Yupyumru əllərlə başladım mən də həyata hər kəs kimi....
İki nöqtə üst üstə ( : ) qoyuldu yaşayacaqlarım üçün həyata. Günlər günləri qovdu, aylar aylara əl uzatdı ,illər bağladı ayları bir-birinə, zaman bu günlərə çatdı.
Nə xoşbəxtəm ki sevənlərim oldu,nə xoşbəxtəm ki sevdiklərim oldu.
Sevgilərlə dolu keçdi həyatım,doya bilmədim. Bəzən buludlar qısqandılar saf sevgilərimi,bəzən yağışlar həsəd apardılar göz yaşlarıma,bəzən günəş mənim qədər isti gülə bilmədiyini düşündü dünyaya,bəzən quşlar uçmağı bilmədiklərini anladılar.
Bəzən hüzn gəldi üzümə amma təbəssümlərə buraxdı yenə hər şeyi.
Ürəyim hərdənbir ağlasa da utandı sevgi bəndələrinin yanında axıtmağa yaşlarını.
Bəzən sual işarəsi (?) qoydum anlaya bilmədiklərimə,bəzən bir şeylər izah etmək istəyərcəsinə nida (!).
Bəzən gözəlliklər zəbt etdi,sevgilər ağır gəldi danışa bilmədim üç nöqtə (...) qoydum izah edə bilmədiklərimə.
İnsan tək başına olar amma bu həyat deyil bunu anladım.
Tapdığım sevgiləri müsbətlərlə (+) ürəyimə yığdım.
Kini nifrəti bir mənfi (-) ilə çıxartdım.
Günlərlə vurdum bir-birinə (*) sevgilərimi.
Bu da böyük bir dünya demək idi. İtirməmək üçün sevgilərimi yaxşıca sıxdım əllərimi.
Yenə yupyumru idi əllərim başlanğıcda olduğu kimi.
Yaşayacaqlarım üçün bir vergül (,) qoymaq keçdi içimdən.
Bir nöqtə (.) qaldı o da RƏBBİM dən...
Bir nöqtə.
Printable View
-
03-29-2010, 01:05 AMAgLaYaN_BuLuDBir nöqtə.
-
08-14-2010, 10:00 AMGLAMOURKARe: Bir nöqtə.
Cox gozel,cox beyendim. ::yerivar:: :alqis: :alqis: :alqis:
-
08-14-2010, 04:22 PMSolidatRe: Bir nöqtə.
::yerivar::
-
08-14-2010, 07:29 PMRuzgar_GuluRe: Bir nöqtə.
Yaşayacaqlarım üçün bir vergül (,) qoymaq keçdi içimdən.
Bir nöqtə (.) qaldı o da RƏBBİM dən... :alqis: :alqis: ::yerivar::
gercekten super ellerine saglık
