Sağlıq baxımından Namazın hikmətləri
İbadətlərin bir hədəfi də, insanı ruhən və cismən sağlam saxlamaq, ruhi və bədəni xəstəliklərdən qorumaq,hətta malının sağlığını belə qorumaqdır. Dinimiz təmizliyi əmr etdiyi üçün bədən sağlığına, namazı, orucu və haccı əmr etdiyinə görə də ruh sağlığına vasitədir.
Bəzi xəstəliklər mikrobikdir. Mikrobla baş verir. Bəzi xəstəliklər isə cisimdə deyil, ruhda baş qaldırar. Bunu heç bir antibiotiklə təmizləmək mümkün deyil. Bədən xəstə olduqda ruha da təsir edir. Ruh da xəstə olduğunda mütləq bədənə təsir edir. Bunlar ayrılmazdırlar. Bunun üçün bir insanın xoşbəxt bir həyat tərzi yaşaması üçün mütləq və mütləq İslamın şərtlərinə, xüsusən də namaza uymaları lazımdı. Çünki namaz həm bədənə, həm də ruha şəfadır. “Qəlblər ancaq Allahı zikretməklə hüzura qovuşur”.Rad surəsi 26 ayə. “Namazda Şəfa vardır”. A.b.Hanbel 2.390.
Namazı ancaq bədən üçün idman funksiyası kimi görən insanlar da vardır. Onlar özlərini aldatmaqdan başqa işə yaramırlar. Bunun yanlış bir fikir olduğunu doktor Timuçin Altuğ belə qeyd edir: 1.beş vaxt namazda 40 rükət və 80 səcdə var. Hər gün hansı idmançı bu qədər hərəkət edir? 2. namaz yavaş yavaş qılınır. Qəlb yorulmaz. İdmançılar isə yüksək sürətlə idman edirlər. 3. namaz gündə beş ayrı ayrı vaxtlarda qılınır. Neçə idmançı gündə 5 vaxt ayrı ayrı vaxtlarda idman edər? Yolda belə namaz qılınır. 4. namaz ömrümüzün sonuna qədər davamlıdır, fərzdir. Ömrünün sonuna qədər, axır nəfəsinə qədər hansı idmançı idman ilə məşğul ola bilər? 5. namaz qılmaq üçün dəstəmaz alırıq. Hansı idmançı idman etməmişdən qabaq dəstəmaz alır?
Sağlıq baxımından Namazın hikmətləri
Printable View
-
12-03-2009, 01:02 AMAygunSağlıq baxımından Namazın hikmətləri
-
12-03-2009, 01:20 AMsladkayaRe: Sağlıq baxımından Namazın hikmətləri
namaz insanın ruhunu dinlendirir,men namaz kıldıgım zamanlar özümü cox rahatalamıs hissedirdim.ALLAH inizniyle
-
12-03-2009, 01:21 AMsladkayaRe: Sağlıq baxımından Namazın hikmətləri
tekrar namaza baslamaq istirem.
-
12-03-2009, 03:27 AMGLAMOURKARe: Sağlıq baxımından Namazın hikmətləri
Allah bize de nesip etsin.aminnnnnnnnnnnn
-
12-03-2009, 01:19 PMsladkayaRe: Sağlıq baxımından Namazın hikmətləriamin canım..Alıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
