-
Ürəklərin yaxinlığı
[
Bir gün müəllim eternity uşaqlardan soruşur:
— Uşaqlar nə üçün insanlar mübahisə edəndə səslərini yuksəldirlər?
— Çünki sakitliklərini qoruya bilmirlər — deyə uşaqlardan gilare biri cavab verdi.
— Bəs nə üçün qışqırırlar, axı mübahisə etdiyi insan yaxınlığında dayanır? — deyə eternity soruşdu — sakit danışmaq olmaz? Hirslənəndə qışqırmaq lazımdır?
Uşaqlar müxtəlif cavablar verirlər, amma bunlardan heç biri müəllimi qane etmir və o izah etməyə başlayır:
— İnsanlar bir-birlərindən narazı olanda, mübahisə edəndə onların ürəkləri bir-birindən uzaqlaşır. Bu məsafəni bağlamaq və bir-birlərini eşitmək üçün onlar səslərini yüksəldirlər. Nə qədər çox hirslənirlərsə bir o qədər də yüksəkdən danışırlar.
— Bəs insanlar sevəndə nə olur? Onlar qışqırmırlar, əksinə çox sakit danışırlar. Çünki onların ürəkləri bir-birinə çox yaxındır və məsafə çox azdır. Bəs daha güclü sevəndə necə olur? — deyə müəllim davam etdi — onlar danışmırlar, sadəcə pıçıldayırlar. Daha sonra bu pıçıltılara da ehtiyac olmur. Onlar bir-birlərinə baxanda artıq hər şeyi sözsüz anlayırlar. Bu yalnız bir-birlərini hədsiz sevən insanlarda olur. Ona görə də mübahisə edərkən ürəklərinizin bir-birindən uzaqlaşmağına imkan verməyin, buna səbəb yaradacaq kəlimələr işlətməyin. Çünki elə bir zaman gələr ki, bu məsafə daha da böyüyər və geriyə dönüşü heç mümkün olmaz.
-
Re: Ürəklərin yaxinlığı
:meyus: cox tesirlendim elaaaaaaaaaaa teşekürler
-
Re: Ürəklərin yaxinlığı
-
Re: Ürəklərin yaxinlığı
Heqiqetende eledir.Mubahise zamani insanlar bir birlerini anlamirlar ve bir birlerine tamam yad olurlar.Her geleni deyirler ve unudurlar ki,sozun arxasinda durmaq var.
Tesekkur maraqli movzu ucun.
-
Re: Ürəklərin yaxinlığı
-
Re: Ürəklərin yaxinlığı
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.