2 sonuçtan 1 ile 2 arası

Parlaq və baxımlı saçlar üçün nə etməliyik!

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Parlaq və baxımlı saçlar üçün nə etməliyik!



    Saçlarınızın qeyri-parlaq və baxımsız görünməsindən şikayətlənməyin, çünki bunun əlacı alma sirkəsindədir. Alma sirkəsi təkcə mətbəxdə istifadə edilmir, həmçinin saç tellərinin güclənməsini təmin edərək, dəridəki məsamələrin “nəfəs alması”na da kömək edir, kəpək problemini aradan qaldırır. Mütəxəssislər parlaq saçlar üçün sirkə maskasını tövsiyə edirlər.

    Sirkə maskası necə hazırlanır?

    1 çay stəkanı alma sirkəsi ilə 2 litr ilıq suyu qarışdırın və bu qarışığı saçlarınızın uc və diblərinə yedirib, yarım saat gözlədikdən sonra saçınızı şampunla yuyun.

    Bu maskanı həftədə 1 dəfə tətbiq etsəniz, saçlarınız parlaq və qüsursuz görünəcək.

    Saçları hər gün yumaq faydalı deyil

    Mütəxəssislər xəbərdarlıq edirlər: Saçları hər gün yuduqda dəridəki qoruyucu bakteriyalar məhv olur, kəpəklənmə və saç tökülməsi meydana çıxır.

    “Saçım çox yağlıdır” deyib saçları hər gün yumaq yağlı saçdan heç də qurtulmaq demək deyil. Əksinə, dərinin qoruyucu florası pozulur.

    Saçları həftədə 3 dəfə ilıq su ilə yumaq lazımdır.

    Saçlarınızda jele, boya kimi kimyəvi məhsulları uzun müddət saxlamayın, çünki bu məhsullar da saçın və saç dərisinin təbii quruluşunu pozur, onları gücsüzləşdirir.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    386

    Re: Parlaq və baxımlı saçlar üçün nə etməliyik!

    Faydali meslehetler ücün teşekür.Sirkeni gerek prob eliyim

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.