Ailə müqəddəsdir.Uşaqlar isə bu müqəddəsliyin simvoludur.Hər ailədə doğulan uşaq,ana-ata nəvazişi gördükcə həyata sevgiləri,səmimiliyi,dürüstlüyü daha da artır. Ana-atanın uşağı danlaması,əzizləməsi də normada olmalıdır.
Bəzən validenlər uşaqlarını çox ərköyün böyüdürlər.
MİSAL ÜÇÜN QIZ UŞAQLARINI-ana-ata qızın əlinin ağdan-qaraya vurmamasını,harasa gedəndə özləi ilə və ya qızın taxidə, şəxsi maşında getmələrini istəyirlər.
Qız artıq 18 yaşına çatandan sonra həyata müstəqil addım atmaq istəyəndə bu onda müxtəlif problmllər yaradır.
Ailə həyatı quran zaman ev işlərində artıq səliqəsizliyə yol verirlər , cəmiyyət içində isə müstəqil addım atmaqda çətinlik çəkirlər.
Eləcə də bu OĞLAN UŞAQLARINDA da belə hallar olur.
Valideynlər oğlanlarının təhsilini pulla həll edir,əsgərlikdən saxlatdırır,geniş düşüncə sahibi olmayan bir oğul böyüdür və sonda bahalı bir avtomobilin açarını oğluna bağışlayır.
Oğul heç birini özü qazanmadığından valideynlərinin ona vediyi dəyəri heç bir zaman anlamır.
Bu tip insanlar əsasən bu prinsiplə yaşayırlar.
“HƏYATDA PUL HƏR ŞEYDİR”
Bir tip ailələrdə var ki,öz uşaqlarının arasında fərq qoyurlar.
Misal üçün 2 uşaqlı ailələrə misal olaraq.
Oğlan və ya qız uşağından asılı olmayaraq valideynlərin bir qismi həmişə birinci uşağının üstündə daha da tələbkar olurlar.
Birinci mütləq idman, musiqi ilə məşğul olmalı,kompyuteri bilməli,xarici dil bilməli,attestatında bütün fənnlər 5 olmalı,qırmızı diplomla universiteti bitirilməli və.s.
Valideynlər sanki birinci uşağa ilk sevgisi kimi baxırlar.
Sanki bütün enerjilərini böyük uşağa sərf etdiklərindən evin balacası yaddan çıxır.
Fikir versək,hər zaman evin balacası dəcəl,ərköyün olur.
O həm də ağıllı olur,çünki özündən böyüklərin etdiyi səhvi görür və o bunları təkrarlamır.Bu cür uşaqlar daha çox evin cari işlərinə baxırlar-“zibil atmaq,çörək almaq və.s”
Onlar şıltaq bəzən isə qəlbən çox həssas olurlar.
Əziz user,bəs sən evin neçənci uşağısan?