İstəyirəm!!!
Bu sözü gündə bəlkə də yüz dəfə eşidirik.Maşın istəyirəm,gəzmək istəyirəm,sevmək istəyirəm,işləmək istəyirəm,xoşbəxtlik istəyirəm...
Müasir dünyanın insanları ilk növbədə nə istəyir?
Bəlkə onlara bir az xoşbəxtlik lazımdır və ya dünyada sülhün olması?Amma kimdənsə soruşsan bu sualı ən çox verilən cavab çoxlu pul istəyirəm olacaq.
Çünki həyatda pul olmadan yaşamaq çox çətindir.Bu sualın cavabı müxtəlif variantlarda ola bilər.Sualın dərinliyinə getsək hər kəs xoşbəxtliyinə gedən yolu axtaracaq cavabda.
Hər birimiz yaxşı nəyisə arzulayırıq.Hamı qeyri-adi nə isə istəyir,qəlbimiz möcüzə həsrəti ilə döyünür və istər istəməz dodaqlarımızdan bu söz qopur:İstəyirəm!
Amma müasir aləm çox sərt və izahedilməzdir.
İnsan getdikcə daxilinə baxmağı unudur,ürəyinin nə istədiyi artıq arxa plana keçir.
Bunun əvəzində planlı və praqmatik hərəkət etməyə başlayır.Fikirləşərək,ağlının dediklərini əsas tutaraq.
Beyin rəhbərlik edir,beyin qərar verir,beyin deyir nə istəyir,ürək isə öz arzuları ilə arxa planda qalır.Ona etinasızlıq edirlər,onu sıxırlar.Bu zaman ilk baxışda həyatında hər şeyin gözəl getdiyi görünsə də depressiyalar yaranır,kədər və narazılıq baş qaldırır.
Müasir insan maddi cəhətdən təmin olunmuş şəraitdə yaşamaq istəyir.Onu başa düşmək olar.Amma qəlbin səsinə də qulaq asmaq lazımdır.
Ürəyiniz əslində nə istəyir?Bəlkə bu sevimli insanla sakit bir axşam keçirməkdir?
Bəlkə həmişə harasa tələsməyə,nəyinsə arxasınca qaçmağa ehtiyac yoxdur?
Sənin olan səndən heç yerə getməyəcək,o sənindir.Amma özünü bu mənasız boşluqda itirsən,həyatın qarmaqarışıq ritmlərinə qarışaraq daima istəyirəmlərlə mübarizələrdə çırpınsan necə olacaq?
Nə istəyirsiniz?Bu suala səmimi cavab verə bilərsinizmi?
Həm kiçik planda,həm geniş mənada.
Istəyirəm
Printable View
-
04-19-2010, 12:37 AMAgLaYaN_BuLuDIstəyirəm
-
04-25-2010, 10:42 PMcanbellRe: Istəyirəm
Eh... arzular istekler o qeder gel goresen,hansini birini deyesen :D misalcun,sakit azad heyat terzi.en istediyim sheydi zaten,amma ele deyil,bura getme ,ele deme,o sozu deme... :yox: Men istediyim heyat tessuf ki,bir hayel... :( Goresen bu heyatda tam xoshbextem deyen bir insan olacaq ay ushaglar?kimdir o bextever he?deye bilersiz? :)
-
08-02-2010, 12:24 PMXeyallarimRe: Istəyirəm
Nə istəyirsiniz?Bu suala səmimi cavab verə bilərsinizmi?
Həm kiçik planda,həm geniş mənada.
INDI HEC NE ISTEMIREM :yox: CUNKI NESE ISTEMEYIN HEC BIR MENASI YOXX .YAZINDA QEYD ETDIYIN KIMI SENIN OLAN ONSUZDA SENINDIR ,OLMAYANIN DALIYCA ISE GETMEYE DEYMEZ . CUNKI BU ZAMAN SERFIYATINDAN BASQA HEC 1 SEY DEYIL. MEN NEDESE EVVEL ELE FIKIRLESIRDIM KI , INSAN ISTEDIYUINE CATA BILER ,BIR AZ SEBR ETSE , BIR AZ MUBARIZE APARSA ,1 AZ DOZUMLU OLSA , VALLAH BU BOS SEYLERDI . INSAN OVLADI HEC NE DEYISMEK IQTIDARINDA DEYIL .SADECE BOSUNA XERCLEMIZ ZAMANI QALIR SONA . MOVZUNA 1 ELAVEM OLA BILER KI INSAN ONUN OLAN HER SEYLE RAZILASMALIDIR VE EN ESASI ISE ONUN OLAN BUTUN SEYLERE DEYER VERMELIDIR , BAX ONDA ISTEYIREM YOX , XOSBEXTEM DEYECEYIK . -
08-02-2010, 12:35 PM_SeDRiK_Re: Istəyirəm
Nə istəyirsiniz?Bu suala səmimi cavab verə bilərsinizmi?
Həm kiçik planda,həm geniş mənada.
Kicik Menada Ozume Telfon Isteyirem
Genis Menada Ise Universitede Qrbul Olmaq -
08-14-2010, 11:28 PMGLAMOURKARe: Istəyirəm
Insan ele bir mexluqdu ki,istekleri hec bir zaman bitmir,bir isteyi yerine yeten kimi,bashqasini istemeye bashlayir ve belkede bu istekleri ile heyatda maraq tapir.
Coxxx shey istiyirem,bezende hecne istemirem. :roll: -
11-09-2010, 12:27 AMAmiqo_100MRe: Istəyirəm
bu həyatı istədiyim insanlarla, istədiyim mühitdə, istədiyim şəraitdə,istədiyim kimi yaşamaq istəyirəm... və bunların da hamısı olacaq. :cool:
