[
DARIXMIŞAM, Darıxmışama aid ne bilirsen yaz
Printable View
-
01-15-2010, 10:56 PMje_demeureRe: DARIXMIŞAM, Darıxmışama aid ne bilirsen yaz
-
01-15-2010, 11:29 PMGLAMOURKARe: DARIXMIŞAM, Darıxmışama aid ne bilirsen yaz:cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry: :cry:Alıntı:
suzi333 Nickli Üyeden Alıntı
-
01-15-2010, 11:57 PMSindyRe: DARIXMIŞAM, Darıxmışama aid ne bilirsen yaz
meni hesretindir bu gune salan
Qusse-keder verib,sevinci alan.
Mene qemdir senden yadigar qalan.
Darixiram,darixiram senin ucun...... -
01-18-2010, 06:32 PMKralica_Re: DARIXMIŞAM, Darıxmışama aid ne bilirsen yaz
Mənə sənin eşqin, qəlbin gərəkdir,
Ürək tellərimi çəksin tarıma.
Könül nə arzular, bilirsənmi heç?
Əllərim toxunsun qoy saçlarına.
Görünür razısan öz taleyindən,
Məni nə zamandır soraqlamırsan?!
Sənsiz saçlarıma qonub xeyli dən,
Ömür kitabımı varaqlamırsan.
Sənsiz sevinmərəm, sənsiz gülmərəm,
Qəlbim bir quruyan dənizdir indi.
Səni özgəsindən ala bilmərəm,
Səadət hamıya əzizdir indi.
Məni qəmli görsən əgər yollarda,
Bil ki, bu qəm sənin, kədər sənindir.
Mənim fikrim harda, səninki harda,
Günlərim keçsə də hədər sənindir.
Məndən əbəs yerə qaçırsan, əbəs,
Keçirsən yanımdan səssiz-səmirsiz.
Qəlbini sıxırmı mülayim bir səs,
"Bir zaman sevmişik, sevilmişik biz"
cox darixmisham lap cox bunu oxusan basha dushersen -
01-18-2010, 06:51 PMRuzgar_GuluRe: DARIXMIŞAM, Darıxmışama aid ne bilirsen yaz
mende cox darıxmısam cunku meni yanlıs anlıyor ufff :meyus:
-
01-19-2010, 02:20 AMdalgalarRe: DARIXMIŞAM, Darıxmışama aid ne bilirsen yaz
Nədənsə gecələr darıxıram mən
Ulduzlar səmaya səpələnəndə
Sənin xəyalınla yaşayıram mən
Gecələr bu qədər gözəlləşəndə
Uçur Xəyallarım bir anlıq göyə
Həsrətindən ürəyim donur buz kimi
Özümü sanıram qaranlıq gecə
Sənsə Parlayan bir ulduz kimi
Yanıb hərtərəfə işıq saçırsan
Elə bil gecənin qonağısan sən
Mənim bu tükənməz ümüdlərimin
Yeganə parlayan çırağısan sən
Məhəbbət ulduzum sevgi ulduzum,
Nəqədər baxıram doymuram səndən.
Nə olar buludlar gəlib keçəndə,
Rahm elə üzünü gizlətmə məndən.
Gözəlsən qəşəngsən könüllərdəsən,
Sevincsən gülüşsən dodaqlardasan,
Nə olsun gecələr baxıram sənə,
Yenədə yenədə uzaqlardasan.
Nə qədər ayriliq, nə qədər hicran
Sənin həsrətindən yorulmuşam mən
Səni ulduz kimi sevəndən bəri,
Bütün uılduzlara vurulmuşam mən.
Gecələr yatmıram səhərə kimi ,
Səni ulduzlardan soruşmaq üçün.
Bəlkədə ulduzları yaradıb TANRIM
Baxib sevənləri xatirlamaq üçün.
-
01-19-2010, 12:11 PMKralica_Re: DARIXMIŞAM, Darıxmışama aid ne bilirsen yaz
Darıxmaq-sevməkdir ilk öncə..
Çünki, sevməsən darıxmazsan ki dəlicəsinə....
Darıxmaq-ağlamaqdır...
Axan hər göz yaşında bütün xatirələrini göz önünə gətirə bilməkdir...
Darıxmaq-uzaqlara dalmaqdır...
Həmdə çox uzaqlara....
Darıxmaq-ümid etməkdir.
“Ümid etmək uğurun yarısıdır” məsəlinə güvənərək...
Darıxmaq-sıxılmaqdır...
Bəzən yalnızlığından, bəzən isə ətrafında lazım olmayan insanlardan....
Darıxmaq-qışqırmaqdır...
Səsin batana qədər “darıxıram” deyə qışqırmaq.....
Darıxmaq- hirslənməkdir....
Bəzən darıxmana səbəb olanlara, bəzən isə taleyə...Çarəsizcə....
Darıxmaq-yanılmaqdır...
Gecə yarısı yuxudan oyandığında...Hər şeyin bir yuxu olduğunu anladığında məsələn....
Darıxmaq-səbr etməkdir...
Usanmadan şəfəqi gözləməkdir.... İlləri, ayları, həftələri, günləri, saatları, dəqiqələri hətta saniyələri belə ötürə bilməkdir....
Darıxmaq- qovuşmaqdır...
Bir də heç vaxt ayrılmayacağın qovuşmaq... Xəyal da olsa belə.....(: -
01-20-2010, 12:50 AMsus-qunRe: DARIXMIŞAM, Darıxmışama aid ne bilirsen yaz
nenem ucun darixiram.cunki 5 aydir gormurem. :cry:
