Artıq çəki bir çoxlarının qarşılaşdığı bir problemdir. Qadınlar piylənməyə kişilərə nisbtən daha çox meylli olduqları və xarici görünüşlərini üçün daha çox narahat olduqlarına görə bu problem onları daha çox maraqlandırır.
Öncə aydınlaşdıraq ki, normal çəki nədir? Belə hesab olunur ki:
Normal çəki(kq)=Boy(sm)-100
Əgər çəkiniz bu qiymətdən çoxdursa, deməli artıq çəkidən əziyyət çəkirsiniz.
Arıqlamaq üçün cürbəcür dərmanlar, pəhriz, masaj, trenajor və s. üsullar reklam olunur. Bəs necə arıqlamaq daha düzgündür?
Əgər yalnız ac qalmaq və pəhrizlərlə bu problemi həll etməyi düşünürsünüzsə - o zaman nəzərə alın ki, çox köklükdən sonra birdən birə arıqlamaq sellülit, dəri sallanması və s. kimi problemlərə gətirib çıxarır(hələ mən sağlamlığa vurulan ziyanı demirəm). Necə deyərlər, yağışdan çıxdıq, yağmura düşdük.
Əgər idmanla arıqlamağı düşünürsünüzsə - o zaman da ehtiyatlı olun. Yaxşı idman edib, sonra da nənələrimiz demiş, yaxşı yemək sizin arıqlamaqdan çox çəki yığmağınıza və şişmənizə səbəb olacaq.
Daha yaxşı olar ki, idmanı və pəhrizi eyni vaxtda edəsiniz. Bu həm vaxtınıza qənaət edər, daha effektiv arıqlamağınıza səbəb olar, həm də sellülit, dəri sallanması kimi problemlərdən sizi azad edər. İdman və pəhriz eyni zamanda aparılarkən aşağıdakı qaydalara riayət edin:
İdmanı səhərlər etməyin - çünki bu orqanizmdə stress vəziyyəti yaradır. Günorta və axşam saatlarında idman edin.
Sürətli və az yükü olan idman növləri ilə, daha yaxşı olar ki, aerobika ilə məşğul olun.
İdman etdikdən dərhal sonra yemək yeməyin. 2-3 saat gözləyin. Yaxşı olar ki, idmandan əvvəl qida qəbul edin.
Axşam, gecə saatlarında yemək yeməyin.
Pəhrizdə qızardılmış, yağlı(xüsusən heyvan mənşəli yağlar), karbohidrat (çörək, şirniyyatlar) kimi yeməklərdan uzaq durun. Daha çox meyvə-tərəvəz, zülal çox olan qidalar, buğda bişmiş, qaynadılmış yeməklərdən istifadə edin.
Pəhriz növlərindən birini diqqətinizə çatdırırıq:
Bu pəhrizin adı "10 ərzaq" pəhrizidir. 1 həftəlik qidanızı yalnız 10 ərzaqla məhdudlaşdırın. Sizə gün ərzində 1.5 kq-dan çox olmayan qida qəbul etmək lazımdır və bu qidanın tərkibində yalnız 10 qida növü olmalıdır. Bu 10 ərzaqı kefiniz istəyən nisbətdə qarışdıra bilərsiniz. Həmin ərzaqlara bunları da əlavə edə bilərsiniz:
1. soğan
2. sarımsaq
3. şüyüd
4. cəfəri
5. limon şırəsi
6. bal (günə bir çay qaşığı)
7. yaşıl çay (istənilən qədər içmək olar)
8. zeytun yağı (gün ərzində 1 xörək qaşığı)
9. qara çörək (gün ərzində 1 qıça)
Beləliklə, menyumuz:
1. toyuğun və ya hind toyuğunun döş əti və ya yağsız balıq əti
2. qaynadılmış yumurta
3. 2%-dən çox yağlılığı olmayan qatıq
4. pomidor
5. xiyar
6. balqabaq (boranı)
7. gül kələm
8. badımcan
9. göbələk (duza qoyulmamış)
10. qreyfrut, portağal, alma, kök
İstədiyiniz təqdirdə pəhrizi 1 həftədən çox uzada bilərsiniz. Həftə ərzində 1.5 kq çəki itirəcəksiniz.Uğurlar
Artıq çəki
Printable View
-
03-27-2010, 02:10 AMAgLaYaN_BuLuDArtıq çəki
-
03-27-2010, 08:59 AMcanbellRe: Artıq çəki
yaxshi ki movzunu getirdiniz.bu da delil.men 1.64 .kg 54,demeli kok sayilmiram,eslinde movzuya esaslanaraq cekim 64 kq 60 kg olmalidir.hele arigam.bu da sene subut :P2 movzuya gore tesekkurler.Amma ela subut idi :lol: :lol:
-
03-27-2010, 01:00 PMAgLaYaN_BuLuDRe: Artıq çəki
xeyiri yoxdur yene koksen dolu bir qizsan niye qacirsan anlamiram
-
03-27-2010, 01:10 PM_SoMMeT_Re: Artıq çəki
men 170 kq yam hec danmiramda coxda xosuma gelir hele deyirem birazda kokelsem ne qeweng olar :crazy:
-
03-27-2010, 01:13 PMcanbellRe: Artıq çəkiyuxarida ne yazmisan duz yazmisan.normal insanin cekisi bele olmalidir mence.men ozumu kok saymiram :P2Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
-
03-27-2010, 01:15 PMcanbellRe: Artıq çəkiqiz bu dediklerin dogrudur?ariglamagdansa kokelmek isteyirsen?Amma yazdiginin dogru oldugunu hec sanmiram :cool:Alıntı:
_SoMMeT_ Nickli Üyeden Alıntı
-
03-27-2010, 01:18 PMAgLaYaN_BuLuDRe: Artıq çəki
Sommet sen hele o vaxtdan cekini salmamisan men dediyim behrizi saxlasan 10 ile oz evvelki cekine dusesen denemeye deyer :lol:
-
03-27-2010, 01:28 PM_SoMMeT_Re: Artıq çəki
senki bilirsen men cox sevirem kokluyu hele soz vermisemki dahada artiracam insallah korekde her evden stolun altina girib seherler stolun ustekileri ogurlasam deyesen niyetime catacam
-
03-27-2010, 01:31 PMAgLaYaN_BuLuDRe: Artıq çəki
sommet incime bir soz deyecem senin cekine gore setimiz agir isleyir seni dunen ona gore set tez tez atirdi :lol: :lol:
-
03-27-2010, 01:34 PM_SoMMeT_Re: Artıq çəki
hede agir biriyem :P2 :lol:
-
03-27-2010, 01:35 PMKralica_Re: Artıq çəkiInanacaqlar :lol:Alıntı:
_SoMMeT_ Nickli Üyeden Alıntı
-
03-27-2010, 01:39 PMcanbellRe: Artıq çəki
Ele ciddi yazdi ki men inandim :D
-
03-27-2010, 01:41 PMAgLaYaN_BuLuDRe: Artıq çəki
:lol:
-
03-27-2010, 06:00 PMRuzgar_GuluRe: Artıq çəki
:lol: :lol: sommet 170 kılo duyduk duymadık demeyin :lol:
-
03-28-2010, 10:48 PMAgLaYaN_BuLuDRe: Artıq çəki
Arıqlamaq üçün üsullar!
1. Qarışdırın
Sevdiyiniz meyvə şirəsini mineral suyla qarışdırın. Bunu edərkən, normalda içdiyiniz meyvə şirəsinin yarısını istifadə edəcəyiniz üçün, aldığınız kalorini əhəmiyyətli miqdarda azaltmış olarsınız. Xüsusən meyvə sularının bolca istehlak edildiyi isti yay günlərində.
2. Telsiz telefon istifadə edin
Ən yaxın yoldaşınıza günün isti dedi-qodularını verərkən, eyni zamanda da kalori əritməyə nə deyərsiniz? Paltarları yuyun (68 kalori), masanı hazırlayın (85 kalori), ya da çiçəkləri sulayın (102 kalori). (Bu dəyərlər 68 kiloluq bir adam və yarım saat içində qüvvədədir.)
3. Saqqız çeynəyin
Yaxın zamanda edilən bəzi araşdırmalara görə bütün gün şəkərsiz saqqız çeynəmək maddələr mübadiləsi sürətinizi yüzdə 20 nisbətində artırırmış.
4. Tez-bazar yeyəcəklərin qarşılığını nağd ödəyin
Nə vaxt biri sizə tez bazar ya da yeməməniz lazım olan bir şey təklif etdiyində qəbul etsəniz, kənara müəyyən miqdarda pul qoyub, bunu uşağınıza, qardaşınıza, ya da dilənçilərə verin. Pullar cibinizdən azalmağa başladığında, xeyr deməyi də öyrənəcəksiniz.
5. Tərkibə diqqət yetirin
Qidanın tərkibini yaxşıca oxuyun. Çünki, kalori dəyərləri ümumiyyətlə 100 qram esasında bildirilər. Halbuki yediyiniz şey 100 qramdan çoxdursa daha çox kalori alırsınız deməkdir.
6. Gəzməyə çıxmadan əvvəl yaşıl çay için
Kafein yağ turşularının ortaya çıxmasını təmin edər. Beləcə daha asan yağ əridərsiniz. Bundan əlavə yaşıl çayda olan polifenollər (antioksidan mürəkkəblər), kafeinlə birləşərək əridilən kalori miqdarını artırarlar. Ancaq əgər yüksək təzyiqiniz varsa, bu təklifi diqqətə almayın.
7. Yeməyinizi evdən gətirin
Çöldə yemək ümumiyyətlə daha çox kalori almağınıza səbəb olar. Çöldə tapmanın çətin olduğu şeyləri evdə hazırlayıb yanınızda gətirə bilərsiniz.
8. Əgər mütləq salat sousu istəyirsinizsə…
O zaman bu tərifə görə öz salat sousunuzu edin. Çünki bu sousda olan yağ miqdarı 1.5 qr və ehtiva etdiyi kalori də yalnız 20-dir:
• 1 çay qaşığı balsamiq sirkə
• Dörddəbir çay qaşığı zeytunyağı
• 3/4 çay qaşığı dijon xardalı
• Dörddəbir çay qaşığı çöl turbu
9. Qan testi etdirin
Təxminən 12 qadından birinin tiroidi kifayət qədər yaxşı işləməyir və bu da maddələr mübadiləsini yavaşladan faktorlardandır.
10. Suyu seçin
İçki seçiminizi sudan yana istifadə edin. Yanınızda şüşə su saxlamaq faydalı ola bilər.
11. Dad alma duyğunuzu yanıldın
Öskürək üçün olan mentollu drajelərdən bir dənəsini ağızınızda əritmək, canınızın bir şey çəkdiyində, bu duyğunu korlaşdıra bilər.
12. Ədviyyatları istifadə edin
Məsələn: yediklərinizə acı əlavə etmək, daha uzun bir zamanda acmanıza köməkçi ola bilər.
13. İçdikdə ağ için
Su kimi, az yağlı südün də doyurucu təsiri vardır. Üstəlik kalsium baxımından da zəngindir və tox tutar.
14. Salat vəsaitlərini doğramayın, dilimləyin
Salatınız yalnız yaşıllıqlardan meydana gəlmək məcburiyyətində deyil. Kök, kərəviz, balqabaq və digər tərəvəzlər də istifadə edilə bilərsiniz. Amma bunları incə incə doğramaq yerinə, böyük parçalar halında edin. Həm yeməsi daha uzun sürər, həm də daha çox çeynəmiş olarsınız. Bu da daha tez doymanızı və ana yeməkdən daha az yeməyinizi təmin edər.
15. Bir dostunuzu axtarın
Özünüzü tək hiss edirsinizsə, yeməyə yönlənmək yerinə, telefonu əlinizə almağı seçin.
16. Yediklərinizi yazın
Bu, nəyi nə qədər yediyinizi bildiməyiniz üçün özünüzü nəzarət etmənizə köməkçi olar.
17. Tv pultuna istirahət verin
Pult kimi alətlər işinizi asanlaşdırmaqla birlikdə, eyni zamanda sizi hərəkətsizləşdirər.
18. Sprey yağları seçin
Beləcə normalda istifadə etdiyinizdən çox daha az yağ istifadə etdiyinizin fərqinə varacaqsınız.
19. Alarkən kiçiyini seçin
Məsələn şokolad aldınız? Bir bar yerinə, bir paket almaq demək, 44% daha çox yeməyiniz deməkdir. Riskə girməyə ehtiyac yoxdur, kiçiyini alın, kalorini azaldın.
20. Yeməyi bişirmədən əvvəl ölçün
Makaron, plov kimi qidaları yeyərkən, miqdarı qaçırıb daha çox yeyə bilərsiniz. Halbuki əvvəldən yeməyiniz lazım olan qədərini ölçüb bişirsəniz, bu problem ortadan qalxmış olar. Belə sözlə: 4 qaşıq makaron ya da plov, 1 dilim çörəyə bərabərdir.
21. Aynasız yemək olmaz
Yemək yeyərkən özünüzə aynada baxmaq, yüzdə 22-32 daha az yeməyinizi təmin edər.
22. Qutunu açmadan əvvəl gözləyin
Dondurma qutusunu açmadan əvvəl 10 məkiklə, 10 şınav çəkin. Bu həm yemək arzunuzu öldürə bilər, həm də bədəninizlə sizi təkrar ünsiyyətə salaraq, məqsədlərinizi sizə xatırlada bilər
23. Şorbanız tünd olsun
İçində böyük tərəvəz parçaları olan şorba içən kəslərə baxsaq, həm daha tez doyulur, həm də 20% daha az yeyilir.
24. Bir az da ilhama ehtiyacınız var
Bəzən ehtiyacınız olan motivasiyanıı yenə ancaq özünüz təmin edə bilərsiniz. Bu səbəblə hazırlıqlı olun və soyuducu, mətbəx qapısı, biskvitlərin dayandığı şkaf, ya da kompüter kimi yerlərə sizi motivasiya edəcək yazılar yapışdırın. Məsələn: "Bir vafliyə məğlub olmayacaqsan deyilmi? Nə də olsa uzun bir yol qət etdin və çox müvəffəqiyyətli oldun."
25. Balıq yeməyə laqeyd yanaşmayın
Balıq son dərəcə sağlam bir yağ tipi olan omeqa-3 yağ turşularını ehtiva edər. Diyetdə olan kəslərə baxsaq, hər gün balıq istehlak edənlər, diyetlərində balıq olmayanlara nisbətdə 20% daha çox kilo itiriblər -
03-28-2010, 11:24 PMcanbellRe: Artıq çəki
movzuya gore tesekkurler, :alqis: indiden sonra saqqiz alacam,ve yemek yeyerken guzguye de baxmagi unutmaram,sehirli guzgum var,calisharam yemeyi de onun onunde yeyim :D
-
08-22-2010, 05:50 AMXeyallarimRe: Artıq çəki
melumatin ucun cox sag ol ::yerivar:: amma men kokelsem ureyim partlayar . normadan bir az artiq olsam ureyim sixilar ,kok insanlarida hec beyenmirem :D cekim 48 boyum165 dir :D
