İsti yay günlərini nəzərə alıb daha bir dondurmanın - limonlu dondurmanın reseptini sizlərə təqdim edirik.
Tərkibi:
1 litr yağlı süd (südün keyfiyyətli
olması əhəmiyyətlidir);
1 şirniyyat qaşığı səhləb tozu;
1 şirniyyat qaşığı qarğıdalı
nişastası, yaxud düyü unu;
1,5 stəkan şəkər tozu;
2 ədəd limonun sürtgəcdən
keçirilmiş qabığı;
1 ədəd limonun
şirəsi;
Hazırlanması:
Səhləb, nişasta və 2 qaşıq şəkər tozunu birlikdə qarışdırdıqdan sonra 1 stəkan süd əlavə edib yenidən qarışdırın və bir tərəfdə saxlayın. Qalan südü qazana töküb qaynadın. Qaynamaqda olan südə hazırladığınız qarışığı yavaş-yavaş əlavə edin və südü vam odda təxminən 35-40 dəqiqə çömçə ilə qarışdıra-qarışdıra qaynatmaqda davam edin (südü sovuraraq qarışdırmağın da önəmi var). Odu söndürüb südü ilıq olanadək 5 dəqiqə qarışdırın. Sonra üz tutan dondurmaya limon qabığını və şirəsini əlavə edərək yenidən qarışdırın. Qazanın ağzını bağlayıb soyuducunun dondurucu hissəsinə qoyun və aradabir soyuducudan çıxarıb mikserlə qarışdırın. Bu prosesi dondurma qatılaşana qədər davam etdirin. Nuş olsun!
Zaman