Dərinizin parlaqlığı üçün...
Dərinizin parlaq olmasını istəyirsinizsə, 1 çay qaşığı sirkəni təmiz suya əlavə edin və üzünüzü yaxalayın. Vanna etdiyiniz suya 3-4 yemək qaşığı sirkə töküb, içində 10, yaxud 15 dəqiqə qalsanız, bədəniniz canlanar. Sirkə ilə edilən qulluqlar bədənə aşağıdakı faydaları verir:
- Kapilyar damarlardakı qan dövranını sürətləndirərək dərini nəmləndirir;
- antiseptik özəlliyə malik olduğundan infeksiyaya səbəb olan bakteriya və virusların sürətlə çoxalmasının qarşısını alır.
Vitamin, mineral və antioksidanlarla zəngin olan küncüt yağı dərinin yaşlanmasının qarşısını alır. Tərkibində E, A və B kompleks vitaminləri olan bu yağ dəmir və kalsium baxımından da zəngindir. Küncüt yağı saç üçün də çox təsirlidir. Saçın diblərinə vurduqda saçları gücləndirir, tərkibində kalsium olduğundan dırnaqları möhkəmləndirir.