Bir müdrikdən soruşurlar: “Kimdən nümunə götürmək lazımdır? Həyatlarını dinə həsr edən zahidlərdən, yoxsa çox çalışan və cəmiyyətə faydalı olan tacirlədən?”
“Heç birindən” dedi müdrik və davam etdi: “Ən yaxşı nümunə uşaqlardır.”
Müdrikin ətrafındakı insanlar bu sözdən çox təəccübləndilər və dedilər: “Uşaqlar heç nə bilmirlər axı! Onlar həqiqətin nə olduğundan xəbərsizdirlər.”
Müdrik cavab verdi: “Səhv edirsiniz. Uşaqların üç əsas xüsusiyyətini nümunə kimi qəbul etmək lazımdır. Birincisi səbəbsiz yerə həmişə xoşbəxtdirlər. İkincisi həmişə məşğuldurlar. Üçüncüsü nə isə istəsələr onu əzm və qətiyyətlə istəməyi bilirlər.”
HƏYAT DƏRSİ
Printable View
-
12-03-2009, 11:51 PMAmiqo_100MHƏYAT DƏRSİ
-
12-04-2009, 09:54 PMAmiqo_100MRe: HƏYAT DƏRSİ
:D
-
12-04-2009, 10:31 PMXeyallarimRe: HƏYAT DƏRSİ
HE BUNU BACARIRAM HELKI .CUNKI HELEDE MENI HAMI USAQ SAYIR , :D
-
12-05-2009, 12:37 PMRaqfoRRe: HƏYAT DƏRSİ
Müdrik bir şeyi deməyi unudub.Uşaqlar böyüklər kimi bu dünyanın mənasız qayğılarına baş qoşmurlar.(bəlkə də,həmişə xoşbəxt olmalarının səbəbi də budur)
-
01-01-2010, 09:00 PMAmiqo_100MRe: HƏYAT DƏRSİBirincisi səbəbsiz yerə həmişə xoşbəxtdirlər.Alıntı:
RaqfoR Nickli Üyeden Alıntı
İkincisi həmişə məşğuldurlar.
Üçüncüsü nə isə istəsələr onu əzm və qətiyyətlə istəməyi bilirlər
bəli elə ona görə. uşaqlarla çox ünsiyyət qurmaq lazımdır.
