Süd insanın qida rasionunun ayrılmaz hissəsidir. Bu vitmainlərlə zəngin içki bir çox məqsədlərlə istifadə edilə bilər. Amma südün mətbəxdən kənarda hansı faydalarının olduğunu bilirsinizmi?
1.Gözəllik üçün maska - su ilə quru süddən hazırlanan maska üzü yumşaldır.
2.Günəş yanığına faydalıdır - istər quru, istər su ilə qarışdırılmış, istərsədə təbii süd yanıqlardan qurtulmağın ən asan yoludur.
3.Qarğıdalını yumşaldır - bunun üçün qarğıdalı bişirilən qaba bir qədər süd tökülməsi lazımdır.
4.Əl sabunu - soyuq südü ələ töküb yusanız həm əliniz təmizlənər, həm də dəriniz yumşalar.
5.Krem kimi istifadə edə bilərsiniz - quru südü su ilə qarışdırandan sonra üzə sürtün və üz qırxmağa başlaya bilərsiniz.
6.Milçək dişləməsinə faydalıdır - südü duz ilə qarışdırın və yaraların üzərinə sürtün. Qaşıntı və qızarıqlıq o andaca keçəcək.
7.Mürəkkəb ləkəsini çıxardır - limon suyu ilə qarışdırılan süd ləkələr ilə təkbaşına mübarizə apara bilər.
8.Dəriləri bə ayaqqabıları parıldadır - parçanı südə batırın və bu növ paltarlarınızı silin. Nəticəyə inanmayacaqsınız.
9.Süd vannası - süd vannası dərini yumşaldır, sakitləşdirir.
10.Öz sabununuzu hazırlayın - süd, qliserin, təbii qoxulu yağlar və yulaf əzməsini qarışdırın. Qarışımı bir neçə saat qaynadın və şəkil vermək üçün qəliblərə tökün.
11.Makiyaj təmizliyi üçün idealdır - ən təbii nəmilik vasitəsidir.
12.Bitkiləri təmizləyin - bitkilərin yarpaqlarını süd ilə silmək onlara parlaqlıq verir.
13.Balıq dadını yox edir - süd uzun zaman dondurulmuş halda olan balıqların dadını yox edir. Bunun üçün onların buzunu südün köməyi ilə əritmək lazımdır.