Novruz şirniyyatlarından Bakı Paxlavası necə hazırlanır.
250 q əla növ buğda unu
60 q ərinmiş yağ
80 q üzlü süd
1 ədəd yumurta
8 q maya
0,4 q zəfəran
0,2 q vanilin
20 q bal
İçi üçün:
200 q badam və qoz ləpəsi
200 q şəkər
Xəmirin yoğrulması və için hazırlanması şəkərburada olduğu kimidir. Xəmiri 0,5 mm qalınlığında yayın. Tavanın dibinə yağ sürtüb xəmiri ora sərin. Üstünə 3-4 mm qalınlığında iç tökün. İçliyin üstünə ikinci xəmir qatını salıb yağlayın və yenidən içlik tökün. Bu prosesi 8-10 qata qədər davam etdirin. Sonra 10x4 sm ölçüdə romb şəklində paxlava kəsin. Üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkin. Hər paxlavanın ortasına yarım ləpə və ya püstə qoyub 180-200 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Hazır olmağa 15 dəqiqə qalmış üstünə şərbət və ya bal tökün.
Bakı Paxlavası hazırlanışı
Printable View
-
03-04-2010, 04:17 PMAzerbaycanliBakı Paxlavası hazırlanışı
-
03-04-2010, 04:37 PMKralica_Re: Bakı Paxlavası hazırlanışı
Quba paxlavasina catmaz :D
