Koronavirusla Bağlı Azərbaycanda və Dünyada Vəziyyət
Azərbaycanda bu günə qədər 926 virusa yoluxma hadisəsi qeydə alınmışdır. Bunlardan 104 nəfəri sağalmış, 9 nəfər isə dünyasını dəyişmişdir. Hal hazırda ölkəmizdə 813 koronavirus xəstəsi müailəcə almaqdadır.
Qardaş ölkə Türkiyədə 38.226 nəfərdə virus aşkarlanmış, 812 nəfər vəfat etmiş, 1.846 nəfər isə sağalmışdır.
Virusun yarandığı ölkə Çin, 81.866 yoluxma faktıyla 6. pillədədir. Qeyd edək ki, Çində 77.375 şəxs virusdan sağalmışdır və 3.335 ölüm faktı qeydə alınıbdır.
Virusun yoluxma sayının yarısından çoxu Avropa ölkələrinin payına düşür.
Dünyada isə 1.531.936 nəfər virusa yoluxmuş, 89.560 nəfər dünyasını dəyişmiş, 342.062 nəfərdə sağalmışdır. Virus 214 ölkə və bölgədə qeydə alınmışdır.
Virusun ən çox yayıldığı ölkə isə Amerika Birləşmiş Ştatlarıdır. 435.609 yoluxma faktı qeydə alınıbdır. Son 24 saatda ABŞ da, 1.800 nəfəri keçən ölüm hadisəsi qeydə alınaraq ölənlərin sayı 14.833 şəxsə çatmışdır.
Yoluxma sayına görə 2-ci yerin sahibi 152.446 yoluxma faktıyla İspaniya, 3-cü pillədə isə İtaliya yerini alıbdır.
Virusdan ən çox dünyasını dəyişən insanın olan ölkə isə 17.722 ölüm faktıyla İtaliyadır.