Ötən həftənin şənbə günü türkiyəli həmkarı Alişanla təqdim etdiyi konsert proqramında müğənni Yeganənin bəzi hərəkətləri diqqətdən qaçmırdı. Anadolu türkcəsində ifadələr işlətməsi, türkiyəlilərə məxsus jestlər etməsi Yeganənin artıq qonşu ölkənin şou-biznesinə bağlandığı təəssüratı yaradırdı. Eyni zamanda, onun azyaşlı uşaqlara diqqəti gözdən qaçmırdı. Onlara xüsusi qayğı ilə yanaşan sənətçi xanımdan övlad sahibi olmaq barədə nə düşündüyünü soruşduq: "Əslinə qalsa, mən ailə qurmaq məsələsini yaşla ölçmürəm. Bu, insanın içindən gəlməlidir. İki il əvvəl düşündüyümün indi əksini düşünürəm. Yəni onda karyera mənim üçün daha önəmli idi. Ola bilsin ki, qısa zamanda gözləmədiyimdən də yüksək nailiyyətlər əldə etdim və artıq ailə haqqında düşünməyə başlamışam".
Bəzi həmkarlarından fərqli olaraq tezliklə ana olmağı qarşısına məqsəd qoyan Yeganə artıq bunun onda xoş təəssürat yaratdığını dedi: "Hərdən balaca uşaqlar görəndə "mən niyə övlad sahibi olmayım" deyə düşünürəm. Mənim üçün sənət və ailə eyni ölçüdədir. Primitiv şəkildə düşünüb heç vaxt ailəmi sənətimə qurban vermək niyyətində olmayacağam". // Ayna
Yeganə ərə getmək istəyir.
Printable View
-
12-23-2008, 09:03 PMBakuYeganə ərə getmək istəyir.
-
12-24-2008, 09:46 PMAzerbaycanliRe: Yeganə ərə getmək istəyir.
İnşallah o da Röya kimi özünə bir ər tapar :D
