Getdin.... Bu gedişdən nə düşdü mənə??? Neçə lal hıçqırıq gözlərimdədir...
İlk sözü dodağın demişdi mənə,son sözü yaşaran gözlərin dedi....
İndi məhəbbətim həsrət dənizi,orda dalğaların yarışı başlar....
Tutulur göylərin mavi bənizi,sonra da son sözen yağışı başlar...
Qəlbim öz səhvinə çoxmu yanacaq??? Niyə bəs qədrini bilmədim onda???
Axır qiymətini tapdım mən ancaq,səni itirmişdim onu tapanda...
Bəlkə də adıma çox söz deyirlər,istəsən inanma istəsən inan…
Ayıq ol! Adama çox söz deyərlər,gör hansı doğrudur,gör hansı yalan…
Yaxın gəl,oduna gir bu ürəyin.Sevənlər payıza,qışa bürünməz...
Əsil çiçəklərlə kağız çiçəyin,uzaqdan baxmaqla fərqi bilinməz...
Hər sətir üstündə titrəyir əlim,sətirlər qəlbimdən od alıbdılar...
Mən sənə bir dəfə aldandım,GüLüM,məktublar ömürlük aldanıbdılar...
Sənə ümid dolu dikilən gözler,yenə xatirədə donub qalandır...
Əlim əsə-əsə yazdığım sözlər,o zaman düz idi indi yalandır...
Həyatın özündə sınadım səni,demə bahar idim,indise qışam...
Yaxşı ki,nəhayət sınadim səni,,,,,, Yaxşı ki,ömürlük aldanmamışam...
Görüş yerimizdə yaşıl bürünən,o ağac cildini quş tək ucurdu...
Son 2 yarpağı biz idik dunen,bizi də məhəbbət payızı vurdu..
sevgi dolu şerlerim
Printable View
-
12-30-2009, 01:51 PMKralica_Re: sevgi dolu seirlerim
-
12-30-2009, 02:05 PMDamla1Re: sevgi dolu seirlerim
24 May 2009
Şah dağından əsən küləh saçlarını darasın,
Səni sevən Qudyalçayın sahilində arasın.
Dilin ana torpağının meyvəsindən şirindir,
Məhəbbətin ürəyimdə dəryalardan dərindir.
Nəqarat
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Göyçəklərin göyçəyisən, qubalı qız, qubalı.
Həyatımın çiçəyisən, qubalı qız, qubalı,
Vətənimin bəzəyisənç qubalı qız, qubalı.
Nəfəsindən duyuram mən çiçəklərin ətrini,
Bu dünyada mənim kimi bilən hanı qədrini?!
Şöhrətini ulduzlara, aya, günə yazmışam,
Surətini ürəyimin duvarından asmışam
Aytennnnnnnnnn bu sene :D -
12-30-2009, 02:12 PMGLAMOURKARe: sevgi dolu seirlerim
:aferin: :aferin: :aferin: :aferin:
-
12-30-2009, 02:14 PMKralica_Re: sevgi dolu seirlerim
canimsan cox sag ol nece teshekkur edim sene bilmirem opdum cox beytyendim sag ol can
-
12-30-2009, 02:16 PMKralica_Re: sevgi dolu seirlerim
Etiraf sheri
Mence en qiymetli varliq heyatdir.
Ezelden insana sevgi qanaddir
Neler bexs eleyir sevgi insana
Sen dusun Ferhadi, bir bax Mecnuna
"Ehsen bele esqe" deyir nesiller.
Nakam mehebbeti duymasin eller.
Inamin vardirsa, sevgin de vardir.
Sevgisiz bir konul xarabazardir.
Esqin atesiyle yanasan gerek.
Verdiyin vedeni anasan gerek.
Incime sozumden ey nazli sona.
Rehm et menim kimi seven oglana
Eger qaranliqsa sozumun coxu,
Misralarin bas herflerini oxu. -
12-30-2009, 02:17 PMElifRe: sevgi dolu seirlerim
yazan elin dert görmesin. çox gözel şerler :alqis:
-
12-30-2009, 02:20 PMDamla1Re: sevgi dolu seirlerim
Sən demə təzəzdən sevmək olarmış
Sən demə təzədən sevmək olarmış
Tale də təzədən gülə bilərmiş.
Küsüb gözü yaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş
Ürək bulud kimi boşalırsa da
Demək bulud kimi, təzədən dolur
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur
Sən demə təzədən sevmək olarmış
Köhnə yaraları vaxt, zaman silir
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir
Ağlaya-ağlaya dünyaya gəlib,
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzətər görməmişikmi?!
Sən demə təzədən sevmək olarmış
Sevgi fürsət deyil quş kimi uça
Nə də Kölgədir ki, qaçasan qova
Ya da sən qovasan, o səndən qaça
Çixarsan qəlbindən ötən sevginin,
Bir gün də tənhalıq sıxacaq sıni
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin
İlk sevgi yuvadan düşən quçcuğaz,
Körpə qanadlarə pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...
Mən ki, görməmişəm sevgini susan
Məhəbbət zirvədə bəslənən qarmış
Kim deyir, bir dəfə sevilir insan,
Sen demə hər zaman sevmək olarmış
Nüsrət Kəsəmənli -
12-30-2009, 02:27 PMKralica_Re: sevgi dolu seirlerim
Gedirsən, sevgini özünlə apar...
Getsən, əbəti get ömrümdən gülüm ,
Bir daha gözümə görünmə mənim .
Səni hər görəndə istəmirəm ölüm ,
Bir daha qelbimdə döyünmə mənim.
Get , bu sevginidə al menden apar,
Onsuzda yaşamaq mənə çətindi.
Sevgini bir təhər qəlbimdən qopar,
Məni öldürən sənin məhəbbətindi.
Qoy ölüm qarışım qara torpağa,
Görək ölümüm sənə nə verəcək.
Nə qədərki sən qara desən ağa,
Ömrünə sevinc yox kədər gələcək.
Dünya yalan , sən yalan ,məhəbbət yalan ,
Yalanlar içində bogulacagam .
Mən səni ilk görüb sevən zaman ,
Elə bildim yenidən doğulacağam.
Bir zaman doğuldum ,indi peşmanam,
Bilmirəm həyat pis ,yoxsa mən pisəm .
Mən də həyata gəlmiş adi insanam ,
Ölənlər yanında axı mən nə kəsəm.
Hələ yaşayırıq ömrümüz qalıb,
Sən məndən ayrı ,mən səndən ayrı.
Biz unudulmuşuq sevgimiz qalıb,
Indi düşüb sevən sevəndən ayrı.
Daha ayrılmışıq qovuşmayaq biz ,
Nə sən ezab ver ,nə mən eziyyət çəkim .
Bu sevgiylə yanıb alışmayaq biz,
Nə sən yalan de , nə mən xəcalət çəkim ! -
12-30-2009, 02:32 PMKralica_Re: sevgi dolu seirlerim
Əllərin əlimdə,gözün gözümdə,
Əlinin istisi üşüdür məni.
Anlaya bilmirəm bunu özüm də,
Niyə deməyirsən sevirəm səni?! -
12-30-2009, 02:37 PMKralica_Re: sevgi dolu seirlerim
Yollara baxmaqdan gozum yorulub
Ozum yox, ureyim sene vurulub
Omur gun-saatdir vaxtla qurulub
Bir gun doneceksen… olmaycagam
