[
Azərbaycanın tanınmış musiqiçisi, Bakı Caz Mərkəzinin art-direktoru Emil İbrahim bu gün səhər saatlarında Almaniyada vəfat edib. Milli.Az xəbər portalının məlumatına görə, gənc musiqiçi uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi, Almaniyaya da müalicə üçün gedibmiş.
Məlumat üçün bildirək ki, Emil İbrahim (Məmmədov) Bakı şəhərində anadan olub. Atası Azərbaycanın tanınmış bəstəkarı İbrahim Məmmədov və qardaşı, klassik pianoçu Elçin Məmmədov Azərbaycan caz musiqisinin tanınmış simalarından olub. Son günlərə qədər Emil İbrahim Bakı Caz Mərkəzinin art-direktoru vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
Leyla