-
Motivasiya
Özünüzü motivasiya edin, gücünüzü toplayın!
Bu gün hər birimiz işə gəldikdə bacarıqlarımızın maksimumunu etmə gücünə sahibik. Bu gücə sahib olduğunuz halda niyə ondan tam şəkildə istifadə etməyək?
Əgər hər zaman eyni şeyleri edərsək, hər zaman əldə etdiyimiz nəticə də eyni olar. Halbuki, daha artığını etmək üçün hər bir vasitəyə və imkanlara sahibik.
Bu gün hər birimiz ətrafımızdakı insanlara örnək olaraq onlara ilham vermək, dəstək olmaq və onları ucaltmaq gücünə sahibik.
Bu gün hər birimiz həyatımızdakı neqativlərə, çətinliklərə baxmayaraq, pozitiv və uğura aparan işlər görə bilərik. Neqativin sizi məhv etməsinə deyil, pozitivin sizi yeni addımlara sövq etməsimə imkan yaradın.
-
Re: Motivasiya
Böyük hədəflərə çatmağın yolu, böyük məqsədləri kiçik addımlara bölmək və hər gün bir addımını həyata keçirməkdir.
Atdığınız hər addım, etdiyiniz hər irəliləyiş bir sonrakı irəliləyiş üçün zəruri olan inam və istəyi yaradacaqdır.Hər kəsin atdığından bir addım çox atan hər zaman qalib olur.
Əgər "böyük düşünərək" Mercedes sahibi olmağı istəmiş, lakin bir Renault sahibi olmusunuzsa, kədərlənməyin. Əgər Mercedes hədəfləməsəydiniz, böyük ehtimalla bu qədər qısa müddətdə
Renault`da ala bilməzdiniz.
Böyük düşünmək qədər, kiçik də olsa əldə olunan uğurlara sevinməyi bacarmaq da çox vacibdir.
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.