Saç tökülməsi
Bir qayda olaraq, problemin yaranmasının qarşısını almaq sonradan onu həll etməkdən daha asan olur. Bununçün adi qaydalara riayət etmək lazımdır ki, saçlarınız seyrəlməsin. Saç müxtəlif səbəblərdən tökülə bilər. Məsələn, qışın soyuq günlərində başıaçıq gəzərkən saç köklərinin əzələləri soyuqlayır. Bu isə saçın sürətlə tökülməsilə nəticələnir. Eyni zamanda kip baş geyimlərindən də istifadə etmək məsləhət deyil. Çünki baş sıxıldıqda qan dövranı və saç köklərinin qidalanması sistemi pozulur. Üstəlik, bu zaman onun tənəffüsü də pozulur. Təsadüfi deyil ki, kip hörülmüş, sıx yığılmış düzümlər saçın tökülməsinə səbəb olan amllərdəndir. Uzun müddət eyni yerdən tağ ayırmaq da bu hissədə saçların seyrəlməsinə gətirir. Saçları nəm halda yığmaq və hörmək də olmaz. Çünki nəm saçlar çox zərif olur, asanlıqla qırılır və tökülür. Qeyd etmək lazımdır ki, saçın tökülməsi ancaq onlara lazımı qədər qulluq edilməməsi, piy və tər vəzilərinin fəaliyyətinin pozulması və köklərin qidalanmaması ilə əlaqədar olduqda bunun qarşısını sərbəst şəkildə almaq mümkündür. Bəzən saç tökülməsi bütün orqanizmin, yaxud hansısa bir orqanın xəstəliyi ilə bağlı olur. Belə olan təqdirdə mütləq həkimə müraciət etmək və müalicə almaq lazımdır. Əgər saçınız tökülürsə və bunun səbəbi sərbəst qarşısı alına biləcək səbəblər siyahısına aiddirsə, aşağıdakı reseptlərin sizə köməyi dəyə bilər. Saç tökülməsinin qarşısını almaq üçün xalq təbabətində çox üsullar var. Bu üsullurdan ən geniş yayılanı müxtəlif cövhərlərlə başın dərisini silməkdir. Belə müalicənin effektli olması üçün tam kurs keçmək lazımdır. Cövhəri həftədə iki dəfə olmaqla bir ay müddətində başın dərisinə çəkmək lazımdır.
Belə məhlullardan bir neçəsinin reseptini təqdim edirik.
* 100 qram xırdalanmış quru, yaxud təzə gicitkənin üzərinə 0,5 litr su və sirkə əlavə edib yarım saat qaynadın. 40 dəqiqə soyutduqdan sonra süzün.
* 2 xörək qaşığı palıd qabığı və soğan qabığına 1 litr qaynar su əlavə edib 1 saat vam odda qaynadın. Soyuduqdan sonra süzün və istifadə edin.
* 10 qram sivri qırmızı bibərin üzərinə 70 faizli 100 qram spirt əlavə edin. 6-7 gün saxladıqdan sonra süzün və üzərinə spirt qədərində qaynanmış su tökün. Bu maye müəyyən hissələrdə topa ilə tökülən saçların müalicəsi üçün uyğundur. Mayeni həftədə 2-3 dəfə yatmazdan əvvəl başın dərisinə çəkmək lazımdır.
* 4 hissə kalendula çiçəyi və xırdalanmış pıtraq kökünü 3 hissə mayaotu qozası ilə qarışdırın. 50 qram belə qarışığın üzərinə 1 litr su əlavə edib 10 dəqiqə qaynadın və yarım saatdan sonra süzün. Başınızı yuduqdan sonra bu maye ilə yaxalayın.
* Saçınızı ilıq su ilə sabunsuz yuyun. Bundan sonra 10-15 dəqiqə ərzində başınızın dərisini xörək duzu ilə sürtün bundan sonra isə yenidən ilıq su ilə təmiz yuyun. Bu tökülmənin qarşısını alan çox effektli və sınanılmış üsullardan ən geniş yayılanıdır.
Saç tökülməsinin qarşısını almaq üçün maskalardan da istifadə olunur. Həftədə 2-3 dəfə nəzərdə tutulan bu maskalar saçın rənginə təsir edə bilər. Buna görə də sarışın qadınların bir qədər ehtiyatlı olması məsləhət görülür.
Açıq rəngli saçlar üçün maska
1 xörək qaşığı xına, 1 xörək qaşığı qaynar su, 1 xörək qaşığı duru qatıq, bir neçə diş əzilmiş sarımsaq, 1/2 çay qaşığı kakao və 1 çay qaşığı balı qarışdırın. Sonra bura 1 yumurta əlavə edib bir az da qarışdırın.
Tünd rəngli saçlar üçün maska
Bir siqaretin tütünü, 0,5 stəkan tünd dəmlənmiş çay, 1 xörək qaşığı xına, 1 xörək qaşığı turşumuş süd, 1 yumurta sarısı, 1 çay qaşığı yağla həll edilmiş A vitamini, 1 çay qaşığı zeytun yağı və 1 çay qaşığı kakao buxarın üzərində eynicinsli kütlə əmələ gələnə qədər qarışdırılır.
Saçınızın rənginə uyğun gələn maskanı saçınızın dibinə çəkdikdən sonra başınızı əvvəl polietilenlə, üstündən isə dəsmalla bağlayın. İki saatdan sonra ilıq su ilə yuyun.
Ağarmayın, saçlarım...
Yaş üst-üstə gəldikcə, saçda rəng piqmenti melaninin miqdarının azalması onların rənginin ağarmasına səbəb olur. Bu təbii prosesdir və çox təəssüf ki, onun qarşısını almaq qeyri-mümkündür. Ancaq bir qədər ləngitmək olar. Bunun üçün ildə iki dəfə 1-2 ay ərzində A, E, S vitaminləri və riboflavin qəbul etmək lazımdır.
Ağ saçları süni boyalar vasitəsilə gizlətmək ən yaxşı üsuldur. Yuxarıda qeyd etdiyimiz kimi, xanımlar saçı boyamaq üçün heç bir səbəb axtarmırlar. Qapqara saçları bir günün içində sarı, qırmızı və digər rənglərə salmaq bizim üçün çətin deyil. Bəzən saçı boyamaqla həyatımızı belə dəyişə bilirik. Amma gəlin unutmayaq ki, bunun üçün qarşıda hələ çox vaxtımız olacaq. Əgər keyfiyyətsiz və ölgün saçlar sizi bezdiribsə, yaxud ağarmış saçlarınız artıq hamının diqqətini cəlb edirsə, onda çəkinmədən boyaya əl atın. Ən yaxşısı isə bunu gözəllik salonunda reallaşdırmaqdır. Beləliklə, siz saçların tamamilə rənglənməsinə nail ola bilərsiniz.
Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)
Printable View
-
09-01-2009, 10:37 AMNuriyeVQızlar Saçlarınız tökülür?...ele ise dalımca:)
-
09-01-2009, 02:26 PMSirli-MelekRe: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)
:alqis:
-
09-01-2009, 07:36 PMQuickHappyRe: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)
Çox sağol ama saçlarım tökülmür razıyam...sən saçların düz qalması üçündə bir maska tap ok? çünki saçlarım çox qıvrımdı...
-
09-02-2009, 07:28 AMNuriyeVRe: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)Berekallah :DAlıntı:
QuickHappy Nickli Üyeden Alıntı
-
09-02-2009, 10:24 AMQuickHappyRe: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:):DAlıntı:
NuriyeV Nickli Üyeden Alıntı
-
09-02-2009, 11:43 AMkombat80Re: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:):loll:Alıntı:
NuriyeV Nickli Üyeden Alıntı
-
09-02-2009, 11:56 AMDamla1Re: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)
bir şey maraqlidi e .. Ay Nicat beyem kişilerin saci tökülmür? Mence en cox kecel olan olardi axi. Sen oğlanlar ücün ele şeyler tap yaz ki sora gec olmasin. Bax Kombatin sacı tökülmeye başlıyıb deyesen. Hirsinden gülür :D
-
09-02-2009, 12:05 PMNuriyeVRe: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)ade ne yaman gülürsen? :DAlıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
09-02-2009, 12:09 PMNuriyeVRe: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)yo menim saçım zordu Serxandakı gülsünde ele keçel qızlara gülmek lazımdıda :DAlıntı:
Damla1 Nickli Üyeden Alıntı
-
09-02-2009, 12:16 PMDamla1Re: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)Alıntı:
NuriyeV Nickli Üyeden Alıntı
:D men kecel qız görmedim hec. :yox: -
09-02-2009, 01:16 PMkombat80Re: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)Menim yasima gelende basinda bir dene de tuk qalmasin :duaAlıntı:
Damla1 Nickli Üyeden Alıntı
-
09-02-2009, 01:43 PMDamla1Re: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:):meyus: hele bu ramazan ayinda bele qarğış olar hec :cry:Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
09-02-2009, 01:48 PMkombat80Re: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)indi eledimki tez qebul olsun. Essi aglama tokulenden sonra ele bil ustunden agirliq atacaqlar yungullesessen. :DAlıntı:
Damla1 Nickli Üyeden Alıntı
-
09-02-2009, 04:49 PMQuickHappyRe: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)32 dişi də görsəndi :aferin:Alıntı:
NuriyeV Nickli Üyeden Alıntı
-
09-03-2009, 12:01 PMNuriyeVRe: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)
aye lanet olsun qızlara lağ eledim bugün seher başımı yuyanda elimde ne qeder tük qaldı Allahım neydi günahım Serxan sen onlara qarğış eledin menim başıma geldi :meyus: axı bizde bele şey yoxdu mende niye olsun :meyus:
-
09-03-2009, 01:21 PMQuickHappyRe: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:):loll: Gülmə qonşuva gələr başıva =)))Alıntı:
NuriyeV Nickli Üyeden Alıntı
-
09-03-2009, 09:03 PMNuriyeVRe: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:):meyus: mövzunun adın deyişib oğlanlar saçınız tökülür dalımca qoymaq lazım olacaq :meyus:Alıntı:
QuickHappy Nickli Üyeden Alıntı
onsuzda arvad kimi saç uzadan oğlanlar çox bizden uzaq -
09-03-2009, 09:19 PMQuickHappyRe: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)Niyə belə düşünürsüz? Axı bizim Peyğəmbərlərimizdə saçlarını uzadırdılar...Olmaz belə diməy... :yox:Alıntı:
NuriyeV Nickli Üyeden Alıntı
-
09-03-2009, 10:38 PMElifRe: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)
Bilmirem bu kombatla Nuriyev ne axtarır qızların mövzularında ? Kim mövzunun başlığına "qızlar oxuyun, qızlar baxın, qızlara özel .ves." yazsa kombatla Nuriyev ora gedir. :loll:
-
09-03-2009, 10:45 PMNuriyeVRe: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)mövzunu men qoymuşam :mad: hem siz deyesen yene pert olmaq isteyirsiniz uduzdunuz el çekinde biz istemirik sizi yene pert edek :DAlıntı:
Elif Nickli Üyeden Alıntı
-
09-03-2009, 11:15 PMElifRe: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)Yox men heç vaxt qardaşlarıma düşmen olmamışam :yox:Alıntı:
NuriyeV Nickli Üyeden Alıntı
-
09-03-2009, 11:30 PMNuriyeVRe: Qızlar Saçlarınız tökülür?...ele ise dalımca:)
he sen axı biz terefde idin :D :alqis:
