Lazım olan ərzaqlar:
Nərə balığı – 347 q,
bitki yağı – 5 q və ya xama – 10 q,
baş soğan – 24 q,
göy soğan – 32 q,
təzə pomidor – 100 q,
limon – 1/5 əd.,
narşərab – 5 q,
sumaq – 1 q,
istiot – 0,1 q, duz.
Hazırlanma qaydası:
Nərə balığı adi qaydada təmizlənir. 40-50 qramlıq tikələrə doğranır, duz, istiot vurulur, xama ilə isladılıb 7-10 dəqiqə manqalda qızardılır. Hazır balıq kababı yanına təzə pomidor, doğranmış soğan və limon dilimləri qoyulur. Narşərab və sumaq ayrıca verilir.
Nərə Balığı kababı
Printable View
-
08-18-2010, 12:40 PMAzerbaycanliNərə Balığı kababı
-
08-18-2010, 02:27 PMfidan494Re: Nərə Balığı kababı
Baliq yemeklerini çox sevirem :D
Getdiyim yerlerde sherefime baliq bishirilir :D, kim bishirse, o insan olur can-ciyerim :D
