Tanrı qadınlara keçmişi və gələcəyi, kişilərə isə yaşadığı günü hədiyyə etdi. Qadınlar geniş bir zamana yayıldıqları üçün narahat, kişilər dar bir zamana sıxışdıqları üçün anlayışsız olarlar (Əhməd Altan)
* Bir qadın eyni zamanda həm sevdalı, həm ana ola bilməz (Andre Maurois)
* Qadın psixologiyasını otuz ildir araşdırmama baxmayaraq böyük suala cavab tapa bilmədim. Həqiqətdə qadınlar nə istəyir? (Sigmund Freud)
* Zəngin dullar bir gözləriylə ağlarlar, o birisini qırparlar (Miguel Də Cervantes)
* Erkən qalxmayan arvad, söz dinləməyən övlad, mahmızla getməyən at; qapında varsa qaldır at
* Qadına inanan, özünü aldadar. İnanmayan da qadını aldadar (Çin Atalar sözü)
* Bir çox kişi müvəffəqiyyətini ilk arvadına borcludur İkinci arvadını da müvəffəqiyyətinə (Jim Backus)
* Qadın arxasında qaçmanın zərəri yoxdur. Zərəri verən onları yaxalamaqdır (Jack Davies)
* Kişi hiss etdiyi, qadın göründüyü yaşdadır (Moltimer Collins)
* Bir kişi ölərkən hərəkət edən son yeri, ürəyidir. Bir qadın ölərkən isə dili (Corc Chapman)
* Bir qadın batıq səslə danışırsa bir şey istəyir deməkdir Səsini yüksəldirsə bilin ki istədiyini əldə edə bilməmişdir (Anonim)
* Qətiliklə evlən! Arvadın yaxşıdırsa xoşbəxt, pisdirsə filosof olarsan (Sokrates)
* Bütün dünyada bir tək gözəl uşaq vardır. Bütün analarda ona malikdir (Çin atalar sözü)
* Hər müvəffəqiyyətli kişinin arxasında, onunla qürur duyan bir arvadı və bu işə çaşıb qalmış bir qayınanası vardır (Brooks Hays)
* Kişilər yaşlanar, qadınlarsa dəyişər (Goethe)
* Kişilər özlərini yorğun hiss etdikləri üçün, qadınlar isə maraqdan evlənərlər İkisinin də xəyalları puç olar (Oscar Wilde)
* Evlilik ənənəvi olaraq qadınlara təqdim edilmiş tək gələcəkdir Bir çox qadın ya evlidir, ya bir zamanlar evlilik keçirmişdir, ya da evli olmadığı üçün acı çəkir (Simone Də Beauvoir)
* Bir kişi arvadınızı əlinizdən aldığı zaman arvadınızı ona buraxmaqdan daha böyük bir intiqam yoxdur (Sacha Guıtry)
* Subay kişilər qadınlar haqqında evli kişilərdən daha çox şey bilərlər. Əgər bilməsədilər onlar da evlənmiş olardı (H. L. Mencken)
* Kişi evlənənə qədər əskik bir kişidir və evləndiyində artıq bitmişdir (Zsa Zsa Gabor)
* Qadınlara böyük hörmət edən və onları hər şeyin üstündə tutan kişilər, qadınlar arasında məşhur olmağı nadir olaraq bacara bilərlər (Jaddison)
* Qadınlar gücsüz olana özünü bir mükafat, güclü olana bir əşya kimi təqdim edər (Cesare Pavese)
* Bir kişiyə görə 'kişinin yaxşısı' ilə , bir qadına görə 'kişinin yaxşısı' eyni şeylər deyil (Ortega Y Gasset)
* Kişilər, həyatlarının bir dövründə evlərinin tam hakimidirlər. O da doğulduqları gündən üç yaşına qədər olduqları zamandır (Gaston Paces)
* Kişilər şəraba bənzər. Keçən illər pislərini turşudar, yaxşılarını yetişkinləşdirər (Cicero)
* Comərdlik, kişiyə yaraşan ərdəmdir (Goethe)
* Kişini evindən qaçıran damın axması, bacanın tüstüləməsi və qadının çənəsidir (Chauger)
* Evli kişilər hər yeni kürəkəni sevinclə seyr edərlər. Eynilə meşədə yeni yaxalanıb gətirilən gənc bir aslanı seyr edən kimi (Mark Twain)
* Kişilərin ağlı evdar qadın axtarar, amma ürəyi və təxəyyül başqa xüsusiyyətlər nəğddədir (Goethe)
* Ən mükəmməl qadın, uşaqlarına atalarının yoxluğunda ata ola biləcək qadındır (Goethe)
* Qadın elə bir mövzudur ki, onu nə qədər araşdırsan araşdır hər vaxt yenidir (Tolstoy)
* Bir qadın ya sevər, ya da nifrət edər; ortası yoxdur (Pubillius )
* Qadınlar sevmədikləri adama heç ağrımazlar (Alexandre Dumas Files)
* Qadınlarda faciəvi olan şey, nə onlarla nə də onlarsız yaşana bilməsidir (Byron)
* Qadınların gözləri iti, zəkaları oyanıq, düşüncələri vəsvəsəli olar (Guy da Maupassant)
* Qadın öz başına nə gül qönçəsidir, nə də tikan. İyləməsini bilsən gül, tutmasını bilməzsənsə tikan olar (Rəfiq Xalid Karay)
* Yaxşı bir qadın bir kişiyə təsir edər, ağıllı bir qadın onda maraq oyandırar, gözəl bir qadın ovsunlayar, anlayışlı bir qadın isə ona sahib olar (Helen Rowland)
* Ən etibarlı dost - ana, ata və sadiq yoldaşdır.
Qadin ve kishilere aid sozler.
Printable View
-
09-29-2009, 10:02 AMLenigmeQadin ve kishilere aid sozler.
-
09-29-2009, 01:37 PMGLAMOURKARe: Qadin ve kishilere aid sozler.
Bir qadın ya sevər, ya da nifrət edər; ortası yoxdur (Pubillius )
:alqis: bravo -
10-01-2009, 03:09 PMXeyallarimRe: Qadin ve kishilere aid sozler.
Qadınlarda faciəvi olan şey, nə onlarla nə də onlarsız yaşana bilməsidir (Byron)
-
10-01-2009, 05:23 PMSindyRe: Qadin ve kishilere aid sozler.
maraqli idi.ma5 barbagin 5-de eyni deyildir. kisi kisiliiyni,qadinsaqadinligini derk ederek hereket etse adindan qiraga cixmaz. ama bizde tessufki,kisiler qadinlari,qadinlarsa kisilere adi nese pissey axtarib onlari alcatmayi sevirler.kadin kiisiz,kisise qadinsiz yarimciqdir.
