Novruz Bayramının vazgeçilməzi şəkərbura necə hazırlanır.
250 q əla növ buğda unu
60 q ərinmiş yağ
80 q üzlü süd
1 ədəd yumurta
8 q maya
Duz
İç üçün: 200 q badam və ya fındıq
200 q şəkər tozu
0,4 q hil
Südü ilıq olana qədər qızdırın, maya, duz, yumurta, ərinmiş yağ və ələnmiş un qatıb bərk xəmir yoğurun. 1-1,5 saat saxlayın. Hər biri 50 qram olmaq şərtilə balaca kündələr edib 2 mm qalınlığında yayın, arasına iç qoyub kənarlarını vintvari bükün. Üzərinə müxtəlif naxışlar vurub, 160-180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
İç üçün badamı və ya fındığı qovurub maşından keçirin, 1:1 nisbətində şəkər əlavə edib qarışdırın. Ətirli olması üçün döyülmüş hil qatın.
Şəkərbura hazırlanışı
Printable View
-
03-04-2010, 04:16 PMAzerbaycanliŞəkərbura hazırlanışı
-
03-04-2010, 10:24 PMsladkayaRe: Şəkərbura hazırlanışı
Cabir menim en meraq ettım tatli bu...ama bunu bisirmeq cetin diye bilirem ...mene sekerbura göndereceq olan yox?? :D
