Re: Narın möcüzəvi faydalar
Allah insaf versin sənə ..nar istədim e.. :meyus:
Re: Narın möcüzəvi faydalar
sekilleri yerlesdire yerlesdire neler cekdim Allah bilir.dusum birdene alim yariya bolum yarisi senin yarisi menim tez ye gelecekler sene qalmiyacaq:)
Re: Narın möcüzəvi faydalar
Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
sekilleri yerlesdire yerlesdire neler cekdim Allah bilir.dusum birdene alim yariya bolum yarisi senin yarisi menim tez ye gelecekler sene qalmiyacaq:)
:lol: :lol: :lol: oldu
Nar haqqında bilmədikləriniz
[
Bu nar- Punicaceae fəsiləsindəndir. Onun ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. Narın müalicəvi xassəsi eramızdan hələ çox-çox əvvəl assuriyalılara, misirlilərə, yəhudilərə, yunanlara və romalılara məlum idi.
Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Azərbaycanda da nardan və onun meyvələrinin qabığından istifadə olunur. Narın növündən və sortundan asılı olaraq, meyvələri şirin və turş olur. Nara turş dad verən onun şirəsindəki limon turşusudur.
Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə, boyayıcı maddələrlə, makro və mikroelementlərlə də zəngindir.
Cır nar meyvəsinin şirəsindən təbabətdə və yeyinti məhsulları sənayesində istifadə etmək üçün limon turşusu istehsal olunur. Meyvəsinin qabığı da faydalıdır. Onu çay kimi dəmləyib, mədə bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər. Böyrək və qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir. Şəkər xəstəliyi olanlara cır narın şirəsindən içmək məsləhətdir.
Azərbaycan Dövlət Tibb İnstitutunda cır nar meyvəsinin şirəsinin antidiabetik təsiri həm eksperimental, həm də klinik cəhətdən öyrənilmiş və müsbət nəticələr əldə edilmişdir. Nar şirəsilə 10-12 gün davam etdirilən müalicə nəticəsində xəstələrin hamısında ürək yanğısının azalması, ağızda quruluğun və acılıq hissinin itməsi, başağrısının kəsilməsi kimi müsbət dəyişikliklər müşahidə edilmişdir.
Xalq təbabətində nar meyvəsinin qabıqlarından “nar qəzəli” adı ilə, eləcə də nar ağacının gövdə və budaqlarının qabıqlarından toz formasında və sulu bişirmə şəklində qurd əleyhinə dərman kimi istifadə edilir.
Şəki rayonunda narda iştah artırmaq üçün “nardaşa” adlanan şərbət hazırlanır. Həmçinin cır nardan “narşərab” hazırlanır ki, bu da həzmetmə prosesinə kömək edir və sınqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir.
Nar şirəsindən hipertoniya xəstəliyində, eləcə də ürək ağrılarında istifadə olunur. Nar şərbəti döş ağrıları zamanı, öskürək dərmanı kimi də qəbul etmək olar.
Şirin nar meyvəsinin şirəsini böyrək xəstəliklərində, eləcə də temperaturu aşağı salmaq üçün içmək məsləhətdir.
Kəmşirin nar meyvəsinin şirəsindən böyrəklərdə və öd kisəsində daş bağlayan zaman istifadə olunur.
Nar şirəsi babasil xəstəliyini müalicə etmək üçün də faydalıdır.
Xalq təbabətində nar şirəsindən yel xəstəliyində sürtmə dərmanı kimi işlədilir. Nar ağacının kökünü qurudaraq toz halına salıb, onu əzvayla bərabər miqdarda qarışdırırlar, sonra çıxıqlarda, əziklərdə təpitmə şəklində ağrıkəsici kimi işlədirlər.
Nar qabıqlarını və çiçəklərini çay kimi dəmləyib, boğaz ağrılarında, angina, diş ətinin iltihabı xəstəlikləri zamanı antiseptik qarqara dərmanı kimi istifadə edirlər.
Re: Narın möcüzəvi faydalar
cox sag ol deyerli melumat ucun
Re: Narın möcüzəvi faydalar
narin baha olan vaxti gosterdiyi shekile bax.yadima dushdu lap :yalaq: :yalaq:
Re: Narın möcüzəvi faydalar
sende agla mende aglayim..arada bazara cix eve bir seyler al
Re: Narın möcüzəvi faydalar
Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
sende agla mende aglayim..arada bazara cix eve bir seyler al
YOX AGLAMIRAM.CUNKI ELE DUNEN NAR GETIRDILER.ISTESEN BUYUR GEL QONAGIMIZ OLA BILERSEN.NAR QONAGLIGIDI.DUNEN TRIVOQA VERMISHDIM :D
Re: Narın möcüzəvi faydalar
Gece vaxtdi nar istedin..ok axsam gelerem nar yemeye indi isim