Əsas məzmuna keç
Sayfa 2/2 İlkİlk 12
18 sonuçtan 11 ile 18 arası

Can sağlığı

  1. #11
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Asqırığın qarşısını süni surətdə aldıqda iflic və beyin xəstəliklərinə şərait yaradır.
    Orqanizmdə refleks olan asqırıq ağızdan çıxan sürətli hava nəticəsində əmələ gəlir. Asqırığı tutduqda bayılmalara yol açır. Hər halda asqırmaq orqanizm üçün faydalıdır, lakin onun qarşısını süni surətdə almaq qeyd etdiyimiz kimi, orqanizm üçün çox təhlükəlidir.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #12
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Yazın gəlişi ilə orqanizmdə allergik xəstəliklər - burun axması, qaşınma, göz yaşarması və dəridə qıcıqlanmalar baş verir.


    Bəzən üşütmə, boğaz ağrısı, səs batması və öskürək ortaya çıxır. Allergiyaya mövsümi qidalarla yanaşı, çiyələk, fındıq, yumurta, balıq, kif göbələkləri, toz axınları da səbəb ola bilər.

    Allergiyadan qorunmaq üçün

    İlk növbədə, allergiyanın hansı mənbədən qaynaqlandığı aşkarlanmalıdır. Allergik xəstəliyə yoluxan insan heyvan bəslənməyən, ev bitkiləri yetişdirilməyən rütubətsiz bir otaqda yaşamalıdır. Yataq otağında xalı, kilim və ya yumşaqtipli oyuncaqlar olmamalı, allergiya verməyən, yalnız su buxarı və hava keçirən yataq və yorğan üzlüklərdən istifadə olunmalı, mümkünsə, kondisionerlərin filtrləri ayda 1 dəfə dəyişdirilməli, yataq örtükləri 60 dərəcədə yaxalanmalıdır. Bununla bərabər, əgər allergiya hər hansı bir qida ilə bağlıdırsa, həmin qidadan imtina edilməlidir. Əgər allergiya açıq hava ilə bağlıdırsa, havaya çox çıxmamaq, qapı və pəncərələri müəyyən müddət bağlı saxlamaq lazımdır.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  3. #13
    Senior Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    İstanbul
    Mesajlar
    157
    Alıntı Elif Nickli Üyeden Alıntı
    Soyuq yeməklərdən çox istifadə etməyin. İsti yay günlərində mədə və bağırsaqlar soyuq yeməklərlə bağlı daha sürətli fəaliyyətdə olur və belə yeməklərin bağırsaqlarda qalma müddəti qısalır. Bu da orqanizmin qidalardakı vitaminləri mənimsəməsinə imkan vermir.

    Sürətlə su içməyin. İstidə insan çox tərlədiyindən birdən-birə içilən çoxlu miqdarda su ürəyin yükünü artıraraq, qan dövranını aşağı salır. Bu isə nəfəs çatışmazlığına və soyuq tərləməyə səbəb olur.

    Açıq havada taxta üzərində oturmayın. Havanın temperaturu və nəmliyi yüksək olduğu üçün taxta çoxlu miqdarda suyu özünə çəkir. Günəş altında qalan taxta nəmi çölə verir və üzərində oturduqda dəri və revmatizm xəstəliklərinə səbəb olur.

    Gecə açıq havada yatmayın. Bədən sürətlə tərlədiyi üçün insan yuxulayana qədər bədənin müqaviməti azalır. Gecə havanın istiliyinin aşağı olması, soyuq küləyin əsməsi mədə ağrılarına, əzələ problemlərinə, həzm pozğunluğuna və ishala gətirib çıxarır.

    Günorta yatmağa çalışın. Gündüzlər uzun, havalar isə isti olduğundan günortalar 1-2 saat yatmaq faydalıdır.

    Kondisioneri yüksək dərəcəyə qoymayın. Kondisioner insanların rahatlığı üçündür. Lakin otaq daxilində və çöldə istilik fərqinin böyük olması insanın üşüməsinə səbəb olur. Ona görə də bu fərq 5-8 dərəcə arasında olmalı, 10 dərəcəni keçməməlidir.
    buray köçurüldü
    Ayaqqabım olmadıgından şikayet eleyirdim..
    Yolda gederken ayaqsız insan gordum..
    MEVLANA

  4. #14
    Senior Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    İstanbul
    Mesajlar
    157
    Alıntı Elif Nickli Üyeden Alıntı
    Qusma, ishal və qarınağrısı zəhərlənmənin əlamətləridir. Zəhərlənmə əsasən 66 faiz qidalardan, 24 faiz kimyəvi maddələrdən, 10 faiz isə parazitlərdən qaynaqlanır. Xəstə ishal olduğu üçün çoxlu su itirir. Bu isə orqanizmin zəifləməsinə gətirib çıxarır. Belə vəziyyətdə xəstəni mütləq xəstəxanaya çatdırmaq lazımdır.
    Ət, toyuq, yumurta, süd, yaxşı yuyulmamış meyvə-tərəvəz zəhərlənməyə səbəb olur. Qida zəhərlənmələrinə yol verməmək üçün əlin təmiz olmasına diqqət yetirilməli, qidaların hazırlanması, paketlənməsi, bişirilməsi və saxlanması zamanı gigiyenik qaydalara riayət olunmalıdır.
    köçürüldü
    Ayaqqabım olmadıgından şikayet eleyirdim..
    Yolda gederken ayaqsız insan gordum..
    MEVLANA

  5. #15
    Senior Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    İstanbul
    Mesajlar
    157
    Alıntı Elif Nickli Üyeden Alıntı
    Qızmar yay günlərinə doğru gedirik.

    Havaların istiləşməsi ilə əlaqədar orqanizmdə təbii olaraq müxtəlif çatışmazlıqlar, eyni zamanda burun qanaması meydana çıxır və belə hallar mövsümdən asılı olaraq, daha çox artır. Burun qanamasına uşaq və ortayaşlı adamlarda daha çox rast gəlinir.
    Burun qanaması ön və arxa burun qanaması olmaqla, iki hissəyə bölünür: ön burun qanamaları, arxa burun qanamaları. Ön burun qanamaları burunun orta hissəsindəki nazik damarların çatlamasından qaynaqlanır. Bu damarlar çox nazik və tez qırılan olduğu üçün adi dırnaq toxunuşu ilə də qanayır. Bu tip qanamalar daha çox uşaq və yeniyetmələrdə baş verir. Arxa burun qanamaları isə təzyiqi yüksək olan insanlarda və ciddi üz yaralanmaları zamanı yaranır. Boğazdan ağız və burun nahiyəsinə doğru davam etməklə meydana gələn bu qanamalara əsasən orta və yaşlı insanlarda rast gəlinir.
    Ön burun qanamalarına isti və quru hava şəraiti səbəb olur. Bunun üçün burun nəmləndiricilərindən istifadə etmək, həmçinin buruna zeytun yağı damızdırmaq, burunun içinə nəmləndirici krem vurmaq məsləhətdir. Qanama zamanı başı geriyə doğru əymək düzgün deyil, belə etdikdə qan boğaza axa bilər. Dik oturmaq, buruna pambıq tampon, burun və yanaqlara buz qoymaq lazımdır. Təkrar qanama olmaması üçün çalışın fınxırmayın, ağır şeylər qaldırmayın, yaşadığınız otaqda rütubətin normal olmasına çalışın. Daha ağır hallarda isə həkimə müraciət edin
    köçürüldü
    Ayaqqabım olmadıgından şikayet eleyirdim..
    Yolda gederken ayaqsız insan gordum..
    MEVLANA

  6. #16
    Senior Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    İstanbul
    Mesajlar
    157
    Alıntı Elif Nickli Üyeden Alıntı
    Tez yorulursunuz? Elə isə, bu təklifləri həyata keçirməyə çalışın:


    1- Gündə nə qədər kalori aldığınızı öyrənin. Ləbləbilərdən, şokoladlardan bir müddət əl çəksəniz, həm çəkiniz azalar, həm də orqanizminiz zərərli maddələrdən təmizlənər.

    2- Nanə çayı için: Nanənin tərkibində mentol olduğundan əhvalınız yüksələcək, həzmi asanlaşdıracaq. Yeməkdən sonra içəcəyiniz 1 stəkan nanə çayı orqanizminizi toksinlərdən azad edəcək və özünüzü gümrah hiss edəcəksiniz.

    3- Hər səhər üzünüzü yuduqdan sonra soyuducudakı buz parçaları ilə boynunuzu, üzünüzü dairəvi hərəkətlərlə masaj edin.

    4- Portağal qabığından istifadə edin: portağalın qabığını odda qurudub, içinə bir az tabaşir tozu və bir az da mixək əlavə edərək, toz halına salın, sonra dişlərinizi bu tozla fırçalayın. Belə etsəniz, dişlərinizdə sarı qalmayacaq.

    5- Alma yeyin: hər gecə yatmazdan əvvəl 1 ədəd alma yemək faydalıdır. Həzmdə probleminiz varsa, almanın özünü deyil, suyunu da içə bilərsiniz.

    6- Gözünüz yorğundursa: dəsmalın arasına sürtgəcdən keçirilmiş alma, yaxud iki dilim çiy kartof qoyub, bir neçə dəqiqə göz qapaqlarınızın üzərində saxlayın.

    7- Sağlam dırnaqlara və saça sahib olmaq üçün lazım olan dəmir və A, B, B12, C, E vitaminləri ən çox balıq, taxıl, düyü, çörək, yumurta, pendir və fındıqda olur. Bu məhsulların tərkibində orqanizm üçün faydalı olan beta karotin də var.

    8- Zeytun yağı yaddaşsızlığın qarşısını alır.

    9- Meyvə-tərəvəz sularını çiy olaraq hazırladıqda qida dəyərləri olduğu kimi qalır və vitamin baxımından itkiyə məruz qalmır...
    köçürüldü
    Ayaqqabım olmadıgından şikayet eleyirdim..
    Yolda gederken ayaqsız insan gordum..
    MEVLANA

  7. #17
    Junior Member
    Üyelik tarihi
    Apr 2007
    Mesajlar
    8

    merhaba

    slm millet

  8. #18
    Junior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    trabzon
    Mesajlar
    3
    önce sağlık sonra diğer şeyler olur inşallah.
    herşey hayal etmekle başlar...

Sayfa 2/2 İlkİlk 12

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.