"Hər bir insan uşaqlığı qədərdir"
Yaxınlarda bu fikir eşitdim və həqiqətən də ağlabatan gəldi. "Hər kəs uşaqlığı qədərdir" deyəndə, uşaqlıqda yaşadıqlarımızın bizim psixikamıza nə qədər təsir göstərdiyi nəzərdə tutulur. Yəni uşaqlıqda əgər əsəb gərginliyi, daimi stress, natamam ailədə böyüyürüksə, böyüyəndə də bu bizə böyük təsir göstərir. Kompleksli oluruq, bəziləri hədəfə bir addım çatanda biz yerimizdə sayırıq. Amma əksinə normal, xoşbəxt ortamda böyüyən insanlar isə böyüdükdə də hər şeyi asanlıqla əldə edir, özgüvənləri olur. Bu fərqi hiss etmisinizmi?
Necə düşünürsünüz, uşaqlıqda yaşadıqlarımız həqiqətənmi bizə bu qədər təsir göstərir? Ya olanlar elə keçmişdə qalır? Elə şeylər varmı ki, özünüz yaşamısınız deyə, gələcəkdə uşaqlarınızın yaşamaması üçün əlinizdən gələni etməyə hazırsınız?
Re: "Hər bir insan uşaqlığı qədərdir"
Məncədə cox doğrudu .Uşaqlıqda olanlar dərin iz buraxırlar.Bəzi şeylər var ki mən uşaqlarıma qətiyyən etmərəm.
Re: "Hər bir insan uşaqlığı qədərdir"
Ushaqliqda olann hadiselerin mence geleceklerine tesiri boyuk olur.Men ovladima peshe sechiminde menim etdiyim sehvi etmemesini tovsiye ederdim
Re: "Hər bir insan uşaqlığı qədərdir"
Cox təsir eləyir.
Uşaq vaxti anamla atamin mubahisə elədiyini xatirlayiram:( Belə olanda mən qaçıb gizli yerlərdə ağlayardım. İndi məni incidən şeylərdeən uzaq qaçıram, onlarla (problemlərlə) mübarizə aparmaga çətinlik çəkirəm. Bir az sıxışdırılanda ağlamağa başlayıram. Ümumiyyətlə hər bir övlad valideyinlərinin sənət əsəridir, onların əməllərinin nəticəsi...