-
Sakitsən ya əsəbi?
Bütün sualların "bəli" cavabına 1 bal, "xeyr" cavabına 0 bal.
1.Səbriniz çox tez tükənir?
2.Əhvalınız tez-tez dəyişir?
3.Ətrafdakı insanların sizin haqqınızdakı fikirləri sizi maraqlandırır?
4.Ətrafdakılara qarşı aqressiv olursunuz?
5.Tez-tez fikriniz yayınır və siz hər şeyi unudursunuz?
6.Sizə elə gəlir ki, heç nəyə vaxtınız çatmır?
7.Nədənsə narahat olduğunuz zaman yuxunuz qacır?
8.Səslər sizi tez-tez qıcıqlandırır?
9.Telefon zəngi çalanda tez-tez diksinirsiniz?
10.Hətta kiçik, nəzərə carpmayacaq problemlər sizi hövsələdən çıxarır?
11.Səhhətiniz sizi düşündürür?
12.Nə vaxtsa sakitləşdirici preparatlardan istifadə etmisiniz?
13.Çox əsəbləşəndə və ya həyəcanlananda səsiniz titrəyir?
14.Nə vaxtsa hər şeyi atmaq və ya qaçmaq fikirləri ağlınıza gəlib?
15.Gecə yatmazdan əvvəl giriş qapısının bağlı olduğunu bir neçə dəfə yoxlayırsınız?
0-5 bal - sakit,təmkinli
5-10 bal - orta gərgin vəziyyət
10-15 bal - çox səbirsiz, əsəbi
-
Re: Sakitsən ya əsəbi?
test eledim 6 bal cavabida gordum tesekur
-
Re: Sakitsən ya əsəbi?
men o qeder esebiyem ki,30 bal catmaz. :meyus:
-
Re: Sakitsən ya əsəbi?
-
Re: Sakitsən ya əsəbi?
men ele bilirdim sakitem,amma 7 bal cixdi :), tesekkurler ,maraqli idi
-
Re: Sakitsən ya əsəbi?
5 bal oldu. hər ikisindən????
-
Re: Sakitsən ya əsəbi?
10 bal. esebi oldugumu bilirdim amma bu geder de yox.
-
Re: Sakitsən ya əsəbi?
5-bal cixdi.dogurdanda beleyem. :cool:
-
Re: Sakitsən ya əsəbi?
7 bal.... deli oluram ele?
İşıq ucu var????
-
Re: Sakitsən ya əsəbi?
12 8O yeni burda en esebi menem indi :(
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.