Tibb aləmində daha bir möcüzə
Bu günlərdə İngiltərədə baş verən bir hadisə bütün tibb aləmini şoka salıb. İngiltərə vətəndaşı olan Hannah Clark iki yaşında olarkən ona ürək çatışmazlığı problemi olduğu üçün əməliyyatla yeni ürək köçürülüb. Lakin həkimlər onun öz ürəyini də vücudunda saxlayıb.
Beləliklə uzun bir müddət bu vəziyyətdə yaşayan qız 12 yaşa çatan zaman köçürülmüş urəyin normal işləməsi üçün qəbul etdiyi dərmanların ucbatından xərçəng xəstəliyinə tutulub.
Uzun müayinələrdən sonra həkimlər köçürülən ürəyin çıxarılmasına qərar veriblər. Elə bu zaman həkimlər bir möcüzə ilə qarşılaşıblar. Belə ki, 10 il öncə qüsur yaranan Hannahın öz ürəyi artıq normal işləyir.
Həkimlər qarşılaşdıqları bu hadisədən şoka düşərkən Hannahın ailəsi isə övladlarının sağalmasının sevincini yaşayır.
[
Re: Tibb aləmində daha bir möcüzə
men de isteyirem ureyimi deyisdirmek o meni incidir bezen ise aqradir
Re: Tibb aləmində daha bir möcüzə
bunu etmək üçün milyonlarla dollar pul lazımdır
Re: Tibb aləmində daha bir möcüzə