Çillər və piqment ləkələri
Yazın gəlməsi ilə bəzi qadınların üzündə çillər görünməyə başlayır. Təssüflə qeyd edək ki, bunun qarşısını almaq və birdəfəlik yox etmək mümkün deyil. Ona görədə hər il yaz və yay aylarında çillərin və piqment ləkələrinin qarşısını ala bilən vasitələrdən istifadə etmək lazımdir. Çölə çıxdıqda üzünüzə qoruyucu krem çəkin. Əgər çillər artıq əmələ gəlmişsə, onda gündəlik qoruyucu kremlərdən başqa yağlı dəriyə limon şirəsi, üzüm sirkəsi, baş soğan, quru dəriyə isə qıcqırmış qatıq, kefir çəkmək olar. Qatığı 15-20 dəqiqə üzünüzdə saxlayıb yuyun və sonra qoruyucu krem çəkin. Bunu hər gün təkrar edin.
Balı yarıbayarı qaymaqla qarışdırıb çillərə sürtmək olar.
Cəfərini xırda-xırda doğrayın, otaq temperaturunda su töküb 1 həftə saxlayın, sonra bu su ilə üzünüzü yuyun.
Ağardıcı kremlərdən uzun müddət istifadə etməyin, bu həm dəriyə, həm də bütün orqanizmə zərərlidi. Ağardıcı təsiri olan meyvə və tərəvəz maskası qoymaq olar. Boraks qatılmış xiyar maskası (1 çay qaşığı boraksı, 1 xörək qaşığı təzə xiyar şirəsi ilə qarışdırıb 30 dəqiqəliyə üzünüzə yaxın), eyni bərabərdə götürülmüş qıcqırmış qatıqla un kəpəyi də dərini ağardır və təmizləyir.Ya da eyni bərabərdə götürülmüş xama ilə limon, çiyələk, pomidor, alça, albalı, qıjıotu maskası dəriyə çox yaxşı təsir edir. Maskadan sonra üzün dərisinə yumşaldıcı krem çəkmək lazımdı. Bu maskalar kremlərdən daha yaxşı və daha xeyirlidi.
Ləkə olan üzə yaxşı təsir göstərən xiyar kremini özünüz də hazırlaya bilərsiniz: bir neçe qabıqlı xiyarı sürtkəcdən keçirin. 250-300 qr. xiyarı bir o qədər zeytun yağı ilə qarışdırın. Həmin qabı qıraqılarına qədər qum olan başqa qabın içinə qoyun və qızdırın, ancaq qaynatmayın. O qatılaşmağa başlayanda qabı oddan götürün və kütləni ələkdən keçirin. Sonra yenidən sürtkəcdən keçirilmiş xiyar əlavə edin və qoyun bir az durulsun.
Yenə oda qoyun qızdırın və ələkdən keçirin. Beləliklə xiyarı 5-6 dəfə artırın. Axırda əmələ gələn zərif ağ kremi şüşə bankaya töküb soyuq yerdə saxlayın. Kremi yuyunmamışdan əvvəl səhər və axşam üzünüzə yaxın. 10-15 deqiqə saxlayıb sabunsuz yuyun.
Üzünüzün dərisi ağ görünməsi üçün bir neçe dəfə aşağıdakı losyonla silin: 1.5 xörek qaşığı limon şirəsi, 2 çay qaşığı şəkər, 1 çay qaşığı boraks və 3 x. q. suyu bir şüşəyə tökün və çalxalayın. 24 saatdan sonra üzünüzün dərisini bununla silə bilərsiniz.
Ləkələr üçün pasta da hazirlaya bilərsiniz : 2 ç.q. düyü ya buğda unu, 1 x.q. üzüm sirkəsi, 1ç.q. ball qarışdırın. yaxın üzə 20-30 qəqidən sonra yuyun .
Qeyd edək ki, yuxarıda göstərdiyimiz bütün məsləhətlər; hər il
üzünə ləkə düşən qadınlar üçündür. Bəzi qadınlarda yalnız hamiləlik dövründə ləkələr əmələ gəlir. Onlar bu kremlərdən hamiləlik dövründə və uşaq əmizdirərkən istifadə etməməlidirlər. Bəzən ləkələr doğmayan qadınlarda və hətta kişilərdə olur. Bu, mədə-bağırsaq , qaraciyər xəstəlikləri, qanazlığı və.s. ilə əlaqədar ola bilər. Belə adamlar mütləq həkimə muraciət etməlidirlər.
Re: Çillər və piqment ləkələri
Faydalı meslehetlerinize göre minnetdaram:)