[b]Qədim zamanlarda bir şah yaşayırdı. Onun yaxın bir dostu var idi. Həmin dostunun bir xasiyyəti var idi, hər nə olursa olsun, hər zaman: “Belə olması yaxşıdır!” deyərdi.
Günlərin birində şah ova çıxır və tüfəngləri dostu doldurur. Tüfənglərin birində yaranmış nasazlıq ucbatından atəş zamanı partalyışdan şahın baş barmağı kəsilir. Bunu görən dostu hər zaman olduğu kimi: “Belə olması yaxşıdır!” deyir.
Bu sözləri eşidən şah qəzəblənir: “Bunun harası yaxşıdır!!!” – və dostunu zindana atır. Bu hadisədən bir neçə il ötür və günlərin birində şay yenidən ova çıxır. Bu dəfə o ova tək çıxmaq istəyir, çünki onun ov edəcəyi ərazi ona təhlükəsiz gəlirdi. Lakin, ov zamanı onu adamyiyənlər tutur və öz kəndlərinə gətirirlər. Şahı ağaca bağlayıb, ətrafına odun səpirlər. Odunu yandırmaq üçün yaxınlaşanda, şahın baş barmağının olmadığını görüb onu açırlar. Çünki, onların inanclarına görə bədənində çatışmamazlıq olan insanın əti murdar sayılırdı.
Şah sevincək öz sarayına qayıdır, yadına dostu və dediyi sözlər düşür. Tez zindana gedərək dostunu tapır, ona başına gələn hadisəni danışaraq, dostunu türməyə atdığından utandığını və üzr istədiyini bildirir:
- Sən o zaman demişdin ki belə olması daha yaxşıdır, ancaq mən səni zindana basdım.
Dostu: – Belə olması daha yaxşıdır.
Şah: – Nəyi yaxşıdır? Sən bu zindanda çürüyürsən, bu yaxşı heç yaxşı ola bilər?
Dostu: – Şah sağ olsun, əgər siz məni o zaman zindana atmasa idiniz, bu gün sizin yerinizə məni yeyəcəkdilər. Odur ki, belə olması daha yaxşıdır.
Ümid edirəm hər biriniz bu hekayəni anlayıb ondan öz həyatınızda geniş istifadə edəcəksiniz. Hər zaman nə olursa olsun, bilin ki belə olması daha yaxşıdır.
Egər Allah sənə hər bir şey veribsə, hər şey yaxşıdır.
Əgər Allah səni istədiklərini yavaş-yavaş verirsə, deməli hər şey əladır.
Əgər Allah sənə heç bir şey verməyibsə, deməli o sənin üçün daha yaxşı bir şey planlayıbb]
BELƏ OLMAĞI YAXŞIDIR.!
Printable View
-
08-09-2010, 12:50 PMAmiqo_100MBELƏ OLMAĞI YAXŞIDIR.!
-
08-09-2010, 03:28 PMdalgalarRe: BELƏ OLMAĞI YAXŞIDIR.!
tesekkur edirem. cox gozel ibretamiz bir heykayedi.
-
08-09-2010, 07:13 PMXeyallarimRe: BELƏ OLMAĞI YAXŞIDIR.!
[/b] ELBETDEKI BELE OLMAQI YAXSIDIR .[/b]
-
08-10-2010, 12:32 AMAmiqo_100MRe: BELƏ OLMAĞI YAXŞIDIR.!
:rose: :salam:
-
08-10-2010, 01:17 AMRuzgar_GuluRe: BELƏ OLMAĞI YAXŞIDIR.!
cox gozel ama her ınsan basına bır hadise geldıgınde bele olması yaxsidir ya da sukur demiyor.... insallah bızde sukur etmeyı ve boylesı yaxsidir demeyi beceririrz :meyus:
movzu ucun tesekkurler :alqis: ::yerivar:: -
08-11-2010, 11:58 PMAmiqo_100MRe: BELƏ OLMAĞI YAXŞIDIR.!bəyəndiyiniz üçün təşəkkürlər....Alıntı:
Ruzgar_Gulu Nickli Üyeden Alıntı
-
08-13-2010, 10:37 AMKralica_Re: BELƏ OLMAĞI YAXŞIDIR.!
Cooox maragli idi teshekkur
-
08-15-2010, 12:53 AMAmiqo_100MRe: BELƏ OLMAĞI YAXŞIDIR.!bəyəndiyinizə sevindim. :DAlıntı:
Kralica_ Nickli Üyeden Alıntı
-
08-15-2010, 09:22 AMnauthly_girlRe: BELƏ OLMAĞI YAXŞIDIR.!
Həyatda elə dostlar çox azdir,demək olar ki,yox dərəcəsindədi..(Belə olmaği yaxşidir.. :( )
Mövzuya görə təşəkkürlər,yeri var.. -
08-16-2010, 12:20 AMAmiqo_100MRe: BELƏ OLMAĞI YAXŞIDIR.!düz buyurursuz,ancaq məncə elə 2si olsa bəs eləyər..Alıntı:
nauthly_girl Nickli Üyeden Alıntı
bəyəndiyinizə sevindim
