İŞTAHANI ARTIRAN VASİTƏLƏR.
Əgər iştahanız yoxdursa türkəçarədən istifadə etməyi unutmayın, bunun üçün 80 qr. yovşan otu , 20 qr. Boymadərən otu (çiçəyi ilə birlikdə) götürün , döyüb qarışdırın və cövhərini çəkin. Ondan hər gün yeməkdən 20 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edin. İştahanız bərpa olar.
***
40 qr. yovşan otu , 20 qr. Boymadərən otu, 20 qr. Acıqovuq (zəncir otu ) kökünü töküb qaynatmaq və cövhərini çəkmək lazımdır. Ondan yeməkdən 15-20 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edin.
***
Yovşan otundan 50 qr. üçyarpaq su yoncasının yarpağından 50 qr . qarışdırıb cövhərini almaq lazımdır. İştahası olmayanlar ondan yeməkdən 15-20 dəqiqə qabaq 1 xörək qaşığı qəbul etsələr, xeyrini görərlər.
***
25 qr. yovşan otu , 25 qr. kəçəvər kökümsovu 25 qr. üçyarpaq su yoncasının yarpağı , 25 qr. zirə meyvəsini qarışdın , cövhərini çəkin. Ondan yeməkdən 15-20 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edin. Bu sizi iştah azlığından xilas edəcəkdir.
***
Bataqlıq zanbağının qurudulmuş kökümsov gövdələrindən xırda-xırda doğrayın və .ay kimi dəmləyin. Bu dəmləmədən gündə 3 dəfə , yeməkdən 20-25 dəqiqə qabaq 1 stəkan için. Əgər iştahanız yoxdursa , bu dəmləmə onu bərpa etmək gücünə malikdir.
İŞTAHANI ARTIRAN VASİTƏLƏR
Printable View
-
06-24-2007, 04:59 AMmahsum_
-
06-24-2007, 04:59 AMmahsum_
İŞTAHANI ARTIRAN VASİTƏLƏR
Bataqlıq zanbağının qurudulmuş kökümsov gövdələrindən xırda-xırda doğrayın və .ay kimi dəmləyin. Bu dəmləmədən gündə 3 dəfə , yeməkdən 20-25 dəqiqə qabaq 1 stəkan için. Əgər iştahanız yoxdursa , bu dəmləmə onu bərpa etmək gücünə malikdir.
***
Əgər iştahanız yoxdursa , qaraqınıq dəmləməsi için, o sizə kömək edər. Dəmləmə belə hazırlanır: qaraqınıq otunu çiçəkləri ilə birlikdə qurudun və onu döyüb toz halına salın. Ondan bir çay qaşığı götürüb 1 stəkan qaynar suya salın və 30 dəqiqə saxlayıb , süzün. Ondan yeməkdən 20-25 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edin.
***
İştaha artıran vasitələrdən biri də dazı otudur. Onun çiçək və yarpaqlarını toplayıb qurudurlar, ovurlar, 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suda dəmləyirlər . Onu 3 yerə bölüb, səhər, gunorta , axşam yeməkdən 15-20 dəqiqə qabaq içirlər.
***
İştahasız adam tam dəymiş heyvanı soyub , xırda –xırda doğrayıb döyməli sıxıb şirəsini çıxarmalı və yeməkdən əvvəl stəkanın üçdə biri qədər içməlidir.
***
May ayında çaşır çaşır bitkisinin gövdəsini toplayır , yarpaqlarını təmizləyirlər. Dəstə bağlayıb suda qaynadırlar. Sonra çıxarıb 4-5 gün ayranda saxlayırlar.Ayranda qalan müddətdə çaşır həm yumşalır, həm də ağarır. Onu ayrandan çıxarıb soyuq su ilə yuyub duza qoyurlar. Çaşır şorabası (tutması) iştahanı artıran dərman kimi qiymətlidir.
***
İştahanızı açmaq istəyirsinizsə xörəyə qara istiot atın.
***
Nanənin xırdalanmışından çay kimi dəmləyin , yeməkdən qabaq 1 xörək qaşığı için. Bu iştahanızı açar.
