İki ayədə və qarşıya çıxmış bu iki əhvalatda çox maraqlı və eyni halda ibrətamiz bir məsələ ilə üzləşmək olar. Həmin məsələ Yəqubun hər bir halda, yəni Yusifin istəməsi, Benyaminin tutulması, böyük oğlunun geri qayıtmayıb qalması halında ən böyük təsəlliverici xatirələrə arxayınlıq gətirən, bütün çətinliklərdə pənah sahibinə pənah aparmasıdır. O, Allaha olan təvəkkül və inamı ilə daxili arxayınlığı ən yüksək dərəcədə qoruyub saxlayaraq özünə təsəlli verir.
O, bir ayədə deyir:
“Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”
Digər ayədə isə
“(Qardaşlar Yəqubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o dedi: -”Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi). (Bir dəvə yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Benyamin heç vaxt oğurluq etməz. İkincisi, oğurluq edənin tutulub kölə edilməsi bizim şəriətimizdədir, Misir hökmdarı bizim şəriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbir (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısını mənə yetirsin!” cümləsini deyir.
Orada Allahdan Yusifin ayrılığında ona kömək etməmişdi. Burada da ümid tellərini mehriban Allahdan qırmayaraq, bir gün Allah taala bütün övladlarını (hətta Yusifi) ona qaytaracaq ümidiylə səbr edirdi.
Bu, Allaha təvəkkül edib imanlı insanların ən böyük üstünlüyüdür. Onlar heç zaman özlərini itirməyərək, bəla və müsibət nə qədər çətin olmuş olsada belə ruhi sabitliklərini qoruyub saxlayırlar. Çünki onlar belə hallarda ən möhkəm səngərə pənah aparır, ən qüdrətli varlığa arxalanırlar.
Qeyd etmək lazımdır ki, bu özü Allaha imanın, Yaradanına olan diqqəti ən böyük zahiri faydalarından biridir. Belə bir iman hər zaman ümidsizliyi insandan uzaq edir, onun qəlbində gələcəyə inamı daha da artırır və işlərini daha da sürətlə etməyə sövq edir.
Yusif Peyğəmbər
Printable View
-
07-15-2009, 02:23 PMkombat80MARAQLI VƏ DİQQƏT OLUNASI BİR İNCƏLİK
-
07-15-2009, 02:24 PMkombat80YƏQUBUN QƏMİNİN ŞİDDƏTİ
Bir-birinin ardınca olan bəlalar, cürbəcür müsibətlər Kənan qocasını əhatə etmiş, gündən-günə yeni-yeni qəmlər köhnə kədərlərinə əlavə olunurdu. Bir gün Yusifin ayrılığına giriftar olur və uzun illər onun hicranından göz yaşı tökərək təskiniliyini Benyaminin vucudunda tapır. Digər bir gün isə Benyamində ondan ayrılır, yenə hicrana mübtəla olur. Başqa bir müsibət isə böyük oğlunun Misirdə qalıb geri gəlməyərək bir daha Kənana qayıtmayacaq xəbərini eşidir. Qayıtmasına isə atasının əmrini və ya Allahın onun barəsində verəcək hökmünü (yəni orada öləcəyini) şərt qoyur.
Əlbəttə Yəqubun qəm və kədərinin əsasını Yusifin ayrılığı tuturdu. Gözünün yaşı, qəlbinin ahı Yusifi xatırlamaqla göz və qəlbindən zahir olurdu. Benyaminin tutulması və böyük oğlunun Misirdə qalması sadəcə olaraq bunlara əlavə olurdu.
Çoxlu göz yaşı və həddindən artıq qəm-qüssə Yəqubun gözlərinə ağ gətirmişdi. Evdə tökdüyü göz yaşları, ah-naləsi ailə üzvlərinə narahatlıq gətirdiyi və bəlkədə onların danlamasına düçar olduğu üçün övladlarından ayrılıb kənara çəkilərək Yusifin həsrətindən ağlamağa üstünlük verdi.
Qur`ani-Kərim onun övladlarının dilindən buyurur: -”Allaha and olsun sən o qədər Yusifi xatırlayırsan (onun üçün göz yaşı tökürsən) ki, axırda onun halına yetişəcək, ya xəstələnəcək, ya da həlak olacaqsan”.
Yəqub nə edə bilərdi? Yusifin cəzb edici qiyafəsini, mələk tək simasını gözü önündən uzaqlaşdırıb unuda bilərdimi? Bəlkədə onu yaddan çıxara bilməməsinin səbəbi ilahi vəhy və qeybi ilhamla sağ olmasını bilməsi idi. Amma onun harada məskunlaşmasından xəbərsizdir. Amma uzun illər bundan qabaq Yusifin ölməsini iddia edən qardaşlara bunu necə açıqlaya bilərdi? Onlar bu sözü (yalan demələrinə baxmayaraq) atalarından qəbul etməzdilər.
Qəmini təkcə Allahla bölüşdürməkdən savayı çarəsi olmayan Yəqub ürəyini onun dərgahına bağlayıb suallarının cavabında dedi: -”Mən pərişanlığımın şikayətin və qəlbimin kədərini təkcə Allaha aparır və Allahdan (lütfündən) sizin bilmədiklərinizi bilirəm”.
İkinci cümləni deməklə sanki: “Mən Yusifin sağ olmasını bilirəm” -demək istəyir. Bilirəm ki, bir gün onun yuxusu açılacaq və siz hamınız onun qarşısında səcdə edəcəksiniz. Mən heç zaman Yusifi unuda bilmərəm. Ola bilsin həmin anda, ya ondan sonra oğlanlarının Misirə üçüncü səfəri zamanı onlara Yusifin və Benyaminin axtarmasını tapşırmış və Allahın lütfündən məyus olmamalarını sifariş etmişdi. Bu işə çox israr etməsi həqiqətdən uzaq deyildir.
Hər halda Yəqubun ailəsinin az olan ərzaqı sona çatdı. Yəqubun oğlanları yenidən Misirə səfər etməyə hazırlaşmağa başladılar. Əllərində ticarət üçün olan bütün malları özləri ilə götürüb yol tədarükü gördükdən sonra vidalaşmaq üçün atalarının yanına gəldilər. Yusiflə bu tezlikdə görüşəcəyinə ümidvar olan Yəqub onlara dedi: -”Ey oğullarım! Gedin Yusif və qardaşı barəsində sorağ edin və Allahın rəhmətindən (və lütfündən) məyus olmayın. Kafirlərdən savayı heç kəs Allahın rəhmətindən məyus olmaz”. -
07-15-2009, 02:26 PMkombat80YƏQUBUN ÖVLADLARININ ÜÇÜNCÜ SƏFƏRI
Yəqubun övladları buğda almaq üçün əllərində olan az mallarını götürüb özlərinin qoca ataları ilə vidalaşaraq yola düşdülər.
Ruhi vəziyyətləri qabaqkı səfərlərindən fərqlənirdi. Qabaqkı səfərlərdə böyük qardaşları onların kənarında olub onun böyüklüyündən bəhrələnir, başçılığından istifadə edirdilər. İndi isə o Misirdə qalmış başına nə gəldiyindən xəbərsizdirlər. Digər bir tərəfdən də keçən səfərlər ərzində Benyamin barəsində də fikirləri arxayın idi. Bu dəfə isə ondan da nigaran olub Misir dövlətinin zindanında nələr çəkdiyini bilmirdilər.
O biri səfərlərində ərzaq almaq üçün çoxlu malları olsada bu dəfə əlləri dünya malından boşalmış, qəhətlik illərinin davam etməsi ailələrini böyük bir çətinlik qarşısında qoymuşdu. Nə qədər çalışsalarda belə buğda almaq üçün çox az mal ələ gətirə bildilər. Zahiri hesablamalarına görə keçən səfərlərə görə çox az malla geri qayıdacaqları gözlənilirdi.
Gələcək hələ də onlar üçün qaranlıq idi. Qəhətliyin nə qədər uzanacağını, himayələrində olan böyük ailələrinin də necə dolandıracaqlarını bilmirdilər. Hər halda ümidsizlik hər tərəfdən onları əhatə etmiş, Yəqubun ümid bəxşedici Yusifin diri olması xəbəri də onlara kömək olmamışdı. Bəlkə əksinə onlara Yəqubun sözü bir az onların ümidsizliyini artırmış, amma atalıq hörmətini saxlayaraq onun etdiyi xahiş qarşısında (Yusif və qardaşını axtarmaq) heç nə deməmişdilər. Yoxsa bu söz onlar üçün inanılmaz bir fikir idi. Əlli il bəlkə də bir az artıq vaxt keçdikdən sonra Yusifi Misirdə tapıb onun köməyi ilə izzətə çatmaq mümkün olası iş deyildi.
Yol boyu fikirlərinə gəlməyən yeganə şey vardısa da, o da əzablı günlərinin sona çatması fikri idi. Onlar bilmirdi ki, bu səfərləri Misirdə onların əzəmət və böyüklüyə çatmaları ilə nəticələnə bilər. Amma onların bütün fikir və qüssələri bu səfərdə çoxlu mal əldə etməyin yaxın idi. Çoxlu mal əldə edib ailələrini saxlamaq və beləliklə fikirlərini asudə etmək istəyirdilər.
Onlar nigarandırlar ki, olmaya Misir şahı onlarla da başqaları kimi rəftar edərək təkcə mallarının müqabilində onlara mal versin və beləliklə çox az maldan başqa heç nə onların qismətinə düşməsin. Bundan sonra ailələrinin qalan ehtiyaclarını haradan və hansı yolla ələ gətirə bilərdilər? Ümidləri təkcə Misirin səxavətli şahına idi. Onun böyüklük və səxavətindən istifadə edib çətin hallarını açıqlamaqla daha çox ərzaq ala bilərdilər. Onun qabaqkı iki səfərdə onlara etdiyi xüsusi hörmətinin yadlarına salaraq ürəklərinə təskinlik verməyə çalışırdılar.
Amma Benyamin və camın onun yüklərinin arasından çıxmasını yadlarına saldıqda bu dəfə onları Misirin şahının yanına belə buraxmamalarından qorxur, qazana biləcəkləri az ərzaqı ələ gətirə biləcəklərindən belə naümid olurdular.
Bir-birinə zidd olan fikirlər onları daxillərinə çəkilməyə məcbur etmiş iztirab və soyuqluq onlara hökm edirdi. Hər nə qədər Misir şəhərinə yaxınlaşırdılarsa təşvişləri bir o qədər də artırdı.
Bəli, qorxu və ümidlə dolu qəlblə şəhərə daxil oldular. Bir az istirahət etdikdən sonra çox az olan mallarını götürüb Misir vəzirinin evinə yollandılar. Onlar özlərini onun hüzuruna çatdıra bildilər. Ola bilər onun yanına gəlməmişdən qabaq böyük qardaşlarını tapmış və daha sonra onunla birlikdə şahın yanına gəlmişdilər.
Qur`ani-Kərimin nəql etməsindən və onların danışığından iztirablı və pərişan olmaları məlum olur. Onlar öz xahişlərini elə başladılar: “Ey vəzir! Biz və ailəmiz çox çətin bir vəziyyətə düşmüş (çox çətinliklərə düçar olduğumuza görə), çox az malla sənin yanına gəlmişik. Ümidimiz təkcə sənin böyüklüyünə və səxavətinədir. Ümidvaram haqqımızda lütf edərək az malımıza baxmayıb bizə artıqlaması ilə ərzaq verəsən. Ey vəzir! Bizim bu ümidimizi naümidliyə çevirmədən ehsan et ki, Allah taala ehsan edənlərə yaxşı mükafat verir.
Yəqubun övladları bu cümlələrlə pərişan və yazıqlıqlarını çox böyük şəkildə göstərdilər. Misir vəzirinin nəzərini özlərinə cəlb etmək üçün bundan artıq demək olmazdı. Sözlərindən çətinlikləri asanlıqla başa düşülürdü. Yusifi quyuya atdıqları zaman özlərində hiss etdikləri cavanlıq qüdrəti və qururdan əsər-əlamət qalmamışdı.
Həyatın ağırlığı, çətin günlər öz əsərini qoyub onları ədəbləndirmişdi. İndi Misir vəzirinin qarşısında duraraq əllərini acizanə halda ona uzatmışdılar. Bunlardan da çətin qarşısında acizlik edib zillətlə əl açdıqları böyük və səxavətli adlandırdıqları adamın həmin Yusifin olması idi. Bir zaman hər cür əzabı ona rəva görmüş, heç bir günahı olmadan döyərək daha sonra onu quyuya atmışdılar.
Bəli, Allah taala bu yolla onların etdiyi əzab və əziyyətin əvəzini verir. Yusifinsə məzlumiyyətinin səbr və təqvasının nəticəsini belə aşkara çıxarır. Onun uca məqama, əzəmətə çatdırır, qardaşlarını onun qarşısında zəlil və xar edir. Bəlkə də Yusifin o günə qədər özünü onlara tanıtdırmamasının səbəbi Allahın belə bir günü onlara göstərməsi üçün imiş. Qabaqlar həsadət və qürur sahibi olan qardaşları əvvəlcə onun qarşısında zəlil etməli sonra isə onu tanımalı idilər.
Amma (əvvəldə qeyd etdiyimiz kimi) İlahi insanların rəftarı pisliyə pisliklə cavab vermək olmayıb, heç kəsə intiqam almaq üçün zərbə vurmayıblar. Sanki bundan artıq qardaşlarının xar olmasına dözə bilməyib onların əziyyət çəkməsini rəva bilməyən Yusif ilk addımda özünü onlara tanıtmaq fikrinə düşdüyündən onlara dedi: -”Heç bilirsiz o vaxt ki, nadan idiniz Yusif və onun qardaşı ilə nə etdiniz. Bəlkədə ikinci cümləni artırmaqla “o vaxt ki nadan idiniz” onların əlinə bəhanə verərək etdikləri zalimanə rəftarlarına görə onlara üzr yolu göstərmək istəyirdi. Bu da öz növbəsində Yusifin böyüklüyünü yetirən və onun uca ruhani məqamını göstərən bir dəlil idi.
Mərhum Təbərsi Şeyx Səduqdan, İmam Sadiqdən(ə) rəvayət edərək o həzrət Yusifin özünü qardaşlarına tanıtdırmasının səbəbini elə bəyan etmişdir ki, Yəqub Yusifə belə bir məktub yazmışdı:Bismillahir rəhmanir rəhim. Bu ədalətlə rəftar edib peymanəni tamamıyla ödəyən Misirin vəzirinə olan Yəqub ibn İshaq ibn İbrahim Xəlilur-Rəmandan yazılmış bir məktubdur. Həmin İbrahim ki, Nəmrud atəş hazırlayıb onu yandırmaq istəmiş, amma Allah isə o atəşi onun üçün soyuq və salamatçılıq edərək ona nicat vermişdi.
Ey vəzir, biz həmin o ailəyik ki, dalbadal Allah tərəfindən imtahan bizim üstümüzə tələsmiş bizi yaxşı və pis günlərdə sınamışdır. İndi artıq iyirmi ildir ki, ardıcıl olaraq müsibətlər mənə üz gətirmişdir. İlk dəfə olaraq oğlanlarımın arasında onunla təskinlik tapıb ülfət bağladığım oğlum Yusif anadan ayrı olan qardaşlarının israrı ilə səhər tezdən onlarla oynamağa gedib axşam isə ağlaya-ağlaya üstümə gələrək yalandan qanlı köynəyi mənə göstərərək canavarın onu yeməsini mənə dedilər. Onu ayrılığı məni çox sarsıtdı. Ayrılığı nəticəsində tökdüyüm göz yaşlarından gözlərimə ağ gəldi.
Ürəyimə təskinlik verən bir qardaşı vardı. Hər zaman Yusifi xatırlayırdımsa onu sinəmə sıxırdım. Sən onu istəmiş, özləriylə Misirə gətirmələrini tələb etmişdin. Gəlmədiyi surətdə onlara ərzaq verməyəcəyini demişdin. Mən də onu buğda gətirməsi ümidi ilə göndərmişdim. Amma qayıtdıqları zaman onu qardaşları ilə görmədim. Onun şaha məxsus camı oğurladığını mənə dedilər. Bizsə belə işlərdən (oğurluqdan) uzaq olan bir ailəyik. Bu yolla onu həbs edib məni onun ayrılığına düçar etdin. Bu ayrılıqdan belim əyildi və müsibətim daha da artdı. İndisə bizim boynumuza minnət qoyub onu azad et. İbrahim ailəsini azad etməyə tələs.
Yəqubun övladları məktubu özləri ilə gətirmişik və Yusifə təqdim etmişdilər. Bundan əlavə özləri də Benyaminin azad etməsini ondan istəmişdilər. Yusif atasının məktubunu aldıqda öpüb gözü üstə qoydu. Məzmunundan agah olduqdan sonra o qədər ağladı ki, əynində olan köynəyi göz yaşlarından yaş oldu. Sonra üzünü qardaşlarına tutub dedi : -”Bilirsiz Yusif və qardaşı ilə nə etdiniz?”
Hər halda əzizin bu sözləri Yəqub övladlarını daha da heyrətə saldı. -
07-15-2009, 02:27 PMkombat80YUSİFİ TANIDILAR
Yusifin qardaşları qarşılarında durmuş bu əzəmətli insanın kiçik qardaşları ola bilməsini belə təsəvvür edə bilməzdilər. Amma bu cümləni eşitdikdən sonra qəflətən fikirləri dəyişib diqqətlə onun üzünə baxmağa başladılar.
Özlərində fikrə gedib nə üçün belə birdən birə Misir vəziri Yusifin adını çəkməsi barəsində düşünməyə başladılar. Sanki Misirin vəziri bütün keçmiş hadisələrdə onlarla bir yerdə olmuş hadisələri izləmişdi? Bəlkə bütün bunların hamısını Benyamin ona demişdi? Bu mümkün deyildi, çünki o zaman Benyamin onlarla olmamışdı və onlardan da heç biri bu günə qədər sirri heç kəsə açmamışdı.
Yavaş-yavaş qabaqkı səfələri yadlarına düşməyə başladı. Keçmiş səfərlərdə də Misirin vəziri ataları haqda soruşur, o biri qardaşını xəbər alır, cavablarına çox diqqətlə qulaq asır, bəzən atalarının müsibətlərini eşitdikdə halı dəyişsədə özünü ələ alıb bildirmirdi. Bundan əlavə onları çox yaxşı qarşılaması mallarını öz sarayında saxlaması başqa bir mə`nanı çatdırırdı. Daha sonra Beynamini gətirmələrini israr etməsi və müəyyən bir tədbirlə onu öz yanında saxlaması, başqa bir tərəfdən atalarının: “Gedin Yusif və qardaşı haqqında axtarış aparın və Allahın lütfündən naümid olmayın”-deməsi bir-birinə bağlanmış zəncir kimi gözləri önündən keçirdi. Nagahan fikirlərinə Misir vəzirinin həmin Yusif olması ehtimalı gəldi. Bəlkə bu böyük insan həmin Yusifdir ki, karvan əhli onu bura gətirmiş və bu məqama çatdırmışdır?
Bu fikir ildırım kimi fikirlərində işıqlandı. Başlarını qaldırıb diqqətlə Misir vəzirinin üzünə baxmağa başladılar. Bir az diqqət etdikdən sonra bu fikir daha da zehinlərində dərinləşməyə başladı. Onda: “Sən doğrudanda bizim qardaşımız Yusifsən” -deyib soruşmaq istədilər. Amma fikrlərinin yanlış çıxmayacağından qorxub susdular. Birdən o doğrudanda heç bir təqsiri olmadan əziyyət etdikləri Yusif ola bilərdi. Atanın məhəbbətlə dolu qoynundan ayırmış qardaşlarından etdikləri rəftarın qarşısında nə üzr istəyə bilərdilər. Hansı üzlə onun üzünə baxıb qarşısında durardılar? Amma onun böyüklüyünü nəzərə alaraq cürətlənib dedilər: “Yoxsa sən Yusifin özüsən?” Dedi: -”Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki,) Allah yaxşı işlər görənlərin mükafatını zay etməz” . Allah indiyə qədər mənə məhəbbət göstərmiş qarşıya çıxan hər hadisədə məni qorumuşdur.
Yəni məni özü mərhəməti ilə quyudan nicat verən Allahdır. Odur ki, mənə Misir vəzirinin evində yer vermiş, qadınların məkrindən və hiyləsindən qorumuşdur. Odur ki, mənim istədiklərimi qəbul etmiş zindanda mənə yer vermişdi. Odur ki, zindandan azad etmişdir.
Qısa desək, hər yerdə Allahın lütfü mənə şamil olmuşdur. Qardaşım Benyamində mənim kimi daimi olaraq haqq pərvərdigarın məhəbbətində olmuşdur. İndi də mənim yanımda əyləşib onun nemətlərindən faydalanır.
Yəqubun oğlanları bütün vücudları ilə qulaq asır (danışanın kiçik qardaşları Yusif olmasını başa düşmüşdülər), hər bir kəlməsini dinləmək istəyirdilər. Bir tərəfdən sevinc bütün bədənlərini əhatə etmiş Yusifin nə deyəcəyini bilmir, digər bir tərəfdən isə özlərini itirmiş və nədən, haradan başlayacaqlarını bilmirdilər. Bununla belə keçmiş rəftarlarından peşiman olmuş xəcalət təri onları əhatə etmişdi və nə üzr gətirəcəklərini bilmirdilər.
Onlar üçün sirrli qalmış başqa bir məsələ Yusifin belə bir məqama necə çatması idi. Bəlkədə özlərində fikirləşib deyirdilər: -”O, Yəqubun ətəyində tərbiyə almış ilahi peyğəmbərlərin ailəsində böyüdüyü üçün siyasi maraqlardan uzaq olaraq pak vücudu hər növ alçaqlıqlardan uzaq olmuşdur. Onun geniş ruhu və ailəsinin əzəməti belə bir məqama çatmaq üçün hər bir şeydən keçməyi ona icazə verməz. Sözsüz qeybi bir nəzər onun üstündə olmuşdur. Allah taala onda olan ləyaqətə ya bəndəlik vəzifəsini yerinə yetirdiyi üçün bu dünyada azca da olsa ona hədiyyə əta edərək xalqın qəlbində ona qarşı məhəbbət yaratmış, zahirdə olan bu məqamı ona vermişdir. Bəlkədə Misir və onun ətraf xalqlarının bu qıtlıq illərində ərzaqını ilahi insanların ixtiyarında qoymuş, bu yolla onlar ədalət və ürəyi yanıqlıqla milyonlarla insanı fəlakətdən nicat versinlər”.
Bu fikir və həyacan onları diqqətlə Yusifə qulaq asmağa məcbur etmişdi. Yusifə diqqətlə qulaq asır, əvvəldən indiyə qədər başına gələnləri bilmək istəyirdilər. Milyonlarla inanın ərzaqını onun ixtiyarında olmasına nə səbəb olmuş, xalqın qəlbində özünə qarşı bu qədər məhəbbəti haradan qazanmışdır?
Yusif də əlinə keçmiş fürsətdən istifadə edərək bu dünyanın yüz faizli həqiqətlərindən bir-ikisini vurğulayaraq, xalqı aləmlərin Allahına tərəf hidayət edib iman ruhunu və mənəviyyatını möhkəmlətmək, həqiqi səadətin sirlərini qardaşları və başqaları üçün açıqlamaq istəyirdi. Qardaşlarını onun sözlərinə qulaq asmağa hazır görən Yusif öz sözlərini elə davam etdi: -(Bəli şübhəsiz) kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə (bilin ki,) Allah yaxşı işlər görənlərin mükafatını zay etməz.
Yəqubun rəşadətli oğlu və Allahın böyük peyğəmbəri öz müvəffəqiyyətinin sirrini qardaşları üçün bəyan etdiyi zaman bunu da onlara xatırlatdı ki, yaxşı əməl sahiblərinin mükafatı dünyanın pərvərdigarının yanında heç vaxt zay olmayıb, Allah taala təqvalı və səbirli insanların əcirsiz qoymaz.
Yusifin qardaşları onun böyüklük və əzəmətinə heyran olmuş, etdikləri işdən xəcalət çəkirdilər. Onların öz günahlarını etiraf etməkdən savayı çarələri qalmamışdı. Başa düşürdülər ki, Yusifi nə qədər xar etməyə çalışsalar da, Allah onu əzəmətə çatdırmaq istəmiş qurduqları bütün planları əksini onlara göstərmişdi. Əvvəllər eşitmək belə istəmədiklərini indi gözləriylə görüb müşahidə edirdilər.
Onlar hətta Yusifin yuxuda gördüyü böyüklük və əzəmətinə qulaq asmaq istəməmiş onu belə bir iş üçün layiqsiz bilmişdilər. Onlar, hətta Yusifin bir gün böyüyüb onların kənarında özünə yer tutacağını belə ağıllarına gətirmirdilər. Amma bu gün Allah taala ən böyük siyasi-ictimai məqamı ona lütf etmiş milyonlarla özü kimi adamı onun itaətində qərar vermişdir.
Yusifi hətta atalarının sevimlisi kimi görmək istəməyənlər indi Allahın onu milyonlarla insanın əzizinə çevirməsini müşahidə edirdilər. Xalqın ona olan məhəbbəti nəticəsində Yusif təkcə onların zahirinə deyil, bəlkə qəlblərinə də hökm edirdi.
O gün Yusifin iltimas və yalvarmasına məhəl qoymayıb, təkcə köynəyini də onun əynində qoymayan qardaşlar ələ salaraq “Yuxuda gördüyün Ay, Günəş və ulduzlardan alarsan”: -demişdilər. Bu günsə özləri xar və zəlil olaraq bir tikə çörək üçün Yusifin şahlıq taxtı qarşısında əl açıb öz lütf və səxavəti ilə onlara daha artıq buğda və un verməsini istəyirdilər. -
07-15-2009, 02:28 PMkombat80ÖZ SƏHVLƏRINI ETIRAF ETDILƏR
Yəqubun oğlanlarının belə bir halda Yusifin böyüklüyü və əzəmətini, özlərinin isə səhvini etiraf etməkdən savayı çarələri qalmamışdı.
İsrail övladları başlarını qaldırıb dedilər: -”Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir və biz sözsüz ki, günahkar olmuşuq” . Yəni, həm səni atamızın gözündən salıb xar etmək istəməyimizdə, həm də sənə qarşı etdiyimiz pislikdə səhv etmiş və günahkarıq. İndi isə ümidvarıq ki, sən bizi bağışlayıb əfv edəcəksən.
Yusif qardaşlarının üzündə olan nigarançılıq və iztirabı müşahidə edib özünə xas olan mərdlik və böyüklüklə dedi: “Bu gün sizə heç bir məzəmmət yoxdur” . Məndən arxayın olun. Mən olub keçənlərə göz yumub sizi bağışlayıram. Allah tərəfindən də bu müjdəni sizə verə bilərəm və ondan istəyə bilərəm ki, “O, da sizin günahlarınızdan keçib, çünki o mehribanların ən mehribanıdır.
Yəqubun övladları rahat nəfəs aldılar. İntiqam cəhətdən fikirləri asudə oldu. Yusifin onlara vədə verib Allahın da onları bağışlayacağını eşitdikdə bir azda arxayınlaşdılar.
Amma çətinlik bununla bitmirdi. Yusifin onları bağışlaması və Allahdan da onları əfv etməsini istəyəcəyi hələ işin yarısı idi. Onlar şeytani fikrin nəticəsində Yusifi ata evindən uzaqlaşdırmış ona etdikləri həsədə görə quyuya atmışdılar. Daha sonra evə qayıdıb: “Onu canavar yemişdir” -deyərək atalarını müsibətə düçar etmişdilər. Yusifin ayrılığından qəm-qüssəyə düşən atanın ağlamaqdan gözlərinə ağ gəlmişdi. İndi isə Yusif tapılmış yalanları məlum olmuşdur. Hansı üzlə evə qayıtmalı, ona verdikləri bu əzaba necə dözməliydilər.
Bu zaman Yusif bir cümlə söylədi və onun əsnasında sanki bu çətin məsələni də həll edərək onların yenidən təəccübünə səbəb oldu. O dedi: “Bu köynəyimi götürüb aparın atamın üzünə sürtün(atın), o (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!” .
Bəlkə də Yəqubun oğlanları o günə qədər Yusifin peyğəmbər olmasından xəbərsiz idilər. Varlıqların bir-biri ilə nə dərəcədə əlaqədə olmasını düşünə bilmirdilər. Özlərində fikrə qərq olub: “Cəmisi bir neçə metr olan bu köynək bizim atamızın gözlərinin açılmasına nə qədər təsir edə bilər” -deyə fikirləşirdilər.
Başqa bir tərəfdən də Yusifi yalançı kimi tanımır, əksinə olaraq onun dediyi hər kəlməsinin düz olduğunu bilirdilər. Bir səbəbdəndə onun əzəməti daha da gözlərində ucaldı. Başa düşdülər ki, onu zahirdə belə yüksəklərə ucaldan pərvərdigar, mənəvi cəhətdən də ona böyük üstünlük əta etmişdir. Bir sözlə mehriban Allah hər cəhətdən onu öz rəhmətinə bürümüşdür. -
07-15-2009, 02:29 PMkombat80HƏDDİ OLMAYAN SEVİNC
Yəqubun oğlanları sevincdən öz dərilərinə sığmırdılar. Onlar Yusifi tanımaqla artıq özlərini Misirdə qərib saymır, bəlkə özlərini ona ən yaxın adam bilirdilər. Bundan əlavə atalarının yenidən görmə qabiliyyətini ələ gətirəcəyini eşidib Misirdə yeni ləzzətverici həyata başlayaraq əsas məqamları öz əllərinə alacaqdılar. Bu fikirlər onların ağıllarını başlarından çıxarırdı. Keçmişə baxdıqda isə bağışlanmış insanlar idilər. İndi təkcə fikirləri özlərini Kənana çatdırıb bu şad xəbəri atalarına demək idi. Onlar Yəquba demək istəyirdilər ki, bizə axtarmağımızı tapşırdığın Yusifi ən böyük vəzifələrdə tapmış və Benyamin də sağ və salamat onun yanındadır. Daha sonra köynəyi onun üzünə salıb görmə qabiliyyətini ona qaytarmaq və Yəqub ailəsini Misirə tərəf hərəkət etdirməkdən ibarət idi. Bəlkə də bu işi tez yerinə yetirmək üçün bir-biri ilə yarışa da girmişdilər.
Mərhum Təbərsi öz təfsirində belə yazır: “Yusif qardaşlarına buyurdu: “Mənim köynəyimi atamın yanına o kəs aparmalıdır ki, ilk dəfə də bu işi o görmüşdü”. Yəhuda dedi: -”Qana bulaşmış köynəyi onun yanına aparıb canavarın onu yeməsini xəbər verən mən olmuşam”. Yusif buyurdu: -”Bəs onda sən köynəyi onun üçün aparıb onu qəmgin etdiyin kimi sevindirib de: -”Yusif sağdır”.
Yəhuda köynəyi götürüb ayaqyalın başı açıq yola düşdü. Misirlə Kənanın arası səksən fərsəx idi. Bu yolda Yəhudanın yeməyi təkcə yeddi çörəkdən ibarət idi. O hələ çörəklər qurtarmamış özünü Kənana atasının yanına çatdırdı.
Başqa bir yerdə olan nəqlə görə Yusif iki yüz at və səfər də lazım olan başqa vacibi şeyləri Kənana göndərib onlardan bütün ailəliklə Misirə gəlmələrini istədi. -
07-15-2009, 02:29 PMkombat80AYRILIĞIN SONU
Yəqub ailəsinin, arvad və uşaqları o həzrətin oğlanlarının ailələri Misirdə nə baş verdiyindən və bu bərəkətli səfərin ardınca onları gözləri xoşbəxtlikdən xəbərsiz olaraq öz başçılarının gəlməsini gözləyirdilər. Günlər keçdikcə onların qayıtma zamanı yaxınlaşır ata və ərlərini görmək əlaqəsi daha da onlarda artırdı.
Bu ailənin yeganə başçısı daxili nurani olan Yəqubun karvanı Fələstindən Misirə tərəf hərəkətə başladığı zaman buyurduğu cümləsindən Yusifin tapılması və ayrılığın sona çatmasını başa düşmək olardı.
Qur`ani Kərim buyurur: -”Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda ataları (Yəqub yanındakı övladlarına) dedi: -”Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab edib danlamasaydınız), deyərdim ki, mən Yusifin ətrini alıram” Burada ilahi vəhy, ya qeybi ilham, ya da imanın gücü ilə dərk etdiyi şeyi açıq-aşkar deyə bilməməsi məlum olur. O dediyi halda başqalarının dil yaralarına düçar olacağından qorxur. Elə buna görədə “Əgər məni səfeh hesab etməsəydiniz” cümləsini əlavə edir. Həqiqət onun düşündüyü kimi idi. Çünki onun cavabında “Allaha and olsun ki, sən yenə öz köhnə, səhv fikrində qalmısan” cümləsini ona demişdilər. Yəni, biz ailə başçılarımızın gəlməsi fikrində olduğumuz halda sən hələ də əlli il üstündən keçməsinə baxmayaraq Yusifin fikrindəsən. Bu sözü orada qalıb o biri oğlanları ilə səfərə getməmiş oğlanlarına deməsi ehtimalıda vardır. (Bəzi təfsirçilər bu ehtimalı açıqlamışlar). Həl halda “köhnə, səhv fikirdən” cümləsindən məqsədləri onun Yusifə olan hədsiz məhəbbətinə işarədir. Belə ki, biz onların bu sözünü dastanın əvvəlində nəql edib demişdik. Onlar demişdilər: -”Yusif və qardaşı ata üçün bizdən daha əzizdir”... və doğrudanda atamız aşkar səhvdədir.
Bəli onlar uzun illər boyu müsibət çəkmiş qeyb aləmi ilə əlaqədə olan atalarına təskinlik verməkdənsə onu ələ salır, təzə yaralar ona vururdular. Danışıqlarından Yəqubun ümidverici sözləri onları daha da narahat etməsi məlum olur.
Hər halda intizar sona çatdı. Bir neçə gün keçəndən sonra karvan yetişdi. Ehtimal edilir ki, karvanın qabağında Yəqubun oğlanlarından birini görürdülər. O, tələsik özünü çatdırıb sevinə-sevinə Yəqubun üstünə gedərək Yusifin köynəyini onun üzünə örtdü. Yəqubun gözləri açıldı. Daha sonra Yusifin sağ olması və böyük məqama çatması müjdəsini ona dedi.
Həzrət Yəqubu tanıyanlar indi başa düşdülər ki, o, bu günün həqiqətini bilir və ondan xəbər verirmiş. Amma onlar isə nadanlıq üzündən Yəqubu səhv fikirli və yüngül ağıllı hesab etmişdilər.
Sözsüz bu qəribə dəyişiklik Yəqubun övladlarının ruhiyyəsini dəyişdirmişdi. Yusifi tanıdıqları zaman xəcalət çəkən qardaşlar burada da atalarının gözlərinin açılmasına sevindikləri qədər ondan utanır xəcalət çəkirdilər. Nə üzlə ondan üzr istəyəcəklərini bilmirdilər.
Yəqub bu sevindirici xəbəri eşidəndən və gözləri açıladan sonra onların imanının güclənməsi üçün bu cümləni buyurdu: -”Mən Allahdan (lüftü ilə) bəzi şeylər bilirəm ki, siz bilmirsiniz”.
Yəni siz Benyamini Misirə aparıb daha sonra onun oğurluq etdiyini dedikdə mən dedim: -”Ümidvaram ki, pərvərdigar onu -Yusifi və o biri oğlumu mənə qaytarsın. Amma siz mənim Yusifə olan məhəbbətimə irad tutdunuz və mən bu sözü sizə dedim: -”Mən Allahdan bəzi şeyləri bilirəm ki, siz bilmirsiniz.” Başqa yerlərdə də sizi Allahdan ümidvar edib gələcəyə nikbin baxmanızı tövsiyə edirdim. Amma siz mənə inanmır bəzəndə ələ salırdınız. Mən hətta sonuncu səfərdə də sizə dedim: -”Yusif və qardaşını axtarmağa gedin və Allahın rəhmətindən məyus olmayın. İndisə mənim dediklərimin həqiqət olmasını bildiniz. Allaha ibadət edən insan bütün çətinliklərdə gərək Allaha ümidvar olsun”.
Yəqubun övladları atalarının nəsihətlərini bütün qəlbləri ilə qəbul edib onun dediklərinin həqiqət olmasını gördülər. İndi onların yeganə istəyi qalmışdı. Bu çətinliyi həll etmək üçün atalarından kömək istədilər. Çətinlik indiyə qədər onların vücuda gətirdiyi bəla və müsibətlər idi. Onlar atalarından Allahın onları bağışlamasını diləməsini istədilər. Atalarını şəfaətçi və vasitə salaraq dedilər: -”Atacan, (Allahdan) bizim günahlarımız üçün bağışlanma dilə, həqiqətən də biz günahkar idik” . Bu günahların Benyaminlə Yəquba aid olan hissəsi nəzərdə tutulur. Çünki Yusifə aid olan günaha gəldikdə isə Yusif qabaqcadan Allahdan onların bağışlanmasını istəmiş və onlar üçün istiğfar etmişdi.
Yəqub oğlanlarının üzündə ötüb-keçənlərin xəcalət və peşimançılığı yaxşıca görürdü. Onların vicdanının həiqətən də narahat olmasını, törətdikləri işin nəticəsində nə qədər qorxduqlarını görürdü. Yəqub onlara istiğfar vədəsi verib buyurdu: -”Yaxın gələcəkdə öz pərvərdigarımdan sizin üçün bağışlanmaq istəyəcəyəm, həqiqətən də O, bağışlayan və mehribandır”.
Rəvayətlərdə qeyd edildiyi kimi o duasını müstəcab olan bir zamanda edəcəyini gözlədi. Belə bir vədə verməklə onların duasının qəbul olacağına inamlarını artırmaq, pərvərdigarın onları bağışlayacağını arxayın etmək idi.
İmam Sadiqdən (ə) olan hədisdə həzrət buyurur: -”Yəqub onlara vədə verdi ki, cümə axşamının səhəri (duanın qəbul olan vaxtıdır) onlar üçün bağışlanma istəsin”.
O həzrətdən rəvayət olan başqa hədisdə buyurur: -”Onların bağışlanmasını səhərə saxladı. Bəzi rəvayətlərə görə Yəqub düz iyirmi il Allah dərgahında durub dua edir, onların bağışlanmasını pərvərdigardan istəyirdi. Övladları da bu zaman onun arxasında durub o dua etdikcə amin deyirdilər ki, Allah onun duasının tezliklə qəbul etsin. Rəvayət olmuşdur ki, aşağıda qeyd olunacaq duanı Cəbrayıl ona öyrətmiş oğlanlarının bağışlanması üçün oxunmasını sifariş etmişdi:
“Ya rəcaəl mu`minin la tuxəyyib rəcai və ğəvsəl mu`mininə əğisni, və ya əvnəl mu`mininə əinni ya həbibət təvvabinə tub ələyyə vəstəcib ləhum”
Yəni: Ey möminlərin ümidi. Ümidi naümidliyə çevirmə, ey möminlərin fəryadına çatan fəryadıma çat, ey möminlərin köməyi mənə kömək ol, ey tövbə edənləri sevən tövbəmi qəbul et və bunların duasını müstəcab et.
Yəqub və oğlanlarının dastanının bu hissəsindən daha başqa bir məsələ ələ gəlir. Bu məsələ Əhli-beyt məktəbinə irad tutanlar üçün çox möhkəm, tutarlı və inkar olunmaz sübutdur. Bəziləri şiələrə irad tutub: “Nə üçün siz imam və peyğəmbəri Allah dərgahına gedib hacətinizi istəmirsiniz?”-deyirlər. Azğın vəhhabi firqəsi bu barədə həddini aşıb şiə haqqında çox pis nisbətlər vermiş, digərlərinin də fikrini azdırıcı yollara sövq vermişlər.
Biz burada görürük ki, Allah taala Yəqubun oğlanlarının dilindən hekayət edirək onların istiğfar və günahlarının bağışlanması üçün Allah dərgahına daha yaxın olub, Onun yanında böyük məqamı olan Yəquba təvəssül edərək günahlarının bağışlanması üçün Allaha dua etməsini istəyirlər. Allahın böyük peyğəmbərlərindən olan Yəqub onların istəyini qəbul edir və onlara: “Gedin özünüz dua edin” -sözünü demir. Əksinə, onlar tərəfindən şəfaətçi olaraq Allaha dua edir və Allahdan onun duasını qəbul edərək oğlanlarının günahını bağışlayır.
Buradan məlum olur ki, hacəti olan hər bir insanın hər cəhətdən Allaha yaxın olan peyğəmbər və imamı öz hacətini istəmək üçün vasitə salmasının şəriət cəhətdən heç bir eybi olmamasından əlavə, məsləhətli və bəyənilmiş bir işdir. Qeyd olunan iş İslamdan qabaq da başqa dinlər və millətlər arasında olmuşdur.
Qur`ani Kərimdə bu mə`nanı yetirən bir çox ayələr vardır ki, şiənin böyük alimləri onları lazımlı məqamda vurğulamışlar. -
07-15-2009, 02:30 PMkombat80YUSİFİN YUXUSUNUN AÇIQLANMASI
Qarşılama mərasimi başa çatdıqdan sonra Kənanlıların karvanı Misirə tərəf hərəkətə gəldi. Yusif və Misir camaatı da onlarla şəhərə qayıtdılar. Misir Yusifin qardaşları üçün təzə olmasa da ailənin başqa üzvləri üçün bu tarixi şəhər çox görməli idi. Xüsusilə də gözləri Yusifin əzəmətli və hökumətinin idarə mərkəzi olan saraya dikilmişdi.
Saraya daxil olduqda Yusif irəli keçərək ata və anasını öz taxtına çıxarıb ən gözəl yeri onlara göstərdi. Amma onun böyüklüyünü görənlərin hamısı qarşısında səcdəyə düşdülər. Deyəsən onlar Yusif öz səltənət paltarında gəldiyi zaman səcdəyə düşmüşdülər.
Səcdəyə gəldikdə isə bu səcdə, ya ilahi nemətlərin şükrünə görə idi, ya da Yusifin böyüklük və ehtiramına görə. Bu iki fikir ixtilaflıdır. Bircə bunu arxayınlıqla deyə bilərik ki, onların səcdəsi ibadi xüsusiyyətə malik olmamışdır. Səcdələri təkcə qeyd olduğu kimi iki xüsusiyyətdən birinə görə olmuşdur. Bu zaman Yusifində onlarla bir yerdə ya onlardan sonra səcdə etməsi ehtimalı da vardır. Qeyd olunan mövzuya hədisdə də işarə olmuşdur.
Bütün bu mənzərəni müşahidə edən Yusif üzünü atasına tutub dedi: -”Atacan bu həmin yuxunun açıqlanmasıdır ki, (uşaqlıqda) görmüşdüm. Allah taala onu (bu gündə) həqiqətə çevirdi” .
İLAHİ NEMƏTİN ŞÜKRÜ
Yusif ona çatan bütün nemətləri Allahdan bilir, hər yerdə haqqın lütfünü hiss edir. O bu müddət ərzində ona yetişən ən böyük nemətlərdən bir neçəsinə işarə edərək Allah taalaya təşəkkür edir. Əvvəlcə Allahın ondan uzaq etdiyi bəlalardan bir neçəsini sadalayır.
Dediyi ilk cümlə belədir: -”Mənim Allahım mənə ehsan etmiş məni zindandan çıxarmışdır” .
O quyuda olmasına və əsir düşməsinə işarə etmir. Bəlkədə bu onun böyüklüyü və cavanmərdliyinin bir əlamətidir ki, qardaşlarının xəcalət çəkməsini istəməyərək onlardan gördüyü acı xatirələri təkrarlamır.
Bəlkədə onun qardaşlarından çəkdiyi bir neçə gün quyuda qalması zindanda çəkdiyi çətinliklərdən daha da artıq idi. Amma qeyd etdiyimiz kimi ürək parçalayan əhvalatı dilə gətirmədən söhbəti bir başa zindandan başlayır.
Bəzilərinin dediyinə görə Yusifin bir başa zindandan başlamasının səbəbi quyuya düşəndən sonra onun ardınca başqa bəlaların, o cümlədən əsirlik, sarayda giriftarlığın başlaması, zindandan çıxmağı ilə isə başçılığının və əzəmətinin müqəddiməsinin hazırlanmasına görə idi.
Yusifin pərvərdigardan təşəkkür etdiyi ikinci nemət isə Allah taalanın onun ata-anası, qardaşları və bütün ailələlrini səhra yaşayışından nicat verərək tərəqqi etmiş Misir ölkəsinə gətirməsinə görədir. Bu belə bir halda baş vermişdi ki, şeytan o və qardaşları arasında ayrılıq və nifaq salmaq istəmişdi.
Onun bu barədə söylədiyinin məzmunu belədir: -”Bəli, şeytan qardaşlarımı o pis işi görməyə məcbur etmiş, məni quyuya ataraq atamı mənim ayrılığıma giriftar etmişdi. Amma Subhan Allah ehsan etmiş onların tutduğu o pis işi bizim ailəmizin izzət və əzəmətinin başlanğıcı qərar vermişdi. İşin axırında sizə mənim yanımda yer vermiş və bizim ayrılığımızı bir-birimizin yanında cəm olmağımıza çevirmişdir”.
Bəziləri bu haqda deyir: -”Yusifin qardaşlarının zalimanə hərəkətinin şeytana nisbət verərək onu bu işdə müqəssir hesab etməsi ilə qardaşlarını xəcalətdən çıxarması onun böyüklüyü və əzəmətinin çatdırır. Həqiqətdə isə şeytanın heç də elə bir qüdrəti yoxdur ki, Allah bəndələrini məcbur edərək Allahın itaətsizliyində qədəm götürməyə vadar etsin. İnsan hər nə edirsə öz ixtiyarı ilə edir, baxmayaraq ki, bu işdə şeytanın vəsvəsəsi də təsirsiz deyildir”.
Əvvəlki sözlərinin ardınca yenə də Yusif Allahın lütf və ehsanını xatırlayaraq deyir: -”Həqiqətən də mənim pərvərdigarım istədiyi hər bir şeyə lütf edir və doğurdanda O, alimdir”.
NEMƏTİN ŞÜKRÜ VƏ ALLAHDAN SONUNCU İSTƏK
Burada Yusif ehtiyac əlini pərvərdigara tutub nemətlərinin təşəkkürü üçün deyir: -”Pərvərdigara, bu hakimiyyəti mənə verən sən idin, yuxu yozmasını mənə öyrətdin, Sənsən göyləri və yeri yaradan. (Pərvərdigara), məni müsəlman (özünə təslim və müti) dünyadan apar və layiqli insanlara qovuşdur”.
Həqiqətən də ixlaslı insanlar, Allaha pərəstiş edənlər, ilahi kişilərin hər nəyi vardırsa və hər bir şeyə yetişirlərsə hamısını Allahdan bilir, heç vaxt öz nemət sahiblərini yaddan çıxarmırlar. Onlar çətinlikləri və bəlaları da ondan bilir, hər bir halda iradəsi qarşısında təslim olaraq Ondan təşəkkür edirlər.
İsrailin böyük övladı heç bir halda Allahı yaddan çıxarmırdı. İstər quyuya düşdüyü zaman, istərsə də Misir hakimiyiyyətinə çatdıqda Onu yad edirdi. İndi onun nemətləri üçün təşəkkür edir, daha sonra ömrünün axırıncı anında belə Ondan itaət edərək təslim olur və axirətdə laiqlilərə qovuşmağı istəyir. Bununla belə başqalarına da xatırladır ki, həqiqi nemət insanın həyatı boyu Allaha təslim olaraq Ona itaətdə, öləndən sonra isə ilahi dərgahın layiqli insanlarına qovuşmaqdadır.
YUSİFİN(Ə) ÖMRÜNÜN MÜDDƏTİ VƏ DƏFN OLUNDUĞU YER
Yəqubun(ə) əhvalatında qeyd etdik ki, o dünyadan getdikdən sonra etdiyi vəsiyyətə görə Yusif onun cənazəsini Fələstinə aparıb İbrahim və İshaqın kənarında dəfn etdi. Amma Yəqubun Misirə gəldikdən sonra orada neçə il yaşaması barəsində ixtilaf vardır. Bir çoxunun fikrinə görə o, on yeddi il Misirdə yaşamışdı.
Yusifin haqqında da rəvayətlər və tarixdə müxtəlif fikirlər söylənilmişdir. Bəziləri onun yüz on il yaşamasını qeyd etmişdir. Bu nəzəriyyəyə bənzər rəvayətdə İmam Sadiqdən(ə) rəvayət olmuşdur. Bəziləri isə onun ömrünün yüz iyirmi il olmasını qeyd etmişdirlər.
Təbərsi öz təfsirində bir fərziyyəyə görə nəql etmişdir ki, Yusif dünyadan getdikdən sonra onu mərmərdən olan tabuta qoyub Nil çayının ortasında dəfn etdilər. Onun bu cür dəfn olunmasının səbəbi isə o, dünyadan getdikdən sonra Misir əhalisinin arasında ixtilaf düşməsidir. Onlardan hər biri Yusifin onların ərazisində dəfn olunmasını istəyirdilər. Axırda belə nəticəyə gəldilər ki, onu Nilin ortasında dəfn etsinlər. Nilin suyu onun üstündən keçməklə su bütün şəhərə yayılsın və hamı bərabər ondan istifadə etsinlər. Bu qəbir həzrət Musanın zamanına qədər o yerdə qaldı. Musa gələndən sonra onu Nildən çıxarıb Fələstinə apardı.
Məsudi “İsbatul-vəsiyyə”də deyir: -”Musanın Yusifi çıxarmasının səbəbi ona görə idi ki, Bəni-İsrail üçün yağış yağmırdı. Allah taala ona vəhy edib Yusifi çıxarmasını tapşırdı. Musa onun dəfn olduğu yeri soruşdu. Amma heç kəs bunu bilmirdi. Axırda Bəni-İsraildən olan kor olmuş qoca bir qadını gətirdilər. O, dedi: -”Mən Yusifin dəfn olunduğu yeri bilirəm. Amma üç diləyim vardır ki, gərək onları Allahdan istəyəsən və qəbul etsin. Onlardan biri budur ki, xəstəlikdən sağalıb yol gedim. İkinci görmə qabiliyyətim qayıtsın və cavanlaşım. Üçüncü budur ki, Allah mənim yerimi cənnətdə sənin yanında qərar versin”.
Allah taala istəyini qəbul etməsini vəhy etdi. Qarı Yusifin dəfn olduğu yeri göstərdi. Musa Yusifin cənazəsini çıxarıb Fələstinə apardı”.
