çox sağ olun.
bir şeri var Bəxtiyar Vahabzadə haqda yazıb
tapmaq olar onu,zəhmət olmasa. indidən təşəkkürlər
Neriman Hesenzade seirleri
Printable View
-
11-09-2009, 10:35 PMAmiqo_100MRe: Neriman Hesenzade seirleri
-
11-12-2009, 08:21 PMzeynalov_Re: Neriman Hesenzade seirleri
Çox sağolun
-
11-13-2009, 12:32 AMSindyRe: Neriman Hesenzade seirleri
cox sevdiyim sairdir,o danisanda bele rahatliq verir insana.tesekkurler...
-
11-23-2009, 07:44 PMje_demeureRe: Neriman Hesenzade seirleri
ƏSA GÖTÜRMƏ!!!
"...Çəkilmişəm qınıma
...Qorxaram mən,-
yalan desəm Tanrıdan,
doğru desəm bəndədən..." __ B.Vahabzadə
Sən belə demədin bir zaman şair,-
Başında şimşəklər çaxanda belə!
Qırx il sətiraltı qışqıran şair,
Susarmı səngərdən qalxanda belə?!
***
Bəndənin evini yıxdı yalanlar,
O başa düşmədi faş olanacan.
Özün deyirdin ki,heykəl olanlar
Daşa basılıblar daş olanacan.
***
Qoy daşa bassınlar,o daş arxadır,
Zirvənin himnini tufanlar deyir.
Qartal-ildırımla əlbəyaxadır,
Yerdə-çəyirtkəni sərçələr yeyir.
***
Şair qəsddən ölür,əsgər güllədən,
Neyləmək,talelər başqadır,şair.
Əsgəri sağaldıb yaşadan vətən
Şairi öldürüb yaşadır,şair.
***
Almaz İldırıma Bakıda heykəl!-
Millət gah ağ deyir,gah qara yazır.
Adını hər yerdən qaralayan əl
İndi hər qapıya,divara yazır.
***
Mənə "qəbahətin" birtəhər gəlir,
Görüb namərdliyi çox köks ötürmə.
Üstünə qalxanlı gürzələr gəlir,-
Əldən qılınc verib,əsa götürmə!!! -
11-23-2009, 07:51 PM_SoMMeT_Re: Neriman Hesenzade seirleri
::yerivar:: tesekkurler
-
11-23-2009, 09:51 PMje_demeureRe: Neriman Hesenzade seirleri
LƏYAQƏT
Nə qədər ağırdı səndən ayrılıb
Başqa bir iqlimə səfər eləmək.
Sonra da hardasa könlümü alıb
Bir qəlb ağrısıyla "darıxma" demək.
***
Ayrılıq qəm verir,görüş səadət,
Qəmi də sən verdin səadət kimi.
Yaraşır insana məncə,ey afət,
Qəm də 1 mənəvi ləyaqət kimi.
***
Üşüdür ruhunu nəfəsi qışın,
Bəzən bir paxılın buz baxışı da.
Bəzən bir həyasız geriqalmışın
Təkidlə özünə çağırışı da.
***
Sirli,maraqlıdır bu dünya,gülüm,
Mənim ömrümdə də qışım-yazım var.
Bəzən bu dünyaya min təşəkkürüm
Bəzən bu dünyaya etirazım var.
***
O sənin hüsnünə yaraşıq verir,-
Mənim ürəyimə od salmaq üçün.
Gülü də tikanla qarışıq verir,-
Hüsnə,xasiyyətə mat qalmaq üçün.
***
Susuram yanında gör nə zamandı,
Ayrılıq dəmində şikayətə bax.
yanında qalmağım guya asandı
Sən mənə səbr ver, ey ana torpaq! -
11-23-2009, 10:02 PMje_demeureRe: Neriman Hesenzade seirleri
QIZLARDAN OĞLANLARA
Oğlanlar,qızlara hörmət eləyin,
Ya sevin qızları,ya redd eleyin.
Aldadıb atmayın,günahdı qızlar
Sabahkı ən əziz anadı qızlar.
***
Səsində həya var,gözündə ovsun,
Evdə dilavərdi,çöldə lal olur.
Gözünüz qızların gözündə olsun,-
O gözdə daimi bir sual olur.
***
Qızlar anadılar,oğlanlar ata,
Kim deyir,bu işi bir əyən olmur?!
Qızların qız baxtı gözəl olsa da
Gəlinlik vaxtları müəyyən olmur.
***
Fikirə öyrəşir,qəmə qatlaşır,
Qəlbində yaşadır,sirrini təkcə.
Öz ata evində qızlar yadlaşır
Yad oğlan evinə meyl eylədikcə.
***
Qəlbini sevdiyi oğlana deyir,
Ancaq rəfiqəsi soruşsa,danar.
Özgə anasına qız ana deyir,
Özgə atasına qız olan qızlar.
***
Qızlar aldanandı,siz aldatmayın,
Aldanıb yananın qanı buz qalar.
Qolları üstündə gedib yatmayın,
Yazıqdı,əbədi yuxusuz qalar.
***
Görüşə getməyin ürək sevməsə
Sözümü,a qızlar,ucuz tutmayın.
Ürəkdən çəkirik nə çəkiriksə,
Bunu da həyatda siz unutmayın.
