İsrail övladından bir kor, bir cüzamlı, bir də keçəl adam olur. Allah onları imtahan etmək istəyir və onlara mələk göndərir. Mələk cüzamlıdan soruşur:
- Sən ən çox nə arzu edərdin?
Cüzamlı:
- Yaxşı dəri rəngim olsun, çünki insanlar məndən iyrənir - deyir.
Mələk ona toxunur və o sağalır, sağlam və yaxşı rəngli dəriyə malik olur. Mələk yenə soruşur:
- Hansı əmlakının olmasını istərdin?
Cüzamlı:
- Dəvəm olmasını istərdim - deyir.
Ona boylu dəvə verilir və mələk deyir:
- Allah bununla sənə öz lütfünü göstərdi.
Mələk keçəlin yayına gəlir və soruşur:
- Sən ən çox nə arzu edərdin?
Keçəl:
- Yaxşı saçım olsun. Mən bu xəstəlikdən qurtulmaq istəyirəm, çünki insanlar məni çirkin hesab edir.
Mələk ona toxunur və ona gözəl saç verilir. Sonra mələk yenə soruşur:
- Hansı əmlakı isərdin?
O, inəklərinin olmasını söyləyir. Beləliklə, ona çox süd verən inək verilir və mələk ona deyir:
- Allah bununla sənə lütfünü göstərir.
Sonra mələk kor adamın yanına gəlir və eyni sualı ona verir. O deyir:
- Arzu edərdim ki, Allah mənə görmə qabiliyyətimi qaytarsın ki, mən insanları görüm.
Mələk onun gözlərinə toxunur və o, görməyə başlayır. Mələk ondan soruşur:
- Hansı əmlakı istərdin?
O deyir:
- Qoyun.
Beləliklə ona boylu qoyun verilir. Mələk ona deyir:
- Allah sənə bununla rəhm etsin.
Müəyyən vaxt keçir və bütün heyvanlar bala verir. Onlar o qədər çoxalır ki, bütöv vadini örtəcək qədər dəvə, inək və qoyunlara bərabər olur.
Müəyyən müddət sonra cüzamlı cildində mələk əvvəl cüzam xəstəsi olan kişinin yanına gedir və deyir:
- Mən kasıb bir adamam, səfərdə bütün yaşayış vasitələrini itirmişəm. Mənim ehtiyacımı Allah və sonra səndən başqa heş kim qarşılaya bilməz. Sənə gözəl və yaxşı dəri və bu qədər var-dövlət vermiş Allahın rizası üçün mənə gedəcəyim yerə çatmaq üçün bir dəvə ver.
Kişi cavab verir:
- Mənim çox işlərim var, ona görə sənə heç nə verə bilmərəm.
Mələk deyir:
- Sənin deyəsən yadından çıxıb ki, bir vaxt cüzam xəstəsi idin və insanlar səndən qaçırdı. Sən kasıb bir insan idin və bunları sənə Allah verdi.
O isə cavabında dedi:
- Bunlar mənə ailəmdən miras qalıb.
Belə olanda mələk ona dedi:
- Yalan deyirsənsə, Allah səni əvvəlki halına salsın.
Sonra mələk keçəl adamın yanına getdi və eyni hadisə orda baş verdi. Mələk ona da eyni sözləri dedi:
- Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına salsın.
Sonra mələk kor qismində əvvəl kor olmuş adamın yanına gəlir və deyir:
- Mən kasıb bir adamam və səfərdəyəm. Səfərdə olduğum müddətdə bütün varımı itirmişəm. Allahdan, sonra da səndən başqa mənə kömək edən kimsə yoxdur. Sənin gözünə işıq verən Allahın rizasına mənə səfərimi sona çatdlrmaq üçün bir qoyun ver.
Kişi dedi:
- Mən kor idim və Allah mənə gözümü qaytardı. Mən kasıb idim və Allah mənə var-dövlət verdi. Allah rizasına bu var-dövlətin hamısını götürsən də, heç nə deməyəcəyəm.
Mələk dedi:
- Var-dövlətin özünə qalsın. Allah siz 3 nəfəri imtahan edirdi. O, səndən razı qaldı, digərlərinə isə qəzəbləndi.
Hekaye
Printable View
-
12-20-2009, 09:53 AMGLAMOURKAHekaye
-
12-20-2009, 02:23 PMKralica_Re: Hekaye
Yaxshi hekayedir Teshekkurler
-
12-20-2009, 09:39 PMje_demeureRe: Hekaye
Tesekkurler..Maraqli idi
-
12-20-2009, 11:17 PMXeyallarimRe: Hekaye
tesekkur ,her bir insan allahin imtahanindan kececek ::yerivar::
-
01-23-2010, 02:03 PMAgLaYaN_BuLuDRe: Hekaye
Peyğəmbər əfəndimizin, (Ciddisi də, zarafatı da ciddidir) buyurduğu xüsuslar vardır. Bunlardan bir neçəsi bunlardır:
Bir kimsə, zarafatdan və ya rol gərəyi, iki şahid yanında evlənsə, həqiqətən evlənmiş olar. Yenə bir kimsə, zarafat ilə, lağ olsun deyə və ya xanımını qorxutmaq niyyətiylə səni boşadım desə, xanımını həqiqətən boşamış olar.
Bir kimsə, köləsinə səni azad etdim desə, həqiqətən köləsi azad edilmiş olar. Sözündən imtina edə bilməz.
Bir kimsə, bir gün oruc nəzr etmək istəyib də səhvən bir ay desə, bir ay oruc tutması lazımdır. Dinimizin əmri budur.
Təhdid edilmədən, bir zərurət yox ikən, zarafat ilə, lağ ilə kafir olum demək, dini məlumatlara xurafat və inanmıram demək, günah işlədənlərə halal olsun demək küfrdür. Belə söyləyən müsəlman isə mürtəd olar. Mürtəd olanın bütün ibadətlərinin savabları yox olar. Bir neçə adamı güldürmək üçün ibadətləri yox etmək ağıllı kimsəyə yaraşarmı?
Küfrü salıcı ifadə kimi istifadə edənin imanı gedər və xəbəri olmaz. Hədisi şərifdə buyuruldu ki:
Elə bir zaman gələr ki, adamın imanı gedər və xəbəri olmaz. Halbuki ondan köynəyin çıxdığı kimi, iman çıxmış olar.
Əməllər niyyətə görədir. Günahlar, niyyətsiz və ya yaxşı niyyətlə də işlənsə, günah olmaqdan çıxmaz. Məsələn, “Mömini sevindirəni Allahu təala sevindirər” hədisi şərifinə uyğun gələ bilmək üçün, bir mömini sevindirmək niyyətiylə içki masasına oturmaq savab olmaz, günah olar.
Bir xristian qızı, bir müsəlman kişiyə, “Mənimlə rəqs etsən müsəlman olaram” desə, müsəlmanın yaxşı niyyətlə onunla rəqs etməsi və ya başqa günah işləməsi caiz olmaz.
Iman Mövzusunda İbrətli Bir Hekayə ..
Məşhur alimlərdən biri bir diyara gəlmişdi. Yanında bir çox tələbə və xalq olduğu halda bir qoca nənənin yanından keçdilər. Qoca nənə kütləni görüncə, oradakı birinə: "Bu kimdir, bu izdiham nədir?" deyə soruşdu. Alimin tələbələrindən biri bunu eşitdi və :
"Onu tanımırsan? O, Allah Təalanın varlığı haqqında min bir dənə dəlil ortaya qoymuş bir alimdir." deyə cavab verdi.
Nənə gülərək: "Əgər onun Allahın varlığı haqqında min bir dənə şübhəsi olmasaydı, min bir dənə dəlilə ehtiyacı olmazdı. Mən Uca Allaha dəlilsiz iman edirəm".
Bu söz alimə çatdı, çox xoşuna gəldi, əllərini açdı: "Allahım! Səndən bu qoca qadının imanı kimi bir iman və ürək saflığı istəyirəm." deyə dua etdi. Ətrafındakılara da: "Mənim kimi araşdırın, amma bu nənə kimi iman edin" buyurdu.
