Bəzən valideynlər uşağın saatlarla ekran qarşısında əyləşmələrinə etiraz etmirlər, hətta “təki başı qarışsın, qulağım sakit olsun” prinsipi ilə onların televizordan ayrılmasına mane olmurlar.
Psixoloqlar isə vaxtının çox hissəsini ekran qarşısında keçirən uşaqların əsəbi olduğunu, özlərini ətraf mühitdən təcrid olunmuş kimi hiss etdiklərini söyləyirlər. Hətta onlar hər hansı bir hadisə ilə bağlı sərbəst fikir yürütməkdə, valideynləri, yoldaşları ilə isti münasibət qurmaqda çətinlik çəkirlər. Bu cür uşaqların xarakterində də mənfi xüsusiyyətlər özünü açıq şəkildə büruzə verir: daha sərt, kobud davranışlı olur, xətalı hərəkətlərə yol verirlər. Bir sözlə, televizora həddindən çox aludə olmaq uşaqların psixologiyasına, zehni və fiziki baxımdan inkişafına mənfi təsir göstərir. Bu məsələyə övladının gələcəyini düşünən hər bir valideyn ciddi yanaşmalıdır.
Uşaqları uzun müddət televiziya izləmək əvəzinə, oyuna təşviq etməklə daha sağlam nəticə əldə etmək olar. Çünki əyləncəli oyunlar, bilik yarışları yeniyetmələrin hərtərəfli inkişafı, düzgün formalaşması üçün çox əhəmiyyətlidir. Zaman
Uşaqların düzgün inkişafı üçün oyunlar daha əhəmiyyətlidir
Printable View
-
11-20-2010, 12:51 AMBakuUşaqların düzgün inkişafı üçün oyunlar daha əhəmiyyətlidir
-
11-20-2010, 01:23 AMRuzgar_GuluRe: Uşaqların düzgün inkişafı üçün oyunlar daha əhəmiyyətlidir
Kesınlıkle katılıyorum duzdur yazılanlar mende oz usahgımdan bilirem onceden tv basında 5 saat felan kalıyordu ve cok eseblesıyordu arakadaslarına vuruyordu indi tv 1 saat izliyor kavgalı dövuslu cızgı fılmlerı yasakladım sımdı eskıye göre daha yaxsi oyuncaklarıyla oynaması ve boyama kıtablarıyla oyalıyorum ama hala cok hareketlı hızına yetısemıyorum :D
