-
Allahim
Allahım!
Ey aləmlərin Rəbbi!
Ey sevgini sevgiylə yaradan!
Ey sevən, sevdirən və sevindirən!
Ey zatına həmd ilə əziz olduğum!
Ey zatını həmddən aciz olduğum!
Həmdim Sənə məxsusdur, duam Sənədir!
Ümidim, qorxum və sevdam Sənədir!
Üzümü Sənə çevirdim, Sənə tutundum!
Əlimi Sənə açdım, könlümü Sənə verdim!
“Məni qovmaz” deyə qapına gəldim!
Əfvi boldur deyə əfvinə gəldim!
Tutdum günahımdan üzümə pərdə.
Qulluq edəmədim, lütfünə gəldim!
Allahım!
Qanadı qırıq bir quş kimiyəm.
Uçsam uça, qaçsam qaça bilmirəm.
Yarımçıq qalmış yuxu kimiyəm.
Yardan da, sərdən də keçə bilmirəm.
O sonsuz sevgi selinə bizi də qat: Sev bizi!
Sən sevəndə sevdirərsən: Sevdir bizi!
Sevdiyini cənnətinlə sevindirərsən: Sevindir bizi!
Maddədəki hər atomun təsbih etdiyi Sənsən!
Nəfəs alan hər canlının zikr etdiyi Sənsən.
Ağıl əmanət etdiyin hər varlığın əql etdiyi Sən
Duyan və duyduran hər duyğunun hiss etdiyi Sənsən.
Qədir-qiymət bilənlərin şükr etdiyi Sənsən,
Varlığı nemət bilənlərin həmd etdiyi Sənsən!
Allahım!
Yalnız Səndən yardım diləyər, yalnız Sənə qulluq edərik.
Səni sığınacaq, tutacaq, umacaq bilir Ya Allah deyərik.
Şeytandan Sənə sığınar “ əuzibillah” deyərik.
Hər işə Səninlə başlar “ bismillah” deyərik.
Nemət verdiyində könüldən şükr edərik.
Versən də, alsan da “əlhamdulillah” deyərik.
Heyran olduğumuzda “maşallah”
Peşiman olduğumuzda “əstəğfirullah” deyərik.
Sevindiyimizdə “Allahu əkbər!”
Qəmləndiyimizdə “innəlillah” dəyərik.
Sixildigimizda “fəsubhanallah” ,
Zəfər qazandığımızda “ nasrun minallah”,
Ruzi qazandığımızda “ər-rizki alallah” deyərik.
Bir işi arzu etdiyimizdə “inşallah”,
Bir işi bacardığımızda “biiznillah”,
Güc qarşısında “ la-havlə və-la quvvətə illa billah”,
Söz verəndə “v’ Allah” və “billah” deyərik.
Allahım!
Halım ərzi-halımdır, duruşum duam.
Sənsizəm, nəyim var, Sənliysəm nə qəm?
Məni Allahla aldadanlardan etmə!
Allahla aldadanlara aldananlardan etmə!
Şeytana günahlarımızı bəzəməyə izin vermə!
Şeytanın bəzədiyi günahları etməyə izin vermə!
Mənə Adəmin(ə.s) tövbəsini, Nuhun (ə.s) müqavimətini ver!
Ibrahimin(ə. s) ımanı, Ismayılın (ə.s) təslimiyyətini ver!
Yaqubun (ə.s) dirayətini, Yusufun (ə.s) iffətini ver!
Musanın (ə.s) cəladətini, Harunun( ə.s) sədaqətini ver!
Davudun (ə.s) sədasını, Suleymanın (ə.s) qeyrətini ver!
Əyyubun (ə.s) səbrini, Yəhyanın(ə.s) şəhadətini ver!
Zəkəriyyənin( ə.s) xidmətini, Loğmanın (ə.s) hikmətini ver!
Məryəmin(ə.s) adanmışlığını, Isanın safiyyətini ver!
Və Məhəmmədin(s.a.s) məhəbbətini ver, Ya Rəbb !
Amin!
-
Re: Allahim
Size xüsusen menim ücün cox böyük deyeri ve menfeeti olan bu gözel yazi ve ifadeler ücün öz derin minnetdarliqimi bildirirem!
Allah bütün Aserbaycan xalqini qorusun! ::aze::
-
Re: Allahim
cox deyerli gozel sozlerdi
-
Re: Allahim
tesekurler men ALLAHIMI COX SEVIREM
BIZI YOXDAN VER EDEN ,BIZI YASADAN , BIZI YONELDEN ALLAHIM SENE SUKURLER OLSUN
-
Re: Allahim
Allah razi olsun gozel movzudu!
-
Re: Allahim
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.