AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
Bir anda həyatdan qopub bir səssizlik simfoniyanın ortasında özünü tapmaq... Qəflətən kəsilən danışmaların ardından qulaqlarının necə də uğuldadığını hiss etmek.. Nəfəsləri eşidərsən yalnız... Sözlərin əskik qaldığı anlarda susayar insan...
''Susmaq dözülməsi çox çətin bir cavabdır.''
Susuram
susdum
susmalıyam...
Bilirəm
görürəm
sezirəm...
Susmaq! İçində bir çox məna saxlayan susmalardayam
Bəzən susmamız bir çox səhvlərə gətirib çıxarır,peşman olursan vaxtında danışmadığın üçün
Bəzən də elə şeylər yaşayırıq ki danışa bilmərik.. Baxışlarımızdan, hərəkətlərimizdən başa düşülməmizi gözləyərik ..
Bəzən vücud izah edər özünü həddindən artıq.. Bəzən o da susar ən çətin bir zamanda...
Susaraq bir şeylərə cavab vermək qarşınızdakı insana bir cavabdırmı?
Sizcə susmaq dözülməz bir cavabdırmı?