Ben Skervin 2007-ci ildən Head&Shoulders-in aparıcı top-stilistlərindəndir. Benin işləri dünya şöhrətli jurnalların üz qabığını bəzəyir. Onlardan VOGUE, W, Allure, 10, i-D, Harper’s Bazaar, Tatler, Glamour, ELLE jurnallarını sadalamaq olar.
O həmçinin bir çox məşhur reklam şirkətlərinin üslublarını yaradıb. Bu brendlərə gəlincə, Hermes, Hugo Boss, Topshop, Gap və s..adını çəkmək olar.
-
01-11-2010, 10:45 AM #28
Re: NuriyeV-den xanımlara özel

Ginekoloqa getmək nəyə görə vacibdir?
Ginekoloqa getmək kəlməsi gəldikdə bir çox qadınlar artıq narahat olmağa başlayırlar. Düzdür bu mütləqdir, buna görə də öncədən özünüzü mənfi tərəfə kökləmək düzgün deyil.
Ginekoloqa gedərkən minimum diskomfort hiss etmək üçün nə etməli?
Əslində ginekoloqa ilk dəfə yeniyetməlik yaşında - 14-16 yaş arası getmək məsləhətdir. Lakin nədənsə azərbaycanlı qızlarımız bundan utanır və ailə həyatı qurana qədər gözləməyi üstün tuturlar. Lakin ginekoloqa getməkdə pis heç nə yoxdur. Bu sizin gələcək sağlamlığınız üçün çox vacibdir. Çünki əksər hallarda ailə həyatı qurduqdan sonra hamiləlik prosesində müəyyən qarşısıalınmaz xəstəlik və problemlərlə qarşılaşa bilərsiniz (yumurtalığın və yumurtahüceyrənin inkişafında problemlər, uşaqlığın (matka) inkişafdan qalması, hormonal problemlər və s.).
Səhv addımlardan biri də nəinki ailə qurduqdan sonra, artıq hamilə qaldıqdan sonra ilk dəfə ginekoloqa müraciət etməkdir. Bu düzgün deyil. Əgər erkən yaşlardan cinsi orqanlarda narahatlıq, mensturasiya zamanı kəskin ağrılar və menstrual siklin pozulması, yumurtalıqlarda ağrı və s. kimi narahatlıqlar müşahidə edildiyi halda, yaşından asılı olmayaraq hər bir xanım mütləq ginekoloqa müraciət etməlidir.
Öz ginekoloqunu necə tapmalı?
Çoxsaylı xəstəxana və klinikalara baxmayaraq əksər hallarda həkim seçimi problemə çevrilir. Nə etməli? Ən yaxşısı rəfiqələrinizlə, qohumlarınızla məsləhətləşin. Ola bilsin ki, onlar bir neçə həkimin adını versinlər. Belə olduğu halda onlardan münasibinə yollana bilərsiniz. Hər halda bu fərdi seçimdir. Elə xanımlar var ki, ilk dəfədən öz ginekoluqunu tapmış olur, bəzilərində isə əksinə. Belə xanımlar bir neçə həkim-ginekoloqa baş çəkdikdən sonra öz həkimini nəhayət tapır. Narahtlığa ehtiyac yoxdur. Lakin ginekoloqa getməmişdən öncə müəyyən məqamları bilmək lazımdır.
Bu yazımızda xanımlarımıza “ginekoloqa gedərkən nəyi bilmək lazımıdır” haqda məlumat verəcəyik.
Həkim-ginekoloqa gedərkən bunları bilmək vacıbdır.
1. İlk növbədə menstrual sikli yada salın. Mensturasiya zamanı həkimə getmək olmaz. Çünki bu halda həkim müayinə apara bilməyəcək, həmçinin lazım olan analizləri də götürmək mümkün olmayacaq.
Qeyd: menstruasiya ilə bağlı olmayan qanaxmalar və uzun sürən mensturasiya zamanı həkimə müraciət etmək mütləqdir.
2. Əgər mensturasya siklinin kalendarını tutmusunuzsa onu özünüzlə götürməyi unutmayın. Əgər hələ də kalendarınız yoxdursa, mütləq tutun. Hər bir qız mensturasiya başladığı andan kalendar tutmalıdır. Çünki həkimə getdikdə o sizə bir neçə sual verəcək: mensturasiyanız neçə yaşından başlayıb? Menstrual siklin davamlılığı nə qədərdir? Son mensturasiya tarixi və s. Əliniz altında kalendar olduğu halda bu suallara rahat və ən əası düzgün cavab vermiş olacaqsınız.
3. Həkimə getməmişdən öncə gigiyenik prosedurları unutmaq olmaz. (yuyunmaq, təmiz alt paltarı geyinmək və s. )
4. Həkimə getməmişdən bir ay öncə antibiotik qəbu etmək, antivirus dərmanlar içmək, vaginal şamlar, krem və ya həblərdən istifadə etmək olmaz. Bu düzgün müayinə üçün gərəklidir.
5. Əgər analiz verməyə hazırlaşırsınızsa 2-3 saat əvvəl sidiyə getməməyi məsləhət görürük. Həmçinin 2-3 gün ərzində cinsi əlaqədə olmayın.
6. Hormonal statusun müayinəsi acqarnına və menstrual siklin müəyyən günlərində aparılır.
Ümumiyyətlə imkan daxilində ginekoloqa getdikdə sizə nəyin lazım olduğunu öncədən müəyyənləşdirməyə çalışın. Hər birinizə sağlam həyat tərzi arzulayırıq.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yaxşı fikirleş Herbi Andi unutma!
Yer imleri