[
Yay aylarının ən çox istifadə edilən giləmeyvələrindən olan qarpız xərçəng xəstəliyinin müalicəsində və onun qarşısının alınmasında xüsusi əhəmiyyətə malikdir.
Türkiyəli alim Nebahat Sarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, qarpızın tərkibi xərçəng xəstəliyinin müalicəsində önəmli hesab edilən likopen və sitrolin adlı 2 kimyəvi maddə ilə zəngindir.
Alimin sözlərinə görə, qarpız həmçinin sərinləşdirici təsir göstərməklə yanaşı, iştahaaçandır, göz, mədə ağrısı və ağız qoxusunun qarşısının alınmasında da faydalıdır. Həkimin fikrincə, bu cür müsbət xüsusiyyətlərini nəzərə alaraq, qarpızdan daha rahat istifadəni təmin etmək üçün onun şirəsinin istehsalına başlanılmalıdır.
Qarpızı acqarına, çəyirdəkləri ilə birgə yeyin
Türkiyəli həkim Dursun Bostancı isə qarpızın faydasından tam yararlanmaq üçün onu acqarına və çəyirdəyi ilə birgə yeməyi tövsiyə edir. Həkimin açıqlamasına görə, qarpızın çəyirdəyinin tərkibində olan “cucurbocitrin” adlı maddə qan təzyiqinin, böyrəklərin funksiyalarının tənzimlənməsində mühüm rol oynayır.
“Qarpızın tərkibinin bir hissəsi sudur. Bu tərəvəzin çox yeyilməsi orqanizmin yaz aylarında su itirməsinin qarşısını alır”, - deyən D. Bostancı qarpızın arıqlamağa da yardım etdiyini bildirib.
Qarpız xərçəng xəstəliyinin qarşısını alır
Printable View
-
06-20-2008, 03:56 PMElifQarpız xərçəng xəstəliyinin qarşısını alır
-
06-20-2008, 05:07 PMfidan494
qarpız sevmirdim :), başlayacam
-
06-20-2008, 05:14 PMElifmen keçen yay yuxuda sene qarpız verdim yemedin :al:Alıntı:
fidan494 Nickli Üyeden Alıntı
-
06-20-2008, 07:31 PMsladkayamene verseydin yerdim :wink:Alıntı:
Elif Nickli Üyeden Alıntı
-
06-20-2008, 09:51 PMElif
Şekerim al sene qarpız. Şefa olsun :)
[ -
06-20-2008, 10:22 PMsladkayaohhh cok lezizdi hamısını yedim :wink:Alıntı:
Elif Nickli Üyeden Alıntı
-
06-21-2008, 12:01 AMvusal_21
mmm.... ureyim qrapiz istediii :D men qarpizi cox seviremmm yayda elcim olsa seher gunorta axsam qarpiz yeyremmm :D
ama bu qeder xeyrinin oldugunu bilmirdimm sagoll elifff :canim: -
06-21-2008, 02:05 AMElifÇox qarpız yeyirsen ona göre bele şirin şeker bir qız olmusan :canim:Alıntı:
vusal_21 Nickli Üyeden Alıntı
-
06-21-2008, 08:52 PMvusal_21
tesekkurlerr canimm bacimmmm :canim: :utandim:
-
06-21-2008, 09:58 PMTurksoyluRe: Qarpız xərçəng xəstəliyinin qarşısını alır
Sag ol Elif. Alimlerin faydali meslehetini bizlere catdirdiqin ücün sene teshekkürler edirem
