[
Lazım olan ərzaqlar:
Balıq filesi -200 q,
çörəyin yumşaq hissəsi – 50 q,
ərinmiş yağ -30 q,
süd və ya su -70 q,
istiot – 0,2 q,
duz – 4 q.
Hazırlanma qaydası:
Nərə və ya uzunburun balığın filesi doğrayıb soğanla birlikdə ət çəkən maşınından keçirirlər. Çəkilmiş ətə duz, istiot və süddə isladılmış bayat çörəyin yumşaq hissəsini əlavə edib qarışdırırlar. Kotlet kütləsindən kotletlər və ya küftələr hazırlayırlar, suxarıya batırıb yağda qızardırlar. Hazır kotletlər təzə tərəvəzlə bəzədilir, narşərab qoyulur.
Balıq Kotleti
Printable View
-
08-18-2010, 12:38 PMAzerbaycanliBalıq Kotleti
-
08-18-2010, 01:01 PMXeyallarimRe: Balıq Kotleti
baliq kotleti cox dadli olur ,en cox sevdiyim yemeklerden biri sayilir
