-
Südün faydaları
Südlə duş
Süddən təkcə qida kimi deyil, həm də yorğunluğu aradan qaldırmaq, yaxşıca dincəlmək, dərini gözəlləşdirmək üçün də istifadə olunur. Süd dərini nəmləndirir, yumşaldaraq elastiklik verir, tərkibindəki laktik turşusu dərinin üst təbəqəsinə təsir edərək, onu ölü hüceyrələrdən təmizləyir. Süd dəriyə parlaqlıq qazandırır, rəngini canlandırır.
Dərinizin qayğısına qalmaq üçün aşağıdakı resepti təklif edirik.
Badam yağı ilə duş
Duş ləyənini isti su ilə doldurun. İçinə yarım qaşıq badam yağı və 250 qram quru südü əlavə edib, qarışdırın. Bu duşu qəbul edəndən sonra özünüzü həm rahat hiss edəcək, həm də dəriniz daha canlı və parlaq olacaq.
-
Re: Südün faydaları
süd agarti mehsulu olaraq orqanizmde demir ve s xeyrli maddelerle temin edilmesinde xususu rol oynayir
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.