Əminəm bir çoxunuz hər hansı bir xoşagəlməz bir səhvi buraxdıqda, qarşıya çıxan fürsət və imkanı əldə verdikdən və yaxud boş yerə sərf etdiyiniz zamanınızı yada saldıqdan sonra – “Kaş geriyə dönüb hər şeyi başqa cür edərdim” – deyə düşünübsünüz. Hər biriniz hər hansı bir sehirli vasitə ilə geriyə dönmək istəyibsiniz. Bu tək sizin deyil bütün insanların istəyidir. Zaman maşını, sehirli çubuqlar və s. kimi mistik alətlər fikirləşərək sağalmaz yaralarını bu cür nağıllarla yaddan çıxartmaq istəyirlər. Bəziləri də keçmiş həyat barədə danışır. Kimisi də dünyaya yenidən gəlsə idim nələri dəyişərdim, sualına cavab axtarır. Ancaq, nə olsun ki, olan-olub, keçən-keçib.
Kimlərsə başını aşağı salıb keçmişi düşünərək irəli sürünə-sürünə gedir, kimlərsə bu ağırlığa dözməyərək həyatlarına son qoyur, kimlərsə də keçmişdəki bütün buraxdığı səhvləri unudub, həyatını yenidən başlayır. Lap kompyuterə bənzədi bizim həyat.
Birinici yolu seçənlər bu dünyada gəldi gedərdilər. Onları ya toplu olaraq yada salınırlar, yada ki ümumiyyətlə heç yada da düşmürlər. İkinci yolu seçənlər çox zəif olduqlarını qəbul edib, hər kəsdən və hər şeydən küsürlər. Onlar da tez unudulurlar. Üçüncü yolu seçənlər də iki cür olur: ya yenidən ilk iki yola dönənlər, yada ki, həyatın heç bir maneəsinə baxmayaraq irəli gedənlər. Dünyada bütün nə dəyişikliklər, irəliləmə və inkişaf olursa bax elə həmin insanlardan olur.
Sizcə niyə görə belə olur? Deyəcəksiniz, onlar güclüdürlər, onlar qarşılarına məqsəd qoyublar, onların bəxti gətirib və sairə sairə. Ancaq, yanılmış olacaqsınız. Mövzunun əsas sualı yadınızdadır? – “Dünyaya yenidən gəlsə idim nəyi dəyişərdim?” – baxın həmin insanlar həm bu sualın cavabını tapıblar, ən əsası isə hər dəfə dünyaya yenidən gələrək buraxdıqları səhvi yenidən düzəldirlər.
Axı necə ola bilər? Bəyəm dünyaya yenidən gəlmək olar? Boş-boş danışma – deyə düşünəcəksiniz. Ancaq, tələsməyin. Həyatınızı yenidən dəyişdirmək üçün heç də ölüb, yenidən 9 ay ana bətnində və sonradan dünyaya gəlməyə ehtiyac yoxdur. Həm üstəlik bu mümkün də deyil. Bəs onda nə olur?
Cavab isə sadədir. Tarix təkrarlanır və hər dəfə eyni bir hadisəni yenidən yaşamış oluruq ancaq, başqa formada. Fizika alimləri artıq çoxdandır ki, insan həyatının da fizika qanunlarına tabe olduğunu ortaya qoyublar. Ancaq, nə olsun ki, qulaq asan kimdir? Bizim bildiyimiz məktəb dövründən arximedin, nyutonun qanunlarıdır ki, onlarda həmin məktəb kitablarında qalıblar. Lakin, oturub diqqətlə fikirləşsəniz görərsiniz ki, həyatınızın hər bir anında fizika qanunları işləyir.
Müsbət enerjili insanlar uğuru, var-dövləti, sevgini, insanları və s. özünə tərəf cəlb edir. O, bunu istəsə də, istəməsə də özünə tərəf cəlb edəcək. Mənfi enerjili insanlar isə nə qədər özlərinə əl qatsalarda hər şey onlardan qaçacaq. Buna görə də halal yol ilə öz həyatını quran insanlar elə bir həddə çata bilirlər ki, orda heç bir iş görməsələr belə onların hər şeyləri olur. Fırıldaq, yalan, rüşvət və s. ilə həyat quran insanlara isə daim nə isə çatışmır və onlar əllərində olanı itirməmək üçün daim vurnuxurlar. Sonda isə heç nəsiz bu dünyanı tərk edirlər.
Bütün qanunları və maddələrin xüsusiyyətlərini sadalamaq istəmirəm. Özünüzə də bir şey qalsın. Əsas bir qanun göstərəcəyəm və onun üzərində konkret misal verərək, mənə görə doğru olanı göstərməyə çalışacağam.
Fizika qanunların birinə görə – “Enerji itmir, o sadəcə bir formadan digər formaya keçir.” Bizim həyatımızda yaşadığımız bütün hadisələr də heç zaman itmirlər. Əksinə daim bizimlə olurlar. Kimlərsə bunu təqib kimi, kimlərsə bunu xoşbəxtlik, kimlərsə isə bunu yeni bir şans kimi qəbul edirlər. Hər şey məsələyə baxış tərzindən asılıdır və həyatda həqiqi uğur qazanan və xoşbəxtlik əldə etmiş insanlar birinci mərhələdə həmin şansı görmüş və ondan istifadə etmişlər.
Amma, təbii hər şeyə yenidən başlamaq olar. Axı həyat təkrarlanır.
Odur ki, bu məqaləni oxuyanlara da bir məsləhətim var: – Keçmişdə buraxdığınız səhvlər, gələcəkdə sizə başqa bir formada dönəndə onları bir daha təkrarlamayın. Qarşınıza çıxan hər bir fürsəti düzgün dəyərləndirin. Yaxınlarınızı bir daha incitməyin. Hər dəfə eyni yol ilə alınmayan məsələni həll etməyin. Axı, hər an yenidən təkrarlanır və siz onları görməyə başladıqca, onların düzgün həlli yollarını da axtarıb tapacaqsınız. İnanın ki, bütün keçmişdə buraxdığınız bütün səhvləri bu gün düzəltməyi bacarsanız, həyatınız da ona uyğun olaraq dəyişəcək. Hər kəsə gözüaçıq olmağı və uğurlar arzulayıram….
Keçmishin sehvleri uzerinde qurulan yeni baslangic
Printable View
-
12-02-2009, 12:59 AMAmiqo_100MKeçmishin sehvleri uzerinde qurulan yeni baslangic
-
12-02-2009, 01:16 AMkombat80Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
Men shexsen ixtisasimi deyiserdim! Muhendis olmaqdansa Boytar Hekim oardim! :)
-
12-02-2009, 01:23 AMcengRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
men, valideyinlerimin sözünü dinleyerdim.:(
-
12-02-2009, 02:56 AMGLAMOURKARe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?da boytar hekim niye?xururqdan,kordioloqdan ola bilmersen? :al:Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
12-02-2009, 03:34 AMGLAMOURKARe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
Heyatimda 1-2 sehvim olub onlari etmezdim..Qalan ele indi ne varsa olarnanda davam eliyerdim.
-
12-02-2009, 11:25 AMDamla1Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
Oğlan doğulmaq isterdim :meyus:
-
12-02-2009, 03:08 PMAmiqo_100MRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
çox sağ olun ki cavab bildirmisiniz hamınız ancaq bu cavablarınızdan belə başa düşürəm ki heç biriniz məqaləni axıra qədər diqqətlə oxumayıb..
-
12-02-2009, 03:18 PMXeyallarimRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
bu gun ucun men heyatimdaki hec neye gore pesiman olmamisam , indiye kimi neleri arzu etmisemse onlara da cata bilmisem ,duzu arzular cox ve onlara doqru gedirem .1 seyi yegin bilirem ki eger ne vaxtsa hansisa bir problemin olsa bax onda mutleq ve mutleq durub her seyi gotur -qoy edib yeniden baslayacam , nece deyerler suyun axari ile deyil ,lazim olan istiqametde uzecem , buna gucum catacaq .
butun bunlari etmak ucun ilk novbede insana aqil ve irade lazimdir -
12-03-2009, 02:24 AMsladkayaRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
men yasadıgım son üç ili degiştirmek isterdim..:(
-
12-03-2009, 11:05 AMDeli_UREKRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
Dunyaya yeniden gelmek istemezdim. Bu cirkab dunyanin icinde birdaha yasamaq mi?!
-
12-05-2009, 01:51 AMAseriRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
Dünyaya yeniden gelseydim, bir de Aserbaycanli olmaq isterdim, bir de öz Ailemin icinde olmaq isterdim! ::aze::
-
12-05-2009, 01:15 PMAmiqo_100MRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
çox sağ olun ki cavab bildirmisiniz hamınız ancaq bu cavablarınızdan belə başa düşürəm ki heç biriniz məqaləni axıra qədər diqqətlə oxumayıb..
-
12-05-2009, 08:34 PMSad_AngelRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
bu dunyaya ikinci defe gelmek olmur buna gorede men bu haqqda fikirlesmirem amma her bir muselman kimi axireti ve ondan sonraki heyat baresinde dushunurem .Allah hamimiza komek olsun
-
12-06-2009, 01:39 AMGLAMOURKARe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?movzunun adina gore bele cavablandirmishiq.Alıntı:
Amiqo_100M Nickli Üyeden Alıntı
-
12-06-2009, 01:57 AMAmiqo_100MRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
movzunun adina gore bele cavablandirmishiq.[/quote]
mövzunu oxusanız çox şad olaram. -
12-06-2009, 02:07 AMGLAMOURKARe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?mövzunu oxusanız çox şad olaram.[/quote]Alıntı:
Amiqo_100M Nickli Üyeden Alıntı
uje 2-ci defe oxudum.bu arada bu movzuya ilk olaraq cavabi kombat niki yazib.onu cezlndirmaq lazimdir ki,oxumamish niye yazirsan. -
12-06-2009, 10:53 PMAmiqo_100MRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
mövzunu oxusanız çox şad olaram.[/quote]
uje 2-ci defe oxudum.bu arada bu movzuya ilk olaraq cavabi kombat niki yazib.onu cezlndirmaq lazimdir ki,oxumamish niye yazirsan.[/quote]
təşəkkürlər. -
12-07-2009, 03:06 PMKralica_Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
dunyaya yeniden gelsem hec ne i deyishmezdim sadece sevmezdim hec vaxt sevmezdim ele peshmanam seni tanidigima
-
04-24-2010, 02:44 PMTutu20Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
Bezi sevflerim olub onlarii.iBashqa hecneyi heleki ne yashm varki :cool:
-
04-24-2010, 02:50 PMcanbellRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
Men cox shey deyisherdim,amma burda yaza bilmerem,yazsam da istoriya olar :D meselen birini yaza bilerem,bir neferin cavabini vere bilmemishem,onun cavabini vererdim.ureyimde de qalmazdi.Hele de fikirleshirem :mad: Ancaq indi gecdi heyif ki... :angry:
-
04-25-2010, 03:16 PMAmiqo_100MRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?bilmək olar ki niyə indidən başlayıb o dəyişiklikləri eləmirsiz ki??Alıntı:
canbell Nickli Üyeden Alıntı
-
04-25-2010, 03:25 PMcanbellRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?Hazir cavab deyilem,hazircavab olsaydim he bashqa mesele.O ki,qaldi deyishikliye menim elimde deyil ki?Ne qismetdir onu da goreceyik.Dediyim odur ki,uje gecdi. :)Alıntı:
Amiqo_100M Nickli Üyeden Alıntı
-
04-25-2010, 03:35 PMTutu20Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
Bilmek olarmi niye bir birinizin fikirleri ile razilasmirsizz :cool: :mad:
-
04-25-2010, 03:39 PMRuzgar_GuluRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
Bizim həyatımızda yaşadığımız bütün hadisələr də heç zaman itmirlər. Əksinə daim bizimlə olurlar. Kimlərsə bunu təqib kimi, kimlərsə bunu xoşbəxtlik, kimlərsə isə bunu yeni bir şans kimi qəbul edirlər. Hər şey məsələyə baxış tərzindən asılıdır və həyatda həqiqi uğur qazanan və xoşbəxtlik əldə etmiş insanlar birinci mərhələdə həmin şansı görmüş və ondan istifadə etmişlər.
Amma, təbii hər şeyə yenidən başlamaq olar. Axı həyat təkrarlanır.
Odur ki, bu məqaləni oxuyanlara da bir məsləhətim var: – Keçmişdə buraxdığınız səhvlər, gələcəkdə sizə başqa bir formada dönəndə onları bir daha təkrarlamayın. Qarşınıza çıxan hər bir fürsəti düzgün dəyərləndirin. Yaxınlarınızı bir daha incitməyin. Hər dəfə eyni yol ilə alınmayan məsələni həll etməyin. Axı, hər an yenidən təkrarlanır və siz onları görməyə başladıqca, onların düzgün həlli yollarını da axtarıb tapacaqsınız. İnanın ki, bütün keçmişdə buraxdığınız bütün səhvləri bu gün düzəltməyi bacarsanız, həyatınız da ona uyğun olaraq dəyişəcək. Hər kəsə gözüaçıq olmağı və uğurlar arzulayıram….cox sag ol ama insanın elinde olsa bu xeyatı tekrarlamaz cox daha gozel dusunceleri ve nagıllları var ama hersey istedigimiz gibi olmuyor olsaydı men su basımızda bizi yönetenleri degistirirdim :mad: -
04-25-2010, 03:58 PMAmiqo_100MRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?\Alıntı:
Tutu20 Nickli Üyeden Alıntı
??? :D -
04-25-2010, 03:58 PMcanbellRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?Olar,niye olmur ki?cem halda yazma.cunki haminin fikri ile raziyam :DAlıntı:
Tutu20 Nickli Üyeden Alıntı
-
04-25-2010, 04:07 PMAmiqo_100MRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?:D siz də saö olun. :D amma siz inanmırsını ki həyatınız istədiyiniz kimi ola bilər...niyə gözləyirsiniz ki kimlərsə gəlib sizin həyatınızı istədiyiniz kimi eləyəcək.. o yönətən elə siz olsanız hamının həyatın yaxşılaşdıra bilərsiniz???? :DAlıntı:
….cox sag ol ama insanın elinde olsa bu xeyatı tekrarlamaz cox daha gozel dusunceleri ve nagıllları var ama hersey istedigimiz gibi olmuyor olsaydı men su basımızda bizi yönetenleri degistirirdim
-
04-25-2010, 04:09 PMTutu20Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
:aferin: Amiqo cox sag ol ??? isaresine gore ele bunu demek isteyirdinn??????
-
04-25-2010, 04:21 PMAmiqo_100MRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?aydındır bayaqki hirslənmələr mənim ünvanıma imiş..Alıntı:
Tutu20 Nickli Üyeden Alıntı
siz kiminsə fikri ilə razılaşmağa məcbursunuz???? -
04-25-2010, 04:29 PMTutu20Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
YOx niyeki seni bilmirem menim oz fikirlerim var kiminse aglinan durub oturmuram :cool:
-
04-25-2010, 04:40 PMAmiqo_100MRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?burda müzakirə eləmək istəyirik.. öz sualınıza özünüz cavab verdiniz ..Alıntı:
Tutu20 Nickli Üyeden Alıntı
hər kəs öz fikrin önəmli,düz sayır.. bu mövzunu da yaratmışıq ki o fikirləri öyrənək. hamı eyni fikirdə olsaydı hər şey çox gözəl də olardı
yaxşı da eləyirsiniz ki öz fikirlərinizlə hərəkət eləyirsiniz.. ancaq sizin özünüz bu mövzuya cavab vermədiniz? əgər vermək istəsəniz ilk öncə mövzunu oxumağınızı xahiş eləyirəm...Alıntı:
YOx niyeki seni bilmirem menim oz fikirlerim var kiminse aglinan durub oturmuram
-
04-25-2010, 04:44 PMTutu20Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
Xaishiniz qebul olunmur cunki men movzunu oxumamis cavab yazmiram. :mad:
-
04-25-2010, 04:52 PMAmiqo_100MRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?bunu artıq hiss elədim ki oxumamış cavab yazmırsınız sadəcə bir xahişim də olacaq mövzuya uyğun müzakirə aparsanız lap əla olar. bilirəm bu da mövzunu ÇOX OXUMAQDAN irəli gəlir....Alıntı:
Tutu20 Nickli Üyeden Alıntı
TƏŞƏKKÜRLƏR :salam: -
04-25-2010, 04:57 PMTutu20Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
EY amiqo muellim ne demek isteyirsiz qan cixarmaq isteyirsiz:cool: :mad:
-
04-27-2010, 11:43 AMKralica_Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?:D :DAlıntı:
Amiqo_100M Nickli Üyeden Alıntı
-
04-27-2010, 01:12 PMDamla1Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
Dünyaya yeniden gelseydim????? Valla bu vertual aleme hec baxmazdim :yox: :yox: Bir defe baxirsan haaaaaa ilişib qalirsan :mad: Deyeceksen yeniden başla.her gün deyirem acmiyacam seni!!!!! :angry: :angry: İşe gelen kimi ilk iş burani acmaq :mad: :mad: Nedi bu???Ele bil ceza kesibler :mad: :mad: Burda hansi fiziki qanunlar var?? Tesir eks tesire berabermi??? Nyutonun 3 cü qanunu sehf etmiremse..fizikadan coxda başım cixmir :meyus:Eslinde gerek bu kom. tulluyum pencereden :cool: Yenisini alim bu zeifdi eziyyet verir :D :D
-
04-27-2010, 01:55 PMcanbellRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?İsaak Nyuton “Ümumdünya cazibə qanunu”duz dedin :alqis: Bu forumda cezb etme qanini gucludu,seher ilk ish mende de ele eledi :DAlıntı:
Damla1 Nickli Üyeden Alıntı
-
04-27-2010, 11:58 PMAmiqo_100MRe: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?
:intihar: :intihar: :intihar:
nəzarətçilərdən xahiş eləyərdim ki bu mövzunu bağlasınlar mümkündüsə.
təşəkkürlər -
04-28-2010, 09:49 AMcanbellRe: Keçmishin sehvleri uzerinde qurulan yeni baslangic
Odur ki, bu məqaləni oxuyanlara da bir məsləhətim var: – Keçmişdə buraxdığınız səhvlər, gələcəkdə sizə başqa bir formada dönəndə onları bir daha təkrarlamayın. Qarşınıza çıxan hər bir fürsəti düzgün dəyərləndirin. Yaxınlarınızı bir daha incitməyin. Hər dəfə eyni yol ilə alınmayan məsələni həll etməyin. Axı, hər an yenidən təkrarlanır və siz onları görməyə başladıqca, onların düzgün həlli yollarını da axtarıb tapacaqsınız. İnanın ki, bütün keçmişdə buraxdığınız bütün səhvləri bu gün düzəltməyi bacarsanız, həyatınız da ona uyğun olaraq dəyişəcək. Hər kəsə gözüaçıq olmağı və uğurlar arzulayıram….
Axi niye esebleshmisiniz?Biz ki,meqaleni oxudug...Orda sual da verildi ki,yeniden dunyaya gelseydiniz neyi deyisherdiniz?movzuda cavabini da yazmisan.Biz de oz fikrimizi bildirdik.Meslehet de verdin hetta,dediyim odur ki,oxumushug ,narahatciliga ehtiyac yoxdur,ozunuzu de oldurmeye deymez :intihar: :D -
04-28-2010, 06:14 PMTutu20Re: Dünyaya yenidən gəlsəydiniz nəyi dəyişərdiniz?Ay Amiqo niye nese olubki??????? Niyeki baglasinlar bundan gozel movzu olar :cool: aaaa belke sen qizlar soz catdira bilmirsen sencani duzunu de :cool: :cool: :cool:Alıntı:
Amiqo_100M Nickli Üyeden Alıntı
