Tərkibi:
- 0,5 stəkan şəkər tozu;
- 1 ədəd limon;
- 4 ədəd yumurta (ağı ilə sarısı bir-birindən ayrılmış).
Hazırlanması:
Limonun qabığını sürtgəcdən keçirib, suyunu sıxın. Qabığını, suyunu, şəkər və yumurta sarılarını qazanda fasiləsiz olaraq qarışdıraraq bişirin. Kremin rəngi dəyişdikdə və qatılaşdıqda odun üzərindən götürün. Sonra hazır kremi qablara boşaldıb, süfrəyə verin.
Limonlu pudinqi hazırlayarkən limon suyunu dayanmadan çalıb, yavaş-yavaş qarışığa əlavə edin...