Hansı qatqı maddələri, hansı qidalarda istifadə olunur və ümumiyyətlə qanun və qaydalara uyğunluğuna necə nəzarət edilir? İcazə verilən qatqı miqdarları, insan üçün təhlükəsiz hesab edilir, ancaq əslində fərqli-fərqli insanlara fərqli təsir edə bilər.
Hiperaktiv Uşaqları Qoruma Qrupu (HCSG) aşağıdakı qatqı maddələrindən qorunmağı tövsiyə etməkdədir:
E102, E104, E107, E110, E120, E122, E123, E124, E128, E132, E133, E150, E151, E154, E155, E160, E210, E211, E220, E250, E251, E320, E321
Əlavə olaraq körpə və uşaqların qidalarında olmaması vacib olan qatqı maddələri:
E213, E214, E215, E216, E217, E218, E219, E310, E312, E420, E421, E621, E622, E623, E627, E631, E653
Astması olan və aspirinə qarşı həssas olan insanlar bu qatqı maddələrinə qarşı diqqətli olmalıdır:
E211, E212, E213, E214, E215, E216, E217, E218, E219, E310, E311, E312, E321, E421, E621, E622, E623, E627, E631, E635
Astma xəstələri də azo boya maddəli rəngləndiricilərə qarşı diqqətli olmalıdır:
E102, E107, E110, E122, E123, E124, E128, E129, E151, E154, E155, E180
Eyni şəkildə bu qoruyucu qatqı maddələrinə də diqqətli olmalıdırlar:
E220, E221, E222, E223, E224, E225, E226, E227
Aşağıdakı qatqı maddələri bəd xassəli şiş xəstəliklərinə səbəb ola bilər:
E110, E123, E127, E153, E249, E250, E251, E252, E320, E321, E905, E907, E954
Bu qatqı maddələri, iltihab və daş kimi böyrək xəstəliklərinə səbəb ola bilər:
E170, E252, E339, E340, E341, E385, E421, E430, E450, E451, E452
Yuxarıda müəyyən edilən siyahı dəqiq deyil, ancaq böyük bir ehtimalla ola bilər.
Aşağıdakı qatqı maddələrindən Müsəlmanlar və ətyeməzlər (vegeteriyan) qorunmalıdırlar:
E120, E441, E542, E910, E920, E921, E966
Bu qatqı maddələrinə qarşı isə ehtiyatlı olmalıdırlar:
E153, E160a, E161g, E252, E270, E322, E325, E326, E327, E442, E430, E431, E432, E433, E434, E435, E436, E442, E470, E471, E472, E473, E474, E475, E476, E477, E478, E479, E481, E482, E483, E491, E492, E493, E494, E495, E570, 572, E585, E631, E635, E640
Qatqı maddələri ilə əlaqədar problemlər, məhsulların fərqli üsulları ilə istehsal edilməsindən irəli gəlir. Qida maddəsinin üstündə Müsəlmanlar və Vegeteriyanalar üçün uyğundur sözü olmadıqca istifadə edilməməsi məsləhət görülür. Çünki eyni qida qatqı maddəsi həm heyvani, həm bitki köklü ola bilir. Həm alkoqol əlavə edilə bilər, həm də alkoqolsuz hazırlana bilər. Qida maddəsi ilə təfərrüatlı məlumatı ancaq istehsalçıdan almaq olar.
Bundan başqa genetik dəyişikliyə məruz qalan qatqı maddələri də vacibdir. Çünki genetik dəyişikliyə məruz qalan qatqı maddələri Müsəlmanların və vegeteriyanların inanc və prinsiplərinə uyğun olmaya bilər. Ona görə də bu cür məhsulların istifadəsi həmişə məsləhət görülmür.
Kökünə və ya istehsal metoduna görə genetik dəyişikliyə məruz qalan qatqı maddələri bunlardır:
E101, E101a, E150a, E150c, E150d, E153, E160d, E161c, E306, E307, E308, E309, E322, E415, E471, E472a, E473, E475, E476, E491, E570, E572, E620, E621, E622, E623, E624, E625
Genetik dəyişikliyə məruz qalan heyvani qatqı maddəsi, genetik dəyişdirilmiş yemlərlə qidalanan heyvanlardan əldə edilir. Bunun üçün də mütləq ehtiyatlı olmaq lazımdır. Unutmayaq ki, bilmədiyimiz və ya fikir vermədiyimiz qida maddəsi, bizim sağlam həyatımız üçün təhlükəlidir.
E" ƏMTƏƏ NİŞANLI QİDA QATQI MADDƏLƏRİ
Printable View
-
01-05-2008, 02:06 AMmahsum_E" ƏMTƏƏ NİŞANLI QİDA QATQI MADDƏLƏRİ
