Diabetin əlamətləri.
Bəzən diabet xəstəliyində ümumiyyətlə heç bir əlamət özünü göstərmir və diabet təsadüfən aşkar olunur. Misal üçün okulist göz dibini müayinə edərkən, diabet xəstəliyinə xas olan dəyişikliyə əsasən diabet diaqnozunu aşkar edir. Lakin bir çox əlamətlər var ki, bunlar hər iki tip diabet üçün xarakterikdir. Diabetin əlamətləri insulin sekresiyasının azalma dərəcəsindən, xəstəliyin müddətindən və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır. Diabetin ən çox rast gələn əlamətlərindən aşağıdakıları göstərmək olar:
1. tezləşmiş sidik ifrazı və orqanizmin susuzlaşmasına səbəb olan güclü susuzluq,
2. bəzi hallarda daimi aclıq hissinə baxmayaraq çəkinin sür’ətlə azalması,
3. qanda şəkərin yüksək olması,
4. zəiflik və yorğunluq hissi,
5. görmənin aydın olmaması,
6. cinsi aktivlikdə bəzi problemlərin əmələ gəlməsi,
7. ətraflarda keyləşmənin və ağrıların əmələ gəlməsi,
8. ayaqlarda ağırlıq hissi,
9. başgicəllənmə,
10. infeksion xəstəliklərin gec sağalması,
11. yaraların gec sağalması,
12. bədənin hərarətinin aşağı düşməsi,
13. görmənin pozulması,
14. tez yorulma,
15. baldır əzələlərinin qıc olması.
Diabetin labarator diaqnostikası.
Diabetin diaqnozunu təsdiq etmək üçün 2 göstəricini tə’yin etmək lazımdır.
1. qanda şəkərin miqdarı
2. sidikdə şəkərin miqdarı
Qanda şəkərin miqdarı(nmol/l (mq/%)) Norma Şəkərli diabet Qlükozaya tolerantlığın pozulması Qlikemiyanın acqarına pozulması
Acqarına
3.3-5.5
(59-99) ≥6.1(≥110) <6.1(<110) 5.6-6.1
(100-110)
Yeməkdən 2 saat və ya QPTT* testindən 2 saat sonra <7.8(<140) ≥11.1(≥200) 7.8-11.1
(140-200) <7.8(<140)
QPTT-qlükozaya peroral tolerantlıq testi.
Qanda şəkərin acqarına səhər yeməyindən qabaq 6.1nmol/l (110 mq%) yüksək olması xəstədə şəkərli diabetin olmasını göstərir. Normada sidikdə şəkər olmur, beləki böyrək filtiri qlükozanın tamamilə sidiyə kəçməməsini təmin edir. Lakin qanda şəkər 160-180 mq%-dən yüksək olduqda böyrək qlükozanı saxlaya bilmir və şəkər sidiyə keçir. Şəkərin sidiyə keçməsinə imkan yaradan minimal şəkər miqdarı “böyrək keçiricilik həddi” adlanır. Şəkərli diabeti təsdiq etmək üçün qanda şəkəri acqarına və yeməkdən 2 saat sonra yoxlamaq lazımdır. Şəkər acqarına 110 mq%- dən yuxarı və 2 saat sonra isə 200 mq%-dən artıqdırsa, bu nəticə xəstədə şəkərli diabetin əmələ gəldiyini təsdiq edir. Bəzən şübhəli hallarda qlükozaya peroral tolerantlıq testi (QPTT) keçirilir ki, bu zaman 75 q qlükoza 300 ml suda həll edilir, 3-5 dəqiqə müddətində içilir və 2 saat sonra qanda şəkər təyin olunur. Şəkərli diabet vaxtı nəticə 200 mq% və ya ondan yuxarı olur.
Diabet - Şeker Xesteliyi
Printable View
-
06-25-2007, 12:05 AMmahsum_Diabet - Şeker Xesteliyi
-
06-25-2007, 12:06 AMmahsum_
Diabetin əmələ gəlmə səbəbləri.
Şəkərli diabetdə mədəalti vəz lazım olan miqdarda və yaxud lazımı keyfiyyətdə insulin hazırlamağı bacarmır.
Bu nə üçün baş verir? Şəkərli diabetin səbəbi nədir?
Təssüf ki hal hazırda bunun dəqiq cavabı yoxdur. Ayrı-ayrı mülahizələr, bir çox risk faktorları göstərilir. Belə güman edilir ki, bu xəstəlik virus xarakterlidir. Çox vaxtı onun genetik defektlə əlaqədar olduğu göstərilir. Lakin dəqiq tə’yin olunmuşdur ki, diabet yoluxucu deyildir və ona yoluxmurlar. 1-ci tip şəkərli diabetin (insulindən asılı) əmələ gəlməsinə səbəb bir çox faktorların (misal uçun autoimmun proseslər) tə'siri altında insulinin hazırlanması azalır və ya beta hüceyrələrin məhv olması nəticəsində tamamilə kəsilir. Əgər belə diabet 40 yaşlı insanlarda əmələ gəlirsə yəgin ki, bunun öz səbəbləri var. 1-ci tipə nisbətən 4 dəfə artıq rast gəlinən 2-ci tip diabetdə beta hüceyrələr əvvəl insulini normal miqdarda, hətta çoxlu miqdarda hazırlayırlar. Lakin bu insulinin aktivliyi aşağı olur (piy toxmasının artıqlığı nəticəsində insulin reseptorlarının həssaslığı azalır). Zaman keçdikcə insulinin miqdarı azala bilər. 2-ci tip diabetlə bir qayda olaraq 50 yaşından yuxarı insanlar xəstələnir.
Şübhəsiz ki, bir çox faktorlar vardır ki bunlar şəkərli diabetə meillilik yaradir.
Birinci yerdə irsi meilliliyi göstərmək olar. Demək olar ki, bütün mütəxəssislər şəkərli diabetlə xəstələnmə riskini ailədə kimsə şəkərli diabetlə xəstələnibsə qat-qat artması ilə razıdır – misal üçün valideynlərdən biri, bacı və ya qardaş. Muşahidələr göstərir ki, birinci tip diabetlə xəstələnmə irsi olaraq, əgər ana xəstədirsə 3-7%, əgər ata xəstədirsə 10% mümkündür. Əgər hər iki valideyn diabetlə xəstədirsə, xəstələnmə riski bir neçə faiz artır və 70% təşkil edir. Ikinci tip diabetlə irsi olaraq xəstələnmə riski həm ana tərəfdən, həmdə ata tərəfdən 80% ehtimalı var. Əgər insulindən asılı şəkərli diabetlə hər iki valideyn xəstədirsə, uşaqların şəkərli diabetlə xəstələnmə ehtimalı 100%-ə yaxınlaşır. Yuxarıda deyilənləri nəzərə alaraq elə demək olar ki, irsi meillilik var və onu bir cox həyatı situassiyalarda nəzərə almaq lazımdır - misal üçün ailə qurarkən və ailəni planlaşdırarkən. Əgər irsiyyət şəkərli diabetlə əlaqəlidirsə, onda uşaqları onların şəkərli diabetlə xəstələnmək ehtimalına hazırlaşdırmaq lazımdır. Ona izah etmək lazımdır ki, onlar risk qruppasına daxildirlər və öz həyat tərzi ilə digər faktorları heçə endirməlidirlər.
Diabetin əmələ gəlmə səbəbinə görə ikinci yerdə piylənmə və ya artıq çəki tutur. Xöşbəxtlikdən bu faktoru neytrallaşdirmaq mümkündür, beləki əgər insan bunun bütün təhlükəsini başa düşsə və artıq çəki ilə mübarizə aparsa, o bu mübarizədə qalib gələ bilər.
Uçüncü səbəb kimi bir çox xəstəlikrkiləri gostərmək olar ki, onların nəticəsində beta hüceyrələr zədələnir. Buna mədəalti vəzin xəstəlikləri – pankreatiti, mədəaltı vəzin xərçəngiçini, digər endokrin vəzilərin xəstəliklərini göstərmək olar. Bəzən travmada səbəb faktoru ola bilər. (üçüncü səbəbi göy şriftlə göstər tam dəyişdim)
Dördüncü səbəb – müxtəlif virus infeksiyalarıdır (məxmərək, su çiçəyi, epidemik hepatit və digər xəstəliklər, o cümlədən qrip). Bu xəstəliklər təkan verici mexanizm rolunu oynayaraq xəstəliyin başlamasina təkan verirlər. Aydındır ki, qrip bir çox insanlar üçün diabetin başlanmasına səbəb olmur. Lakin insan kökdürsə və irsi şəkərli diabetə meillidirsə, onda qrip onun üçün təhlükəlidir. Nəslində diabet xəstəsi olmayan insan dəfələrlə qrip və digər infeksiyon xəstəliklərllə xəstələnə bilər və onda diabetin əmələ gəlmə ehtimalı diabetə irsi meilli insanlara nisbətən dəfələrlə azdır. Belə ki, risk faktorlarının kombinassiyası xəstələnmə təhlükəsini bir neçə dəfə artırır.
Şəkərli diabetin əmələ gəlməsinə şərait yaradan faktorlardan beşincisi – əsəb stressidir. Irsi meilli və kök adamlar xüsusi ilə əsəb və emosional gərginlikdən uzaq olmalidirlar.
Risk faktorlarından altincı yerdə duranı yaşdır. Insan nə qədər yaşlı olsa, şəkərli diabetlə xəstələnmə təhlükəsi bir o qədər çoxdur. Belə bir fikir var ki, yaş artdıqca hər 10 ilə şəkərli diabetlə xəstələnmə ehtimalı 2 dəfə artır. Bir çoxları belə hesab edir ki, şəkərli diabetin səbəbi qidalanma ilə əlaqədardir. Beləki, diabetlə çox şirin yeyenlər, şəkərli qida məhsullarından istifadə edənlər xəstələnir. Bu o mənada düzgündür ki, belə qidalanma vərdişləri olan insanlar mütləq artıq çəkiyə malik olacaqlar və köklüyün şəkərli diabeti doğurması tamamilə dəqiq olaraq sübut olunmuşdur. Yaddan çıxarmaq lazım deyil ki, onu ədalətli olaraq sivilizassiya xəstəliyi adlandırmaq olar. Belə ki, müasir dövr bol, asan həzm olunan, karbohidratlarla zəngin qidalarl dövrüdür. Beləliklə demək olar ki, şəkərli diabetin bir neçə səbəbi vardır və onlardan biri hər hansı bir konkret halda diabetin əmələ gəlmə faktoru ola bilər. Nadir hallarda diabeti hormonal pozğunluqlar, mədəaltı vəzin zədələnmələri, bəzi dərman preparatlarının uzun müddət qəbulu, alkaqoldan həddən artıq istifadə əmələ gətirə bilər. Bir çox mütəxəssislər belə hesab edir ki, birinci tip diabet mədəaltı vəzin insulin hasil edən beta hüceyrələrinin virusla zədələnməsi nəticəsində əmələ gələ bilər. Virusla zədələnməyə cavab olaraq immun sistem insulyar antitel adlanan antitellər hazırlayır. Hətta diabeti əmələ gətirən, dəqiq sürətdə tə'yin olunmuş səbəblərdə mütləq xüsusiyyətə malik deyildir. Belə ki, bəzən həddindən çox kök adamlar belə şəkərli diabetlə xəstələnmir və bütün hallarda çəkinin normallaşaması, əhəmiyyətli fiziki fəaliyyət nəticəsində qanda şəkəri normallaşdırmaq mümkündür. Lakin fikirləşmək lazım deyildir ki, bu vaxta qədər şəkərli diabetin əmələ gəlməsinə nəyin səbəb olduğunu dəqiq göstərə bilmirlərsə, müxtəlif qrup insanlarda şəkərli diabetin yaranmasının səbəblərinin heç bir əhəmiyyəti yoxdur. Əksinə, risk qruplarının aşkar olması bu gün imkan verir ki, öz sağlamlıqlarına qayğısız münasibətin qarşısı alınsın və onlar düzgün həyat tərzinə orientassiya olunsunlar. Yalnız valideynləri şəkərli diabetlə xəstə olanlar öz qayğilarina qalmalı deyillər, beləki şəkərli diabet həm iris, həm də sonradan qazanılmış olur və risk qrupuna daxil olan bütün insanlar ayıq-sayıq olmalıdırlar. -
06-25-2007, 12:07 AMmahsum_
1-ci tip şəkərli diabet.
1-ci tip şəkərli diabet zamanı orqanizmdə mədəaltı vəzin betta-hüceyrələri lazım olan miqdarda və ya tamamilə insulin hasil etmir, nəticədə insulin çatışmamazlığı yaranır. 1-ci tip şəkərli diabetin yeganə müalicə üsulu gündəlik insulin inyeksiyası və əlbətdə ki onunla birlikdə ciddi dieta və düzgün qidalanma rejimidir.
1-ci tip şəkərli diabet aşağıdakı xüsusiyyətləri ilə xarakterizə olunur:
1. Diabetin bütün tipləri genetik meillilik xüssusiyyətlərinə malikdir. Lakin 1-ci tip şəkərli diabetin inkişafında rol oynayan gen naborunun, 2-ci tip şəkərli diabetin inkişafına aidiyyəti yoxdur.
2. 1-ci tip şəkərli diabetdə mədəaltı vəzin betta-hüceyrələrinin minimum 80%-i məhv olur ki, bu da insulinin tam defisitinə gətirib çıxarır, insulinin inyeksiyasını qaçılmaz edir.
3. 1-ci tip şəkərli diabet orqanizmdə autoimmun prosses nəticəsində inkişaf edir, məhz autoimmun prosses betta-hüceyrələrini məhv edir və orqanizmi insulindən məhrum edir.
4. Orqanizmdə autoimmun prosses və insulinin tam defisiti birlikdə 1-ci tip şəkərli diabetin qeyri stabil və ağır keçməsinə səbəb olur ki, buda qanda şəkərə daimi nəzarətin olmasını tələb edir.
5. Hal hazırda şəkərli diabetin hər 2 tipinə münasibətdə “arıq” və “kök”, “qoca” və “cavan” bölgüləri qeyri aktualdır. Beləki şəkərli diabetin bütün tipləri istənilən yaşda və istənilən çəkidə insanlarda əmələ gələ bilər. Lakin 2-ci tipdən fərqli olaraq 1-ci tip şəkəlri diabetin qidalanmadan və həyat tərzindən asılı olmaması faktdır. 2-ci tip şəkərli diabetin əmələ gəlməsində isə hipodinamiya və çox yemək risk faktorlarına aiddir.
6.1-ci tip şəkərli diabetin əmələ gəlməsinin səbəbi çox vaxt virus infeksiyası olur -
06-25-2007, 12:07 AMmahsum_
1-ci tip şəkərli diabetin insulin müalicəsi.
1-ci tip şəkərli diabet insulindən asılı olduğuna görə, bu qrup xəstələrdə insulinin inyeksiyası yeganə müalicə vasitəsidir. Baxmayaraq ki, insulin terapiyası insulinin fizioloji tə'sirini imitassiya edir, dəri altı insulin terapiyasına hal hazırda alternativ müalicə yoxdur. Normal şəraitdə insulin vena sisteminə daxil olur, oradan qara ciyərə keçir, təxminən yarısı burda öz aktivliyini itirir, yarısı isə periferiyada meydana çıxır. Bu o qədər sü'rətlə baş verir ki, qlikemiyanın yüksək səviyyəsi hətta yemekdən sonra belə çox qısa zamanda saxlanılır. Dəri altına yeridilən insulinin tə'siri isə başqa cür olur. O, gec olaraq qan dövranına, daha gec isə qara ciyərə daxil olur və bundan sonra uzun müddət insulinin konsentrasiyası qanda qeyri fizioloji yüksək səviyyədə qalır. Insulinterapiyanın bu çatışmamazlığı xəstələri məcbur edir ki, öz qidalanmalarına, fiziki işlərə, maddələr mübadiləsinə və qlikemiyanın səviyyəsinə tə’sir edən digər faktorlara nəzarət etsinlər. Lakin insulinterapiyanın müasir taktikası və strategiyası imkan verir ki, 1-ci tip şəkərli diabetlərin həyat tərzi, normal həyat tərzinə çox yaxın olsun. Bunu həyata kəçirmək yalnız şəkərli diabet xəstələrin öyrədilməsi ilə mümkündür.
Diabet zamanı tə’lim proqramlarının tətbiqinin lazımlığı lap çoxdan qəbul edilmişdir. 80-cı illərin əvvəllərində diabetoloqlar yüksək dərəcədə təmizlənmiş insulin preparatları, insan insulini, insulin yeritmək üçün təkmilləşdirilmiş vasitələr (birdəfəlik insulin şprisləri və şpris ruçkalar), test kağızlarının köməyi ilə qlikemiya və qlükozuriyanın ekspress analiz metodlarını əldə etdilər. Gözlənilənlərin əksinə olaraq bunların tətbiqi öz-özunə karbohidrat mübadiləsinin davamlı kompensasiyasına və gecikmiş ağırlaşmaların azalmasına gətirib çıxarmadı. Mütəxəssislər xəstənin özünü diabetə və onun müalicəsinə aktiv nəzarətə cəlb etməklə bu mürəkkəb xroniki xəstəliyi effektiv idarə etməyə imkan verən yeni yanaşmanın lazımlığı rəyinə gəldilər. Hal hazırda terapevtik öyrətmə termini ümümdünya səhiyyə təşkilatı tərəfindən rəsmi olaraq qəbul olunmuş və bu, şəkərli diabetin hər hansı tipinin müalicəsinin vacib və ayrılmaz hissəsidir. 1-ci tip şəkərli diabetə gəldikdə isə, bu hər şeydən əvvəl onu bildirir ki, xəstə çox savadlı insulinoterapevt olmalıdır. Insulinterapiya birinci tip xəstələrin ümuni qəbul olunmuş strategiyasıdır.
1-ci tip şəkərli diabetli xəstələrin hamı tərəfindən qəbul edilmiş müalicə strategiyası intensiv insulinterapiyadır. Intensiv insulinterapiya dedikdə, beta hüceyrələr tərəfindən insulinin fizioloji sekressiyasını imitassiya edən çoxsaylı insulin inyeksiyası rejimi başa düşülür. Aydındır ki, fizioloji şəraitdə insulinin bazal sekresiyası fasiləsiz olaraq baş verir və (qida qəbulundan asılı olmayaraq, o cümlədən gecədə) hər saatda bir vahid təşkil edir.
Fiziki iş vaxtı insulinin sekresiyası normada əhəmiyyətli azalır. Qidalanma vaxtı qlikemiyanı normada saxlamaq üçün əlavə olaraq əhəmiyyətli miqdarda insulin sekressiyası tələb olunur (hər 10q karbohidrata 1-2 vahid). Insulin sekressiyasının bu mürəkkəb kinetikasını, nisbi daimi bazal və qidalanma ilə əlaqədər variassiya edən səviyyəsini aşağıdakı qaydada imitassiya etmək olar: qida qəbulundan qabaq xəstə qısa muddətli insulin inyeksiyası yeridir, bazal insulinemiya isə uzun müddəlti insulin inyeksiyası ilə saxlanılır. Belə insulinterapiya metoduna həmçinin bazis-bolius insulinterapiya deyilir.
Intensiv insulinterapiya fizioloji şəraitə nə qədər yaxınlaşsada yaddan çıxarmaq lazım deyil ki, dəri altına yeridilən sadə insulin heç də insulinin alimentar sekresiyasının fizioloji kinetikasına dəqiq uyğun gəlmir. Bu insulinterapiya həm də tələb edir ki, xəstə hər gün bir nəçə dəfə qanda qlükozanı tə’yin etsin və bunu insulin dozasını seçərkən nəzərə alsın. Bir qayda olaraq qısa müddətli insulin inyeksiyası sutkada 3 dəfə yəməkdən qabaq, bəzən daha çox edilir. Insulinə bazal tələbat çox vaxt uzun müddətli iki insulin inyeksiyası ilə təmin edilir. Instensiv insulinterapiyanın ən çox rast gələn sxemi aşağıdakı inyeksiya kombinasiyalarından ibarətdir:
Səhər (səhər yeməyindən qabaq) qısa və uzun müddətli təsir edən insulinin inyeksiyası
Günorta (nahardan əvvəl) qısa təsir göstərən insulinin inyeksiyası
Axşam (şamdan əvvəl) qısa təsirli insulinin inyeksiyası
Gecə, yuxudan əvvəl uzun müddətli insulinin inyeksiyası
Bu sxem baza sxemi sayılır, hər xəstə üçün o bəzi dəyişikliklərə mə’ruz qala bilər: qısa müddətli insulinin miqdarı hər hansı bir şəraitdən asılı olaraq (misal üçün əlavə qida qəbulu, qəfil qanda şəkərin yüksəlməsi, xəstəliklər) çox və ya az ola bilər. Insulinin dozasından danışdıqda, demək olmaz ki, həmişəlik dəyişilməz qaydada vurulmalıdır. O, xəstənin həyat tərzindən asılı olaraq tez-tez dəyişilə bilər. Buna görə teoretik olaraq, qabaqcadan konkret xəstə üçün doza hesablamağın mənası yoxdur (1kq bədən çəkisinə görə sutkalıq doza, gündüz və gecə tələbatı, insulinin bazal və prandial nisbətinə görə), bunlar yalnız orta statistik miqdarlardır. Insulinin dozasının düzgün tə’yin etməyə imkan verən yeganə kriteriya, xəstənin özü tərəfindən ölçülən qlikemiyanın ölçüləridir.
Uzun müddətli insulinin dozasını tə'yin etməklə nəzərə almaq lazımdır ki, insulinin tə’sir profili, onun dozasının miqdarından asılıdır. Belə ki kiçik doza böyük dozaya nisbətən daha qisa müddətdə tə'sirlidir. Bu elə bir situasiyaya gətirib çıxara bilər ki, uzun müddətli insulinin səhər vurulan kiçik dozası şam yeməyinə qədər lazım olan bazal insulinemiyanı təmin edə bilməsin və bu axşama yaxın qlükozanı qanda artıra bilər. Belə hallarda ya axşam yeməyi vaxtı əlavə olaraq qısa müddətli insulin inyeksiyası etmək, ya da nahar vaxtı lazımı dozada uzun müddətli insulin qəbul olunmalıdır. Beləliklə bəzən uzun müddətli insulinin inyeksiyası üç dəfə tələb olunur ki, buda getdikcə daha çox rast gəlinir.
Indi daha çox insan insulinindən hazırlanmış preparatlar yayılıb. Bununla barabər uzun müddətli sink-insulinlərdən fərqli olaraq NPX-insulinlərindən istifadə etmək daha əlverişlidir. Beləki, onları qısa müddətli insulinlərlə eyni şprisdə qarışdırıb istifadə etmək olar. Intensiv insulinterapiya sahəsinin sonuncu nailiyyətlərindən danışdıqda, xüsusi olaraq qısa müddətli insan insulini analoqları və ya ultra qısa tə'sirli insulinləri qeyd etmək lazımdır. Beləki sadə insulinlərin dərialtı inyeksiyaları zamanı onun tə'siri 30-40 dəqiqədən sonra başlayır, qanda isə konsentrasiyası ən yüksək həddə daha gec (2-4 saatdan sonra) çatır və belə yüksək halda bir qədər uzun müddət qalır (tə’sir müddəti 6-8 saat). Mədəaltı vəzin normal insulin sekresiyası isə daha qısa müddətli və daha operativ tə’sir göstərir. Müalicənin bu çatışmamazlığını minimuma endirmək üçün qısa müddətli insan insulinininin dərialtı inyeksiyasıni yeməkdən 30 dəq. qabaq etmək və yemək arası əlavə yüngül qəlyanaltı məsləhət görülür. Bu isə xəstələrdə, xüsusilə də aktiv həyat tərzi kəçirənlərdə narahatçılıq yarada bilər. Insan insulinlərinin molekullarının strukturunu dəyişdirməklə yeni keyfiyyətlərə malik analoqlar almaq olar. Bu analoqlar dərialtina yedirdikdən sonra daha tez sorulur və tə’sirə başlayır (0-15 dəqiqə), ən yüksək tə’siri daha təz yaranır (45-60 dəqiqə) və adi insulinə nisbətən tə’sir müddəti daha qısa olur (3-4 saat). Belə insulinin tə’sir profili xəstələrə gün rejimində, qidalanmasında, fiziki aktivliyində daha böyük manevrliyə imkan verir.
Hal hazırda təkzib edilməz sürətdə sübut olunmuşdur ki, şəkərli diabetin gecikmiş ağirlaşmalarının qarşısını almaq üçün ən vacib şərt qlikemiyanın daim normaya yaxın səviyyədə saxlanmasını təmin etməkdir. 1-ci tip şəkərli diabetdə buna yalnız intensiv insulinterapiya vasitəsi ilə nail olmaq olar. Ilk baxişda intensiv insulinoterapiya xəstələr üçün əziyyətli gəlir. Lakin axir nəticədə onun hesabına xəstələrin həyat səviyyəsi yüksəlir. Onlar sərbəst sü'rətdə yeməyin tərkibini və qəbul etmə vaxtını dəyişə bilirlər. Qısa tə’sirli insulini qidadan qabaq inyeksiya edərkən onlar hal hazirki zamanda qlikemiyanın səviyyəsini nəzərə alaraq və planlaşdırılmış karbohidrat miqdarından (hansıkı onun miqdarını istədiyi kimi dəyişə bilər) asılı olaraq lazım olan insulin dozasını tə’yin etməyi öyrənirlər. Intensiv insulinterapiya şəkərli diabet 1-ci tipin müalicəsinin digər vacib komponentləri; maddələr mübadiləsinə nəzarəti, dietanın liberallaşdırılması, fiziki aktivliyin və öyrənmənin nəzərə alınması ilə bir yerdə kompleks tətbiq olunmalıdır. Bir çox xəstələr intensiv insulinterapiyanın üstünlüklərini bilmir və buna görə ona keçmirlər. Bu nöqteyi nəzərdən diabetli xəstələrin öyrədilməsi və diabet məktəbləri daha effektli olan bu müalicə metodunun tətbiqində əsas rol oynamalıdırlar -
06-25-2007, 12:08 AMmahsum_
2-ci tip şəkərli diabet.
2-ci tip şəkərli diabet əvvəllər hesab olunduğu kimi diabetin yüngül forması olmamaqla yanaşı, onun da müalicəsində bir çox çatışmamazlıqlar və çətinliklər vardır. Bu tip diabeti həmdə insulindən asılı olmayan diabet adlandırırlar, beləki xəstəliyin başlanğıc etaplarında insulinin inyeksiyası tələb olunmur. 2-ci tip şəkərli diabetin müalicəsində ənənəvi olaraq dieta, individual fiziki hərəkətlər və mədəalti vəzin betta-hüceyrələrinin insulin ifrazını gücləndirən, onun sekressiyasını stimullaşdıran, qlükozanın mədədən sorulmasını ləngidən, insulinə rezistentliyi aradan göturən həblərdən biri və ya onların kombinasiyası tə'yin olunur. Lakin müəyyən müddətən sonra bir çox xəstələrdə əlavə insulin tə’yininə ehtiyac yaranır. Bu zaman diabetli xəstənin orqanizmində nə baş verir? Mübadilə prossesləri necə dəyişir? Qanda şəkərin artmasının səbəblərindən biri mədəalti vəzin betta-hüceyrələri tərəfindən insulin hasilinin çatışmamazliğıdır. Xəstəliyin əvvəlində orqanizmin toxumalarının insulinə həssaslığının azalması və onların öz insulinlərini “qəbul etməmələri” ilə əlaqədər olaraq insulinin miqdarı bir qayda olaraq artıq olur. Mədəaltı vəzi qanda dövr edən qlükozanın mənimsənilməsi üçün getdikcə daha çox insulin hasil etməyə başlayır. Lakin onun imkanları hədsiz deyildir, getdikcə betta-hüceyrələrin fəaliyyəti tükənir və həmdə qanda artıq miqdarda olan qlükoza onlara dağıdıcı tə’sir göstərir. Müəyyən müddət kəçdikdən sonra insulinin hasili azalır.
Qanda insulinin nisbi çatışmamazlıği zamanı müxtəlif orqan, toxumaların hüceyrələrinə qlükoza çox az miqdarda çatır və periferik qanda qlükozanın miqdarı artır. 2-ci tip şəkərli diabet qanda yüksəlmiş şəkərin tə’yin olunması ilə aşkarlanır. Düzgün dieta gözləməklə qanda qlükozanın normal səviyyəsini tə’min etmək mümkün olmadıqda, xəstəyə şəkəri aşağı salan həblər tə’yin olunur. Onların əsas funksiyası elə insulin miqdarını tə'min etməkdir ki, onlar orqanizmə qida ilə və onun öz ehtiyatlarından daxil olan karbohidratları həzm etməyə çatsın. Bu necə baş verir? Şəkəri aşağı salan həblər mədəaltı vəzi güclü rejimdə işləməyə “məcbur edir”, betta-hüceyrələrini həddindən artıq “işlədir”, onlardan lazım olan miqdarda insulin “sıxışdırıb” çıxardır. Aydın məsələdir ki, mədəalti vəzin bu rezervləri hədsiz deyildir və hər bir xəstədə onlar müxtəlifdir. Axır nəticədə insulin sekresiya edən hüceyrələr gücdən düşür və həblərlə müalicə qeyri-effektiv olur, insulinin tə’yini məsələsi meydana çıxır. Insulinin tə’yininə tələbat 2-ci tip şəkərli diabetli xəstələrdə müxtəlif müddətlərdən sonra meydana çıxa bilər. Bəzi xəstələrdə 30 il, bəzilərində 5 il, bəzilərində daha tez müddət tələb oluna bilər ki, onlarin şəkər aşağı salan həblərdən insulinə keçməsi lazım gələ bilər. Bunda elə bir qanuna uyğunluq yoxdur. Hər bir şey xəstənin orqanizminin vəziyyətindən, öz sağlamlığına necə yanaşmasından və xəstəliyin başlanğıcından qanda şəkərin səviyyəsinə düzgün nəzarət etməsindən asılıdır. Beləliklə həkimin bütün məsləhətlərinə dəqiq əməl etməyə, dietaya ciddi əməl edilməsinə, maksimal dozada şəkəri aşağı salan həblərin qəbuluna baxmayaraq 2-ci tip diabet xəstələrin qanında şəkərin səviyyəsi yüksək olur, xəstənin vəziyyəti pisləşir və bunun nəticəsi olaraq diabetik agirlaşmalarin inkişaf riski dəfələrlə artir. Burda köməyə insulin gəlir. Qeyd etmək lazımdır, qanda şəkərin xroniki yüksələməsi bəzi hallarda diabetə tipik olan susuzluğun və ya sutkalıq sidiyin artimi ilə müşahidə olunmaya bilər. Çox vaxt zaman keçdikcə pasiyentlər ümumi zəifliyə, əhval ruhiyənin pis olmasına, qaşınmaya, dərinin tezləşmiş irinli zədələnmələrinə, çəki azalmasının proqlresləşməsinə fikir verirlər. Ona görə də qanda müntəzəm olaraq qlukozanın tə’yininin çox böyuk əhəmiyyəti vardır. Ən vacib, vaxtında insulini köməyə çağırmaqdır. Qanda şəkər 10 mmol/l (181 mq%) yüksək olduqda diabetə nəzarət qeyri kafi hesab olunmalıdır, əgər 13 mmol/l-dən (235 mq%) yüksək olduqda bir çox diabetoloqlar hesab edir ki, insulinin alternativi yoxdur.
2-ci tip şəkərli diabetlə xəstələr insulin inyeksiyasından çox qorxurlar, bacardıqca ondan qaçmağa çalışırlar və çox vaxt onların insulin müalicəsi haqqıda təssəvürləri kəskin mənfi olur. Çox vaxt xəstələri belə müalicənin vacibliyinə inandırmaq üçün onlarla uzun müddətli söhbət etmək, onları başa salmaq lazım gəlir. Xəstənin əsas vəzifəsi bu addımın vacibliyini və problemin həllini sonraya saxlamamağı dərk etməkdir. Bu xəstələrin inyeksiya rejiminin, 1-ci tip şəkərli diabet xəstələrindəki 4-5 dəfəlik inyeksiya rejimi kimi olması vacib deyildir. Bəzən xəstələrə şəkəri aşağı salan həblərə əlavə kimi kiçik doza uzun müddətli insulinin bir və ya iki inyeksiyası bəs edir.
Insulin orqanizmdə bazal fon yaradır və buda şəkəri aşağı salan həblərin tə’siri nəticəsində orqanizmin özəl insulinininin hazırlanmasıni stimullaşır. Bəzi hallarda həblərin miqdarı 50% qədər azaldılır. Bəzən uzun müddət tə’sir göstərən “Monotard HM” insulininin yuxudan qabaq inyeksiyasi bəs edir ki, o qara ciyərin artıq qlükoza ifrazının qarşısını alsın və bunun nəticəsində səhər qanda şəkərin miqdarı normallaşsın. Bir çox şəkəri aşağı salan həblər qəbul edən 2-ci tip şəkərli diabetli xəstələrdə yeməkdən qabaq insulin inyeksiyası lazım olur. Bu o vaxt olur ki, mədəalti vəzin insulin sekretor rezervləri qida ilə qəbul edilən karbohidratları mənimsəməyə kifayət etmir. Bu zaman qısa müddətli insulin məsələn “Aktrapid HM” əsas qida qəbulundan qabaq gündə 3 dəfə tə’yin olunur. Bu imkan verir ki, qanda qlükozanın səviyyəsi tez aşağı salınsın və “toksik hiperqlikimiya qüsurlu dairəsi” aradan götürülsün. Bu zaman mədəalti vəzin özəl insulin sekresiyası yaxşılaşır, əzələ toxumasının və qara ciyərin insulinə həssaslığı artır və real olaraq insulinin dozasını azaltmaq və hətta onu tam kəsmək mümkün olur. Uzun müddətli 2-ci tip şəkərli diabetlə xəstə olan insanlarda insulin sekresiyası çatışmamazlığı çox kəskin ola bilər. Özəl insulinin tamamilə yoxluğu və onun sekresiyasının stimullaşdırılması imkanlarının tükənməsi hallarında yeganə seçim vasitəsi insulin olur. Insulinin inyeksiya rejimləri müxtəlif ola bilər. Bəzən iki uzun müddətli tə’sir göstərən insulin inyeksiyası, mübadilə kompensasiyasını tə’min edə bilər. Çox vaxt əlavə olaraq qısa tə’sirli insulinlərin əsas qida qəbullarından qabaq inyeksiyasına tələbat yaranır. Bu insulinterapiya rejimi gün ərzində qlükozanın tez-tez tə’yinini və pasientlərin diabetə nəzarətdə yaxşı vərdişlərini tələb edir. Hal hazırda çoxsaylı insulin inyeksiyalarını aradan göturmək üçün “Novo Nordisk” firması tərəfindən uzun və qısa müddətli tə’sir göstərən insulinlərin kombinasiyasından ibarət olan “Mikstard” insulin preparatları istehsal olunur və bizim ölkəmizdədə azda olsa istifadə olunur. Bunun tərkibində insulinlərin nisbəti 10, 20, 30, 40, 50 olmaqla müxtəlifdir. Bu o deməkdir ki, “Mikstard 10” insulinində 10% qısa tə’sirli insulin və 90% uzun müddətli insulin vardır. Beləliklə 10 vahid kombinə olunmuş preparatda 1 vahid qısa, 9 vahid uzun müddətli insulin vardır. Qarışıq insulinlərin tədbiqi daha çox 2-ci tip şəkərli diabetdə özünü doğruldur. Beləki qarışıq insulinlərin tədbiqi, gündə 2 dəfə - səhər və axşam yeməyindən qabaq insulin qəbul edən 2-ci tip şəkərli diabetlərdə daha məqsədə uyğundur. Hansı nisbətdə “Mikstard” insulininin xəstəyə lazım olduğunu həkim tə’yin edir. -
06-25-2007, 12:09 AMmahsum_
2-ci tip şəkərli diabetin müalicə metodları.
Şəkərli diabet termini dedikdə müxtəlif etialogiyalı metabolik pozğunluqlar nəzərdə tutulur ki, bu zaman insulinin sekresiyasının və ya onun tə’sirinin defektləri nəticəsində xroniki hiperqlikemiya inkişaf edir, nəticədə yağ, zülal, karbohidrat mübadiləsinin pozulması müşahidə olunur.
Diabet müxtəlif orqan və sistemlərin; xüsusilə göz, böyrəklərin, sinirlərin, ürəyin və qan damarlarının disfunksiyasına, zədələnməsinə və çatışmamazlığına səbəb olur.
2-ci tip şəkərli diabet – çox geniş yayılmış xəstəlik olub, insulinin tə’sirinin (insulinrezistenlik) və sekressiyasının pozulması ilə xarakterizə olunur. 2-ci tip şəkərli diabet bütün yaşlarda inkişaf edə bilər, lakin ən çox 40 yaşından sonra yaranır. Xəstəliyin başlanğıcı artıq çəki fonunda tədricən yaranır. Başlanğıcda diabetin simptomları demək olar ki olmur və ya çox zəif özünü büruzə verir. Bunu xəstəliyin çox ləng inkişafı və bunun nəticəsində pasientlərin mövcüd olan hiperqlikemiyaya adaptasiyası ilə izah etmək olar. Kifayət miqdarda C-peptid tə'yin olunur, insulin hasil edən betta-hüceyrələrə autoantitel olmur. Morfoloji 2-ci tip şəkərli diabetin başlanğıcında mədəaltı vəzin normal olçüləri üzə çıxır, betta -hüceyrələrin hipertrofiyasını qeyd etmək olar. Betta -hüceyrələr çoxlu miqdarda sekretor qranulalara malik olurlar. Bundan fərqli olaraq 1-ci tip şəkərli diabet autoimmun xəstəlik olub, betta -hüceyrelərin destruksiyası nəticəsində insulinin hasilinin tam itməsi yaranır.
Müasir təsəvvürlərə əsasən 2-ci tip şəkərli diabetin patoqenezində əsas rolu betta -hüceyrələrinin insulin sekresiyasının pozulması ilə yanaşı toxuma və orqanların insulinrezistentliyi çox böyuk rol oynayır. Qlükozanın periferik utilizassiyasının pozulması əlamətləri meydana çıxır.
Insulin sintezinin pozulması, molekulda aminoturşuların ardıcılığının pozulması və proinsulinin insulinə çevrilməsi defekti ilə birüzə oluna bilər. Hər 2 halda hasil olunan hormon çox aşağı bioloji aktiv olur ki, buda hiperqlikimiyanın yaranması ilə nəticələnir.
Insulinə resiztentlik periferik toxumalarda, ən çox da qara ciyər, əzələ və piy toxumasında qlükozanın mənimsənilməsinin pozulması ilə ozünü göstərir. Onun inkisafında ən çox əhəmiyyət kəsb edən insulin reseptorlarınin defekti və qlükoza transpartyorlarının patalogiyasıdır. Insulin reseptorlarının miqdarı piylənmədə, ikinci tip səkərli diabetdə, akromeqaliyada, Itsenko- Kuşinq xəstəliyində, qlükokortikoidlərlə müalicədə, hamiləliyə qarşı preparatların qəbulunda azalır. Son illər kifayət qədər eksperimental və klinik məlumatlar göstərir ki, həm insulin sekresiyasının defekti, həm də periferik insulinə rezistentliyin inkişafı əhəmiyyətli dərəcədə genetik nəzarətin pozulması ilə əlaqədardır.
Qeyri medikamantoz müalicə üsulları
Şəkərli dibetin müallicəsində ən əsas məqsədlər bunlardır: simptomların aradan gotürülməsi, optimal metabolik kontrol, kəskin və xroniki ağırlasmaların qarşısının alınması, daha yüksək həyat keyfiyyətinə nail olmaq və müallicənin xəstə üçün mümkünlüyü.
Bu məqsədlərə hər iki tip şəkərli diabetdə birinci dərəcəli əhəmiyyət kəsb edən əsas müalicə prinsiplərinin köməyi ilə nail olunur:
a) diabetik dieta
b) dozalanmış fiziki hərəkətlərlə və ya işlərlə
v) öyrənmə və özünə nəzarət
Əgər ikinci tip diabetdə dieta ilə monoterapiya effektsiz olursa, onda peroral şəkər aşağı salan preparatlardan istifadə olunur. Birinci tip diabetdə isə dərhal insulin tə'yin olunur. Ikinci tip diabetdə dietaterapiya aşağıdakı tələblərə cavab verməlidir: rafinə olunmuş karbohidratların gidalanmadan çıxarılması (şəkər, bal, mürəbbələr, konfetlər və s.) doymuş yağların az işlənməsi və əsasən həll olan sellülozalı mürəkkəb karbohidratların işlənməsi məsləhət gorülür. Gündəlik rasionun ümumi tərkibində yağlar 30-35%, karbohidrat 50-60%, zülal 15% təşkil etməlidir. Qidalanmda işlənən ərzaqları üç yerə bölmək olar: tamamilə qəbul edilməsi qadağan olan ərzaqlar, qəbul olunmasında məhdudiyyət qoyulmuş ərzaqlar və məhdudiyyətsiz qəbuluna icazə vərilən ərzaqlar.
Şəkərli diabetli xəstələrdə karbohidrat mübadiləsinin vəziyyətindən başqa arterial təzyiqin və lipid mübadiləsinin pozulmasının səviyyəsini də nəzərə almaq lazımdır. Beləki, şəkərli diabetdə ürək damar sisteminin ağırlaşmalarının inkişafında hiperqlikimiyadan sonra bunlar başlıca faktorlardır.
Şəkəri aşağı salan həb preparatları.
2-ci tip şəkərli diabetin müalicəsi bəzi hallarda dietanin tə’yini və fərdi fiziki fəaliyyətin təyini ilə başlanır. Bu effektsiz olduqda, şəkəri aşağı salan həb preparatlarından istifadə olunur. Bundan başqa xəstəyə ozünə nəzarətin lazımlığını izah etmək və ev şəraitində ona test kağızlarının köməyi ilə qanda və sidikdə şəkərin tə’yinini öyrətmək lazımdır. Hal hazırda şəkəri aşağı salan həb preparatları aşağıdaki qruplardan ibarətdir:
1. sulfanil sidik cövhəri preparatları
2. qeyri sulfanil sidik cövhəri sekreqoqları (prandial requlyatorlar və ya qlinitlər)
3. Biquanitlər – metformin
4. tiazalidindionlar
5. a-qlükozidazanın inqibatoru – akarboza
Sulfanil sidik cövhəri preparatları ən çox işlədilir, və bunlar 1-ci, 2-ci, 3-cü nəsillərə bölünürlər. 1-ci nəsil preparatlar az effektli olub, hal hazırda bu preparatlar demək olar ki, istifadə olunmur. 2-ci nəsil preparatlar aktiv sekratogen olub, bunların tə’sir mexanizmi insulinin sekressiyasını stimullaşdırmaqdır. 2-ci nəsil preparatlarından ən çox işələnilənləri bunlardır:
1. Qlibenklamid (Manilin, Betanaz, Daonil, Euqlikon)
2. Qliklazid (Diabeton, Nuzide)
3. Qlikvidon (Qlurenorm)
4.Qlipizid (Qlibinez, Minidiab)
3-cü nəsil sidik cövhəri preparatlarından Qlimepridi (Mepril) göstərmək olar. Bu preparat Azərbaycanda Mepril adı ilə yayılmışdır və digər preparatlara nisbətən bir çox üstünlükləri vardır. Belə ki, o 100% bioloji mənimsəniləndir və betta-hüceyrələrdən insulinin ifrazını yalnız qida qəbuluna uyğun tə’min edir. Insulin sekresiyasının fiziki fəaliyyət vaxtı ifrazının azalmasını blokada etmir və bunun nəticəsində hipoqlekimiya hallarının əmələ gəlmə mümkünlüyünü qat-qat azaldır. Bundan başqa Mepril həm sidik, həm də ödlə xaric olduğu üçün yüngül və orta dərəcəli böyrək çatışmamazlıqlarında tə’yin oluna bilər. Meprilin tə’sir müddəti 24 saat olub, o sutkada bir dəfə yeməkdən qabaq 1-6 mq tə’yin oluna bilər. Həmçinin Mepril hipoqlekimiya ehtimalının az olması, sutkada 1 dəfə tə’yin olunması ilə əlaqədər yaşlı adamlarda seçim dərmanı kimi tə’yin oluna bilər.
Sulfanil sidik cövhəri preparatları mədəaltı vəzin betta -hüceyrələrinin insulin sekressiyasını stimullaşdırır və artırır. Lakin nəzərə almaq lazımdır ki, bir çox preparatlar sulfanil sidik cövhəri preparatlarının tə’sirini həm artıra, və ya azalda bilər. Onların tə’sirini azaldan preparatlara aiddir: betta -blokatorlar, tiozidlər, kortikosteroidlər, indometasin, izoniazid, nikotin turşusu, kalsinin antoqonistləri.
Bu preparatların tə’sirini artıranlar isə aşağıdakilardır: salisilatlar, sulfanilamidlər, pirazalon törəmələri, klofibrat, monoaminoksidaza inqibatorları, antikoaqulyantlar.
Sulfanil sidik cövhəri preparatlarının tə’yininə əks göstəriş: 1-ci tip şəkərli diabet, ikincili (pankreatik) şəkərli diabet, hamiləlik və laktasiya, iri cərrahi əməliyyatlar, travmalar, ağır infeksiyalar, bu preparatlara allergiyalar və ağır hipoqlekimiya riskinin olmasıdır.
Qeyri sulfanil sidik cövhəri sekretoqoqları və ya qlinitlər yeni peroral şəkər aşağı salan preparatlar olub, bunlar da insulin sekresiyasını stimullaşdırır. Bunlara aşağıdakı preparatlar aiddir:
Repaqlinid (Novonorm)
Nateqlinid (Starliks)
Bunların əsas üstünlüyü bundadır ki, tə’siri çox tez başlayır və yeməkdən sonraki hiperqlikimiyanı (postprandial hiperqlikimiya) çox effektiv nizamlamağa imkan verir. Qeyd etmək lazımdir ki, insulin sekresiyasının 1-ci fazası, yəni yeməyin ilk dəqiqələrindən insulinin sekresiyası və normal miqdarı 2-ci tip şəkərli diabetdə tamamilə yox olur. Bu isə yeməyin ilk anlarında hiperqlikemiyanın əmələ gəlməsinə və yeməkdən sonra birinci dəqiqə və saatlarda yüksək hiperqlikemiyaya gətirib çıxarır. Qlinitlər isə bir başa bu çatışmamazlığı aradan gotürür və yeməyin ilk dəqiqələrindən insulin sekresiyasını tə’min edir və postprandial hiperqlikemiyanın qarşısını alır. Bundan başqa bu preparatları yaşlı və qoca adamlarda istifadə etmək məqsədə uyğundur. Bu preparatlar bilavasitə hər qidalanmadan əvvəl qəbul olunur.
Biquanitlər – metformin (Siafor). Bu qrup preparatlardan hal-hazırda yalnız metformin istifadə olunur. Yuxarıda göstərilən preparatlardan fərqli olaraq Biquanitlər insulin sekresiyasını gücləndirmir. Onlar yalnız qanda kifayət qədər insulin olduqda öz tə’sirini göstərir. Biquanitlər insulinin tə’sirini, insulin rezistentliyi azaldaraq pereferik toxumalarda gücləndirir. Biquanitlər qlükozanın əzələlər və piy toxumaları tərəfindən mənimsənilməsini, insulinin reseptorla əlaqəsini gücləndirməklə və Qlut 4 aktivliyini yüksəltməklə artırır. Onlar qara ciyər tərəfindən qlükoza hasilini, bağırsaqlardan qlükozanın sorulmasını azaldır, qlükozanın utilizasiyasını gücləndirir, iştahı aşağı salır. Metforminin tə’yininə əks göstərişlər aşağıdakılardır:
Qara ciyər funksiyasının pozulması, istənilən etiologiyalı hipoksiya halları (ürək-damar çatışmamazlığı, ağ ciyərlərin xəstəliyi, anemiya, infeksion xəstəliklər), şəkərli diabetin kəskin ağırlaşmaları, alkoqoldan sui istifadə və anamnezdə laktat asidoz.
Tiazolidindionlar. Bunlar prinsipcə yeni qrup preparatlar olub, 90-ci illərin axırlarında tətbiq olunmağa başlamışdır. Bunların əsas tə'sir mexanizmi insulinrezistentliyi aradan götürməkdir ki, Metforminə nisbətən bu preparatlar insulinrezistentliyi əzələ və piy toxumasında daha yüksək səviyyədə aradan götürür. Bu preparatlardan hal hazırda aşağıdakıları göstərmək olar:
Roziqlitazon (Avandiya)
Pioqlitazon (Aktoz, Pioqlit)
Insulinterapiya. Uzun müddət xəstə olan pasiyentlərdə çox vaxt şəkəri aşaği salan peroral həblərə ikincili rezistentlik inkişaf edir. 2-ci tip şəkərli diabetin baslanğıcında 2-3% xəstələrə insulin lazım olur, 10-15 ildən sonra isə pasientlərin yarısını həblərlə müalicə etmək effektiv olmur və insulinterapiyaya göstərişlər yaranır. Hər il 10-15% 2-ci tip şəkərli diabetli xəstələr insulinlə müalicəyə keçirlər.
2-ci tip şəkərli diabetdə insulinlə müalicəyə göstərişlər aşağıdakılardır: insulinə müvəqqəti tələbatın artması, insulin sekresiyasının kəskin azalması, hiperqlikimiya başqa terapiya formalarına cavab vermədikdə.
2-ci tip şəkərli diabetdə insulinterapiya müvəqqəti və həmişəlik ola bilər. Müvəqqəti insulinterapiya stress, kəskin xəstəliklər, cərrahi müdaxilə, kəskin infeksiyalar, insult, miokard infarktı, hamiləlik və laktasiya zamanı tə’yin olunur. Daimi insulinterapiya şəkərli diabetin gecikmiş autoimmun səbəbindən və şəkəri aşağı salan həblərə ikincili rezistentlikdə tə’yin olunur.
Şəkəri aşağı salan həblərə təkrar rezistentliyin səbəbi betta -hüceyrələrin miqdarının azalması ilə və/və ya insulinrezistentliyin artmasıdır. 2-ci tip şəkərli diabetdə insulinterapiyanın əlavə tə’sirlərindən bədən çəkisinin artmasını, mayenin və natrinin bədəndə yığılmasını, hipoqlikimiya riskini göstərmək olar. Insulinterapiya müxtəlif cür tətbiq oluna bilər: yuxudan qabaq uzun müddətli insulin inyeksiyası və dietaterapiya ilə gündüz həblərin qəbulu, qısa və uzun müddətli tə’sir edən insulinin səhər yeməyindən və şam yeməyindən əvvəl inyeksiyası, insulin və həblərin kombinasiya olunmuş istifadəsi və gənc adamlarda intensiv insulinterapiya.
Intensiv insulinterapiya dedikdə uzun müddətli insulinin iki dəfə inyeksiyası (adətən səhər yeməyindən və yuxudan qabaq) və qısa müddətli insulinin hər qida qəbulundan sonra inyeksiyası nəzərdə tutulur. Xəstəliyi kompensasiya etmək, normal qlikemiyanı tə’min etmək üçün xəstənin ozünə nəzarəti və öyrədilməsi əsas şərtdir.
Ən mürəkkəb məsələ insulinlə müalicəni nə vaxt başlamağın lazım olduğunu bilməkdir. Hər bir konkret halda bu məsələni individual olaraq, göstərişləri və əks göstərişləri, terapiyanın məqsədlərini təhlil etməklə həll etmək lazımdır. Xəstəliyin davamlı kompensassiyasına nail olmaq və onu saxlamaq, xəstəliyin xroniki ağırlaşmalarının profilaktikası və vaxtında müalicəsi əsas şərtdir. Diabetaloqiyanın inkişafı imkan veriri ki, 2-ci tip şəkərli diabetdə yüksək metabolik kontrol tə’min edilsin. Belə ki, həkimlərin arsenalında müasir şəkəri aşağı salan həblər və insulin preparatları, onları yeritmək üçün vasitələr və pasiyentlərin öyrədilmə sistemi vardır. Bütün bunlar klinik praktikada imkan verir ki, xəstələr yüksək həyat keyfiyyəti ilə təmin olunsunlar və xəstəliyin xroniki ağırlaşmalarının inkişafının qarşısı alınsın. -
06-25-2007, 12:10 AMmahsum_
Diabetin əlamətləri.
Bəzən diabet xəstəliyində ümumiyyətlə heç bir əlamət özünü göstərmir və diabet təsadüfən aşkar olunur. Misal üçün okulist göz dibini müayinə edərkən, diabet xəstəliyinə xas olan dəyişikliyə əsasən diabet diaqnozunu aşkar edir. Lakin bir çox əlamətlər var ki, bunlar hər iki tip diabet üçün xarakterikdir. Diabetin əlamətləri insulin sekresiyasının azalma dərəcəsindən, xəstəliyin müddətindən və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır. Diabetin ən çox rast gələn əlamətlərindən aşağıdakıları göstərmək olar:
1. tezləşmiş sidik ifrazı və orqanizmin susuzlaşmasına səbəb olan güclü susuzluq,
2. bəzi hallarda daimi aclıq hissinə baxmayaraq çəkinin sür’ətlə azalması,
3. qanda şəkərin yüksək olması,
4. zəiflik və yorğunluq hissi,
5. görmənin aydın olmaması,
6. cinsi aktivlikdə bəzi problemlərin əmələ gəlməsi,
7. ətraflarda keyləşmənin və ağrıların əmələ gəlməsi,
8. ayaqlarda ağırlıq hissi,
9. başgicəllənmə,
10. infeksion xəstəliklərin gec sağalması,
11. yaraların gec sağalması,
12. bədənin hərarətinin aşağı düşməsi,
13. görmənin pozulması,
14. tez yorulma,
15. baldır əzələlərinin qıc olması.
Diabetin labarator diaqnostikası.
Diabetin diaqnozunu təsdiq etmək üçün 2 göstəricini tə’yin etmək lazımdır.
1. qanda şəkərin miqdarı
2. sidikdə şəkərin miqdarı
Qanda şəkərin miqdarı(nmol/l (mq/%)) Norma Şəkərli diabet Qlükozaya tolerantlığın pozulması Qlikemiyanın acqarına pozulması
Acqarına
3.3-5.5
(59-99) ≥6.1(≥110) <6.1(<110) 5.6-6.1
(100-110)
Yeməkdən 2 saat və ya QPTT* testindən 2 saat sonra <7.8(<140) ≥11.1(≥200) 7.8-11.1
(140-200) <7.8(<140)
QPTT-qlükozaya peroral tolerantlıq testi.
Qanda şəkərin acqarına səhər yeməyindən qabaq 6.1nmol/l (110 mq%) yüksək olması xəstədə şəkərli diabetin olmasını göstərir. Normada sidikdə şəkər olmur, beləki böyrək filtiri qlükozanın tamamilə sidiyə kəçməməsini təmin edir. Lakin qanda şəkər 160-180 mq%-dən yüksək olduqda böyrək qlükozanı saxlaya bilmir və şəkər sidiyə keçir. Şəkərin sidiyə keçməsinə imkan yaradan minimal şəkər miqdarı “böyrək keçiricilik həddi” adlanır. Şəkərli diabeti təsdiq etmək üçün qanda şəkəri acqarına və yeməkdən 2 saat sonra yoxlamaq lazımdır. Şəkər acqarına 110 mq%- dən yuxarı və 2 saat sonra isə 200 mq%-dən artıqdırsa, bu nəticə xəstədə şəkərli diabetin əmələ gəldiyini təsdiq edir. Bəzən şübhəli hallarda qlükozaya peroral tolerantlıq testi (QPTT) keçirilir ki, bu zaman 75 q qlükoza 300 ml suda həll edilir, 3-5 dəqiqə müddətində içilir və 2 saat sonra qanda şəkər təyin olunur. Şəkərli diabet vaxtı nəticə 200 mq% və ya ondan yuxarı olur -
06-25-2007, 12:11 AMmahsum_
Diabetin əmələ gəlmə səbəbləri.
Şəkərli diabetdə mədəalti vəz lazım olan miqdarda və yaxud lazımı keyfiyyətdə insulin hazırlamağı bacarmır.
Bu nə üçün baş verir? Şəkərli diabetin səbəbi nədir?
Təssüf ki hal hazırda bunun dəqiq cavabı yoxdur. Ayrı-ayrı mülahizələr, bir çox risk faktorları göstərilir. Belə güman edilir ki, bu xəstəlik virus xarakterlidir. Çox vaxtı onun genetik defektlə əlaqədar olduğu göstərilir. Lakin dəqiq tə’yin olunmuşdur ki, diabet yoluxucu deyildir və ona yoluxmurlar. 1-ci tip şəkərli diabetin (insulindən asılı) əmələ gəlməsinə səbəb bir çox faktorların (misal uçun autoimmun proseslər) tə'siri altında insulinin hazırlanması azalır və ya beta hüceyrələrin məhv olması nəticəsində tamamilə kəsilir. Əgər belə diabet 40 yaşlı insanlarda əmələ gəlirsə yəgin ki, bunun öz səbəbləri var. 1-ci tipə nisbətən 4 dəfə artıq rast gəlinən 2-ci tip diabetdə beta hüceyrələr əvvəl insulini normal miqdarda, hətta çoxlu miqdarda hazırlayırlar. Lakin bu insulinin aktivliyi aşağı olur (piy toxmasının artıqlığı nəticəsində insulin reseptorlarının həssaslığı azalır). Zaman keçdikcə insulinin miqdarı azala bilər. 2-ci tip diabetlə bir qayda olaraq 50 yaşından yuxarı insanlar xəstələnir.
Şübhəsiz ki, bir çox faktorlar vardır ki bunlar şəkərli diabetə meillilik yaradir.
Birinci yerdə irsi meilliliyi göstərmək olar. Demək olar ki, bütün mütəxəssislər şəkərli diabetlə xəstələnmə riskini ailədə kimsə şəkərli diabetlə xəstələnibsə qat-qat artması ilə razıdır – misal üçün valideynlərdən biri, bacı və ya qardaş. Muşahidələr göstərir ki, birinci tip diabetlə xəstələnmə irsi olaraq, əgər ana xəstədirsə 3-7%, əgər ata xəstədirsə 10% mümkündür. Əgər hər iki valideyn diabetlə xəstədirsə, xəstələnmə riski bir neçə faiz artır və 70% təşkil edir. Ikinci tip diabetlə irsi olaraq xəstələnmə riski həm ana tərəfdən, həmdə ata tərəfdən 80% ehtimalı var. Əgər insulindən asılı şəkərli diabetlə hər iki valideyn xəstədirsə, uşaqların şəkərli diabetlə xəstələnmə ehtimalı 100%-ə yaxınlaşır. Yuxarıda deyilənləri nəzərə alaraq elə demək olar ki, irsi meillilik var və onu bir cox həyatı situassiyalarda nəzərə almaq lazımdır - misal üçün ailə qurarkən və ailəni planlaşdırarkən. Əgər irsiyyət şəkərli diabetlə əlaqəlidirsə, onda uşaqları onların şəkərli diabetlə xəstələnmək ehtimalına hazırlaşdırmaq lazımdır. Ona izah etmək lazımdır ki, onlar risk qruppasına daxildirlər və öz həyat tərzi ilə digər faktorları heçə endirməlidirlər.
Diabetin əmələ gəlmə səbəbinə görə ikinci yerdə piylənmə və ya artıq çəki tutur. Xöşbəxtlikdən bu faktoru neytrallaşdirmaq mümkündür, beləki əgər insan bunun bütün təhlükəsini başa düşsə və artıq çəki ilə mübarizə aparsa, o bu mübarizədə qalib gələ bilər.
Uçüncü səbəb kimi bir çox xəstəlikrkiləri gostərmək olar ki, onların nəticəsində beta hüceyrələr zədələnir. Buna mədəalti vəzin xəstəlikləri – pankreatiti, mədəaltı vəzin xərçəngiçini, digər endokrin vəzilərin xəstəliklərini göstərmək olar. Bəzən travmada səbəb faktoru ola bilər. (üçüncü səbəbi göy şriftlə göstər tam dəyişdim)
Dördüncü səbəb – müxtəlif virus infeksiyalarıdır (məxmərək, su çiçəyi, epidemik hepatit və digər xəstəliklər, o cümlədən qrip). Bu xəstəliklər təkan verici mexanizm rolunu oynayaraq xəstəliyin başlamasina təkan verirlər. Aydındır ki, qrip bir çox insanlar üçün diabetin başlanmasına səbəb olmur. Lakin insan kökdürsə və irsi şəkərli diabetə meillidirsə, onda qrip onun üçün təhlükəlidir. Nəslində diabet xəstəsi olmayan insan dəfələrlə qrip və digər infeksiyon xəstəliklərllə xəstələnə bilər və onda diabetin əmələ gəlmə ehtimalı diabetə irsi meilli insanlara nisbətən dəfələrlə azdır. Belə ki, risk faktorlarının kombinassiyası xəstələnmə təhlükəsini bir neçə dəfə artırır.
Şəkərli diabetin əmələ gəlməsinə şərait yaradan faktorlardan beşincisi – əsəb stressidir. Irsi meilli və kök adamlar xüsusi ilə əsəb və emosional gərginlikdən uzaq olmalidirlar.
Risk faktorlarından altincı yerdə duranı yaşdır. Insan nə qədər yaşlı olsa, şəkərli diabetlə xəstələnmə təhlükəsi bir o qədər çoxdur. Belə bir fikir var ki, yaş artdıqca hər 10 ilə şəkərli diabetlə xəstələnmə ehtimalı 2 dəfə artır. Bir çoxları belə hesab edir ki, şəkərli diabetin səbəbi qidalanma ilə əlaqədardir. Beləki, diabetlə çox şirin yeyenlər, şəkərli qida məhsullarından istifadə edənlər xəstələnir. Bu o mənada düzgündür ki, belə qidalanma vərdişləri olan insanlar mütləq artıq çəkiyə malik olacaqlar və köklüyün şəkərli diabeti doğurması tamamilə dəqiq olaraq sübut olunmuşdur. Yaddan çıxarmaq lazım deyil ki, onu ədalətli olaraq sivilizassiya xəstəliyi adlandırmaq olar. Belə ki, müasir dövr bol, asan həzm olunan, karbohidratlarla zəngin qidalarl dövrüdür. Beləliklə demək olar ki, şəkərli diabetin bir neçə səbəbi vardır və onlardan biri hər hansı bir konkret halda diabetin əmələ gəlmə faktoru ola bilər. Nadir hallarda diabeti hormonal pozğunluqlar, mədəaltı vəzin zədələnmələri, bəzi dərman preparatlarının uzun müddət qəbulu, alkaqoldan həddən artıq istifadə əmələ gətirə bilər. Bir çox mütəxəssislər belə hesab edir ki, birinci tip diabet mədəaltı vəzin insulin hasil edən beta hüceyrələrinin virusla zədələnməsi nəticəsində əmələ gələ bilər. Virusla zədələnməyə cavab olaraq immun sistem insulyar antitel adlanan antitellər hazırlayır. Hətta diabeti əmələ gətirən, dəqiq sürətdə tə'yin olunmuş səbəblərdə mütləq xüsusiyyətə malik deyildir. Belə ki, bəzən həddindən çox kök adamlar belə şəkərli diabetlə xəstələnmir və bütün hallarda çəkinin normallaşaması, əhəmiyyətli fiziki fəaliyyət nəticəsində qanda şəkəri normallaşdırmaq mümkündür. Lakin fikirləşmək lazım deyildir ki, bu vaxta qədər şəkərli diabetin əmələ gəlməsinə nəyin səbəb olduğunu dəqiq göstərə bilmirlərsə, müxtəlif qrup insanlarda şəkərli diabetin yaranmasının səbəblərinin heç bir əhəmiyyəti yoxdur. Əksinə, risk qruplarının aşkar olması bu gün imkan verir ki, öz sağlamlıqlarına qayğısız münasibətin qarşısı alınsın və onlar düzgün həyat tərzinə orientassiya olunsunlar. Yalnız valideynləri şəkərli diabetlə xəstə olanlar öz qayğilarina qalmalı deyillər, beləki şəkərli diabet həm iris, həm də sonradan qazanılmış olur və risk qrupuna daxil olan bütün insanlar ayıq-sayıq olmalıdırlar -
06-25-2007, 12:12 AMmahsum_
1. Diabet nədir?
Məlumdur ki, şəkərli diabet öz ağirlaşmaları ilə qorxuludur və diabetoloqların uğurlarına baxmayaraq, tək təbabət diabetə qalib gələ bilmir. Bunun üçün xəstələrin özlərinin və ailə üzvlərinin aktiv iştirakı lazımdır. Təcrübə göstərir ki, həkimlərin və onlarin pasientlerinin birgə iştirakı diabetin müalicəsinin effektivliyini artırır və ağirlaşmalarının qarşısını alır. Diabet xəstəliyinin idarə olunmasinda xəstələrin diabet xəstəliyinin mahiyyəti, istifadə olunan dərman preparatlarının tə’siri, dieta haqqında əhəmiyyətli biliklərinin olmasının çox böyük rolu vardır. Həmçinin fiziki hərəkətlərin xəstəliyə müsbət təsirinin olması haqqında biliklərin olması əhəmiyyətlidir. Onlar özlərini müxtəlif situasiyalarda aparmaq qaydasını, həkimə nə vaxt dərhal müraciət etmək lazım olduğunu və müalicədə hansi müstəqil düzəlişlər etməyi bilməlidirlər.
Diabet hələ Qədim Misirdə mə'lum idi. Lakin onun yaranma səbəbləri XIX əsrin sonunda, alimlərin itlərin üzərində aparılan eksperimentləri ilə aşkarlandi. Itin mədəalti vəzini çixardıqdan sonra, onda şəkərli diabet inkişaf etməyə başlayır. Xəstəliyin səbəbi aydin oldu. 1921-ci ildə isə Toronto şəhərində gənc həkim Bantinq və tələbə Best, itin mədəaltı vəzindən qanda şəkərin miqdarını azaldan maddəni aşkar etdilər. Və onlar bu maddəni insulin adlandırdılar. 1922-ci ilin yanvar ayinda şəkərli diabetli birinci pasient insulin inyeksiyalarını qəbul etməyə başlayır və buda onun həyatını xilas edir.
2 ildən sonra isə Portuqaliyada gənc həkim başa düşür ki, şəkərli diabet nəyinki xəstəlikdir, həmdə xüsusi həyat tərzidir. Beləliklə dünyada birinci şəkərli diabetli pasientlər üçün Məktəb yaranir.
Diabet - şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmalarin hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağirlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur.
Diabetin tipləri:
1-ci tip – orqanizmdə insulin hasilinin tam olmaması və ya həddindən aşaği olması nəticəsində yaranır. O, ən çox uşaqlarda, yeniyetmələrdə, gənc insanlarda əmələ gəlir ki, belə xəstələrdə daim insulin inyeksiyası etməlidirlər.
2-ci tip diabet – insulin hasilinin nisbətən aşaği olması və/və ya toxumaların insulinə rezistentliyi nəticəsində yaranır. Beləki, insulinə rezistentlik qanda insulinin norma və ya normadan artiq olmasına baxmayaraq toxumalara təsirininin pozulmasına deyilir. Bu tip diabet yetkin yaşlı insanlarda, ən çox çəkisi normadan artıq olanlarda və 40 yaşından sonra yaranır. 2-ci tip diabetdə dieta saxlamaqla, arıqlamaqla və fiziki işin intensivliyini çoxaltmaqla çox böyük nailiyyətlər əldə etmək olar.
Karbohidratlı qida maddələri mədəyə daxil olur, bağirsaqlarda qlükozaya çevrilərek qana sovrulur. Qlükoza (və ya şəkər) insanın orqanizmində əsas enerji mənbələrindən biridir. Bu enerji insan orqanizminin bütün funksiyaları üçün vacibdir . Misal uçun nəfəs alma, qidanin həzmi , hərəkəti üçün və s.
Qanda şəkərin artması nəticəsində mədəalti vəzin β- hüceyrələri qana insulin ifraz etməyə başlayır. Açar rolunu oynayan insulin, hüceyrələri “açır” və qlükoza hüceyrələrə daxil olur, bununla qanda şəkərin miqdarı azalır. Diabetlə xəstə olmayan insanlarda qlukozanın qanda miqdarı ciddi müəyyən həddə olur və acqarına 3,3-5,5 mmol/l, yeməkdən 2 saat sonra isə 7,8 mmol/l təşkil edir.
1-ci tip diabetdə mədəaltı vəz insulini kifayət qədər və ya heç hasil etmir. Qlükoza huceyrələrə daxil ola bilmir, və onun qanda miqdari çoxalır. Hüceyrələr isə “aclıq çəkirlər”, onlar enerjini hasil edə bilmirlər. Insan yüksək susuzluq hiss edir, sidik ifrazi çoxalır, çəki azalır. Bu simptomlardan azad olmaq üçün və qanda şəkərin miqdarını azaltmaq üçün orqanizmə insulin lazımdır.
Insulin – zülal hormonudur, və onu yalnız inyeksiya ilə bədənə daxil etmək olar. Yalnız gündəlik və müntəzəm olaraq qanda qlükozanın miqdarının monitorinqinin köməyi ilə insulinin dozasını düzgün tə’yin etmək olar.
Diabetin yaranmasinin əsas səbəbləri.
1-ci tip diabet gənc yaşlı insanlarda inkişaf edir. Onun əsas səbəbi virus infeksiyasıdır. Virus orqanizmə daxil olarkən, orqanizmin immun sistemi yad materiali tə'yin edir və virusu məhv edən antitellər ifraz etməyə başlayır. Lakin viruslar məhv olandan sonra, immunitetin bəzi xüsusiyyətləri nəticəsində orqanizmin müdafiyə qabiliyyəti “sönmür”, yeni antitellər ifraz olunmaqda davam edir və orqanizmin öz huceyrələrinə hücüm başlanır.
1-ci tip diabetdə bu hüceyrələr mədəalti vəzin β-hüceyrələri olur. Onlar məhv olur və hasil olunan insulinin miqdarı azalır. Bu hüceyrələrdən lap az qalanda şəkərli diabetin simptomları üzə çıxır. Qeyd etmək lazımdır ki, xəstəlik başlayan zaman orqanizmdə bu hüceyrələr hələ mövcüd olur, lakin onların sayı o qədər az olur ki, onlar orqanizmin ehtiyaclarını təmin edə bilmirlər. Insulin xaricdən daxil olarkən bu huceyrələrdən artıq iş götürülür və onlar bir müddət sonra bu hormondan çox hasil etməyə başlayırlar. Və bu zaman daxil olan insulinin dozasını azaltmaq olar. Bu müntəzəm proses xəstəliyin birinci ilində əmələ gəlir və onu “bal ayı” adlandırırlar. Təəsuf ki, bu “bal ayı” çox sürmür. Tez və ya gec vurulan insulinin dozasını çoxaltmaq lazım gəlir.
O ki qaldı “Alternativ” müalicə üsularina, bu isə çox vaxt ziyanlı olur.
Nə hipnoz seansları, nə otlar insulini əvəz edə bilməz.
Başlanğıca
--------------------------------------------------------------------------------
2. Diabetdə qidanın tərkibi.
Müalicəvi dietalarda qida məhsullarının tərkibini, onların orqanizmə təsirini bilmək vacibdir.
Qidalanmanın əsas qaydası: Qidanın qəbul vaxtını və miqdarını insulin terapiya ilə düzgün uyğunlaşdırmaqdır.
Insulin terapiya, fiziki iş və özünü idarəetmə ilə bərabər, düzgün qidalanma müalicənin əsas komponentlərindən biridir.
Qidalanmanın planlaşdırılması zamanı yaranan əsas suallar, bunlardır: Nə yemək? Nə vaxt yemək? Nə qədər yemək?
Insanın orqanizmi yalnız müəyyən enerji aldıqda yaşayır. Bu enerjinin mənbəyi qidadır.
Qida məhsulları tərkibində 3 əsas qrup maddə vardır: zülal, yağlar, karbohidratlar və həmçninin vitaminlər, mineral duzlar və su.
Qidanın tərkibi:
› Karbohidratlar - qanda qlükozaya
› Zülallar - amin turşularina
› Yağlar - yağ turşularına çevrilir
Həzm olunma zamanı zülallar, yağlar və karbohidratlar bəsit maddələrə parçalanır. Zülalların parçalanması nəticəsində alınan aminoturşular, əzələlərdə zülalların bərpa olunmasına və orqanizmin qurulmasına lazımdır. Karbohidratların və yağların parçalanmasından alınan enerji orqanizmin həyat fəaliyyətinin proseslərində lazımdır. Karbohidratlarla zəngin olan qidanın qəbulu qanda şəkərin artmasına gətirir. 2 növ karbohidratlar var: həzm olunan və həzm olunmayan.
Həzm olunmayan karbohidratlar həzm sistemi ilə həzm olunmur və qanda şəkərin miqdarını çoxaltmır. Lakin, bu o demək deyil ki, onları qidalanmada heç istifadə etmək lazim deyil. Həzm olmayan karbohidratlar arasinda həll olunan və həll olmayanları fərqləndirirlər. Həll olmayan (kağız, ot, ağacın qabığı) karbohidratlar qidada istifadə olunmur. Lakin, həll olunan karbohidratlar (sellüloza) qidalanmada böyük rol oynayır. Birincisi, onlar mədəyə düşdükdə şişirlər və bununla toxluq hissi yaradırlar. Ikincisi, sellüloza bağırsaqların normal işləməsinə kömək edir. Uçüncüsü, sellüloza şişdikdə onun üzərinə başqa maddələr çökür ki, buda onların qana sorulmasının sürətini azaldır.
Qanda şəkəri yüksəltməyən qida məhsulları.
• Su və selülloza ilə zəngin olan qida məhsulları-tərəvəzlər, göy-göyərti, göbələk.
• Zülalli və zülalli-yağlı qida məhsulları-balıq, ət, quş əti, yumurta, pendir, kəsmik.
• Yağ ilə zəngin olan qida məhsulları-kərə yağı, bitki yağı, marqarin, mayonez.
Həzm olunan karbohidratlar qanda şəkərin miqdarını müxtəlif cür artırır, çünki bu karbohidratlarda 2 qrupa bölünürlər: asan həzm olunan və çətin həzm olunan. Asan həzm olunan karbohidratlar bağirsaqda tez parçalanırlar, bununlada qanda şəkərin miqdarını tez artırırlar. Bu karbohidratlara: bal, şəkərlər, bəhməz, düyu yarması, ağ çörək, və onlardan hazırlanan bütün məhsullar. Bu qida məhsulları diabetli xəstələrin rasionundan çixarılmalıdır.
Çətin həzm olunan karbohidratların quruluşu mürəkkəb olur. Bu karbohidratlara: bütün tərəvəzlər (kartofdan başqa), bir çox meyvələr və giləmeyvələr (qovun, üzüm, banan, xurma istisna olmaqla), bütün tünd rəngli yarmalar (qarabaşaq, yulaf yarması, arpa yarması, darı sıyığı). Bu məhsulların qəbulundan sonra qanda şəkərin miqdarı tədricən artır. Ona görə bu qidalar diabetli xəstələrin rasionuna mütləq daxil olmalıdır. Zülallar ətin, quş ətinin, balıgın, südün və süd məhsullarının, yumurtanın, paxlanın, noxudun və mərcinin tərkibindədir. Nişasta tərkibli tərəvəzlərdə az miqdarda zülal olur.
Yağlar marqarinin, kərə yağinin, bitki yağlarının, mayonezin, qozun, tumların, südün, ətin, balığın, quş ətinin, şirin yeməklərin tərkibindədir.
Qanda şəkərin miqdarını artıran qida məhsulları:
• dənli qida məhsulları-çörək, makaron məmulatları, yarmalar
• meyvələr
• süd məhsulları
• bəzi tərəvəzlər: kartof, qarğıdalı
• şəkər, şirniyyatlar.
Duzun, duzlu qida və məhsullarin artıqlıqla istifadə olunması yüksək arterial təzyiqə səbəb olur.
Başlanğıca
--------------------------------------------------------------------------------
3. Diabetin dietası .
Diabetli xəstənin pəhrizi orqanizmin zülallara, yağlara, karbohidratlara, vitaminlərə və minerallara olan fizioloji tələbatını tam düzgün ödəmək şərti ilə qurulur. Xəstənin çəkisini, fiziki aktivliyi nəzərə alınmalıdır. Düzgün təşkil olunmuş qidalanmada xəstələr çox vaxt bədən çəkisini itirmirlər və yaxşi əhval ruhiyyəni və iş qabiliyyətini saxlayırlar.
Diabetli uşaqların pəhrizində zulalların, yagların və karbohidratların fizioloji nisbətinə əməl olunması çox vacibdir ki, buda onların normal böyüməsini, fizioloji və psixoloji inkişafını təmin edir.
Bərpa olunmanı əldə etdikdən sonra, müalicəvi tədbirləri elə aparmaq lazımdır ki, onlar çəkinin normallaşmasına kömək etsin.
Diabetdə pəhrizlə müalicənin adekvatlığına nəzarət etmək üçün, axır illər bəzi qida məhsullar qruppasının ekvivalent əvəz etmə sistemi tətbiq olunur, hansıkı buda zülalların, yağların və karbohidratların miqdarına və özünə nəzarəti asanlaşdırır. Bu sistem qidalanmanı planlaşdırmagı, yəni orqanizmə lazımı miqdarda zülalların, yağların və karbohidratların daxil olmasını təmin edir.
Bütün qida məhsullarını 6 qrupa bölmək olar:
1. çörək
2. meyvələr
3. tərəvəzlər
4. süd
5. ət
6. yağ
Hər bir qrup üçün ekvivalent adlanan xüsusi vahid var.
Qida məhsullarının ekvivalent əvəz olunması:
1 stəkan süd= 1 stəkan qatıq = 1 stəkan kefir
1 stəkan çiy tərəvəz = 0,5 stəkan suda bişmiş tərəvəz.
1 orta ölçüdə alma = 0,5 stəkan giləməyvəyə (125 qram) = 1/3 stəkan təbii meyvə sokuna (80 ml).
0,5 stəkan sıyıq (3 yemək qaşığı) = 1 tikə 25 qram çörək = 1 ədəd kartof orta ölçüdə = 0,5 stəkan düyü və ya makaron
30 qram qaynadılmış və qızardırılmış ət = 1 yumurta = 30 qram pendir = 60 qr kəsmik = 45 qram (1 ədəd) sosiska = 30 qram balıq = 30 qram quş əti
1 çay qaşığı kərə yağı = 1 çay qaşığı bitki yağı = 1 çay qaşığı marqarin = 2 yemək qaşığı xama = 2 yemək qaşığı qaymaq.
Bir qrupa daxil olan qida məhsulların bir-biri ilə əvəz etmək olar, çünki onlar eyni energetik dəyərə malikdirlər. Misal üçün 1 dilim ağ çörək (25 qr) 1 kökəyə uyğun gəlir və s.
Başlanğıca
--------------------------------------------------------------------------------
4. Fiziki hərəkətlərin şəkərli diabetdə rolu.
Qeyd etdiyimiz kimi, şəkərli diabet xəstəlik deyil, həyat tərzidir. Yəni bəzi qaydalara əməl etdikdə, şəkərli diabetli xəstələr adi insanlardan fərqlənmir. Qanda şəkərin miqdarı normal olduqda insan ozunu tamamilə sağlam hiss edir, diabetin simptomları özünü göstərmir, ağırlaşmalar inkişaf etmir. Beləliklə şəkərli diabetli pasientlərin əsas həyat qaydası – qanda şəkərin miqdarını normal saxlamaqdadır.
Qanda şəkərin miqdarının artması və ya azalmasına bir çox faktorlar tə’sir edir. Uyğun olmayan insulin dozaları, çoxlu miqdarda karbohidratların istifadəsi, müxtəlif xəstəliklər, kifayət etməyəcək dərəcədə fiziki aktivlik, bədən çəksinin artımı-qanda şəkərin miqdarının artmasına, ağırlaşmalara səbəb olur. Amerkanın diabetoloqlarının apardığı son tədqiqatlar göstərir ki, idmanla məşğul olan şəkərli diabetli pasientlər retinopatiya, nefropatiya, neyropatiya kimi agirlaşmaların qarşısını alırlar. Bu ağırlaşmalar artıq mövcüddursa, gündəlik idmanla məşğul olmaq, onlarin inkişafını xeyli azaldır.
Fiziki işlə məşğul olduqda karbohidratların həzm olunması ilə yaranan çoxlu miqdarda enerji istifadə olunur ki, buda qanda şəkərin miqdarının azalması ilə nəticələnir. Hələ insulin kəşf olmamış, həkimlər fiziki işlə məşğul olmaği tövsiyə edirdilər.
Axır illər şəkərli diabetli xəstələrin kəskin artımı, hipodinamiya (fiziki hərəkətin azlığı) ilə əlaqədardir. Elmi-texniki proqres nəticəsində, bir çox işlərin avtomatlaşdırılması və mexanikləşdirməsi, qəbul olunan qida ilə alınan enerjinin sərf olunmasını azaldır ki, buda piylənmənin yaranmasına səbəb olur. Yapon alimlərinin tədqiqatları nəticəsində məlum olub ki, avtomobili olan insanlarda, digərlərinə nisbətən 2ci tip diabetlə xəstələnmə daha çoxdur.
Sistematik fiziki hərəkətlər qanda lipidlərin, xolestirinin azalmasına, şəkərli diabetli xəstələrin əziyyət çəkdiyi arterial təziqin aşaği düşməsinə, qan dövranının və ürəyin işinin yaxşılaşmasına kömək edir.
Fiziki işin karbohidrat mübadiləsinə böyük tə’siri var. Intensiv fiziki hərəkətlər insulin reseptorlarının həssaslığını artırır, buda qanda şəkərin miqdarını aşaği salır və nəticədə insulinə olan tələbat azalır. Bu mexanizm tək fiziki iş zamanı yox, həmçinin müntəzəm bədən tərbiyəsi və idmanla məşğul olduqca möhkəmlənir. Hətta olimpiya oyunlarında iştirak edən bəzi idmançılar şəkərli diabeltlə xəstədirlər.
Misal üçün, məhşur xokkeyçi Bobbi Xalla – 1-ci tip şəkərli diabetlə uşaqlıqdan xəstədir. Aktiv idman tə’limləri vaxtı, onun insulinə gündəlik tələbatı 6-8 vahid təşkil edirdi. Adi gündəlik dozası isə - 50-60 vahiddir.
Fiziki işin faydalı təsiri üçün, aşağıdakı qaydalara riayət etmək lazımdır:
• Qanda şəkərin miqdarı 15,0 mmol/l çox olmamalıdır.
• Düzgün qidalanma rejimi və insulinoterapiya.
• `Ozünü pis hiss etdikdə və ya xəstəlik zamanı idmanla məşğul olmaq olmaz.
• Hipoqlikemiyanın simptomlarını bilmək.
• Asan həzm olunan karbohidratlardan istifadə etmək.
Ağirlaşmalar olmadıqda şəkərli diabetli xəstə idmanın hər növu ilə məşğul ola bilər.
Məsləhət görülən idman növləri – valeybol, velosiped idmanı, qaçış, badminton, tennis, basketboldur. Qeyd etmek lazımdır ki, həddən artıq fiziki işlər və güclü emosional stresslər qanda şəkərin kəskin dəyişmələrinə, hipoqlekimiya və qanda şəkərin çoxalmasına, asetonun yaranmasına səbəb ola bilər.
Diabetə uyğun olan fiziki işləri qisa müddətli və uzun müddətliyə bölmək olar. Müxtəlif fiziki işlərdən asıli olaraq, pasientin hərəkətləri fərqlənir.
Qısa muddətli fiziki işlərə aşagıdakılar aiddir:
• 20-30 dəqiqəlik, sakit tempdə idman;
• 1 saata qədər, sakit tempdə piyada və velosiped gəzintiləri;
• Yüngül ev işləri;
• Bağda işlər
• 1 saat müddətində fulbol, xokkey, basketbol və ya üzgüçülük.
Hipoqlekimiyanın qarşısını almaq üçün qısa müddətli fiziki işlə bərabər, qidalanma rasionuna artıq karbohidratlar əlavə olunmalıdır. Adekvat qidalanma və düzgün insulin dozası üçün, fiziki hərəkətlərdən əvvəl və sonra, qanda qlükozanın miqdarı tə’yin olunmalıdır.
Fiziki hərəkətlərdən əvvəl qanda şəkərin miqdarı 7 mmol/l-dən azdırsa, 2-3 əlavə çörək vahidi qrupundan istifadə etmək lazımdır; 7-10 mmol/l arası isə-1 çörək vahidi. Siz ağır qısa müddətli fiziki hərəkətlərlə məşğul olacaqsınızsa və qanda şəkərin miqdari 7 mmol/l azdırsa 3-4 çörək vahidi , 7-10 mmol/l arası – 2-3 çörək vahidi , 10-15 mmol/l- 1-2 çörək vahidindən istifadə etmək məsləhət görülür.
Uzun müddətli fiziki işlərə aşağıdakılar aiddir:
• Bir neçə saatlıq səfər;
• Velosipədlə uzun müddətli səfər;
• Rəqslər.
Hipoqlikimiyanın qarşısını almaq üçün uzun müddətli fiziki işlə bərabər, qidalanma rasionuna çörək vahidləri əlavə olunmalıdır. Fiziki hərəkətlərə başlamamış, 30-50% insulinin dozasını azaltmaq lazımdır. Fiziki hərəkətlərdən sonra isə qanda şəkərin miqdarını yoxlamaq lazımdır.
Qanda şəkərin miqdari 5 mmol/l-dən az olduqda fiziki iş görmək məsləhət görülmür. Buna görə 2-4 çörək vahidi yemək lazımdır, 5-9 mmol/l olduqda isə – 1-2 çörək vahidi.
Hipoqlekimiyanın qarşısını almaq üçün, əgər siz planlaşdırılmamış fiziki hərəkət etmisinizsə, misal üçün avtobus dalınca qaçmısınız və ya ağır yük daşımısınızsa, onda dərhal 1 tez həzm olunan çörək vahidi yeməlisiniz. Bu halda, insulinin dozasını azaltmaq üçün siz vaxti geri qaytara bilməzsiniz.
Intensiv fiziki işlə məşğul olduqda, qanda insulinin artıqliğinda, qaraciyər qana lazım olan miqdarda karbohidrat buraxa bilmir və bununla da hipoqlekimiya inkişaf edir.
Və elə buna görə, fiziki işdən asılı olaraq, əlavə karbohidratların qəbulu və ya insulinin dozasının azalması lazımdır.
Hipoqlekimiya tək fiziki iş vaxti yox, həm də o qurtaran zamanı yarana bilər. Tədbir görmək lazımdır ki, gecə hipoqlekimiyası olmasın.
Lakin bə'zən fiziki iş qanda şəkərin miqdarını azaltmır. Ola bilər ki, fiziki iş vaxtı qanda şəkərin miqdarı artır, və hətta aseton əmələ gəlir.
Qanda şəkərin miqdarı normal olduqda, orta intensivli fiziki iş, qaraciyərlə hasil olan qlukozanın və əzələlərlə istifadə olunan qlukozanın miqdarları bərabərləşir, və qanda şəkərin miqdarı sabit qalır. Lakin, qanda insulinin çatişmamazlığı və intensiv fiziki iş nəticəsində hüceyrələr aclıq çəkirlər. Qaraciyər, hücəyrələrin ac qalması haqqında siqnal alır və qana əlavə qlukoza hasil edir. Lakin, bu qlukozada hədəfə çatmır, çünki qlükoza hüceyrələrə yalnız insulinin vasitəsi ilə çata bilər. Fiziki iş nə qədər intensiv olsa qaraciyər bir o qədər çox qana şəkər ifraz edir.
Beləliklə, qanda şəkərin miqdarı 15 mmol/l-dən çox olduqda fiziki işə başlamaq olmaz. Insulin təsiri ilə qanda şəkərin azalmasının gözləmək lazımdır.
Başlanğıca
--------------------------------------------------------------------------------
5. Fiziki iş zamanı insulinin köməyi.
Bədən tərbiyəsi, idman qlükozanın qandan hüceyrələrə keçməsinə kömək edir. Qlükoza orqanizm üçün enerji mənbəyidir. Qlukozanın istifadəsi üçün sizin orqanizmə insulin lazımdır, insulin qlukozanın əzələ hüceyrələrinə daxil olmasını təmin edir. Fiziki məşq zamanı enerji çox sərf olunur. Beləki ki, fiziki məşq zamanı hüceyrələrin enerji alması üçün daha çox insulin lazım olur. Lakin bir çox elmi təcrübələr göstərir ki, fiziki məşqlər qanda qlükozanın miqdarını azaldır, və buna görə çox miqdarıda insulin lazım deyil. Həqiqətən, əgər siz gündəlik fiziki məşqlə məşğul olursuzsa, qlükozanın miqdarını stabil saxlamaq üçün, sizə çox az dərman prepartaları lazım olacaq. Ancaq, insulinə həssaslıq sirrini bilməyənə kimi heçnə dəyişməyəcək.
Fiziki iş əzələ və piy hüceyrələrinin insulinə həssaslığinı artırır. Sözdə bu çox sadədir. Lakin həqiqətən nə baş verir?
Qidanın qəbulundan sonra:
1. O, piy vəziyyətində yığılır.
2. Qlikoqen kimi əzələlərdə yığılır (qlükozanın saxlanmasının xüsusi forması).
3. Enerji və istilik hasil etmək üçün dərhal yanır.
Fiziki məşqlər vaxtı orqanizm enerji kimi, əzələlərdə olan və qlükozaya asan çevrilən qlikoqeni isitifadə edir. Kiçilərək, əzələlər bu qlükoza yığılmalarını istifadə edir. Istirahət vaxtı orqanizm gələcəyə enerji ehtiyatlari yigir. Bütun ehtiyatlar əzələlərdə bərpa edildikdə, əlavələr piy şəkilində yığılır. Piy isə yanacaq lazım olanda istifadə olunur, misal üçün uzun müddətli gərgin fiziki məşq zamanı. Qlükoza istifadəsi qan dövranı vasitəsi ilə təmin olunur. Insulinin və fiziki məşqlərin birgə işinin nəticəsində qlükozanın hüceyrələrə daxil olması intensiv ola bilər.
Tez ve ya çox?
Bəzi hüceyrələrin üzərində insulin reseptorları var. Insulin bu reseptorlara tə’sir edəndə, avtomatik xüsusi mexanizm işə düşür, və nəticədə qlükoza hüceyrənin üzərindən daxilinə keçir. Qlukozanı membrandan hissəciklər yığır və hüceyrənin daxilinə gətirirlər. “Qlükozanın toplayıcılarını” qlükozanın transportyorları adlandırırlar.
Qlükozanın transportyorlarının 5 növu mövcüddur. Onların çox maraqlı adları var: Qlüt1, Qlüt2, Qlüt3, Qlüt4, Qlüt5 (Qlüt-“qlükozatransportyordur”).
Onları burada tapmaq olar:
Qlüt1: beyin, qırmızı qan cisimlərində, əzələ və piy hüceyrələrində.
Qlüt2: qaraciyər, böyrək, bağırsaq, mədəalti vəz.
Qlüt3: beyin, az miqdarda-başqa orqanların toxumalarında.
Qlüt4: əzələ və piy toxuması.
Qlüt5: bağırsaq və böyrək.
Dediyimiz kimi, insulin hücəyrələrə qlükozanı daxil etmək üçün lazımdır. Lakin bəzi hüceyrələr insulinə ehtiyacı yoxdur. Misal üçün, beyin hüceyrələri qlükozanı hüceyrələrə insulinsiz daxil edir. Bu xüsusiyyətə görə onlar Qlüt transportyorlara borcludurlar. Qlüt1-in insulinə ehtiyacı yoxdur. Bu da beyinin hüceyrələrini qlükoza ilə təmin etmə qabiliyyətini möhkəmləndirir.
Qlüt4-ə isə öz funksiyasını yerinə yetirmək üçün insulin lazımdır. Buna görə insulinsiz əzələ və piy hüceyrələri qlükozanı ala bilmirlər.
Piy və əzələ hüceyrələrinin insulinə həssaslığı onların qlükoza transportyorlarından asılıdır. Onların effektiv və səmərəli işi insulinə həssaslığı artırır.
Insulindən asılı olmayan pasiyentlər, yəni 2-ci tip diabetli xəstələr əzələ və piy toxumalarının insulin rezistenliyinə malikdirlər. Qlükozanın hüceyrələrə daxil olması üçün onlara insulin çox miqdarda lazımdır. Bir çox pasiyentlərdə elə bu, xəstəliyə səbəb olur. Yəgin ki, sizə məlum deyil ki 1-ci tip diabetdə də əzələ və piy toxumalarının insulin rezistentliyi var.
Rezistenliyin mahiyyəti, hüceyrə ehtiyacları üçün qlükoza transportyorların reaksiyasının ləng və effektiv olmamasından ibarətdir. Lakin bu defektə requlyar fiziki məşqlə əks-tə'sir göstərmək mümkündür.
Fiziki iş nəticəsində qan dovranı sürətinin çoxalması qlükozanı əzələ hüceylrələrinə tez çatdırır və tezliklə fiziki məşqlər nəticəsində insulinə həssaslıqda artır. Gündəlik fiziki məşqlər insulinə həssaslığı transportyorların koməyi ilə artırır.
Insulinə həssaslığın artmasının izahının 2 nəzəriyyəsi movcüddur: Qlüt4 transportyorlarının hüceyrəyə daxil olma sürəti artmağa başlayır, bununla da Qlyüt4 vasitəsi ilə hüceyrəyə daxil olan qlükozanın miqdarıda çoxalır, transportyorların sayı isə dəyişmir. 2-ci nəzəriyyəyə isə fiziki məşq zamanı Qlüt4 transportyorların sayının çoxalmasına əsaslanır.
Bir çox tədqiqatçılar Qlüt 4 transportyorların sayının çoxalması mülahizəsini doğru sayırlar. Lakin bir çox faktlar da Qlüt 4 transportyorlarının sürətinin çoxalmasını sübut edir.
Maraqlıdır ki, piy və əzələ hüceyrələrinin tərkibində olan Qlüt 1 dəyişilməz qalır və fiziki iş ona tə’sir etmir. Yəgin ki, Qlüt 1 baza transportyoru olub, orqanizm fiziki işlə məhsğul olmadıqda belə işləyir və hüceyrələrə minimal miqdarda qlükoza daxil edir. Beləki insulin olmadıqda belə Qlüt 1 hüceyrələrə qlükoza daxil edə bilir. Qlüt 4 isə aktiv transportyordur, insulin movcüd olduqda işləyir və fiziki məşqlər zamanı daha intensiv tə’sir gostərir.
Qanda qlükozanın miqdarını və məşqlərin ritmini saxlayın.
Fiziki hərəkətlərlə bir dəfə məşğul olduqdan sonra insulinə həssaslığın yaxşılaşmasının nə qədər saxlanması haqqında çoxlu ziddiyətli fikirlər movcüddur. Bu məsələ ilə əlaqədar tədqiqdtarda deqiqələrdən, saatlardan və günlərdən sohbət gedir. Ozünə inamlı olmaq üçün insulinə həssaslığı saxlamaq üçün siz hər gün və ya günaşari məşq etməlisiniz.
Uzun müddətli insulinə həssaslığın yaxşılaşmasını təmin etmək üçün nə qədər məşq etməli və fiziki məşqlər necə olmalıdır? Bir çox tədqiqatlar gostərir ki, qanda qlükozanın miqdarınin yaxşılaşmasına 6-12 həftə fiziki məşqdən sonra nail olunur. Bu yaxşılaşmanın əmələ gəlməsinə səbəb olan məşqlərin intensivliyi çox yüksək olmalıdır. Insulinə həssaslığın yaxşılaşmasının uzaq perspektivliyi üçün minimum həftədə 3 dəfə ən azı 20 dəqiqə orta intensivlikdə məşqlər lazımdır. Siz fiziki məşqlə müntəzəm məşğul olmamısınızsa həkimlə məsləhətləşmək lazımdır. Yüngül fiziki hərəkətlərdən başlamaq lazımdır və tədricən ümumi məşqlər ritminə girmək lazımdır. Siz əgər “çoxlu məşq və ya heçnə” prinsipi ilə məşğul olursunuzsa, çalışın ki “çoxlu məşq” bir az üstünlük təşkil etsin.
Sizin diabetin idarə etmə proqramını məşqlər nəticəsində yaranmış yeni insulinə həssaslıq səviyyəsinə uyğunlaşdırmaq lazımdır. Qlükozanin miqdari normaya yaxınlaşırsa, fiziki məşqlər onun aşağı düşməsinə (hipoqlekimiya) səbəb ola bilər – bu hətta məşqdən bir neçə saat sonrada baş verə bilər. Ona gorə siz istəsəniz yeməkdən sonrada məşq edə bilərsiniz. Bu sizin üçün əgər rahat deyilsə məşqlərdən qabaq nəsə yeyin. Siz uzun müddətli məşqlərlə məşğul olursunuzsa, fasilələrdə nəsə yemək lazımdır. Fiziki məşqlərdən sonra çalışın qanda şəkərin miqdarını olçün. Bu halda qanda şəkərin azalması sizin üçün qəflətən olmayacaq. Hipoqlekimiya halı insulinə həssaslıq yüksək olduqda, hətta məşqlərdən uzun müddət sonrada yarana bilər.
Siz müntəzəm məşq etdikdə, hasil olan transportyorların sayı çoxalır.
Başlanğıca
--------------------------------------------------------------------------------
6. Diabetli xəstələrin həyatında qeyri-adi situasiyalar.
Bu situassiyalara aşağıdakılar aiddir.
1. ketoasidoz
2. hipoqlikemik koma
Ketoasidozdan qabaq hiperqlikemiya müşaide olunur.
Hiperqlikemiya-qanda şəkərin yüksek olan veziyyetidir. Hiperqlikemiyanın ən çox rast gələn səbəbləri aşağıdakılardır:
1. lazım olan miqdarda insulin vurulmaması və ya inyeksiyanın buraxılması
2. karbohidratların artıq qəbulu
3. soyuqdəymə, infeksiyalar, yanaşı gedən xəstəliklər
4. fiziki aktivliyin kifayət qədər olmaması
5. stress
6. hipoqlikemiyadan sonrakı vəziyyət
Hiperqlikemiyanın simptomlarına aşağıdakılar aiddir:
1. tez yorulma, yuxululuq
2. tez tez sidik ifrazı
3. ağızda quruluq, güclü susuzluq
4. aclıq hissi
5. çəkinin azalması
6. dərinin qaşinması
Qanda şəkərin miqdarının yüksək olması, ketoasidoz yaranmasının qarşısını almaq üçün insulinin dozasının tez və düzgün dəyişilməsini tələb edir. Hiperqlikemiya vaxtı qanda şəkərin yüksək olmasının müalicəsi - qısa müddətli vurulan insulinin dozasının artırılmasındadır. Əlavə insulin dozası isə qanda şəkərin miqdarından və pasiyentin individual xüsusiyyətlərindən asılıdır. Yalnız müntəzəm və düzgün ozünə nəzarət nəticəsində 0,5-1,0-2,0 vahid insulinin qanda neçə mol/l şəkər azaltdığını təyin etmək olar.
Insulinin əsas dozası kifayət qədər olmadıqda və o hiperqlekimiyaya səbəb olduqda insulinin dozasını korreksiya etmək olar. Insulinin əsas dozasının dəyişilməsi qanda şəkərin axırıncı 2-3 günlük gostəricisinə əsaslanmalıdır. Hiperqlikemiyaya səbəb olan insulinin dozası 5-10% artırılır. Intensiv insulin terapiyanın fonunda hiperqlikemiyada insulinin dozasını artırılmasının qaydaları (qısa təsirli insulin əsas qida qəbullarından əvvəl, uzun təsirli insulinlər isə səhər və axşam):
Yaranma vaxtı Dozanı çoxalması
Gecə və/və ya səhər yeməyindən əvvəl Uzun müddətli insulini axşam yeməyindən əvvəl və ya yuxudan əvvəl
Nahardan əvvəl Qısa və ya uzun müddətli insulini səhər yeməyindən əvvəl
Axşam yeməyindən əvvəl Qısa müddətli insulini nahardan əvvəl və ya uzun müddətli insulini səhər yeməyindən əvvəl
Yuxudan əvvəl Qısa müddətli insulini axşam yeməyindən əvvəl
Hiperqlikemiya vaxtı əlavə olaraq qısa müddətli insulinin vurulması lazımdır. Növbəti inyeksiyadan əvvəl qanda şəkərin miqdarı təyin edilməlidir. O, normadadırsa insulin adi dozada vurulmalıdır. Hiperqlikemiyanın mümkün olan səbəbləri mütləq təhlil edilməlidir. Əgər hiperqlikemiya: insulinin azlığı, karbohidratların çoxluğu, kifayət olmayan fiziki aktivlik, xəstəliklər, hipoqlikimiyadan sonrakı vəziyyıt, stress nəticəsində yaranıbsa - novbəti gün insulinin dozası dəyişilmədən səhvi aradan gotürmək lazımdır .
Heç bir aşkar səbəb olmadıqda və insulinin dəyişməyən dozasında hiperqlikemiya ikinci gündə təkrar olursa, onda hiperqlikemiyanın yaranmasına səbəb insulindir.
3-cü gün insulinin dozasını 5-10% artırmaq lazımdır.
Səhər saatlarında yaranan hiperqlikimiyanın yaranma səbəbləri aşağıdakılar ola bilər:
1.Yuxudan əvvəl qanda şəkərin yüksək miqdarı. Bu halda qısa müddətli insulinin dozasını axşam yeməyindən əvvəl artırmaq lazımdır.
2.Kifayət qədər olmayan insulinin axşam dozası. Bu halda axşam vurulan uzun müddətli insulinin dozasını artırmaq lazımdır, və ya onun vaxtını bir qədər gec vaxta salmaq lazımdır (saat 19dan 22)
3.Gecə hipoqlikemiyasından sonra qanda şəkərin miqdarının yüksəlməsi. Qlükoza hipoqlikimiyadan sonra kontrinsulyar hormonların koməyi ilə qaraciyərin hasil etdiyi qlükozanın hesabına yüksəlir. Bu halda axşam vurulan uzun müddətli insulinin dozası azalmalıdır.
4.“Sübh” fenomeni adlanan halda isə səhər saatlarında kontrisulyar hormanların artıq sekresiyasi nəticəsində hiperqlekimiya əmələ gələ bilər. Bu halda uzun müddəli insulinin axşam dozasının artiqlığı gecə hipoqlikemiyasına səbəb ola bilər. Ona gorə də belə halda səhər saatlarında qısa müddətli insulin vurulması ilə müalicə mümkündür.
Qanda şəkərin çox yüksəlməsi, çox təhlükəli ağırlaşma ilə-ketoasidoz adlanan ağırlaşma ilə nəticələnə bilər. Insulnə defisit olduqda qlükoza hüceyrələrə kəçə bilmir, və buna gorə enerji hasil olunmur. Bu halda orqanizm enerji kimi yağlardan istifadə edir. Yağlardan enerji hasil olunmasına insulin lazım deyil. Yağlardan enerji yarananda qana keton cisimciklər (aseton) keçir ki, buda artıq miqdarda toksik maddə kimi tə’sir edir. Asetonun və digər zərərli maddələrin yığılması xəstənin vəziyyətinin pisləşməsinə gətirir.
Ketoasidoz tədricən bir neçə günün ərzində inkişaf edir. Buna gorə xəstənin onun əlamətlərini anlamağa və onun inkişafının qarşısını almağa vaxtı olur.
Diabetik ketoasidozun əsas simptomlarına aşağıdakılar aiddir:
1. hiperqlekimiyanın bütün simptomları
2. ürək bulanması və qusma
3. dərin və tez-tez nəfəs alma
4. ağızda aseton iyi
5. yuxululuq və şüurun dolaşıqlığı
Bu simptomlar aşkarlandıqda xəstə sutkada 6-7 dəfə qanda şəkərin miqdarını təyin etməli, sidikdə asetonun olmasını yoxlamalıdır. Hər dəfə vurulan qısa müddətli insulinin dozası 10-20% artırılmalı və lazım olduqda yemək arası 2-8 vahid qisa müddətli insulin inyeksiyası əlavə olunmalıdır.
Xəstə heç bir tədbir gorməyibsə ketoasidozun novbəti mərhələsi inkişaf edir: komadan əvvəlki vəziyyət və koma. Komadan əvvəlki vəziyyətdə xəstə zəifləyir, tormozlanır, yuxusuzluq yaranır, nəbzi qəflətən tezləşir, ürəyin işində pozğunluqlar yaranır, arterial təzyiq düşür. Bu halda mütləq təcili yardım maşını çağırılmalıdır və xəstə xəstəxanaya yerləşdirilməlidir.
Yanaşı gedən xəstəliklərdə yanaşma tərzi.
Müxtəlif xəstəliklər şəkərli diabetin gedişinə ozünə məxsus təsir edə bilər. Bir çox hallarda yüksək hərarət xəstələrdə karbohidrat mübadiləsinin dekompensasıyasına ve insulinə tələbatın artmasına səbəb ola bilər. Lakin temperaturun artmaması ilə keçən ve qusma ile müşaidə olunan bəzi xəstəliklərdə insuline tələbatı azala bilər.
Diabetli xəstədə hər hansı xəstəlik yarananda o lazım olan müalicəyə başlamaq üçün mütləq həkimə müraciyət etməlidir.
Xəstəlik zamanı ozünü aparmaq qaydaları:
1.Xəstəlik vaxtı insulin terapiyanı davam etməli.
2.Qanda şəkərin miqdarını hər 2-4 saatdan bir yoxlamalı
3.Mütləq adekvat müalicə almaq lazımdır (xüsusən infeksiyalarda)
4.Qanda şəkərin miqdarından asılı olaraq və ketonuriyanın dərəcəsini nəzərə alaraq insulin dozası korreksiya olunur. Uzun müddetli insulinin dozasını dəyişməmək olar, ve onun fonunda qısa müddetli insulin dozasını ve onun vurulma miqdarını artırmaq olar.
5.Axırıncı insulin inyeksiyasından 4 saatdan tez olmamaq şərti ile qısa müddətli insulin ve ya 2 saatdan sonra Xumaloq inyeksiyası etmək olar.
6.Bol maye qəbulu.
Hipoqlikemiya – qanda şəkərin normadan az olmasıdır (normal həddən az). Qanda şəkərin miqdarı 3,3 mmol/l-dən (60 mq %) az olduqda hipoqlikemiya yaranır. O bir neçə səbəbdən yarana bilər:
1.qıdanin buraxilması və ya karbohidratların kifayət qədər istifadə olunmaması
2.insulinin yüksək doza ile vurulması
3.böyük fiziki aktivlik
4.alkoqolun qəbulu
Bundan başqa hipoqlikemiya qanda şəkərin kəskin düşməsinden yarana bilər. Qanda şəkərin miqdarı tədricən düşərsə o hətta 3 mmol/l-dən aşağı olduqda belə siz ozünüzü yaxşı hiss edə bilərsiniz, çünki qlükozanın miqdarı tədricen düşüb. Lakin, əgər qlükozanın miqdarı 20 mmol/l-dən 10mmol/l-ə kəskin düşərsə, siz ozünüz də yanlış hipoqlikemiya əlamətləri hiss edə bilərsiniz.
Hipoqlikemiya ağır və yüngül ola bilər. Yüngül hipoqlikemiyada xəstə ozü əmələ gələn ağırlaşmanın öhdəsindən gələ bilər. Lakin vaxtında tədbir görmədikdə beyinin fəaliyyətinin pozğunluğu kəskin artır ki, buda huşun itməsi ilə nəticələnən ağır hipoqlikemiyaya gətirib çıxarır ki, bu zaman kənar şəxsin köməyi tələb olunur.
Yüngül hipoqlekimiyanın simptomları aşağıdakılardır:
1. aclıq hissi
2. ürək döyünmə
3. bədənin əsməsi
4. tərləmə
5. baş gicəllənmə
6. dərinin solğunluğu
7. qorxu
8. narahatlıq
9. zəiflik
Xəstə özündə yüngül hipoqlikemiyanın simptomlarını hiss edibsə, yaxşı olarki qanda şəkərin miqdarı təyin olunsun, bundan sonra tərkibində asan həl olunan karbohidratlar olan qida məhsulları yesin. Misal üçün 2-4 tikə qənd, 1 stəkan meyvə şirəsi və ya şirin çay, 1-2 çay qaşığı bal. Bununla qanda şəkərin miqdarı dərhal yüksələcək və xəstə ozünü yaxşı hiss edəcək. Bəzi hallarda hipoqlikemiya qısa müddətdən sonra yenidən təkrarlana bilər, növbəti qida qəbuluna isə xeyli vaxt var, odur ki yuxarıdaki tədbirlərdən sonra 1-2 tikə çörək yemək və ya 1 stəkan süd içmək lazımdır ki, bərpa olunan qlükozanın miqdarını saxlamaq mümkün olsun.
Fikir vermək lazımdır ki, artıq karbohidrat qebul olunmasın, çünki qanda şəkərin miqdarı həddindən çox yüksəlir. Qanda şəkərin miqdarı artırılmasa hipoqlikemiyanın simptomları güclenir ki, buda ağır hipoqlikemiyanın inkişafına səbəb olur.
Bu simptomlara aşağıdakılar aiddir:
1. fikirin dolaşıqlığı
2. pis koordinasiya
3. nitqin pozulması
4. qıc olma
5. koma
Ağır hipoqlikemiyanın qarşısını almaq üçün xəstə bir neçə ehtiyyat tədbirlərinə riayət etməlidir. Həmişə ozündə qanda şəkərin miqdarını artıran qida məhsulları olmalıdır (5-6 tikə qənd və ya hər hansı şirin içki). Ozündə həmişə şəkərli diabetlə xəstə olmağı haqqında kağız və qohumlarının, xəstəni müalicə edən həkimin ünvanları, telefon nömrələri, insulin dozası haqqında məlumat gəzdirməlidir.
Diabetin yaxşı kompensassiyasında yüngül hipoqlikemiyalar qaçılmazdır (həftədə 1-2 epizod yüngül hipoqlekimiya normal hal sayılır). Lakin əgər hipoqlekimiya gündə yaranırsa insulinin dozasını azaltmaq lazımdır.
Insulin dozasının azaltmaq qaydaları (qısa müddətli insulin qida qebulundan əvvəl, uzun müddətli-səhər və axşam):
Yaranma vaxtı Dozanı çoxalması
Gecə və/və ya səhər yemeyindən əvvəl Uzun müddətli insulini axşam yeməyindən əvvəl ve yuxudan əvvəl
Səhər yeməyi ilə nahar arası Qısa və ya uzun müddətli insulini səhər yeməyinden əvvəl
Səhər ile axşam yeməyi arası Qısa müddətli insulini nahardan əvvəl və ya Uzun müddətli insulini səhər yeməyinden əvvəl
Axşam yeməyi ilə yuxu arası Qısa müddetli insulini axşam yemeyinden evvel -
06-25-2007, 12:13 AMmahsum_
Dieta
Qeyd etmək lazımdır ki, insulindən asılı şəkərli diabet (IAŞD) və insulindən asılı olmayan şəkərli diabetdə (IAOŞD) dietaya yanaşma müxtəlifdir. Birinci halda (IAŞD) dietada qida kalorili olmalıdır; xəstə demək olar ki, hər şeyi yeyə bilər, lakin qəbul olan qidada çörək vahidləri həsablanmalıdır. Ikinci halda isə (IAOŞD) diabet çox vaxt artıq çəki ilə müşahidə olunduğu üçün qidanın kaloriliyi aşağı olmalı, xəstə özünü arıqlamağa orientasiya etməlidir və qida müxtəlifliyi burada məhdud olur. Lakin burada qəbul olunan qidada ÇV həsablanmir. Dietada bu muxtəliflik birinci və ikinci tip şəkərli diabetlərdə gozlənilən təhlukələrin muxtəlifliyi ilə əlaqədardır. IAŞD-lə əsasən uşaqlar və gənc adamlar xəstələnirlər və burada strateji məqsəd xəstəliyin ağırlaşmalarının qarşısını almaq, eyni zamanda inkişaf edən və gənc orqanizm lazım olan qidalarla təmin olunmalıdır. IAOŞD-lə isə əsasən yaşlı və ahıl adamlar xəstələnirlər. Burada isə məqsəd xəstənin arıqlaması və hazirki dövrdə xəstəyə yaxşı həyat keyfiyyəti tə’min etməkdir.
I. Ərzaqların xüsusiyyətləri.
2-ci tip şəkərli diabetdə dieta şəkərli diabetin kompensasiyasının əsas amilidir. Birinci tip şəkərli diabetdə isə dietanin kompensasiyada rolu çox da əhəmiyyətli deyildir. Dietanı düzgün təşkil etmək və ona əməl etmək üçün ərzaqların xüsusiyyətlərini bilmək lazımdır. Qeyd etmək lazımdır ki, diabetli xəstələrin ərzağa münasibəti özünə məxsusdur: onları ərzağın ən çox qanda şəkəri necə – sürətlə, tədricən və ya asta qaldırması maraqlandırır. Belə baxanda bu məsələ çox da mürəkkəb deyildir: ərzaqda şirinlik hiss olunur, şirniyyatın tərkibində şəkər vardır, deməli şirin ərzaqları yemək olmaz, şəkər əvəzedicilərdən istifadə etmək lazımdır. Lakin burada dondurmalara, şirin və turş almalara, diabetik konfetlərə aid olan özünə məxsusluqlar vardır. Bu haqda aşağıda məlumat verəcəyik.
Indi isə diabetik dietanın əsas məqsədlərini qeyd ədək:
Diabetiklər üçün qadağalar yox, müəyyən qaydalar mövcuddur. Onun üçün qidanın tərkibi və qidalanma rejimi vacibdir. O, karbohidratların gün ərzində bərabər olaraq bölünməsini təmin etməli və ya qəbul etdiyi qidada karbohidratları ÇV ilə hesablamalıdır. Bir daha qeyd etmək lazımdır ki, bu qaydaların böyük bir hissəsi şəkərli diabetin bütün tiplərində və insulinterapiyanın bütün sxemalarında məqbuldur. Qidalanmanın əsas komponentlərinə zülallar, yağlar, karbohidratlar, mineral maddələr və vitaminlər daxildir.
Qeyd etmək lazımdır ki, qanda şəkəri yalnız karbohidratlar qaldırır.
Zülallar - bu hüceyrələr üçün tikinti materialı olub, hüceyrələr onlardan yaranır. Tərkibi heyvani zülallar olan ərzaqlara aşağıdakılar aiddir: süd məhsulları, ət, balıq və onlardan hazırlanan bütün ərzaqlar, yumurta. Bitki zülalları – soyada, mərcidə, paxlalarda və göbələkdə olur. 1 qr təmiz zülalın kaloriliyi 4 kkal təşkil edir. Tərkibində zülal olan ərzaqlar əgər onları normal qaydada qəbul etsən, qanda şəkəri demək olar ki qaldırmır. Lakin əgər siz bir dəfəyə 1 kq ət yesəniz qanda şəkər hər halda qalxa bilər.
Yağlar – bunlar bizə enerji ehtiyatı verir, lazım olan hormonların və vitaminlərin yaranmasında iştirak edir. Normal miqdarda, yağlar da qanda şəkəri qaldırmır. Bir qram yağin kaloriliyi 9 kkal təşkil edir ki, buda zülalların kaloriliyindən 2 dəfə çoxdur. Tərkibində yağ olan ərzaqları 4 kateqoriya bölmək olar:
Heyvani yağlarından ibarət olan ərzaq məhsulları - kərə yağı, marqarin, salo; tərkibində həyvani yağlar gizli olan ərzaq məhsulları - ət, balıq və onlardan hazırlanmış bütün ərzaqlar, bütün süd məhsulları; bitki yağlarından ibarət olan ərzaq məhsulları - günəbaxan, qarğıdalı, zeytun, kokos yağları və s. Tərkibində gizli bitki yağları olan ərzaq məhsulları-tumlar, ləpələr, qarğıdalıdır. Qeyd etmək lazımdır ki, bitki yağları tərkibində xolesterin olmadığına görə kaloriliyin eyni olmasına baxmayaraq heyvani yağlardan daha məqbul hesab olunur.
Lakin çəkisini azaltmaq istəyən xəstələr hər iki yağın istifadəsini azaltmalıdırlar. Əgər salatlarda smetan, mayonez, bitki yağından istifadə edirsinizsə, sizin ariqlamağınız çətin olacaq, çünki bu ərzaqların hər üchunun kaloriliyi eynidir. əgər sizin qarşınızda artıq çəki problemi yoxdursa, onda siz qanda xolestərini yoxlatmalı və o normadan artıqdırsa, onda qidanın tərkibindəki həyvani yağları bitki yağları ilə əvəz etməlisiniz və nəhayət əgər sizin artiq çəki toplamaq riskiniz yoxdursa , xolesterin normaldırsa, siz istənilən yağdan istifadə edə bilərsiniz.
Karbohidratlar - kimyəvi quruluşuna görə şəkərlərin çoxlu müxtəlif növləri vardır.
Bəziləri mürəkkəb molekulardan ibarət olub, mürəkkəb şəkərlər adlanır. Digərlərinin strukturu daha sadə olub - bunları sadə şəkərlər adlandırırlar. şəkərlərin bütün mümkün olan növlərinin məcmusu karbohidratlar adlanan kimyəvi sinifdə birləşir. Deməli karbohidratlar - şəkərlərdir və molekularının quruluşundan asılı olaraq onların arasında xüsusi ierarxiya var. Bu ierarxiyaya əsaslanaraq onları bu ardıcıllıqla düzmək olar: ən sadələr: monosaxaridlər, mürəkkəbləri: disaxaridlər, və ən mürrəkəblər: polisaxaridlər. Bu şəkər karbohidratlarının yalnız keyfiyyətcə təsviridir. Bu klassifikasiya aşağıdaki cədvəldə göstərilib: Molekulyar struktyrunun murəkkəbliyinin artma qaydasi ile qida karbohidratlarinin yerleshmesi.
Bu cədvələ keçməzdən əvvəl bir neçə qeydlərə nəzər salaq. Birincisi, molekullarının quruluşuna görə klassifikasiyadan başqa, karbohidratlar qidalanma nöqtei nəzərindən - insan orqanizmi tərəfindən mənimsənilən və mənimsənilməyənlərə bölünürlər. Çörəkdə, meyvə və tərəvəzdə olan karbohidratları bizim mədəmiz həzm edir, lakin tərkibində mürrəkəb karbohidrat-sellüloza olan oduncağı həzm etmir.
Ikincisi, həzm etmək - nə deməkdir? Bu termini dəqiqləşdirək; karbohidratların həzm olunması - disaxaridlərin və polisaxarildlərin mədə şirəsi ilə sadə şəkərlərə - monosaxaridlərə bölünməsi deməkdir.
Məs. sadə şəkərlər qana sorulur və hüceyrələr üçün qida mənbəyidir.
Üçüncüsü karbohidratlarla zəngin olan qida tərkibində mənimsənilən karbohidratlardan başqa, mənimsənilməyən karbohidratlarda olur. Bunlar qida lifləri, sellüloza və pektin maddələridir ki - çörəkdə, buğda və tərəvəzlərdə rast gəlinir.
Onlar həzm olunmada böyük rol oynayır: bağırsaqların işini stimullaşdırır, toksik maddələri və xolesterini absorbsiya edir.
Gələcəkdə bunları biz ümumi terminlə - sellüloza adlandıracağıq. -
06-25-2007, 12:14 AMmahsum_
II. 1-ci tip diabetli xəstələr üçün məsləhətlər.
Insulin qəbul edən xəstələr üçün bütün qida məhsulları 3 grupa bölünür:
Birinci - Yeyirik, lakin ÇV hesablayırıq və yediyimizin migdarına nəzarət edirik.
Ikinci - Praktik olaraq istədiyimiz qədər yeyirik və ÇV hesablamırıq.
Ücüncü - Yemirik və yalnız hipoqlikemiyanı aradan qaldırmaq üçün istifadə edirik.
Yuxurıda qeyd etdiyimiz qida klassifikasiyasına əsasən hansı konkret ərzaqların hansı qrupa aid olduğunu təhlil edək: şirniyyat; un məhsulları və kaşalar; meyvə və giləmeyvələr; tərəvəzlər; süd məhsulları; ət və balıg məhsulları; alkoqollu içkilər; şəkər əvəz edicilər. Beləliklə 1-ci punkt - şirniyyat. "şirniyyat" anlayışı müxtəlif mənalar kəsb edir; bura təmiz şəkər, qlükoza ilə zəngin meyvələr, şirələr və şirin içkilər, mürəbbələr, kompotlar, konditer məhsulları - tortlar, pirojnalar, bişintilər, kremlər, kekslər, piroqlar, yoqurt, şirin pendirlər, dondurma və bütün növ konfetlər aiddir. Bəzi şirin ərzaqlarin tərkibində yağlar (krem, şirin pendir, şokoladlar) vardır, bəziləri isə xəmirdən hazırlanmış un məhsullarıdır (tortlar və pirojnalar), üçüncu isə meyvələrdən hazırlanır (mürəbbələr, kompotlar, şirələr, limonadlar), dördünçü isə sadəcə olaraq - təbii şəkildə olan meyvə və giləmeyvələrdir (üzüm). Bütün bunları nə birləşdirir, pirojna, fanta və üzüm arasında ümümi nə vardır?
Orqanizm tərəfindən həddindən çox yüksək sü'rətlə mənimsənilən çox miqdarda karbohidratların qlükoza və saxaroza növü vardır. Sadə karbohidratlar çox tez müddətdə sorulur və 3-5 dəq. sonra qana keçir, beləki sorulma artıq ağız boşluğunda başlayır. Yuxarıda qeyd etdiyimiz kimi mürəkkəb karbohidratlar isə əvvəl mədəyə düşməli və mədə şirəsinin tə'siri altında sadə karbohidratlara çevrilməlidir; beləliklə onlar tədricən sorulur və müxtəlif növ ərzaqlar üçün sorulma sürəti müxtəlifdir. Sadə karbohidratlı ərzaqlar (başqa sözlə şirniyyat) diabetklərə məsləhət görülmür. Lakin bu məhdudiyət ərzağın tərkibindəki yüksək səviyyədə şəkərin olması ilə yox, onun tərkibində "ani şəkərin" olması ilə əlaqədardır, çünki "ani şəkər" qanda qlükozanın səviyyəsini çox tez qaldırır. Bu məhdudiyyət eyni dərəcədə həm birinci, həm də ikinci tip diabetlərə aiddir, lakin bir halda; yəni hər iki tip diabetdə hipoqlikemiya halını aradan götürmək üçün istisna olaraq "ani şəkərli" ərzaqlardan istifadə edilir. Hipoqlikimiyanı aradan göturmək üçün istifadə olunan "ani şəkərli" ərzaq məhsulları aşağıdakılardır:
qlükoza - həb və ya məhlul halında
üzüm, üzüm şirəsi, kişmiş
şəkər - qənd, şəkər tozu, karamel
şirin çay, limonad, pepsi, fanta
bal - tərkibində bərabər miqdarda qlükoza və fruktoza vardır
meyvə şirələri
kvas, pivə
Yəginki siz təəcübləndiz - tortlar, pirojnalar, şirin bişintilər, şokolad konfetlər, dondurmalar hanı? Məgər onların tərkibində "ani şəkər" yoxdur?
Sözsüz ki vardır. Lakin, əmələ gəlmiş hipoqlikimiyanın aradan götürmək nöqteyi nəzərindən bunların tərkibində "ani şəkər" yox, "sürətli şəkərdir" ki, bunların da tə'siri 3-5 dəqiqədən sonra yox, daha gec 10-15 dəqiqədən sonra başlayır. Əsas məsələ isə ondan ibarətdir ki, tortların, bişintilərin və şokoladların tərkibində saxarozadan başqa bol yağlarda var ki, onlar da sorulmanı ləngidirlər. Beləliklə əgər hipoqlikemiya əlamətləri güclüdürsə təmiz qlükoza və şəkər, üzüm, bal, şirələr, pivə, kvas işlətmək lazımdır. Hipoqlikimiya əlamətləri zəifdirsə, onda aydın məsələdir ki, pirojna yemək olar, lakin ən yaxşısı 5 tikə qənd və bir dilim çörək və ya 3 peçenye yemək lazımdır. Peçenye, tort və ya kremli pirojna kimi yağlı deyildir və onun efekti daha yüksək olacaqdır. Beləlilə biz "qadağan olunmuş" şirniyatlara münasibəti aydınlaşdırdıq və məlum oldu ki, şirniyyat diabetklər üçün 2 kateqoriyaya bölünür "ani şəkərli" və sorulması yağlarla tormozlanan şəkərlər.
Un məmulatları və sıyıqlar. ÇV tə'yini. Un məmulatlarindan ən başlıcası - kobud uyudulmuş qara çövdar çörəyi və ya diabetiklər üçün tərkibinə yulaf əlavə edilmiş xüsusi çörəkdir. "Kərpic şəkilli" qara çörək götürək, 1 sm qalınlığında kəsək və alınmış hissəni eninə bölək. Bizim aldığımız çörək tikəsi 25 qr bərabərdir və onu çörək vahidi adlandırırlar (ÇV); 1 ÇV tərkibində 12 qr karbohidrat vardır. Tərkibində karbohidrat olan bütün ərzaqları müəyyən çəki olçüsündə bir ÇV bərabərləşdirmək olar. Beləki, müxtəlif çəkili müxtəlif ərzaqları, tərkibində 12 qr karbohidrat olması ilə bir çörək vahidi ilə qeyd etmək olar. Aydın məsələdir ki, bu təqribi hesablamadır və təcrübəyə əsaslanır, lakin hər halda o bizi ərzaqların tərkibindəki karbohidratlara görə oriyentassiya edir. 3 nömrəli cədvəldə hər bir ərzağın bir çörək vahidində miqdarını öyrənmək olar. Bu cədvəlli çörək vahidinə görə əvəzetmə cədvəli də adlandırmaq olar. Ondan istifadə edərək biz qida qəbulu zamanı nə qədər ÇV qəbul etdiyimizə nəzarət edə bilər,( ) insulinin dozasını qəbul etdiyimiz ÇV görə təyin edər və bunun qanda şəkərin səviyyəsinə necə təsir etdiyini yoxlaya bilərik. Beləliklə IAŞD üçün tərkibində karbohidrat olan ərzaqların həsablanması ən vacib şərtlərdən biridir və o qlükometr kimi vacib amildir.
Bu faktı dərk etdikdən sonra, biz çörək haqqında daha ətraflı danışaq. Bizə nə üçün qara çörək lazımdır? Baxmayaraq ki, ağ cörəyin bir dilimi eyni miqdarda qara çörəklə ekvivalentdir, lakin o qara çörək kimi dənəli və kəpəkli undan bişirilmədiyi üçün onun sorulması 10-15dəqiqədən sonra başlayır və sürətli gedir, nəticədə qanda şəkər kəskin qalxır. Biz qara çörək yeyiriksə şəkər 20-30 dəq. sonra yüksəlməyə başlayır və o daha rəvan gedir, beləki qara çörək mədə bağırsaqda daha gec - 2-3 saat müddətində həzm olunur. Beləliklə qara çörək tərkibində "tədrici şəkər” olan tipik ərzaqdır.
Bütün yarmalar (krupa) və onlardan bişirilmiş sıyıqlar - qarabaşaq, düyü, manna, darı, yulaf sıyığının tərkibində eyni miqdarda karbohidratlar vardır: 2 xörək qaşığı yayma 1 ÇV bərabərdir, lakin qarabaşaq, darı və yulaf yarmasının sorulma sürəti qara çörəklə eynidir, yəni tərkiblərindəki "tədrici şəkərdir". Manna sıyığı çoxda məsləhət deyildir, çünki o çox sürətlə sorulur, tərkibində demək olar ki sellüloza yoxdur. Buğda unundan hazırlanmış makaron və makaron məmulatlarının ÇV nəzərə almaqla istifadə etmək olar.
Məyvə və giləmeyvələr qanda şəkəri qaldırmaq xüssusiyətlərinə görə bir-birlərindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Qeyd etmək lazımdır ki, müxtəlif sort lakin eyni adlı meyvələrin qanda şəkəri qaldırmaq xüssusiyəti eynidir - yəni bu o deməkdir ki, almanın turş və ya şirin olmasına baxmayaraq hər ikisi şəkəri eyni səviyyədə qaldırır. Turş almanın turşuluğu onda şəkərin az olması ilə yox, turşuluğun çox olması ilə əlaqədardır. Demək şirin alma qadağan deyildir, o da şəkəri turş alma qədər qaldırır; Cörək vahidini hesablamaqla istədiyiniz almanı yeyə bilərsiz. Ikinci səhf onla əlaqədardi ki, güya fruktoza qlükozani və saxarozanı əvəz edir və qanda şəkəri çox az qaldırır. Biz artıq izah etmişik bu belə deyildir; fruktoza kifayət qədər sürətlə sorulur və qanda şəkəri saxaroza və qlükoza kimi çox sürətlə və kəskin artırır və beləliklə yadda saxlayırıq - bütün meyvələrin, hətta diabetiklərə icazə verilənlərində tərkindəki "ani şəkərdir". Meyvələrdən incil, xurma, üzüm,pırnıq, həmçinin quru meyvələr - kişmiş, qara gavalı, qaysı yemək məsləhət deyil. Icazə vərilən meyvə və giləmeyvələrin assortimenti böyükdür və bunlar aiddir-almalar, armudlar, sitrus meyvələr, qarpız, gavalılar, şaftalı, nar, manqo, albalı, gilas, ciyələk, qarağat və s. Banan və ananas daha az məsləhət görülür, lakin mümkündür. Qeyd etmək lazımdır ki, meyvə porsiyası bir gündə 2 ÇV cox olmaz və həmdə iki yerə bölmək lazımdır: misal üçün - almanı saat 11-də, digər meyvəni isə saat 4-də yemək məsləhətdir. Bir daha xatırladırıq ki, bütün meyvə və giləməyvələrdə "ani şəkərdir". Deməli almanı axşam yuxudan qabaq yemək məsləhət deyildir, cünki şəkər sürətlə qalxacaq, sonra enəcəkdir və axşam saat 4-də sizdə hipoqlemikiya əmələ gələ bilər. Aydın məsələdir ki, şəkərli meyvə şirələri qadağandır, onu yalnız hipoqlemikiya tutmasını aradan qaldırmaq üçün istifadə etmək lazımdır. Təbii meyvə şirələrinin tərkibində fruktoza olur, lakin onların tərkibində meyvə şirələrini hazırlandığı meyvələrdəki sellüloza olmur. Sellüloza sorulmanı ləngitdiyi üçün "sürətli şəkər" meyvə şirələrində "ani şəkərə" çevrilir, beləliklə bizə icazə verilən meyvələrin şirələrini içmək arzu edilməzdir və məsləhət görülmur.
Bir daha aşağıdakı qaydalara diqqətinizi yönəldirik:
ərzaqda saxarozanın və fruktozanın miqdarının nə qədər olması və onun nə qədər çörək vahidinə uyğun gəlməsi vacib deyildir;
Vacibi odur ki, bu şəkər həmin ərzaqdan hansı sürətlə sorulur. Sorulmanın sürətini soyuqluq, ərzaqın konsistensiyasının kobud olması (sellülozalı) və onda yağın olması azaldır.
Nəticə: Lifli, bərk və soyuq diabetiklər üçün, duru sıyığa bənzər və qaynardan üstündür. Lakin sorulmanın bu 3 prolanqatorlarından geniş istifadə edə biləcəyimiz biridir - qidanın kobud konsistensiyasıdır, yəni sellülozanın ( ) kifayət qədər olmasıdır. Xüsusi halları (dondurma) nəzərə almasaq, biz çox soyuq və yağli qidalardan istifadə edə bilmərik. Yağın artıqlığı həm piylənmə nöqtei nəzərindən, həmdə tərkibində xolestərin olduğu üçün damarlarımıza ziyandır.
--------------------------------------------------------------------------------
Tərəvəzlər - bizim menyumuzun ən tərkib hissəsi olub, onların tərkibində nə karbohidratlar nə də yağlar vardır, əvəzində onlarda çoxlu sellüloza vardır.
Lakin burdada bəzi məhdudiyyatlar vardır, beləki bəzi tərəvəzlər karbohidratlarla əhəmiyyətli dərəcədə zəngindir - buna birinci növbədə tərkibində nişasta olan kartofu göstərmək olar. Kartofu yemək olar, lakin onun çox dəqiq hesabı aparilmalıdır: bir orta böyüklükdə kartof bir çörək vahidinə bərabərdir. Aydin məsələdir ki, siz üç tikə çörəyi tərəvəz qarnirli ətlə yesəniz, həmin yeməyi çörəksiz üç ədəd kartofla yeməkdən daha məsləhətli və üstündür. Nəzərə çatdırırıq ki, bu kartoflar orta böyüklükdə olub yumurtadan bir qədər böyükdür, beləliklə kartof tərkibində demək olarki sürətli şəkər məhsulu olan ərzaq olub, qanda şəkəri daha sürətlə qaldırır. Bu sürət yenədə qidanın konsistensiyasindan asılidır. Kartofdan başqa qarğıdalını, paxlalanı (lobya,noxud,paxla) çoxlu miqdarda yeyirsinizsə, ÇV hesablamaq lazımdır. Hesablamağa ehtiyac yoxdur: kələm, yerkökü, turplar, pomidor, xiyar, badımcan, soğan, kahı, ravənd, göyərtilər. Həmçinin istənilən qədər göbələk, soya yeməyə icazə verilir - onların tərkibində bitki zülalı vardır. Bitki yağları hesablanmır, bundan başqa ləpələr və tumları 50qrama qədər yeyirsinizsə- bunuda hesablamağa ehtiyac yoxdur. Bir maraqlı faktı nəzərinizə çatdırırıq - çuğundur və yerkökündə şirinlik vardır, lakin onları istənilən qədər yemək olar,
çünki onlarda çoxlu miqdarda sellüloza vardır - almaya nisbətən də çoxdur, lakin siz onlardan təbii şirə hazırlasanız onu istifadə edərkən mütləq ÇV həsablamaq lazımdır (0,5 stəkan=1 ÇV)
--------------------------------------------------------------------------------
Süd məhsulları - dondurma, şirin kəsmiklər, şəkərli yoqurt və şirin pendirlər şirniyyata aiddir və yuxarıda onlar haqqında məlumat verilib. Digər süd məhsularında ÇV
yalnız maye halında olanlarda hesablamaq lazımdır ( süd, qaymaq, qatiq)-- beləki bir stəkana bir ÇV bərabərdir, xama (150-200qr qədər), yağ, kəsmik və pendir praktik olaraq şəkəri qaldırmırlar; çünki onların yağlılığı çoxdur. Duru ərzaqların ÇV həsablanmasına səbəb onların tərkibində həll olunmuş laktozanı (süd şəkəri) olması ilə əlaqədardır, çünki o çox tez həzm olunur. Balıq və ət məhsulları - ətdən və balıqdan hazırlanmış qidanın, vetçinanın, yumurtanın, hisə verilmiş balığın, kolbasanın tərkibində digər qarışıqlar yoxdursa, onlar qanda şəkəri qaldırmır; ona görə də onlar üçün ÇV həsablanmır. Lakin suda bişirilmiş kolbasalar, sosislərə nişasta, kotletlərə çörək və kartof, omletə isə un əlavə olunur. Kotlet və omleti siz özünüz karbohidratsız hazırlaya bilərsiniz. Iki sosis və ya 100 qr suda bişmiş kolbasa 0,5-0,7 ÇV bərabərdir.
--------------------------------------------------------------------------------
Şəkər əvəzediciləri - daha doğrusu bunlar saxarozanın və ya qida şəkərinin əvərzedicisi olub karbohidratlar qruppasına daxil olan şirin maddələrdir ki, orqanizmdə qlükozaya çevrilmirlər və ya əgər çevrilirlərsə də bu çox ləng gedir. Beləliklə şəkər əvəzədicilərdən şirin diabetik içkilər, konfetlər, vaflilər, tortlar, kompotlar, mürrəbələr, yoqurtlar və s. hazırlanmasında istifadə etmək olar; onların istifadəsi ilə bütov bir diabetiklərə xidmət edən yeyinti sahəsi məşğul olur. Şəkər əvəzediciləri 3 qrupa bölmək olar. Onlar aşağıdaki cədvəldə göstərilmişdir.
Cəd 3. Şəkər əvəzədicilərin xarakteristikası.
Qeyd etmək lazımdır ki, ikinci qrup şəkərəvəzədiciləri və ya onların kombinasiyaları satışda aşağıdaki adlarla rast gəlinir: slastilin, sukrazit, svitli, suoli, çukli, mokka svit, sukrodayt, surel, xermesetaz, milford. Istənilən şəkərəvəzedicinin mümkun sutkalıq dozası 30-40 qramdan artıq olmamalıdır. Lakin bu dozanı yediyimiz konfet, peçenye, vaflilərin şəkərəvəzədicilərini nəzərə almaqla istifadə etməliyik. Bunun üçün biz həmin ərzağın qabının üstündə hər 100 qrama nə qədər şəkərəvəzədicinin düşməsini baxıb hesablamalıyıq. Adətən gün ərzində 1-2 əd. artıq olmamaq şərti ilə və ya ona ekvivalent tərkibli şəkər əvəzədicili, vafli, peçenye məsləhətdir. Dörd nömrəli cədvəldə isə ərzaqların çörək vahidinin həsablama qaydaları göstərilmişdir.
Cəd 4. Çörək vahidlərinin əvəzedilmə cədvəli.
Indi isə insulindən asılı şəkərli diabetlər üçün (insulin inyeksiyası edən xəstələr üçün) məsləhətlərə keçək.
1. Faktiki olaraq belə xəstələr üçün qidalanmada ciddi məhdudiyyətlər yoxdu - yəni həm diyetanın karoriliyinə, həm də istifadə olunan ÇV aiddir. Seçim hüququ xəstənin özündədir; O sağlam adamlar qədər zülallar, yağlar və karbohidratlar yeyə bilər, lakin karbohidratlar mütləq hesablamalı və kiçik porsiyalarla istifadə olunmalıdır.
2. Qidanın gündəlik rasionunun kaloriliyinə gəldikdə isə o orta hesabla 1800-2400 kkal təşkil edir. Qadınlar üçün bədən çəkisinin hər kg 29 kkal, kişikər üçün isə 32 kkal təşkil edir.
Bu kkal aşağıdaki ərzaqlar həsabına yığılır
50% - karbohidratlar (14-15 ÇV, çörəyin və sıyıqların hesabına, 2 ÇV meyvə qalanı isə tərəvəzin hesabına).
20% - zülallar (yağsız süd, balıq və ət məhsulları)
30% - yağlar (yağsız süd, ət, balıq məhsulları, bitki yağı)
Qidanın yemək qəbuluna əsasən bölünməsi konkret insulinterapiya sxemindən asılıdır, lakin bir dəfəyə 7 çörək vahidindən çox olmalı deyildir. Iki insulun inyeksiyasında o aşağıdaki kimi olmalıdır:
Səhər yeməyi - 4 ÇV, ikinci səhər yeməyi - 2 ÇV, günorta yeməyi - 5 ÇV, ikinci günorta yeməyi - 2 ÇV, şam - 5 ÇV, yuxudan əvvəl - 2 ÇV; cəmi-20 ÇV.
Qidalanmanın bu qaydada bərabər və rəvan bölunməsi 2-ci tip şəkərli diabetlərə də aiddir, lakin onlar üçün ÇV və qidanın kaloriliyi əhəmiyyətli dərəcədə aşağı olmalıdır, beləki IAOŞD 10 hadisədən 8-də çəki artıq olur. Bir daha fəaliyyət növundən asılı olaraq tələb olunan kkal və ona uyğun ÇV miqdarını göstərək:
Intensiv fiziki iş - 2000-2700 kkal və ya 25-27 ÇV;
Adi fiziki iş - 1900-2100 kkal və ya 18-20 ÇV
Fiziki əməklə əlaqəsi olmayan iş - 1600-1800kkal və ya 14-17 ÇV
3. Siz normadan artıq yemək istəyirsinizsə iki çıxış yolu vardır: soyuq yemək yeməli və ona ballast maddə əlavə etməli; əlavə olaraq qısa təsirli insulin dozası qəbul etməli, misal üçün əgər siz 1 alma əlavə yemək istəyirsinizsə aşağıdaki cür etməlisiniz - sürtkəcdə alma və yerkökünü iri keçirtməli onları qatışdırmalı və soyutmalısınız, əgər siz pelməni yemək istəyirsinizsə ondan sonra iri doğranılmış kələm yemək məsləhətdir, əgər siz insulin inyeksiyası əlavə edəcəksinizsə aşağıdaki cür etməlisiniz:
a. Bir çörək vahidinə lazım olan insulinin dozası sutkanın müxtəlif vaxtlarında 0,5-2 vahid arasında tərrədüd edir.
b. Odur ki hər əlavə çörək vahidi üçün aşağıdaki dozada insulin inyeksiyası edilməlidir:
səhər - 2 vahid, günorta yeməyi - 1,5 vahid, axşam vaxtı - 1 vahid
bunlar orta rəqəmlərdir. Dozanı siz individual olaraq qlukometrin köməyi ilə seçə bilərsiz. Bütün hallarda günün birinci yarısında 1 ÇV üçün insulinin dozası yüksək olmalıdır, çünki səhərlər qanda şəkərin miqdarı yüksək olur.
4. Yuxudan əvvəl saat 23-24-də siz yüngül yeməlisiniz (1-2 ÇV) - bu gəcə hipoglekimiya riskinin qarşısını almaq üçündür. Bu vaxtı "tədrici şəkərli" qidalardan istifadə etmək məsləhətdir - 1 stəkan süd, qara cörəklə buterbrod və qarabaşaq kaşası. Axşamlar tərkibində sürətli şəkər olduğu üçün meyvə yemək məsləhət deyil.
5. Siz həddindən çox şirin şey yemək istəyirsinizsə, onda siz şəkər əvəzədicilərlə hazırlanmış şirniyyat və ya dondurma yeyin.
6. Çox vaxt belə bir sual verilir: insulin inyeksiyasının və ya tabletin qəbulundan sonra yeməyə nə vaxt başlamaq lazımdır? Çox vaxt bu suala həkimin qeyri-müəyyən cavabını alırlar. Bəzən hətta diabetli xəstə "qısa təsirli" iinsulin qəbul etdikdə belə ona müxtəlif cavablar verilir. Yeməyə 15 dəqiqədən sonra, 30 dəqiqədən sonra, 45 dəqiqədən sonra başlayın. Bu qəribə olsada bunun öz səbəbləri vardır. Birincisi yeməyə başlamaq üçün lazım olan vaxt müxtəlif ola bilər. Yeməyə başlamaq üçün lazım olan vaxt 1 saatdan gec olmamalıdır, əks halda siz hipoqlikimiya əlamətləri hiss edə bilərsiniz; nə vaxt yemək olar məsələsi isə aşağıdaki vəziyyətlərdən asılıdır:
- sizin insulinizin və ya şəkəri aşağı salan həbinizin tə'sirinin başlanma vaxtından
- sizin nə yeməyinizdən: yalnız tərkibində "tədrici şəkərlər" (çorək, kaşa) olan ərzaqlar və ya əlavə "sürətli şəkər" olan ərzaqlar olacaqdır (alma, apelsin).
-həb və ya insulin inyeksiyasından əvvəl sizin qanınızda şəkərin səviyyəsindən.
Siz elə vaxt yeməyə başlamalısınız ki, sizin preparatınızın tə'sirinin başlaması ilə karbohidratların sorulması eyni vaxta düşsün, bu şərtlə ki, qanda şəkər normal olsun. Praktik olaraq bunu aşağıdaki cür ifadə etmək olar. Inyeksiya vaxtı qanda şəkər 5-7 mmol/l-sə yeməyə 15-20 dəq. sonra başlamaq lazımdır; əgər 8-10 mmol/l-sə - 40-60 dəq. sonra. Bu qaydanın mənası aydındır: əgər qanda şəkər yüksəkdirsə preparata vaxt vermək lazımdır ki, o qanda şəkəri aşağı salsın və ondan sonra yeməyə başlamaq lazimdırş -
06-25-2007, 12:16 AMmahsum_
III. 2-ci tip diabetli xəstələr üçün məsləhətlər.
2-ci tip diabetli xəstələr üçün (IAOŞD) qidalanmada əsas diqqət xəstənin arıqlamasına və ya onun artıq çəki yığmamasına yönəldirir. Buna görə də dieta aşağı kalorili olmalı (piylənmə olduqda sutkalıq 1200-1500 kkal olmalıdır) və xəstənin ərzaqlar haqqında, onların kaloriliyi nöqteyi nəzərindən təsəvvürü olmalıdır. Aydın məsələdir ki, hansı ərzaqların şəkəri artırıb artırmamasını, karbohidratların qida qəbuluna görə bərabər bölunməsini xəstə bilməlidir, lakin onun karbohidratları ÇV ilə hesablanmasına lüzüm yoxdur. Bu halda 5 nömrəli cədvəldən istifadə olunmalıdir və orada ərzaqların 100 kkal tutumlu miqdarı göstərilir.
Cəd. 5 100 kkal tutumlu ərzaqların miqdarı.
2-ci tip (insulindən asılı olmayan şəkərli diabet) diabetlər üçün məsləhətlər
1. 2-ci tip diabetdə xəstə zulalları sağlam adam qədər yeyə bilər; Yağlar məhdudlaşmalıdır, ən yaxşı bitki məşəli yağlardan istifadə olunmasidir; karbohidratları ÇV görə hesablamaq lazım deyildir. Lakin onları kiçik porsiyalarla istifadə etmək lazımdır.
2. Çəki artıq olduqda aşağı kalorili dieta lazımdır və qida ilə qəbul olunan kkal hesablanmalıdır. Bunu 2-5 nömrəli cədvəl vasitəsi ilə etmək olar.
3. Xolesterin haqqında. Qanda damarlar üçün təhlükə törədən artıq xolestərini nəzarətdə saxlamaq lazımdır. Baxmayaraq ki, xolestərin ateresklerozu yaradan əsas faktorlardan biridir o həyat fəaliyyəti üçün lazımdır (məsələn D vitamininin sintezi üçün). Qanın tərkibində xolesterinə qlükoza kimi çox diqqətlə nəzarət etmək lazımdır. Mümkün normalar belədir:
4. 3-5.2 mmol/l - yaxşı göstəricidir,
5. 4 mmol/l qədər - yol veriləndir.
1 sutkada orqanizmə daxil olan xolesterinin miqdarı 0.3-0.4 qramdan artıq olmalı deyildir. Qeyd edək ki ən çox xolesterin heyvani yağlarda (kərə yağı, yağlı pendirlər, xama və kəsmik, yağli ət, salo) olur ki, onların istifadəsini məhdudlaşdırmaq lazımdır.
Xolesterin ən çox aşağıdaki ərzaqlardadır.
Xolesterin qr
Beyin 2
Pendirin yağlı növləri 1qr qədər
Yumurta 0.6
Ciyər, böyrəklər 0.2-0.4
Bəzi balıq növləri 0.2-0.4
Kürü 0.3 çox
Kərə yağı 0.2
Bitki yağlarında xolesterin yoxdur ona görədə yemək hazırlayarkən qarğıdalı, zeytun və günəbaxan yağından istifadə etmək məsləhətdir.
6. Beləliklə tərkibində xolesterin olan ərzaqları yemək lazım deyildir. Odur ki, biz heyvani yağları minimuma endirib, bitki yağlarindan istifadə edirik. Yağsız xama və kəsmikdən istifadə etməli, südün yağlılığı 0.5% olmalıdır, kərə yağının sutkalıq miqdarı 10-15 qramdır. Balıq və ət yağsız, suda bişmiş və ya pörtlədilmiş məsləhət görülür. Ləpələr və tumlar lazım olan qədər yeyilməlidir, çünki onlar yağlarla zəngindir. Yumurta günə 1 ədəd olmalıdır.
Bizim orqanizm sadə şəkərləri; qlükozanı, fruktozanı mənimsəyir. Qida şəkəri, zəif turşuların və mədə ferməntlərinin təsiri altında mədədə qlükozaya və fruktozaya bölünürlər. Qlükoza qana çox tez, fruktoza isə 2-3 dəfə yavaş sorulur. Analoji proseslər maltoza və laktoza ilə də baş verir, lakin nişastanın parçalanma və sorulması çox yavaş gedir. Misal üçün nişastanın sadə şəkərlərə parcalanması nazik bağırsaqda baş verir ki , burayada qida mədədən az-az miqdarda daxil olur.
Beləliklə nişastanın parçalanmasından alınan sadə şəkərlər tədricən sorulur, həm də
üstəlik, karbohidratların qana tez sorulmasını qoruyan sellüloza bu prosesi ləngidir.
Sellüloza ilə zəngin məhsullara aşağıdakilar aiddir:
buğda və çovdar kəpəkləri, kəpəkli çörək, yarmalar - yulaf, arpa; çuğundur, yerköku.
Sellüloza bütün meyvə və tərəvəzlərin tərkibindədir.
Qeyd edək ki, əgər şəkər karbohidratları qida ilə lazım olandan artıq miqdarda daxil olursa, qlikogen şəkəri kimi onlar qara ciyərə və əzələlərə ehtiyyat şəklində
yığılır.
Ehtiyac olanda qlikogen qlükozaya kimi parçalanır, qana keçir və orqanizmin bütün toxumalarına yayılır. Bu ehtiyac nə vaxt başlayır?
Sağlam insanlarda, həmçinin diabetiklərdə - fiziki işlə məşğul olduqda, vaxtında yemədikdə və ya az yedikdə.( )
Artıq qidalanmada, yəni karbohidratlar çox miqdarda orqanizmə daxil olduqda onlar piyə çevrilir və əgər piy toxumaları çox yığılırsa bu piylənmə ilə nəticələnir.
Lakin normal fiziki inkişaflı insanlarda da piy toxuması var, hansı ki, çox vacib funksiya yerinə yetirir: piy və əzələlərdə, qara ciyərdə yığılan qlikogen ehtiyyatı () aclıqdan üçqat müdafiədir.
Acdıq zamanı aşağıdaki proses baş verir: ən əvvəl qara ciyərdəki, sonra əzələlərdəki şəkər ehtiyyatları istifadə olunur; və nəhayət piy toxuması parçalanır, keton cisimlərin əmələ gəlməsi ilə nəticələnən enerji hasil edir və nəticədə insan ariqlayır. Diabetikləri bu üçqat müdafiə xilas edə bilər, lakin hipoqlikimiyadan yox - çünki o çox sürətlə baş verir, və qara ciyərdəki qlikogen ehtiyatının qlükozaya qədər parçalanmasına çoxlu vaxt lazımdır.
Karbohidratların xüsusiyyətlərinin öyrənilməsinə qayıdaq.
Bizə artıq aydın oldu ki, sadə karbohidratlar qana tez sorulur və qanda şəkəri sürətlə yüksəldir. Mürrəkəblər karbohidratlar isə bunu ləng edirlər, çünki əvvəl onlar sadə karbohidratlara parçalanmalıdır. Lakin qeyd etdiyimiz kimi tək parçalanma yox, başqa faktorlar da buna tə'sir göstərir. Bu faktorlar bizim üçün çox vacibdir.
Lakin biz qeyd etdiyimiz kimi sorulmaya yalnız qidanın parçalanması, hissələrə ayrılması yox, digər faktorlar da tə'sir edir. Bu faktorlar bizim üçün çox böyuk əhəmiyyət kəsb edir, çünki diabetiklər üçün qanda şəkərin yüksəlmə faktı yox, onun kəskin və çox sürətlə yüksəlməsi təhlükəlidir. Və ya başqa sözlə desək bu halda karbohidratlar sürətlə orqanizm toxumaları tərəfindən sorulur, qanı qlükoza ilə sürətlə doydurur və hiperqlikimiya halına səbəb olur. Bunun üçün sorulmanın sürətinə tə'sir edən faktorları aşağıda qeyd edəcəyik:
1. karbohidratın növu - sadə və ya mürəkkəb (sadə karbohidratlar həddindən çox tez sorulur);
2. qidanın hərarəti - soyuq sorulmanı əhəmiyyətli dərəcədə azaldır;
3. qidanın konsistensiyası - tərkibində çoxlu miqdarda sellüloza olan mürəkkəb, lifli və dənli qidaların sorulması tədricən olur;
4. ərzaqın tərkibində yağların olması - yağli ərzaqlardan karbohidratlar tədricən və yavaş sorulur.
5. sorulmanı ləngidən preparatlar - məsələn qlükobay.
Bu mülahizələrə əsaslanaraq tərkibində karbohidrat olan qida məhsullarını üç qrupa bölmək olar:
1. tərkibində "ani şəkər" olan qidalar - qanda şəkəri 3-5 dəq. sonra kəskin qaldırır.
2. tərkbində "sür'ətli şəkər" olan qidalar - qanda şəkəri 10-15 dəq. sonra kəskin qaldırır, qida mədədə və bağırsaqlarda 1-2 saat müddətində həzm olunur.
3. tərkibində "tədrici şəkər" olan qidalar - qanda şəkərin qalxması 20-30 dəq sonra və nisbətən rəvan olur, qida mədə və bağırsaqda 2-3 saata həzm olunur.
Bu klassifikassiyaya əlavə olaraq qeyd edə bilərik ki, "ani şəkər" - bu təmiz halda, yəni sorulma prolanqatorlarından azad olunmuş qlükoza, fruktoza, maltoza və saxarozadır; sürətli şəkər bu sorulma prolanqatorları olan fruktoza və saxarozadır (məsələn alma, həm fruktozası həm də sellulozası vardır); "tədrici şəkər" - Bu laktoza və kraxmaldır, həmçinin çox güclü prolongatorlu saxaroza və fruktozanı da bura aid etmək olar, beləki prolanqatorun sayəsində saxaroza və fruktozanın parçalanması, nəticədə əmələ gələn glükozanın qana sorulması əhəməyyətli dərəcədə ləngiyir.
Yuxarıda deyilənləri misallarla izah edək: tərkibində qlükoza olan preparatları qəbul etdikdə [glükoza həbləri]: o dərhal qana sorulur. Lakin demək olar ki, fruktoza meyvə şirəsi, maltoza isə pivə qəbul etdikdə eyni sürətlə sorulurlar, çünki bunlar məhlul olub tərkibində sorulmanı ləngidən sellüloza yoxdur, lakin bütün meyvələrdə sellüloza vardır, deməli onlarda adı sorulmadan "müdafiə xətti" var; burada da sorulma tez gedir, lakin meyvə şirələrində olduğu kimi sürətlə olmur. Un məhsularında belə "müdafiə xətti" ikidir: kraxmal, hansıkı monosaxaridlərə parc-alanmalıdır,sellüloza; nəticədə sorulma daha ləng gedir. Bu cəhəti qeyd edərək, tərkibində karbohidratlar olan qida məhsularını nəzərinizə catdıraq: şirniyyat, un məmulatları və sıyıqlar: kaşa, meyvə və giləməyvələr, bəzi növ tərəvəzlər, süd məhsularının bəzi növləri. Bunlar hamısı qanda şəkəri qaldırır, lakin tərkiblərindəki şəkərlərin növündən və prolanqator faktorlarından asılı olaraq, qanda şəkərin yüksəlmə sürəti müxtəlifdir. 1qr təmiz şəkərin kaloriliyi 4kkal-dır. Mineral maddələrə və vitaminlərə gəldikdə isə prinsipcə onlar bütün qida məhsularında bu və ya digər miqdarda vardır. Lakin qida məhsularının arasında elə rekordsmenlər vardır ki, onları yaddan çixartmaq lazım deyil: bunlara qarabaşak, yumurta, qaraciyər, balıq yağı, yerkökü və göyərti aiddir. Təəsuf ki, yumurta və qaraciyəri şəkər xəstələri çox miqdarda yeyə bilməzlər, çünki onların tərkibində xolestərinin miqdarı çoxdur. Amma meyvə və tərəvəzlər vitaminlərlə çox zəngindir və bir cox qida məhsuları isə məsələn süd və un məhsullarına vitaminlər əlavə olunur, bundan əlavə vitamin və mineral maddələri xüsusi preparatların tərkibində qəbul edə bilərik.
Qarşıdaki bölmədə biz ərzaq məhsularının qanda şəkəri artırmaq xüssusiyətinə görə təhlil edəcəyik, indi isə onların bu nöqtei nəzərdən klasifikasiyasını nəzərdən keçirək:
1. şirniyyat; 2.süd məhsulları; 3. un məhsulları və sıyıqlar; 4. meyvə və giləməyvələr; 5. ət və balıq məhsulları; 6. alkoqolu içkilər; 7.şəkər əvəzədiciləri; 8.tərəvəzlər.
Qida məhsularının ümumi xarakteristikasına gəldikdə isə onlar aşağıdaki göstəriciləri özündə əks etdirir:
1.qida məhsullarının tərkibindəki karbohidrat, yağlar və züllaların miqdarı
2.qida məhsullarının tərkibindəki ən vacib-natriy, kaliy və kalsiy mineral maddələrinin miqdarı.
3.vitaminlərin miqdarı və tərkibi.
4.xolesterinin miqdarı - bu maddə bizim qanımızda dövr edir və onun yüksəlməsi atereskleroza, ürəyin işemik xəstəliyinə, hipertoniya və digər xoşagəlməz hallara səbəb olur.
5.ərzaqin energetik əhəmiyyəti - bu xüsusi ölçu vahidi; kkal-lə təyin olunur
Balanslaşdırılmış diyetanı tərtib etmək üçün hər bir ərzaqin tərkibində mineral maddələrin və vitaminlərin, xolesterinin, miqdarinı, onun enerji tutumunu bilmək lazımdır.
Bu məlumatlar cəd. 2 - ərzaqlarda əsas qida maddələrinin, xolesterinin, və energetik tutumun miqdarı cədvəlində verilmişdir.
--------------------------------------------------------------------------------
1. Zülalar, karbohidratlar və yağların miqdarı haqqında olan məlumatlar əvvəlki bölmələrdən bizə aydındır: demək lazımdır ki, ərzaqlarda bu maddələrdən başqa olan maddə tamamilə sudur. Bu maddələrə insanlarda sutkalıq təlabat onun gördüyü işdən və çəkisindən asılı olaraq aşağıdaki miqdarda ola bilər:
Zülallar - 80-120 qr və ya bədən çəkisinin hər kq-na 1-1,5qr: lakin hər kg üçün 0,75qr-dan az olmamaq şərti ilə:
Yağlar - 30-dan 80-100 qrama qədər.
Karbohidratlar - 300-400 qram
Aydın məsələdir ki tərkibində bu miqdarda komponentlər olan ərzaqların faktik çəkisi qat- qat yüksəkdir; məsələn orqanizmi 100 qram zülalla tə'min etmək üçün 0,5 kq mal əti və ya 0,55 kq yağsız kəsmik yemək lazımdır
2. Insanın qidası balanslaşdırılmış və kifayət qədər kalorili olmalıdır.
Balanslaşmış qida dedikdə qida rasionunda zülallarin, yağların, karbohidratların, mineral maddələrin və vitaminlərin lazım olan miqdarda və proporsiyada olması başa düşülür; kalorilik isə qidanin energetik əhəmiyyətini göstərir. Fəaliyyət növundən asılı olaraq, yaşlı insan aşağıdakı miqdarda kkal-li qida qəbul etməlidir:
intensiv fiziki iş 2000-2700 kkal.
mötədil fiziki aktivlik, iş 1900-2000 kkal
fiziki işlə əlaqədar olmayan fəaliyyət 1600-1800 kkal
Bu məsləhətlər diabetiklərə də aiddir, lakin kök adamlar, 2-ci tip diabetli xəstələr daha aşağı kkal qida qəbul etməlidirlər.
1-ci cədvəldə göstərilən ərzaqların özlərinin "çempionları" vardır ki, onların xeyirli xüsusiyətlərini biz heç vaxt yaddan çixartmamalıyıq. Bunların sırasına aiddir:
yerkökü - tərkibindi çoxlu miqdarda karotin vardır
göyərti - şüyüt, cəfəri, petruşka, quzuqulaği, keşniş, kəvər və s. Bunlarda da çoxlu karotin vardır, həmçinin bunlar kali, kalsi və vitaminlər mənbəyidir.
darı və qarabaşaq - bunlarda çoxlu B1 və PP vitamini vardır.
3. Süd məhsulları - xüsusi ilə kəsmik, pendir və qatiqda B2 vitamini ən yüksək miqdardadır: bu məhsullardan ən əhəmiyyətlisi yağsız kəsmikdir.
Toyuq əti, yağsiz mal əti və bəzi balıq növlərində vitamin PP çox yüksək miqdardadır. A vitamini yalnız süd məhsullarında, ən cox isə yağli süd məhsullarında olur. Bu vitamin mənbəyi kimi süddən, yağsız xamadan və az miqdarda yağdan istifadə etmək məsləhətdir. Vitamin C mənbəyi isə sitrus meyvələri, kələm və göyərtidir.
4. Heyvani zülalları bitki mənşəli zülallarla əvəz etmək məsləhətdir. Bitki mənşəli zülalların mənbəyi paxlalar, soya, və göbələkdir. Heyvani zülalların çox istifadəsi, xüsusi ilə 40-50 yaşından sonra məqsədə uyğun deyildir.
5. Duzdan minimal miqdarda istifadə etmək lazımdir, çünki artıg duz oynaqlarda toplanır və hipertoniya xəstəliyinin yaranmasına səbəb olur.
6. Qidanı elə hazirlamaq lazımdır ki, onun tərkibindəki şəkər tədricən sovrulsun. Qidanın və içkilərin isti yox, ilıq olması, qidanın konsistensiyası isə lifli, dənəli və sərt olmalıdır. Həddindən çox xırdalanmış, əzilmiş, püre və ya manna sıyiğı tipli yeməklər məsləhət deyil. Aşağıdaki cəhəti nəzərə almaq məsləhətdir: qidada nə gədər çox sellüloza olarsa onun tərkibindəki şəkər bir o qədər yavaş sorular -
06-25-2007, 12:18 AMmahsum_
Diabetin ağırlaşmalarının müalicəsi.
Diabet nisbi və ya mütləq insulin çatışmamazlığı nəticəsində əmələ gələn xroniki hiperqlikemiya və qlükozuriyanın klinik sindromu olub, maddələr mübadiləsinin pozulmasına, damarların zədələnməsinə (müxtəlif angiopatiyalar), neyropatiyalara və müxtəlif orqan, toxumalarda patoloji dəyişikliklərə gətirib çıxarır.
Diabetin yayılmasını dəqiq qiymətləndirmək mümkün deyildir, çünki hal hazırda diabetoloji qəydiyyat bir çox ölkələrdə yoxdur. Lakin şəkərli diabeti qeyri-infeksyon epidemiya hesab edirlər və hal-hazırda dünyada 150 milyon xəstə vardır. ABŞ-da hal-hazırda 16 milyon xəstə qeydiyyatdadır. Diabetli xəstələrin ümumi sayının 95% 2-ci tip diabet, yalnız 5% 1-ci tip diabetə aiddir.
1-ci tip şəkərli diabet.
1-ci tip ŞD xəstələrin müalicə prinsipi ekzogen insulin inyeksiyasından ibarətdir ki, onsuz hiperqlikemik, ketoasidotik koma inkişaf edir. 1-ci tip ŞD xəstələrinin müalicəsinin məqsədi onlarda normal qlikemiyaya nail olmaq, orqanizmin normal inkişafını və böyüməsini tə’min etməkdir ki, xüsusən ona görə ki, bu xəstələrin əsas kontingentini uşaqlar, yeniyetmələr və gənc insanlar təşkil edir. 1-ci tip ŞD təsdiq edilən kimi dərhal insulinterapiyaya başlamaq lazımdır və bu müalicə ömürlükdür. Vaxtında başlanmış və düzgün planlaşdırılmış insulinterapiyada 75-90% hallarda müvəqqəti remissiyaya, sonradan xəstəliyin gedişinin stabilləşməsinə nail olunur, ağırlaşmaların inkişafı uzun müddətə təxirə salınır.
1-ci tip şəkərli diabetli xəstlərdə insulinterapiyanın çoxsaylı inyeksiyalar rejiminin müxtəlif variyantları vardır, lakin onlardan ən çox qəbul olunanlar aşağıdakılardır:
1. Qısa təsirli insulin (Aktrapid, Xumulin, Insuman Rapid) əsas qida qəbullarından əvvəl və orta təsirli insulin (Monotard, Protafan, Xumulin NPX, Insuman Bazal və s.) səhər yəməyindən və yuxudan əvvəl.
2. Qısa təsirli insulin (Aktrapid, Xumulin, Insuman Rapid) əsas qida qəbulundan əvvəl və orta təsirli insulin (Monotard, Protafan, Xumulin NPX, Insuman Bazal və s.) yalnız yuxudan əvvəl.
Gündəlik qısa müddətli insulin dozası bu cür paylanır: 40% səhər yeməyindən əvvəl inyeksiya olunur, 30% nahar yeməyində əvvəl, 30% şam yeməyindən əvvəl inyeksiya olunur. Umümi gündəlik insulin dozası təxminən 0,61,0 vahiq/kq olub, qısa təsirli insulinin və orta təsirli insulinin nisbəti 25%-in 75%-dir. Ac qarına səhər qlikemiyaya nəzarət etməklə yuxudan əvvəl qəbul olunan orta tə’sirli insulinin dozası, nahar yeməyindən əvvəl tə’yin olunan qlikemiyanın səviyyəsi ilə isə səhər yeridilən orta tə’sirli insulinin dozası korreksiya olunur. Qısa təsirli insulinin dozası isə postprandial qlikemiyaya kontrolla korreksiya olunur. Uşaq və yeniyətmələrə 1-ci tip şəkərli diabet diaqnozu qoyulan andan yalnız insan insulini tə’yin olunmalıdır.
2-ci tip şəkərli diabet.
2-ci tip şəkərli diabetin müalicəsinə həsr olunmuş çoxsaylı nəşrlərə və məlumatlara baxmayaraq xəstələrin əksəriyyətində karbohidrat mübadiləsinin kompensassiyasına nail olmaq mümkün olmur, baxmayaraq ki onların ümumi vəziyyəti yaxşı olur. Bu aldadıcı hal olub bir neçə il davam edə bilər və axırda belə hal xəstənin əlilliyinə hətta ölümünə gətirib çıxara bilər. Diabetiklər özünə nəzarətin və qlikemiyanın təyininin əhəmiyyətini heç də həmişə dərk etmir və onu təsadüfən, çox vaxt isə bir qayda olaraq bol yeyib içməkdən sonra qlikemiyaya nəzarət edirlər. Nisbi, əhval-ruhiyyəyə əsaslanan salamatlıq bir çox ikinci tip şəkərli diabetli xəstələrdə medikamentoz terapiyanın başlanmasını təxirə salır. Bundan başqa səhər normoqlikemiyası belə xəstələrdə yüksək qlikogemoqlabinin olmasını istisna etmir. Məhz bu göstərici şəkərli diabetin kompensassiyasının obyektiv kriteriyasıdır.
2-ci tip şəkərli diabetli xəstələrə müalicə tə’yin edərkən pasiyentlərin həyat tərzini və qidalanma xarakterini, xəstəliyin gedişinin və ağırlığının dərəcəsini nəzərə almaq lazımdır. ŞD 2-ci tip xəstələrin terapiyasının müvəffəqiyyətinin rəhni - onların diabet məktəbində oxumasıdır. Həkim xəstələrlə tez-tez əlaqədə olmalı və onların xəstəliklə mübarizə təşəbüsünü kömək etməlidir. Lazımdır ki, xəstənin arıqlamasını əsaslandırasan, beləki, çəkinin hətta 5-10% aşağı düşməsi qanda qlikemiyanın, lipidlərin və arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Bəzi hallarda çəki normallaşdıqdan sonra xəstənin vəziyyəti o qədər yaxşılaşır ki, antidiabetik vasitələrə daha ehtiyac qalmır. 90% ikinci tip şəkərli diabetlərdə bu və ya digər dərəcədə çəkinin artıqlığı vardır. Ona görə də onların müalicəsində aşağı kaloriyli qidalanma və yaxşı hesablanmış fiziki fəaliyyətlə çəkinin aşağı salınması ən mühüm əhəmiyyət kəsb edir. Aşağı kalorili dieta balanslaşdırılmış və balanslaşdırılmamış ola bilər. Balanslaşdırılmış aşağı kalorili dietada qidanın ümumi kalorili onun keyfiyyət tərkibi dəyişmədən aşağı salınır. Balanslaşdırılmamış dietada yağların miqdarı az, karbohidratların isə miqdarı yüksək olur. Xəstələrin qida rasionunda yüksək tərkibli selüllozalı ərzaqlar olmalıdır (yarmalar, tərəvəzlər, meyvələr və köbud üyüdülmüş undan hazırlanmış çörək). Yağların qida ilə qəbulunu məhdudlaşdırmaq çətin olarsa onda orlistat qəbul etmək lazımdır. Orlistat qəbul olunan yağların 30% parçalanmasını və sorulmasının qarşısını alır və bəzi mənbələrə görə insulin rezistəntliyi azaldır. Dieta ilə monoterapiyadan nəticəni başlanğıc çəkinin yalnız 10% azalması ilə əldə etmək olar ki, beləki bu zaman insulin rezistenlik nəzərə çarpan dərəcədə azalır. Buna balanslaşdırilmış aşağı kalorili qidalanma ilə yanaşı artırılmış fiziki aktivliklə nail olmaq olar. Fiziki fəaliyyət əsas müalicə metodlarına əlavə olub bu xəstənin halına və imkanına uyğun yerinə yetirilməlidir. Xəstənin yaşı nə qədər ahıl olsa belə gündəlik fiziki hərəkətlər vacibdir. Bu zaman qlükozanın əzələlərlə mənimsənilməsi artır, pereferik toxumların insulinə həssaslığı yüksəlir, orqan və toxumaların qan təchizatı yaxşılaşır ki, buda pis kompensassiya olunmuş diabetlə yanaşı gedən hipoksiyanı, xüsusi ilə də yaşlı adamlarda aradan götürür. Yaşlı insanlarda, hipertoniklərdə, anamnezində miokard infarktı olan xəstələrdə fiziki hərəkətlərin həcmini həkim tə’yin etməlidir. Başqa təlimatlar yoxdursa 30 dəqiqəlik yerişlə (10 dəq. gündə 3 dəfə) 30 dəq. yerişlə kifayətlənmək olar. Diabetin dekompensassiyasında fiziki hərəkətlər az effektlidir. Böyük fiziki iş zamanı hipoqlikemiya halının inkişafı mümkün olduğu üçün bu zaman şəkər aşağı salıcı preparatların xüsusi ilə də insulinin dozası 20% azaldılmalıdır. Dieta və fiziki hərəkətlərlə normoqlikemiyaya nail olmaq mümkün olmursa, onda 2-ci tip şəkərli diabetlərdə medikamentoz müalicə başlanmalıdır. 2-ci tip şəkərli diabetlərin 60% peroral şəkəri aşağı salan preparatlarla müalicə olunur. Artıq 40 ildən çoxdur ki, 2-ci tip şəkərli diabetdə şəkəri aşağı salan peroral preparatlar sulfanil sidik turşusu preparatlarıdır. Sulfanil sidik turşusunun əsas tə’sir mexanizmi orqanizmin öz insulinin sekressiyasının stimullaşdırmasıdır. Sulfanil sidik turşusu preparatlarından istəniləni daxilə qəbul edildikdən sonra mədəaltı vəzin b-hüceyrəsinin membranasındakı spesifik zülalla birləşir və insulin sekrəsiyasını stimulyassiya edir. Bundan əlavə bəzi sulfanil sidik turşusu preparatları b-hücəyrələrin qlükozaya həssaslığını bərpa edir (artırır).
Sulfanıl sıdık turşusu preparatları piy, əzələ, qara cıyər və dıgər toxumaların ınsulinin təsirinə həssaslığını artırır, skelet əzələlərinə qlükozanın çatdırılmasını gücləndirir, qara ciyərın bəzi fermentlərinin aktivliyini artırır, piylərin dağılmasının qarşısını alır, və saır.
Iınsulın sekressiyası funksiyasının yaxşı saxlanıldığı 2-cı tıp şəkərlı diabetlər üçün sulfanil sıdık turşusu preparatları ılə bıquanidlərın kombınassiyası daha effektiıdir. Hal-hazırda bıquanid preparatı olan metformınə maraq kəskın artmışdır. Bu həmin preparatın təsır mexanizminin xüsusıyyətlərı ılə əlaqədardır. Qeyd etmək lazımdır ki, metforminin əsas təsiri, onun toxumaların ınsulınə həssaslığını artırması, qara ciyərın qlükoza hasilinə mane olması, nətıcədə ac qarına qlikemıyanı endırməsı və mədə-bağırsaq traktında qlükozanın
sorulmasını ləngıtməsidir. Bundan başqa bu preparatın yağ mübadıləsınə, qanın laxtalanmasına və arterıal təzıqə müsbət əlavə təsir effektı də vardır.
Sulfonil sidik turşusu preparatlarının işlədilməsinin məqsədə uyğunluğuna heç bır şübhə ola bılməz, çünkı 2-ci tip şəkərlı diabetin pataqenizinin ən vacib halqası beta hüceyrələrinin sekretor funksiyasının defektidir. Digər tərəfdən insulin rezistentlik 2-ci tip şəkərlı diabetin demək olar ki daimi əlamətı olub, buda metforminin təyininin vacibliyinə əsas verir. Metforminin sulfanil sidik turşusu preparatları ılə kombinassiyası müalicənin effektiv forması olub, uzun illərdir ki istifadə olunur və sulfanil sidik turşusu preparatlarının dozasının azaldılmasına imkan verır. Mütəxəssislərin fikrincə metformin və sidik turşusu preparatlarının kombinassiyası ilə müalicənin, insulin və sulfanil sidik turşusu preparatlarının kombinassiyası ılə və ya insulinlə monoterapiya müalicəsinin əvvəlki effektsiz müalicədən sonra tətbiqi eyni effektlidir. Sulfanil sidik turşusu və metforminin kombinassiyası ilə müalicəsinin monoterapiyadan əhəmiyyətli üstünlüyü ılə əlaqədar olaraq hal-hazırda hər iki komponentin kombinassiyasından ibarət olan preparatlar yaradılmış və geniş tətbıq olunur.
2-ci tip şəkərlı diabetdə istifadə olunan şəkəri aşağı salan preparatlar müxtəlif və kifayət qədər olub, artmaqda davam edir. Sulfanil sidik turşusu preparatları və biquanidlərdən əlavə bura amin turşusu törəmələrı olan sekretogenlər, insulin sensitayzerləri tiazolidindionlar, qlükozidazanın ingibatorları və insulinlər aiddir.
Amin turşularının (qlükozadan əlavə) bilavasitə qidalanma prossesi zamanı beta hüceyrələrinin ınsulin sekressiyası prosesində əhəmiyyətli rol oynadığını təsdiq edən tədqiqatlara əsaslanaraq, onların analoqu olan fenıl alanın, bənzol turşusunun şəkərı aşağı salma aktivliyi öyrənılmış, bunun nətıcəsində nateqlinidin və repaqlinidin müvəffəqiyətlə sintezi mümkün olmuşdur. Nateqlinid və repaqlinid tərəfindən stimullyassiya olunan ınsulın sekressıyası sağlam ınsanlarda qida qəbulundan sonra sekresiyanın başlanğıc fiziolojı fazasına yaxındır, odur kı, bu postprandial qlikemiyanın səviyyəsinin effektiv enməsinə səbəb olur. Onlar ınsulinin sürətli və qısa müddətli sekresiyasına nail olurlar ki, buda yeməkdən sonra qlikemiyanın kəskin yüksəlməsinin qarşısını alır. Qida qəbulu buraxıldıqda bu preparatlar qəbul edilmir. Bu preparatların gəniş yayılmış digər preparatlarla birgə təyininə əks ğöstəriş yoxdur və bunlar orqanizmdə akkumulyassiya olmurlar.
Digər prandial requlyator akarboza preparatıdır. Akarbozanın təsiri düz bağırsağın yuxarı hissəsində başlayır və o aqlükozidazanı təcrid etməklə fermentativ poli və oliqosaxaridlərə parçalanmaya mane olur. Bu monosaxaridlərin (qlükozanın) sorulmasının qarşısını alır və yeməkdən sonra qanda şəkərın kəskin qalxmasını azaldır. Qida qəbulundan sonra qlikemiyanın yüksəlməsinin qarşısını alaraq, akarboza həqiqətən qanda ınsulinin səvıyyəsini endirir ki, buda qlikohemoqlobinin səviyyəsinin enməsi ılə özünü göstərən metabolik konpensasiyanın keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Yalnız dieta ilə kompensassiyası mümkün olmayan 2-ci tip şəkərli diabetdə yeganə peroral antidiabetik vasitə kimi akorbazanı qəbul etmək kifayətdir ki, metobolik pozğunluqların əhəmıyyətli yaxşılaşmasına nail olunsun. Bu taktikanın arzu olunan nəticələri əldə olunmadıqda, akarbozanın sulfanil sidik turşusu preparatları ilə birgə təyini metobolik göstəricilərin əhəmiyyətli yaxşılaşmasına gətirib çıxarır. Bü xüsusilə insulınterapiyaya keçməyə hazır olmayan yaşlı adamlar üçün vacibdir. Belə kombinassiya sulfanil sidik turşusu preparatlarının dozasını əhəmiyyətli azaltmağa imkan
verır. Insuilinterapiya müalicəsi alan 2-ci tip şəkərlı diabetlərdə akarboza metobolik kompensassiyanı yaxşılaşdırılmış və başlıca olaraq Qlüt 4-ün əzələ toxumasında ekspressıyasının yüksəlməsı ilə toxumaların insulınə həssaslığını yüksəltmişdir. Nəticədə ınsulinin sutkalıq dozası orta hesab ilə 10 vahid azaldılmışdır, plasebo alan xəstələrdə isə ınsulinin dozası 0,7 vahid artmışdır. Akarbozanın bir üstünlüyü də ondadır kı, onunla monoterapiya vaxtı o hıpoqlikemiya vermir. Bəzi həkimləri akarbozanın kənar təsiri olan meteorizm ehtiyatlandırır. Lakin qeyd etmək lazımdır kı, bu əlavə təsir akarbozanın təsir mexanızmındə qoyulmuşdur, beləki parçalanmamış karbohidratlar bağırsağın distal hissələrində qıcqırmaya mərüz qalır. Buradan belə nətıcəyə gəlmək olar ki, dıetada karbohidratların məhdudlaşdırılması bu kənar təsırı mınumuma endırəcəkdir.
Dıgər tərəfdən, bir çox qəbizliyə meyilli yaşlı adamlar üçün bu müsbət faktor olub, onlarda ışlədicilər qəbul etmədən stulun normallaşmasına kömək edəcəkdir.
Peroral preparatlarla müalicə uğursuz alınarsa, effektiv müalicə seçimi insulinterapiyadır. Amerika diabet assosıassiyasının tədqıqatına görə şəkərlı diabet 2-ci tip xəstələrin böyük qisminə 15 ildən sonra ınsulın lazım gəlır.
Lakin 2-ci tip şəkərlı diabetli xəstələrdə ınsulinterapiyaya birbaşa göstərış beta hüceyrələr tərəfındən ınsulın sekressıyasının proqresləşən azalmasıdır. Təcrübə göstərır ki, 2-ci tip şəkərlı diabetlı xəstələrın 40%-nın ınsulinə ehtıyacı vardır, əslındə isə ınsulindən istifadə edənlər əhəmiyyətli dərəcədə azdır və buna səbəb isə xəstələrin çox vaxt insulindən imtina etməsıdır. Belə yalanı bir fıkır kök salmışdır kı, güya bir dəfə təyin olunmuş insulın omürlükdür və onu kəsmək olmaz.
Dıgər 60% xəstələrdə də təəssüf kı, yalnız sulfanılsidik turşusu preparatları ılə monoterapiya şəkərlı diabetin kompensassiyasına gətirib çıxarmır. Lakin nəzərə almaq lazımdır ki, insulinterapiyanı müşahidə edən heç bir kənar təsir elə bir ciddi narahatlıq törətmır ki, bu narahatlıqlar həblərlə uğursuz müalicə alan xəstələrın insulin müalicəsini ləngitməsinə bəraət qazandırasan. Eyni zamanda belə kənar təsirlərin olması bizi məcbur edir ki, qlikemiyaya nəzarəti yaxşı saxlamaqla ınsulinin dozasınınnın minimal təyini yollarını axtaraq. Ekspertlərinin fikrincə 2-ci tip şəkərlı diabetli xəstələrdə insulinterapiyanı nə çox tez nə də cox gec başlamaq lazımdır. Sulfanil sidik turşusu preparatları ilə monoterapıyanı təhlıl etməklə belə nəticəyə gəlmək olar ki, əksər xəstələrdə kompensassiyaya nail olmaq mümkün olmur. Gün ərzındə qlıkemiyanı aşağı salmaq mümkündürsə praktik olaraq bütün xəstələrdə səhər hiperqlekemiyası saxlanılır, çünki gecə qara ciyər tərəfındən qlükoza hasil olunur. Bu qrup xəstələrdə insulinin təyini bədən çəkisinin artmasına səbəb olur və buda ınsulın rezistentliyini ağırlaşdırır, eqzogen insulinə tələbatı artırır; bundan başqa gün ərzındə bir neçə insulin inyeksıyasının olunması və onun dozalaşdırılması xəstədə narahatlıq yaradır. Endokrinoloqlarda insulınin artıqlığı da narahatlıq törədır, çünki ateresklerozun proqresləşməsi, arterial hipertoniyanı və s. onunla əlaqələndirirlər. Xəstələrdə yalnız sulfanıl sidik türşüsü preparatları ilə müalicədə kompensasiya alınmadıqda 2-ci tip şəkərlı diabetin kombinasiya olunmuş müalicəsinin strategiyasını təşkıl edən və insulinin dozasını azaltmağa imkan verən ən azı 2 üsul mövcüddur:
1.Sulfanil sidik türşüsü preparatı ilə uzun müddət təsir edən insulinin (xüsüsi ılə gecə) kombinassiyası.
2.Sulfanil sidik turşusu preparatı ilə metforminin kombinassiyası.
Sulfanil sidik turşusu preparatı ilə uzun müddət təsir edən ınsulinin kombinassiyasının əhəmiyyətli üstünlükləri vardır, beləki bunun əsasında hər iki preparatın təsir mexanizmlərinin bir-birini tamamlaması durur. Qanda qlükozanın yüksək səviyəsi beta hücəyrələrinə toksik təsir göstərır və bununla əlaqədar olaraq insulin sekresiyası azalır; insulinin təyini ısə qlikemiyanı aşağı salmaqla mədəaltı vəzə sulfanil sidik turşusu preparatlarının təsirini bərpa edır. Insulin qara ciyər tərəfindən gecə qlükozanın yaranmasının qarşısını alır, sulfanil sidik turşusu preparatları ısə qida qəbulundan sonra ınsulın sekresıyasını artırır və beləliklə gündüz qlikemiyanın səviyyəsini nəzarətdə saxlayır. Aparılan tədqiqatlar göstərib ki, kombinə olunmuş müalicədə, monoinsulin terapiyaya nisbətən insulinin dozası əhəmiyyətli dərəcədə kiçik olur. Preparatların dozasını individual olaraq seçmək lazımdır. Demidovaya görə yuxudan qabaq təyin olunan uzun müddətli insulinin dozası qara ciyərin hasil etdiyi qlükozanın miqdarını azaltmaq üçün 0,16vahid/kq sutkadır. Bu cür kombinasiyada qlikemik nəzarətin yaxşılaşması, insulinin sutkalıq dozasının əhəmiyyətli azalması və nətıcədə qanda ınsulinin səvıyyəsinin enməsi qeyd olunur. Xəstələr bu terapiyanı rahat hesab edir və təyin olunan rejimə dəqiq əməl etməyə razı olurlar.
Diabetin ağırlaşmaları.
Gecikmiş ağırlaşmaların inkişaf riski xəstəliyin müddətindən asılı olaraq artır. Diabetdə maddələr mübadiləsinin pozulması bu və ya başqa dərəcədə bütün orqanların və sistəmlərin zədələnməsinə gətirib çıxarır. Diabetdə həm mikro, həm də makroangiopatiyalar inkişaf edir. 2-ci tip şəkərli diabetdə adətən makroangiopatiyalar inkişaf edir, baxmayaraq paralel olaraq həm də kiçik damarların zədələnməsi baş verir (mikroangiopatiyalar). Mıkroangiopatiyalar klinik olaraq özünü retinopatiya, nefropatiya, neyropatiya kimi göstərir. Diabetik makroangiopatiyaların tipik təzahürü miokard infarktı, ınsult, periferik damarların xəstəlikləridir. Gecikmiş diabetik ağırlaşmaların 2-ci tip şəkərli diabetdə ən erkən özünü göstərəni neyropatiya əlamətləridir ki, bunun da ən yayılmış forması polineyropatiyadır. Distal polineyropatiya pereferik sinirlərin tipik diabetik zədələnməsidir. Xəstələri aşağı ətraflarda arabir sancma, keyləşmə, pəncələrdə soyuğa davamsızlıq, yanğı, ağrı narahat edır. Bir neçə il ərzində bu şikayətlər əsasən sakit vəziyyətdə qeyd olunur, sonra isə daimi və ıntensıv xarakter daşıyır.
Artıq xəstəliyin debütunda adətən bu və ya digər hissiyat pozğunluğunun əlamətləri aşkar olunur: reflekslərin zəifləməsi, hərəki pozğunluqlar. Reflekslərin zəifləməsi yuxarı ətraflara nisbətən aşağı ətraflarda özünü göstərir. Xəstələrdə temperatur, vibrasion hissiyat zəifləyir, hərəkətlərdə pozğunluqlar yaranır. Diabetik polineyropatiyada Tioqammanın effekiıvliyi subut olunmuşdur. Tioqammanın istifadəsi nevroloji əlamətlərin əhəmiyyətli zəifləməsinə gətirib çıxarmış, lakin bu zaman neyropatiya ilə əlaqədar simptomlarda əhəmiyyətli dəyişiklik olmamışdır. Vitamin B1-ın yağda həll olan forması – Benfotiaminin tətbiqi ilə əlaqədər diabetik neyropatiyaların müalicəsındə B qrup vitaminlərinin istifadəsində müəyyən proqressdən danışmaq olar. Xüsusi ilə Benfotiaminin Vitamın B6 ilə kombinasiyası daha effektlidir. Bu qrup dərmanların 46 həftə ərzində qəbulu ağrı hissiyatının intensivliyini əhəmiyyətli dərəcədə azaldır və vibrasyon həssaslığın göstəricilərinin həddini yaxşılaşdırır. Diabetik polineyropatiyaların müalicəsində Aktoveginin tətbiqinin yüksək effektivliyi sübut olunmuşdur. Aktovegini 400 mq gündə 3 dəfə peroral və 20%-li 250 ml məhlulun vena daxilinə qəbul olunması energetik metabolizmin və pereferik sinir sistəminin qan dövranın yaxşılaşmasına səbəb olur ki, buda özünü ağrısız yerimənin müddətinin artmasında, hissiyatın yaxşılaşmasında və xəstələrın ümumi əhval-rühiyyəsində ğostərir.
Pereferik neyropatiyadan əlavə avtonom neyropatiyada inkişaf edır. Misal üçün avtonom neyropatiyanın ürək damar formasında arterial təzyiqin qəflətən enməsi, ağrısız miokard infarktı, ürək döyünmə və hətta qəfləti ölüm; mədə bağırsaq formasında qarının köpməsi, öd kisəsinin parezi, ishal, qida borusunun funksiyasının pozulması, qəbızlık, bəzı hallarda kalın saxlana bılməməsı sıdık cınsıyyat formasında sidik ifrazının ləngiməsi (sidik kisəsinin atoniyası ilə əlaqədar) və cinsi funksiyanın pozğunluğu ola bilər.
Avtonom neyropatiya üçün həmdə simptomsuz hipoqlikemiya və tər ifrazı funksiyasının (uzun və yemək vaxtı ğövdənin yuxarı hissəsinin tərləməsi) pozğunluğu xaraktərikdir.
Qeyd etmək lazımdır ki, şəkərlı diabetin bütün ağırlaşmalarının səbəbi nəzarət olunmayan və uzun müddət davam edən hıperqlikemiyadır.
Onların profilaktikası üçün müntəzəm olaraq qanda şəkərin səviyyəsini yoxlamalı və onu norma həddində saxlamaq lazımdır.
Qlikəmiyanın səviyəsi ılə bərabər qanda xolesterinin səviyyəsinə nəzarət etməli və onu 5.5 mmol/l-dən artıq yüksəlməyə imkan verməməli həmçinin triqlieridlər 2 mmol/l-dən, qlikoqemoqlabin isə (HbA1c) 7 %-dən, AT 130/85 mm c.s. yuxarı olmamalıdırlar.
Beləliklə şəkərlı diabetdə gecikmiş damar ağırlaşmalarının ən yaxşı profilaktika və müalicəsi karbohidrat mübadiləsinin normoqlikemiyaya nail olmaqla stabil kompensassiyasıdır. Həyat kəyfiyyətini aşağı salan bu və ya dıgər ağırlaşmalar zamanı antidiabetik preparatlar qəbul etməklə yanaşı, ağırlaşmaların müalicəsi üçün spesifik müalicə aparılmalıdır.
Diabetik nefropatiya şəkərli diabetin çox qorxulu ağırlaşması olub, adətən hər 2 tip xəstələrin 20-25%-ində inkişaf edir. Xəstəliyin başlanğıcından 15-20 il sonra 40% xəstələrdə boyrək çatmamazlığının terminal stadiyası inkişaf -
07-08-2007, 08:38 PMlogman62 MİN DİABETLİ
62 MİN DİABETLİ..........
Azərbaycan Diabet Cəmiyyəti (ADC)
bu il Dövlət büdcəsindən bu sahəyə 2007-ci il üçün 12 milyon manat ayrılıb. Ancaq bu məbləğ xəstələrin tələbatlarını ödəmək iqtidarında deyil ....
azerbaycanda diabetli xəstələrin sayının 62 mindir ...
sis siz olun qan glukoz miqdarınızı ölçtürun.. belke sizde diabetsiniz???? -
07-23-2007, 10:14 PMmahsum_
cox duzdur gerek her kes oz saglamliqinin qeydine qalsin duzdu he logman
-
08-10-2007, 08:28 PMlogman
DİABETİN Komplikasyonları
Diyabetle ilgili birçok komplikasyon yüksek kan şekeri seviyesi nedeniyle ortaya çıkar.Kan şekeri seviyenizi kontrol altında tutarak kısa ve uzun dönemli komplikasyonları yaşama riskinizi azaltabilirsiniz.
A Kısa Dönem Komplikasyonlar
Kan şekeriniz kısa dönemlerde kontrolden çıktığında, aşağıdaki komplikasyonları yaşayabilirsiniz.
1 Hipoglisemi veya Düşük Kan Şekeri
Hipoglisemi belirtileri ; titreme, terleme, halsizlik, baş dönmesi,sinir, çok acıkma ve baş ağrısıdır.
Hipoglisemi geçirdiğinizi düşünüyorsanız, aşağıdakileri takip ediniz;
*İmkanınız varsa emin olmak için kan şekerinizi ölçünüz.
*Şeker yiyebilir veya yarım bardak meyve suyu içebilirsiniz.
*15 dakika içinde kendinizi daha iyi hissetmiyorsanız biraz daha şeker yiyebilirsiniz.
2 Hiperglisemi veya Yüksek Kan Şekeri
Hiperglisemi belirtileri; görmede bulanıklık, baş ağrısı, artan susuzluk hissi, sık idrara çıkma, sinir, sürekli yorgunluk hissi ve belli bir sürede meydana gelen açıklanamayan kilo kaybı olarak sıralanabilir.
*Hiperglisemi geçirdiğinizi düşünüyorsanız, aşağıdakileri takip ediniz;
Bolca su veya şekersiz içecek için.
*Tavsiye edilen öğün planlamanızı takip edin.Öğün planlamanız yoksa diyetisyeninizle görüşün.
*İlaçlarınızı doktorunuzun söylediği şekilde alın.Kan şekeri seviyeniz sürekli yüksekse mutlaka doktorunuzla veya diyabet eğitmeninizle görüşün.
*Kan şekerinizi daha sık test edin.(3-4 saatte bir)
B Uzun Dönem Komplikasyonları
Yüksek kan şekeri zamanla kan damarlarında, büyük organlardaki sinirlerde, bacaklarınızda ve ayaklarınızda hasara neden olur.Hasarlar aşağıdaki komplikasyonlara yol açabilir:
*Kan dolaşımı bozuklukları
*Körlük
*Ayak problemleri ve amputasyonları
*Sinir problemleri
*Böbrek problemleri
*Kalp hastalıkları -
08-10-2007, 08:30 PMlogman
Ayak Problemleri
Diyabetlilerin kan dolaşım bozukluğu veya sinirlerin tahribatı nedeniyle ortaya çıkan ayak problemlerini yaşama riski daha fazladır.(Kuru cilt, çatlamış topuklar, nasırlar ve ayak şeklindeki değişiklikler).
Kan dolaşım bozukluğu ayak hücrelerine az oksijenin ulaşması anlamına gelir. Kan dolaşım bozukluğu meydana gelirse, tırnak uzamasında değişiklikler, ağrılı ayak ülseri ve ayaktaki yaraların yavaş iyileşmesi görülebilir. Bazı diyabetlilerin ayaklarında hissizliğe yol açan sinir kayıpları olabilir.
Sinir kaybı genelde uzun bir süre boyunca kan şekerinin kontrol altında tutulmamasından kaynaklanır. Hasar görmüş sinirler ayaklarınızın sıcaklığa, basınca ve acıya karşı hassasiyetinin çok azalmasına veya tamamen yok olmasına neden olur.Çok sıcak banyo yaparsanız ve ayaklarınız çok fazla sıcağa maruz kalırsa yanıklar oluşabilir ve siz bunları hissetmeyebilirsiniz.Sert bir objeye çarptığınızda oluşabilecek yaralanmaları veya ayakkabılarınız sıktığında oluşabilecek hasarın farkına varmayabilisiniz. Bu his kaybı ayak derinizi daha hassas bir hale getirir.Siz farkına varmadan ayaklarınızda hasarlar oluşabilir -
02-19-2012, 10:00 PMmurad2006Re: Diabet - Şeker Xesteliyi
salam menim ogumun 6 yaşi var . men onun sidiyini ümumi müainə etdirərkən sidikde seker aşkar olundu( 1 defe 1.5 yas) qani müainə edilərkən isə qanda şəkər aşkar olunmadi. Tekrar olaraq verdim analizləri eyni gostericilər alindı. mene dediler qorxulu hecne yoxdur narahat olma kecib gedecey.daha sonra 3-6 yaslarinda tekrar muainə etdirdim sidikde gosderdi qanda yox .Usaq hiper aktiv uşaqdi, normal yeyir mayede normal isdeyende icir . İndi men cox narahatam bunun aciqlamasi nedirki bu muayineler bele netice verir. mualiceye ehtiyac varmi. meslehetinize ehtiyacim var.Əvvalcədən təşəkkurlər
-
01-11-2013, 04:02 PMsamir-imanov
Salam əziz fiziki qüsurlu insanlar. Sizin hamınızı “ samir-imanov.sayt.ws “ saytının ətrafında birləşməyə dəvət edirəm. Həyatınızın hər bir anında qarşılaşdığınız problemlərlə, məhdudiyyətlərlə və çətinliklərlə bağlı səsinizi heç kimə eşitdirə bilmirsiniz ? istedadınızı, bilik və bacarığınızı heç bir yerdə və heç bir şəkildə göstərmək imkanınız yoxdur ? “ samir-imanov.sayt.ws “ saytı məhz sizlər üçündür. Sayt hal-hazırda boşdur və saytın bütün bölmələrindəki məlumat və faylları sizlərin, məhs sizlərin məktublarınız əsasında yerləşdirəcəyik. Bir daha qeyd edirəm sayt bütünlüklə [ mail ünvanına göndərilən məktublar əsasında qurulacaq və mən SAMİR İMANOV buna 100 faiz təminat verirəm. Buna görə də bu saytın yaradıcısı mən olsam da bu tək mənim deyil, bütün fiziki qüsurlu insanların ortaq saytı olacaq. Sizlərdən tək istəyim 3 dəqiqə vaxtınızı sərf edərək cəmi bircə dəfə “ samir-imanov.sayt.ws “ saytına daxil olub “samir” və “mənimlə əlaqə” bölmələrinə girərək ordakı məlumatları oxumanızdır. əgər xoşunuza gəlməsə bir daha həmin sayta girməyə bilərsiniz. Fikir və düşüncələrinizi, bilik və bacarıqlarınızı, problem və çətinliklərinizi, sual və təkliflərinizi gözləyirəm. [ ünvanına yazdığınız məktubların nəticəsini və xeyrini ən qısa zamanda görəcəksinz. Sağlam insanların da biz əlillər haqfa olan fikir və düşüncələrini bilmək bizlər üçün maraqlı olardı, buna görə də fiziki vəziyyətindən asılı olmayaraq hər bir insanın sayt barəsində olan fikir və təkliflərini məmnuniyyətlə qəbul etməyə hazırıq. Uğurlar. Hörmətlə: “ samir-imanov.sayt.ws “ saytının rəhbəri SAMİR İMANOV.
